08 Noyabr 2026 16:13
178
SİYASƏT
A- A+
“Yaşamadığımız, düşünə bilmədiyimiz bir möcüzəni Siz bizə yaşatdınız”  

“Yaşamadığımız, düşünə bilmədiyimiz bir möcüzəni Siz bizə yaşatdınız”  


Şanlı Zəfərimizin qürurunu, əzəmətini və haqq-ədalətin təntənəsini ən dərin hisslərlə yaşadığımız bu unudulmaz günlərdə Azərbaycanın hər qarış torpağı yeni bir növraq yaşayır. Uzun illər nisgilin, qürbət acısının ağır yükünü çiyinlərində daşıyan keçmiş məcburi köçkün soydaşlarımız üçün isə indi təqvimin hər günü itirilmiş illərin bərpası, ana torpağa qovuşmağın təntənəsidir. 

Noyabrın 6-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak etmələri, Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərə təzə mənzillərinin açarlarını təqdim etmələri bu möhtəşəm tarixi daha bir parlaq səhifə ilə zənginləşdirdi.


Zəfər qürurlu qayıdış karvanları 


2020-ci ilin noyabrında azadlığa qovuşan torpaqlarımızda qələbənin əbədi simvolu olan Şuşaya uzanan Zəfər yolunun təməlini qoyan Prezident İlham Əliyevin bu müqəddəs bölgəyə hər səfəri əzəli sakinlərinin doğma ocaqlarına qayıtdıqlarının qürurlu bəyanıdır. Bu gün zirvələrində üçrəngli bayrağımızın əbədi dalğalandığı Qarabağ və Şərqi Zəngəzur başqa bir ruhla, coşquyla nəfəs alır. İllərin həsrəti yerini ana torpağa qovuşmağın sonsuz səadətinə verib. Düz otuz il məcburi köçkünlüyün ağır maddi və mənəvi çətinliklərinə sinə gərən soydaşlarımız bir an olsun belə doğma yurdlarına dönəcəklərinə olan inamlarını itirmədilər. Onların qəlbində bu sarsılmaz ümidi sönməyə qoymayan isə Prezident İlham Əliyevin xalqımızın milli maraqlarının təmin olunmasına yönələn qətiyyətli və uzaqgörən siyasəti oldu. Ölkəyə rəhbərlik etdiyi ilk illərdən torpaqlarımızın azadlığını özünün şərəf borcu, Ali məqsədi hesab edən dövlətimizin başçısı hər zaman məcburi köçkünlərimizin yanında oldu, onlarla hər görüşündə mütləq öz ocaqlarına qayıdacaqlarını inamla və qətiyyətlə söylədi. Bu gün xalqımız həmin uzaqgörən vədlərin gerçəkləşdiyi tarixi anları yaşayır: Qarabağ və Şərqi Zəngəzura ardıcıl qayıdış karvanları zəfər qüruru ilə yola salınır...

Prezident İlham Əliyevin doğma el-obalarına qovuşan keçmiş məcburi köçkünlərin evlərinə qonaq gedərək onların sevinclərini bölüşməsi də artıq xoş ənənəyə çevrilib. 

Növbəti bayram əhvallı görüş Zəfərimizin 6-cı ildönümünü qeyd etdiyimiz günlərdə yaşandı. Noyabrın 6-da Zəfər bayramı ərəfəsində gerçəkləşən bu səfər zamanı Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərlə görüşdə çıxış edərək şanlı Qələbəmiz və azad edilən ərazilərdə ötən illər ərzində görülən nəhəng işləri diqqətə çatdırdı: “Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq. Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər. Çünki biz ədaləti bərpa etdik, öz ləyaqətimizi bərpa etdik və döyüş meydanında qan tökərək öz haqqımızı bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin... ...Onların qisası döyüş meydanda alınıb və bu gün onların əziz xatirəsinə ən böyük hörmət əlaməti bax, Qarabağın, Şərqi Zəngəzurun belə gözəl dirçəldilməsidir”.

Ölkəmizin rəhbəri əlavə etdi ki, bu gün biz demək olar ki, müntəzəm olaraq yeni gözəl kəndlər, şəhərlər salırıq, sıfırdan qururuq: “Çünki mənfur düşmən bizim bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdi, o cümlədən Cahangirbəyli, Soltanlı kəndlərini də tam dağıtmışdı. Bu gün bu iki kəndə təqribən 700-ə yaxın ailə qayıdır. Sizin üçün gözəl evlər tikilib. Əminəm ki, siz bu şəraitdən səmərəli şəkildə istifadə edəcəksiniz. Əsas məsələ odur ki, artıq köçkünlük həyatı arxada qalır”. 


 “Bəlkə yuxu görürəm...” - səmimi hisslərin ifadəsi...


Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərlə görüşləri, yaşanan səmimi dialoqlar unudulmaz anlarla yadda qalır. Dövlət başçısının Cahangirbəyli və Soltanlı kəndlərinin sakinləri ilə görüşündə də elə oldu. Məhz bu səmimi mühitdə otuz üç illik həsrətin son nöqtəsi qoyuldu. İllərlə ürəklərdə gəzdirilən ən kövrək hisslər, böyük inam və təşəkkür ifadələri dilə gəldi.  

