08 Mart 2022 11:18
5013
Mədəniyyət
A- A+
Yel çərşənbəsi

Yel çərşənbəsi

 

Xalqımızın milli bayramları onun ənənəvi mədəniyyətinin elementlərindən hesab olunur. İnsanların inancını əks etdirən bayramlar, el şənlikləri canlı tarix nümunələridir. Novruz da xalqımızın dünyagörüşünü, mifoloji düşüncəsini, adət-ənənələrini özündə ehtiva edən bayramlardandır. Novruz inanclarının əsasında dayanan insana, təbiətə həyat verən dörd ünsürdən biri də yeldir. Yel çərşənbəsi “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” və “Yelli çərşənbə” kimi də tanınır.

“Yel” istər şifahi xalq ədəbiyyatında, istərsə də yazılı ədəbiyyatımızda müxtəlif simvolik anlamlarda işlənərək mifik dünyagörüşünü özündə əks etdirmişdir. Kainatın yaradılmasında əsas yer tutan dörd ünsürdən biri olan “yel” fərqli mənalarda üzə çıxır, müxtəlif mifik qatları özündə əks etdirir. Müxtəlif xalqların mifoloji təsəvvürlərinə, tarixlərinə nəzər saldıqda görərik ki, “yel” ünsürü bir çox canlının, xüsusilə atın törəyişində özünəməxsus rol oynamışdır. Bu baxımdan şifahi xalq ədəbiyyatının örnəkləri olan nağıllarda, dastanlarda “Yel atları”, “Yel qanadlı atlar”ın adının keçməsi təsadüfi hal deyildir.

Folklor nümunələrindən olan mövsüm nəğmələri içərisində yel haqqında bədii nümunələrə rast gəlinir. Bu nümunələrdə əsasən mifoloji qat özünü göstərir. Azərbaycan mifologiyasında bir çox tanrı və bu tanrılara həsr olunmuş ritual nəğmələr mövcuddur. Bunlardan biri də “Yel baba” nəğməsidir:

A Yel baba, Yel baba,

Tez gəl, baba, gəl, baba.

Sovur bizim xırmanı

Dən toplanıb dağ olsun

Yel babamız sağ olsun.

Əkin-biçin zamanı oxunan bu nəğmədə antopomorfikləşdirilmiş Yel baba obrazı və onun təriflənməsi ön planda tutulur.

Təsəvvüf ədəbiyyatında “Səba” adı ilə verilən, ruhani aləmdən əsən külək Allahdan kamil insanların qəlbinə dolan ruhani nəfəsdir ki, bəşərin öz əslinə qovuşmasına vasitəçi olur.

Quranda isə yelin Allah tərəfindən göndərildiyi qeyd edilir. Quranda küləklər müjdəçi adlandırılır. “Nəml” surəsinin 63-cü ayəsində oxuyuruq: “Qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə müjdəçi kimi göndərən kimdir? Məgər Allaha yanaşı başqa bir tanrımı var?! Allah Ona şərik qoşduqlarından ucadır!”

Əski inamlarda Yel Tanrı kimi qəbul edilir, yaxud hər hansı bir missiyanı yerinə yetirmək üçün dünyanı idarə edən qüvvə tərəfindən göndərilən bir güc kimi göstərilir. O, köməkedici, cəzalandırıcı funksiyaya sahibdir. Qədim etiqadlardan qaynaqlanan mənbələrdə “qara nəhr”də yatmış dörd cür külək - ağ yel, qara yel, xəzri, gilavar Yer üzünə çıxır. Hərəsinin də öz donu olur. Bu donların rəngləri də mifik dünyagörüşündən qaynaqlanır. Ağ yel - ağ libasda, qara yel - qara libasda, xəzri - göy libasda, gilavar - qırmızı libasda təsvir edilir.

Azərbaycan mifik təfəkküründə yel yol göstərən, bələdçi funksiyasını yerinə yetirir. Yel baba yolunu azan insanların qarşısına çıxır, onlara yolu tapmaqda köməkçi olur. O, azanlara yumaq ip verərək bu vasitə ilə onları düz yola çıxarır.

İp yumağın səridi,

Təri zəhmət təridi,

Havaya isti gəldi,

Suyun buzu əridi.

Yel bir varlıq kimi götürülür, ilahi qüvvənin iradəsinin ifadəsi kimi çıxış edir. Bu səbəbdən də Yel babanın şərəfinə xüsusi mərasimlər, ayinlər keçirilir. Bu mərasim dörd ilahi başlanğıcdan üçüncüsü olan Yel çərşənbəsində icra olunur. Yellə bağlı nəğmələr, bayatılar söylənilər. Yel baba köməyə çağırılar.

