21 İyul 2023 16:26
1483
Mədəniyyət
A- A+
Yazıçısı, ssenarist, dramaturq Marat Haqverdiyevin doğum günüdür

Yazıçısı, ssenarist, dramaturq Marat Haqverdiyevin doğum günüdür

 

Bu gün yazıçısı, ssenarist, dramaturq, Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin doğum günüdür. O, 1938-ci il iyulun 21-də Bakıda dünyaya göz açıb. Atası Xanlar Haqverdiyev Azərbaycan və Türkmənistanın Əməkdar artisti, anası Cahan Əfruz (Dilanova) şairə-dramaturq idi. Marat uşaqlıq illərindən rəssamlığa böyük maraq göstərib. Ancaq orta məktəbi bitirəndə memar olmaq qərarını verib. 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) memarlıq fakültəsinə daxil olub. Tələbəlik illərində təhsil aldığı institutun xalq çalğı alətləri ansamblı və estrada orkestrinin solisti kimi o vaxt sovet ittifaqının tərkibində olan respublikalarda qastrol səfərlərində iştirak edib. 
İnstitutu bitirdikdən sonra qısa müddət tikinti sahəsində fəaliyyət göstərib. Uzun illər Mədəniyyət Nazirliyinin nəzdində Tarix və Mədəniyyət Abidələrinin Bərpası İdarəsində müxtəlif vəzifələrdə çalışıb. O, Azərbaycanın tarix və mədəniyyət abidələrinin, həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Rəşid Behbudov adına Mahnı Teatrı, muzeylər, məscidlər, mədrəsələr, qala və türbələrin bərpası ilə məşğul olub.
Ədəbiyyata 1970-ci illərdə tərcüməçi kimi gəlib. Anasının vəfatından sonra onun yolunu davam etdirib. "Ailədə məhkəmə" adlı ilk dram əsəri Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulub. Bir il sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Məhəbbət, şeytan və lambada", sonra "Məşuqələr" pyesi səhnələşdirilib. "Ah, qadınlar, qadınlar" komediyası isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaçılara təqdim edilib.
Sonralar müxtəlif teatrların səhnəsində Marat Haqverdiyevin "Fədakarlıq", "Sənsiz yaşaya bilmərəm", "Məhəbbət əzabları", "Məhəbbət yaşa baxmır" və digər pyesləri uğurla tamaşaya qoyulub.
Müəllifin "Qısqanc ürəklər" və "Ah, qadınlar, qadınlar" əsərləri Türkiyənin bir çox teatrlarında - İstanbulun Çemberlitaş teatrı, Sarıyer bələdiyyə teatrı, Fatih Universitetinin teatrında səhnəyə qoyulub 
O, həm də maraqlı ssenarilərin müəllifidir. Rejissor Lütfü Məmmədbəyov yazıçının ssenarisi əsasında "Səninlə və sənsiz" bədii televiziya filmini çəkib. "Səni gözləyirəm" lirik əsərini də Lütfü Məmmədbəyov ekranlaşdırıb. Marat Haqverdiyevin böyük siyasətçi Heydər Əliyevdən bəhs edən "Qarabağ şikəstəsi" ssenarisi əsasında Mərahim Fərzəlibəyov ikiseriyalı bədii televiziya filmi çəkib.  Heydər Əliyevə həsr etdiyi ikinci əsərinin - "Fədakarlıq" əsərinin ssenarisi əsasında eyni adlı bədii televiziya filmi çəkilib. Müəllif həmin ssenarinin dram variantını yazıb. Əsər Sumqayıt Dövlət Dram Teatrında tamaşaya qoyulub. Premyerası Akademik Milli Dram Teatrında uğurla nümayiş edilib. Marat Haqverdiyev yaradıcılığının son zirvəsi adlandırdığı, Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş "Üç dəniz əfsanəsi" əsərində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisindən bəhs olunub. 

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan” 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

İdman həm də sağlam sabahdır

09:10
04 Aprel

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!