02 Oktyabr 2026 19:21
141
SİYASƏT
A- A+
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB 

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB 

Oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə iştirak edərək nitq söyləyib.

Sonra Qurultay işini çıxışlar və müzakirələrlə davam etdirib.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının VIII qurultayına hazırlıq çərçivəsində 2026-cı il sentyabrın 7-dən 19-dək partiyanın 84 yerli təşkilatı tərəfindən ümumilikdə 16 min 239 nəfərin iştirakı ilə keçirilən hesabat konfranslarında VII qurultayda qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görülmüş işlərə dair məruzələr dinlənildiyini və əldə olunmuş nəticələrin təhlil edilərək geniş müzakirələr aparıldığını diqqətə çatdırıb.

Mərkəzi Aparatın rəhbəri qeyd edib ki, bütün konfranslarda Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət birmənalı olaraq yekdilliklə dəstəklənib, dövlətimizin başçısının Azərbaycanın qazandığı nailiyyətlərdə, müstəqilliyinin qorunmasında, ərazi bütövlüyünün və mütləq suverenliyinin təmin edilməsində titanik fəaliyyəti xüsusi vurğulanıb, Azərbaycanın nəinki Cənubi Qafqazda, daha geniş coğrafiyada söz sahibinə çevrildiyi qürurla diqqətə çatdırılıb.

"Hesabat konfranslarının yekunlarına əsasən rayon və şəhər təşkilatları tərəfindən VIII qurultaya 960 nəfər nümayəndə seçilib",- deyə YAP Sədrinin müavini əlavə edib.

Sonra Tahir Budaqov qurultayın gündəliyini elan edib.

Gündəlik səsə qoyulub və yekdilliklə təsdiq olunub.

Tahir Budaqov VII qurultaydan ötən dövrdə görülmüş işlər barədə YAP İdarə Heyətinin hesabatını təqdim edib.

YAP Sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov XXI əsrin ilk onilliklərində ölkəmizin iqtisadi, sosial inkişaf, beynəlxalq əlaqələr sahələrində əldə etdiyi ən böyük nailiyyətlərin Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev dövrünün Azərbaycan xalqına bəxş etdiyi unudulmaz töhfə olduğunu bildirib.

O, YAP-ın ayrı-ayrı ölkələrin siyasi təşkilatları, partiyaları ilə geniş əməkdaşlıq əlaqələri qurduğunu, maraqlı layihələr həyata keçirdiyini də vurğulayaraq deyib: "Zəngin təcrübə əsasında bu layihələr daha da geniş miqyasda həyata keçirilməkdədir. Bütün bunların hamısı Yeni Azərbaycan Partiyasının hörmətinin və nüfuzunun artıq ciddi şəkildə ölkəmizin hüdudlarından kənara çıxdığından xəbər verir".

YAP-ın Veteranlar Şurasının sədri, İdarə Heyətinin üzvü Arif Rəhimzadə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda onilliklər ərzində həyata keçirilmiş siyasi, iqtisadi və hərbi strategiyanın, milli birliyin və dövlət iradəsinin nəticəsi olan uğurların dövlətçilik tariximizdə özünəməxsus yer tutduğunu qeyd edib.

“Biz Partiyamızın zəngin tarixi təcrübəsi ilə bugünkü gənclik arasında mənəvi və siyasi körpü yaratmağa çalışmışıq. Şura üzvlərimiz ölkənin müxtəlif bölgələrində və yerli təşkilatlarda gənclərlə görüşlər keçirir, dövlətçilik fəlsəfəsini, müstəqilliyimizin hansı mürəkkəb və ağır tarixi şəraitdə əldə olunduğunu, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin mahiyyətini öz canlı xatirələri və həyat təcrübələri əsasında gənclərlə bölüşürlər”, - deyə Arif Rəhimzadə əlavə edib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Musa Quliyev bu illər ərzində Azərbaycanın öz siyasi, iqtisadi və hərbi qüdrətinin ardıcıl şəkildə möhkəmləndiyini, dövlətimizin beynəlxalq nüfuzunun və regional mövqelərinin daha da gücləndiyini bildirib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük, ən monolit və ən qüdrətli partiyası olduğunu bu gün fəxrlə söyləyə bilərik.

"Bu gün qarşımızda daha böyük vəzifələr dayanır: Qələbəni qorumaq, davamlı sülhə nail olmaq, azad Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirmək, iqtisadiyyatımızı, insan kapitalını inkişaf etdirmək, sosial ədaləti və vətəndaş rifahını daha da yüksəltmək, gənclərimizin gələcəyinə yeni imkanlar açmaq – bütün bunlar qarşıdakı dövrün mühüm prioritetləridir", - deyə İdarə Heyətinin üzvü diqqətə çatdırıb.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun deyib ki, bu gün Azərbaycan gənci dünyanın ən yaxşı universitetlərində təhsil almaq, elm, innovasiya, sahibkarlıq, dövlət və ictimai fəaliyyət daxil olmaqla ən müxtəlif sahələrdə öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir.

"Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğı, inkişaf üçün yaradılmış geniş imkanlar, gənclərə verilən yüksək dəyər və onlara olan etimad məhz Prezident, Partiyamızın Sədri İlham Əliyevin gənclərə verdiyi böyük qiymətin ən bariz təzahürüdür", - deyə Bəxtiyar İslamov əlavə edib.

YAP-ın Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişafın daha da sürətlə gedəcəyinə möhkəm əminlik yaratdığını qeyd edib.

"Son illərdə muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi, infrastruktur təminatının və sosial xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, habelə əhalinin məşğulluğunun və rifah halının yaxşılaşdırılması məqsədilə bir sıra mühüm dövlət proqramları və tədbirlər planları təsdiq olunub, muxtar respublikada idarəetmə islahatları həyata keçirilərək səlahiyyətli nümayəndə institutu tətbiq edilib", - deyə o əlavə edib.

44 günlük Vətən müharibəsinin şəhidi, "Qarabağ" ordeni, "Şücaətə görə", "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuş Şahmar Mənəfovun həyat yoldaşı, Yasamal rayonu 53 nömrəli tam orta məktəbin müəllimi Bəyim Mənəfova bir şəhid həyat yoldaşı olaraq xüsusilə vurğulayıb ki, şəhid ailəsinin arxasında dövlətin dayandığını bilmək insana yaşamağa, çalışmağa, Vətənə layiqli övlad böyütməyə və gələcəyə inamla baxmağa stimul verir.

"Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib. Partiyamızın İdarə Heyətinin hesabatından da göründüyü kimi VII qurultaydan sonra şəhid ailələri, müharibə veteranları və qazilər daim diqqət mərkəzində saxlanılaraq onların sosial problemlərinin həllinə kömək göstərilib, bu istiqamətdə çoxsaylı tədbirlər və sosial-humanitar təşəbbüslər həyata keçirilib. Bütün bu fəaliyyətlər böyük əhəmiyyətə malik olmaqla yüksək qiymətləndirilməlidir", - deyə Bəyim Mənəfova qeyd edib.

* * *

Vətən Müharibəsi Qəhrəmanı, Suqovuşanın, Ağdamın və Kəlbəcərin azad olunmasına görə medallarla təltif olunmuş, Müdafiə Sənayesi Nazirliyinin baş məsləhətçisi Qəzənfər Ağayev bu gün Qələbəni qorumağın, güclü dövlətimizi daha da inkişaf etdirməyin, gənc nəslin dövlətçilik ruhunda yetişməsi üçün çalışmağın hər birimizin vəzifəsi olduğunu vurğulayıb.

“Bu baxımdan Yeni Azərbaycan Partiyasının gənclər siyasəti xüsusi əhəmiyyət daşıyır. Bu gün partiyanın sıralarında vətənpərvər gənclərin fəal iştirakı olduqca önəmlidir. Onlar Azərbaycanın gələcəyinə inanır, dövlətçilik ənənələrinə sadiqdir və ölkəmizin inkişafında öz məsuliyyətini dərk edirlər. Yeni Azərbaycan Partiyasının sıralarında olmaq Azərbaycanın müstəqil inkişaf yoluna, Ulu Öndərin siyasi irsinə və Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kursa bağlılığın ifadəsidir",- deyə Vətən Müharibəsi Qəhrəmanı bildirib.

* * *

Daha sonra VII Qurultaydan ötən dövrdə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin qənaətbəxş hesab edilməsinə dair təkliflər irəli sürülüb və məsələ səsə qoyularaq yekdilliklə təsdiq olunub.

* * *

VII Qurultaydan ötən dövr üçün YAP Təftiş Komissiyasının hesabatı təqdim olunub. Hesabatı Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova təqdim edib.

Qurultay YAP Təftiş Komissiyasının hesabatı ətrafında çıxışlarla davam edib.

YAP-ın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə təqdim edilən hesabatın partiyanın fəaliyyətində şəffaflığın, maliyyə və təşkilati intizamın, qarşıya qoyulan vəzifələrə məsuliyyətli münasibətin təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

O, Azərbaycanın Cənubi Qafqazda yeni reallıqlar yaradan dövlət olduğunu, bütün bu proseslərin təməlində məqsədyönlü dövlətçilik siyasətinin, xalq-iqtidar birliyinin və dövlət-vətəndaş həmrəyliyinin dayandığını diqqətə çatdırıb.

"Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyaları, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası və xalqımızın sarsılmaz birliyi Azərbaycanın gələcəyinin etibarlı təminatıdır. Bizim borcumuz isə bu tarixi məsuliyyəti ləyaqətlə daşımaqdır", - deyə Pərvin Kərimzadə qeyd edib.

Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü Həsən Həsənovun sözlərinə görə, YAP-ın Mərkəzi Aparatında aparılan təftiş yoxlamasının nəticələri göstərir ki, Mərkəzi Aparat və onun rəhbərliyi hesabat dövrü ərzində partiyanın Nizamnaməsindən irəli gələn vəzifələri yüksək səviyyədə yerinə yetirib, İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının, Gənclər Birliyinin fəaliyyətinə hərtərəfli dəstək verib.

