01 Sentyabr 2026 09:20
627
Mədəniyyət
A- A+
Yarım əsrdən çox Azərbaycan dilinin keşiyində 

Yarım əsrdən çox Azərbaycan dilinin keşiyində 


AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu çoxsaylı  mo-noqrafiyaların, 60-dan artıq tərcümə və kitabın, 500-dən çox məqalənin müəllifidir. 

Alimin 1979-cu ildə müdafiə etdiyi "XVI əsr Azərbaycan tərcümə abidəsi "Şühədanamə" (poleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri)" adlı namizədlik "XV-XVI əsrlər Azərbaycan tərcümə abidələri (tekstoloji tədqiqi və dil xüsusiyyətləri)" mövzusunda doktorluq dissertasiyaları Azərbaycanda paleoqrafiya və tərcümə tarixinə həsr olunmuş ilk ciddi elmi araşdırmalardır. Onun elmi yaradıcılığı əsasən orta yüzilliklərdə olan mənbələrin fars dilindən Azərbaycan dilinə tərcümə edilməsinə və həmin əlyazmaların mətnşünaslıq və dilçilik baxımından tədqiqinə həsr olunmuşdur. 

Orta əsr ümumtürk ədəbiyyatının ən qiymətli nümunələrinin yorulmaz tədqiqatçısı, linqvistik mətnşünaslıq sahəsinə dair dəyərli elmi araşdırmaların müəllifi, xüsusən də farsdilli yazılı abidələrin peşəkar tərcüməçisi, Azərbaycan tərcümə ədəbiyyatının inkişafında xidmətləri olan şərqşünas alim akademik Möhsün Nağısoylu tərcümə etdiyi əsərlərlə ədəbiyyatımıza, ümumilikdə mədəniyyətimizə dəyərli töhfələr vermişdir. Öz dəst-xəti ilə seçilən, ardıcıl və səmərəli elmi fəaliyyət göstərən tanınmış əlyazmaşünas - mətnşünas son illərdə klassik Azərbaycan tərcümə ədəbiyyatının ilkin qaynaqları - əlyazmaları əsasında ilk dəfə tərtib edib nəşrə hazırladığı kitabları ilə filologiya elmimizdə özünəməxsus məktəb yaratmışdır. 

Onun istər Azərbaycan ədəbiyyatı tarixi, istərsə də ədəbi dil tarixinin aktual problemlərinə həsr olunmuş əsərlərində ədəbi dilin inkişaf tarixi yüksək peşəkarlıqla tədqiq olunmuşdur. Akademikin "Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti" monoqrafiyasında ilk dəfə olaraq Şərq klassik tərcümə sənətinin növ və xüsusiyyətləri ətraflı şəkildə araşdırılmış və indiyədək elm aləminə bəlli olmayan bir sıra mənbələr üzə çıxarılmışdır. Qeyd olunduğu kimi, Yaxın və Orta Şərq xalqlarının əsrlər boyunca qarşılıqlı əlaqələrdə olmaları, ərəb, fars və türklərin möhtəşəm islam mədəniyyətinin inkişafında yaxından iştirak etmələri ədəbiyyatın ayrıca bir qolu kimi tərcümə sənətinin inkişafına səbəb olmuşdur. Tədqiqatda Orta əsrlərdə tərcümə sənəti müstəqil bədii yaradıcılığın ayrıca bir növü hesab edilərək bir sıra özəl xüsusiyyətləri təyin edilmiş və müasir tərcümədən köklü surətdə fərqləndiyi müəyyənləşdirilmişdir. İlk dəfə tərcümə əsərləri ilə onların orijinallarının mətnləri üzərində müqayisəli tekstoloji təhlil aparılmış və Azərbaycanda tərcümə sənətinin səciyyəvi xüsusiyyətləri üzə çıxarılmışdır. Azərbaycanda tərcümə sənətinin qədim tarixi Orta əsrlərə aid təzkirələr, tarixi və ədəbi əsərlər, eləcə də günümüzə qədər gəlib çatan tərcümə əsərlərinin əlyazmaları əsasında araşdırılaraq göstərilir ki, bu tərcümələr anadilli yazılı ədəbiyyatla eyni dövrdə yaranmısdır. 

M.Z.Nağısoylunun Azərbaycan filologiyasında yeni bir sahə olan linqvistik mətnşünaslıq üzrə araşdırmalarında XV-XVI əsrlərə aid tərcümə əlyazmalarında işləyən ayrı-ayrı söz və ifadələrin məhz klassiklər tərəfindən ilk dəfə yazılı ədəbi dilə gətirilməsi əsaslandırılmış və onların şərhi verilmişdir. Müəllifin "Gülşəni-raz" tərcüməsi ilə onun farsca orijinalının müqayisəli tekstoloji tədqiqinə həsr olunmuş əsəri tərcümə ədəbiyyatı tarixinin araşdırılması və tərcümə mətninin düzgün qavranılması üçün çox dəyərlidir. Tərcümənin dil xüsusiyyətləri göstərir ki, XIV-XV əsrlərin anadilli məsnəviləri kimi ümumxalq danışıq dilində qələmə alınmış və həmin dövrün türk mənşəli sözləri işlək olmuşdur. Bununla yanaşı, Həzinin "Hədisi-ərbəin" tərcüməsi Nəsimi "Divan"ı və Xətainin "Dəhnamə" məsnəvisi ilə müqayisə edilərək təhlil edilmişdir. 