“Otuz ildən sonra, yox, otuz üç ildən sonra Sizin bizi buraya qaytarmağınız əslində möcüzədir. Mənim üçün möcüzədir. Mən fikirləşirəm ki, bəlkə yuxu görürəm, inanın səmimiyyətimə. Sonra baxıram ki, yox, yuxu deyil. Allah Sizi qorusun, Allah Sizə cansağlığı versin”, - deyə sakinlərdən biri öz səmimi duyğularını ifadə etdi.  

Yaxud digər sakinin dediklərindən: “Yaralı, əsir düşmüş vətənimizin yeganə xilası onun yaralarını ancaq Zəfərlə sarımaq olardı ki, bu mümkünsüz işi Siz bacardınız, əziz Prezidentimiz... ...Ulu Öndərimizdən və şəhidlərimizdən bizlərə əmanət qalmış bu Vətən torpağının bundan sonra bərpa olunub yenidən dirçəlməsi üçün qalan vəzifə artıq biz vətəndaşların borcudur. Sizə söz veririk ki, yurdumuzun abadlığı üçün biz də hər zaman dövlətimizin və Sizin arxanızdayıq”.

Söhbət əsnasında Prezident sakinlərin gələcək planları, təsərrüfat qurmaq istəkləri ilə yaxından maraqlandı. 

Dövlət başçısının, “ Burada nə işlə məşğul olacaqsınız?” sualını cavablandıran kişi sakinin, “maşının daşını atıb” kənd təsərrüfatı ilə məşğul olacağını bildirməsi, torpağa bağlılığın və qurub-yaratmaq əzminin bariz nümunəsi idi: “Burada kənd təsərrüfatı ilə. Bizim camaat işlək camaatdır, cənab Prezident, əkəcəklər, biçəcəklər”.

Bölgədə Zəngəzur dəhlizinin açılması, dəmir yolunun çəkilməsi, məktəb və bağçaların fəaliyyətə başlaması ilə böyük inkişafın olacağını bildirən Prezident İlham Əliyev kənddə məşğulluq imkanlarının geniş olacağını xüsusi vurğuladı: “Burada iş çox olacaq. Zəngəzur dəhlizi də kəndin ərazisindən keçir. Burada böyük inkişaf gözlənilir, dəmir yolu da işləyəcək... ...Məktəbi də soruşmuşam, müəllimlər məktəbdə, bağçada işləyəcəklər”.

Görüşdə yaşanan kövrək, eyni zamanda qürurverici anlardan biri şəhid anasının  – 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Ziyadxan Əliyevin anasının dilindən səslənən o unudulmaz sözlər oldu: “Necə deyim, yaşamadığımız, düşünə bilmədiyimiz bir möcüzəni Siz bizə yaşatdınız, əsgərlərimizlə, ordumuzla bərabər, xalqın birliyi ilə bərabər. İnşallah, birliyimiz pozulmasın. Allah Sizi var eləsin. Siz bizim əbədiyaşar Prezidentimizsiniz”. 

Otuz illik ayrılığa son qoyan yurda möhtəşəm qayıdış həm də xalqımızın milli qürurunun, iradəsinin və ədalətin bərpasının əbədi dastanıdır. Azad ərazilərdə ucalan hər yeni ev, çiçəklənən torpaqlar bir daha sübut edir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi, şanlı Ordumuzun qəhrəmanlığı ilə qazanılan bu Zəfərin işığı daim Qarabağ və Şərqi Zəngəzura – Bütöv Azərbaycana nur saçacaq. 


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şirvan Şəhər İcra Hakimiyyətində ağsaqqallar və ziyalılarla görüş keçirilib  

16:55
08 Noyabr

Süni intellekt insan nəzarətindən çıxır  

16:53
08 Noyabr

 “Zəfərin qəhrəmanları ilə bir gün”

16:52
08 Noyabr

Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır – FAKTİKİ HAVA

16:50
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

16:47
08 Noyabr

Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır

16:46
08 Noyabr

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur

16:45
08 Noyabr

Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir

16:44
08 Noyabr

Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: Heç kimə imkan vermərik ki, bizim aramıza girsin

16:43
08 Noyabr

Prezident: Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar

16:42
08 Noyabr

Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur  

16:42
08 Noyabr

Prezident: Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq  

16:40
08 Noyabr

Tarixdən güc, gələcəyə yön alan ideologiya  

16:34
08 Noyabr

Qələbəmizin təminatçısı xalqın iradəsi, ordunun qüdrəti, iqtidarın qətiyyəti oldu  

16:27
08 Noyabr

Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi

16:26
08 Noyabr

Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər

16:24
08 Noyabr

Prezident İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir  

16:23
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər YENİLƏNƏCƏK

16:22
08 Noyabr

Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib

16:21
08 Noyabr

FHN-in kollektivi Zəfər parkını ziyarət edib  

16:20
08 Noyabr

“Yaşamadığımız, düşünə bilmədiyimiz bir möcüzəni Siz bizə yaşatdınız”  

16:13
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!