“Dünyanın klassik modelinin dəyişdiyi və dünya sisteminin permanent transformasiyaya uğradığı şəraitdə milli dövlətçilik ideyası, milli suverenlik, hətta bütöv sivilizasiyaların varlığı təhlükəyə məruz qalır, yeni situasiya yaranır. Belə bir vəziyyətdə Yeni Azərbaycan Partiyasının tutduğu yolun alternativi yoxdur. Bizim ən böyük vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək və onu əbədi etməkdən ibarətdir", - deyə H.Həsənov bildirib.

* * *

VII Qurultaydan ötən dövr üçün YAP Təftiş Komissiyasının hesabatı səsə qoyulub və yekdilliklə təsdiq olunub.

* * *

Daha sonra Qurultay YAP-ın Nizamnaməsində dəyişikliklər olunması ilə bağlı çıxışlarla davam edib.

YAP Təftiş Komissiyası sədrinin müavini, Milli Məclisin deputatı Nizami Səfərov YAP-ın Nizamnaməsinə təklif edilən dəyişikliklərin Azərbaycanın müasir dövrünün reallıqlarından qaynaqlanaraq və onları dolğun formada əks etdirərək gələcəyə hesablandığını qeyd edib.

"Nizamnamə layihəsinə partiya qurultayı, idarə heyəti, təftiş komissiyası, partiya fəaliyyətinin maliyyələşdirilməsi, maliyyə hesabatı və maliyyə uçotuna aid yeni müddəalar daxil edilib ki, bunlar bir tərəfdən partiya fəaliyyətinin gücləndirilməsi, digər tərəfdən mövcud qanunvericiliyə uyğunlaşmaya xidmət edir", - deyə N.Səfərov diqqətə çatdırıb.

YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim olunmuş yeni Nizamnamənin fəlsəfəsini tarixi siyasi irsimizi qorumaqla, onun üzərində müasir, çevik, məsuliyyətli və hüquqi baxımdan daha dəqiq tənzimlənmiş partiya quruculuğu təminatının təşkil etdiyini bildirib.

O, yenilənmiş Nizamnamənin hazırlanmasının ilk mühüm əsaslarından birinin onun yeni "Siyasi partiyalar haqqında" Qanunun tələblərinə və digər qanunvericilik aktlarına uyğunlaşdırılması olduğunu qeyd edib.

"Yeni layihədə bu hüquqi tələblər partiyanın real fəaliyyət mexanizmləri ilə əlaqələndirilir, idarəetmə prosedurları və səlahiyyətlər daha dəqiq müəyyən olunur və məsuliyyət mexanizmləri konkretləşdirilir", - deyə Bahar Muradova vurğulayıb.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə YAP-ın VIII Qurultayının Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edildiyi bir dövrdə keçirildiyini vurğulayıb. O, bunun hər birimiz üçün böyük qürur, xoşbəxtlik olduğunu, tarixi Zəfərin altı ilinin tamam olduğu bir dövrə təsadüf edən qurultayın qarşımıza yeni hədəflər və vəzifələr qoyduğunu diqqətə çatdırıb.

"Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası hər zaman dünənin, bu günün və gələcəyin partiyası olduğunu konkret addımları ilə təsdiqləyir. Əminik ki, Yeni Azərbaycan Partiyasının tarixi bundan sonra daha möhtəşəm uğurlarla zənginləşəcək, qürurverici səhifələrin sayı daha da artacaq", - deyə deputat bildirib.

* * *

Sonra Nizamnaməyə təklif edilən dəyişikliklər səsə qoyulub və yekdilliklə təsdiq olunub.

* * *

Daha sonra YAP İdarə Heyətinin 40 nəfərdən ibarət tərkibi səsə qoyulub və yekdilliklə təsdiq olunub.

* * *

YAP Təftiş Komissiyasının 13 nəfərdən ibarət tərkibi səsə qoyulub və yekdilliklə təsdiq olunub.

* * *

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

22:01
02 Oktyabr

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub  

20:39
02 Oktyabr

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib  

20:13
02 Oktyabr

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər  

20:03
02 Oktyabr

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub  

19:40
02 Oktyabr

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar 

19:34
02 Oktyabr

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB 

19:21
02 Oktyabr

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək  

18:48
02 Oktyabr

“Bitcoin”in qiyməti 87 min dollara çatır  

18:28
02 Oktyabr

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir 

18:21
02 Oktyabr

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır 

18:13
02 Oktyabr

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

18:04
02 Oktyabr

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

18:02
02 Oktyabr

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib  

17:51
02 Oktyabr

Ankaradan Bakıya uzanan biznes körpüsü  

17:49
02 Oktyabr

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

17:42
02 Oktyabr

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar

17:41
02 Oktyabr

Orqanizmin xərçəngdən müdafiəsini zəiflədən gözlənilməz amil aşkar edilib  

17:19
02 Oktyabr

Gündəlik istifadə edilən iki qida iltihabı azaltmağa kömək edir  

17:14
02 Oktyabr

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir  

17:10
02 Oktyabr

Suverenlik Azərbaycanın xarici siyasət strategiyası kimi  

17:08
02 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!