26 Yanvar 2023 00:38
995
Oxucu məktubları
A- A+

Yaşayış məntəqələri mərhələli şəkildə qazlaşdırılır

 

Sizin "Soyuqbulağın soyuq günləri" sərlövhəli oxucu məktubunda qaldırılmış problemin həlli istiqamətində tədbir görülməsi barədə 5 yanvar 2023-cü il tarixli  məktubunuza baxılmışdır.  
Bildiririk ki, rayonun 109 yaşayış məntəqəsindən 74-ü (68,8 faiz) qazla təmin edilmiş, digər yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı təkliflər "Azəriqaz" İstehsalat Birliyinə təqdim olunmuşdur. 
Hazırda 25 abonent sayı olan Gədəbəy şəhərinin "Dərəqumlu" adlanan yaşayış massivinin və 382 abonent sayı olan Qoşabulaq kəndinin qazlaşdırılması işləri davam edir. "Azəriqaz" İstehsalat Birliyinin tərtib etdiyi proqrama əsasən, digər yaşayış məntəqələrinin mərhələli şəkildə qazlaşdırılması nəzərdə tutulmuşdur.

Natiq NAĞIYEV,
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH başçısının səlahiyyətlərini müvəqqəti icra edən

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video