Əcdadlarımız inanmışlar ki, Yel baba xırmana gəlməmişdən qabaq oradan taxıl bitkiləri götürməzlər. Belə inanc var ki, sovurulandan sonra ilk buğda götürənin oğlu olar. Buna əsaslanaraq deyə bilərik ki, əski inanclarda Yel baba rabitə yaradan vasitə hesab edilirdi. Ən maraqlı rituallardan biri isə qızların küləyə “ərə getmə” mərasimidir. Taxıl döyümü vaxtı boğanaq, qalxarsa, qızlar “Boğanaq, gəlmə, sənə gedəcəyəm” deyirlər.

Yel çərşənbəsi günü digər çərşənbələrdə olduğu kimi, tonqallar qalanır, süfrələr bəzənir. Evlərdə plov, əsasən də südlü plov, bulğur aşı bişirilir. Süfrəyə dənli bitkilərdən hazırlanmış çərəzlərdən, quru meyvələrdən və şirniyyatlardan ibarət xonçalar qoyulur. Evlərdə təmizlik işlərinə başlanır, səməni cücərdilir, bəzi evlərdə isə azca boy atmış səməninin belinə qırmızı qurşaq bağlanır. Bu ərəfədən başlayaraq bayram üçün yeni geyimlər alınır. Yel çərşənbəsində xüsusi ayinlər də icra olunur; Yel çərşənbəsində söyüd ağacının altından keçərlər ki, niyyətin qəbul olsun. Yel çərşənbəsində Yel dağına ziyarətə gedərlər.

Xalq arasında yellə bağlı inanclar üstünlük təşkil edir. Bəzi bölgələrdə külək bərk əsərkən evin ilk övladı sonbeşik uşaqla canamazı (namaz qılınan parça) əncir ağacına bağlayaraq söyləyir:

Mən anamın ilkiyəm,

Ağzı qara tülküyəm,

Xəzri yat, gilavar yat...

Külək, sürmə at,

Gəl, ələkdə, yat!

Bu şeir parçası bəzi bölgələrdə son misraları dəyişməklə dolunun dayandırılması üçün də oxunur. Yel çərşənbəsində isə yel əsmədikdə “Külək çağırdı” mərasimini icra edirlər.

Ulularımızın inancına görə, Yel çərşənbəsində vədə küləkləri Xızır Nəbinin əmri ilə məhəbbət qanadına çevrilərək ürəkdən-ürəyə əsərək sevgini aləmə yayır. Məhz bu səbəbdən də oğlanlar bu çərşənbədə qız seçməyə çıxarlarmış. İnama görə, bu gecə Xızır Nəbi sevgililərə “Abi-kövsər” suyu içirib buta verir. “Ağ yelə tuş olasan səni”, “Üstündən ağ yellər əssin” kimi alqışlarımızın da bu inancdan doğduğunu desək, yanılmarıq. Hətta inanca görə, Yel çərşənbəsində ata-ananın xeyir-duası olmadan qaçırılan qıza xeyir-duanı əli butalı Xızır Nəbi verir. Bu çərşənbədə qəfəsdəki quşların satın alınıb “Azat-bezat, məni cənnətdə gözət” deyərək havaya buraxılması da inanclarımızdandır. Bəzi hekayələrimizdə bu motiv öz yerini tutur. Xahiş, arzu yazılan çərpələnglərin göyə buraxılması bu çərşənbənin ayinlərindəndir. Xızır Nəbi ilə təmasda olmaq üçün icra olunan “Yelləncəkdə yellənmə” mərasimi də bu çərşənbənin rituallarındandır.

Yellə bağlı atalar sözləri də çoxluq təşkil edir: Yelə verdiyin düşmənə qismət olar. Yel əsməyincə yarpaq tərpənməz. Yelə qoşulan çox uzağa getməz. Yel aparan yelinki, yerdə qalan mənimki. Yelin işi elnən deyil, külnəndi. Küləklə yatanın cin atı olar. Yelin zarafatı qovmaqla başlanır. Ağac körpə olanda qara yeldən qoruyarlar. Bu cür atalar sözləri adətən inanclarla bağlı yaranır.

 

Səhər ORUCOVA,

BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik passport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:22
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:19
16 Dekabr

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

02:19
16 Dekabr

İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:18
16 Dekabr

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında

02:17
16 Dekabr

"Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında

02:16
16 Dekabr

A.Ə.Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında

02:16
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında

02:15
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında  

02:14
16 Dekabr

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərə şamil edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 oktyabr tarixli 158 nömrəli Qərarının ləğv edilməsi haqqında

02:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!