Alimin tədqiqatlarında Orta əsrlər yazılı abidələrin həm də linqvistik xüsusiyyətləri geniş araşdırılmış, dövrün dil xüsusiyyətləri bu mənbələr əsasında müəyyənləşdirilmiş, dil vahidlərinin etimoloji təhlilləri verilmiş, müasir dil üçün arxaikləşmiş sözlərin Şiraziyə qədərki və ondan sonrakı dövr əsərlərində işlənmə məqamları dəqiqləşdirilmişdir. Mətnşünas alim klassik Azərbaycan tərcümə ədəbiyyatı nümunələrinin XV-XVI əsrlərdə daha geniş vüsət aldığını və həmin dövrdə milli ədəbi dilimizin güclü inkişafı ilə birbaşa bağlılığını qeyd edir. Buna görə də tərcümə abidələri üzərində alimin apardığı tədqiqatların Azərbaycan dilinin tarixi inkişaf mərhələlərini aydınlaşdırmaq baxımından mühüm əhəmiyyəti var. Görkəmli alimin hazırladığı elmi təsvirlər farsdilli əlyazmalar kataloqunun birinci, ikinci və üçüncü cildlərinə daxil edilmisdir. 

M.Nağısoylunun tədqiqatlarında dəfələrlə əlifba dəyişikliyinə məruz qalmış Azərbaycan xalqının Orta əsrlərdəki elmi-ədəbi, mədəni tarixinin yaşadılması üçün gördüyü səmərəli fəaliyyət nəticə-sində arxivdə saxlanılan bir çox əsərlər tərcümə edilərək müasir Azərbaycan oxucusuna təqdim olunmuşdur. Onun yaradıcılıq irsinin mühüm bir hissəsini tərcüməçilik fəaliyyəti təşkil edir. O, uzun illər Əfqanıstanda fars  dili üzrə tərcüməçi işləməklə yanaşı, fars dilindən bir sıra kitabları da Azərbaycan dilinə tərcümə etmişdir. Tərcümə tarixi sahəsində tanınmış mütəxəssis kimi tanınan alimin tər-cümələri sırasında İran alimi Sədrəddin Bəlağinin "Quran qissələri" kitabının tərcüməsi də xüsusi yer tutur. Möhsün Nağısoylunun aydın və axıcı bir dillə tərcümə etdiyi bu kitabdan respublikamızın ayrı-ayrı təhsil müəssisələrində dərs vəsaiti kimi istifadə olunur. Klassik ədəbiyyatımız üçün böyük rol oynayan bu əsər 2001 və 2006-cı illərdə İranın paytaxtı Tehranda və Qum şəhərində təkrar nəşr olun-muşdur. Bununla yanaşı, M.Nağısoylu Ə.Bəxşayişinin "Sidiqiye-Tahirə" (Bakı, 1996, 228 səh.), Şeyx Mahmud Şəbüstərinin "Gülşəni-raz" (Bakı, Nurlan, 2005, 128 səh.), Seyid Yəyha Bakuvinin "Şərhi-sualati-Gülşəni-əsrar" (Bakı, 2014) əsərlərini də tərcümə etmişdir. 

Möhsün Nağısoylu bir çox beynəlxalq və respublika konfranslarında, müşavirə və elmi sessiyalarda Azərbaycan filologiyasını təmsil edən görkəmli alimdir. O, Almaniyada, Türkiyədə, Tehranda, Kabildə, Ankarada, Konyada, Lefkoşada və Rusiyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq elmi konfranslarda iştirak etmiş, türkologiya və Azərbaycan mətnşünaslığının, dilinin, ədəbiyyatının aktual problemləri ilə bağlı rus, fars və türk dillərində məruzələr etmişdir. 

Möhsün Nağısoylu 2015-2021-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru olmuşdur. Alimin rəhbərliyi ilə Azərbaycan dilinin - dövlət dilimizin inkişaf etdirilməsi, zənginləşdirilməsi və qorunması sahəsində elmi əhəmiyyətli vəzifələr yerinə yetirilmişdir. Akademiyanın həqiqi üzvü, bacarıqlı elm təşkilatçısı M.Nağısoylu hazırda ARNK yanında Terminologiya Komissiyasının "Dilçilik və orfoqrafiya" bölməsinin sədri, 2015-ci ildə təşkil olunmuş Dil Komissiyasının üzvü və 2021-ci ildən AMEA-nın müşaviridir. Elmi fəaliyyətinin bütün dövrlərində Azərbaycan filologiyasının ən aktual problemləri ilə bağlı araşdırmalar aparmış görkəmli alim istər elmi, istər pedaqoji, istərsə də təşkilatçı kimi ibrətamiz bir ömür sahibidir. Alimin üzün müddət apardığı səmərəli elmi fəaliyyəti yüksək qiymətləndirilərək 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2017-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. 

M.Nağısoylu Azərbaycan ictimaiyyətində tanınmış mətnşünas, mükəmməl tərcüməçi kimi ana dilimizin inkişafında mühüm rolu olan və milli köklər üzərində təşəkkül tapan əlyazmalar üzərində 50 ildən çoxdur tədqiqat aparır və Azərbaycan elminin gələcəyi naminə bilik və bacarığını, fiziki qüvvəsini əsirgəmədən öz elmi fəaliyyətini davam etdirir. Bütün qüvvə və bacarığını ana dilinin tədqiqi, tədrisi və təbliği işinə, elmi, pedaqoji kadrların hazırlanması kimi son dərəcə şərəfli, məsuliyyətli bir məqsədə həsr etmişdir. Onlarla kitab, yüzlərlə elmi məqalə, ümumən Azərbaycan mədəniyyəti tarixinin qızıl fondunu təşkil edən ayrı-ayrı qədim əlyazmaların elmi-tekstoloji baxımdan araşdırılıb ərsəyə gətirilməsi məhz M.Nağısoylunun ardıcıl və səmərəli elmi fəaliyyətinin nəticələridir. Onun el-mi rəhbərliyi ilə 30-a qədər doktorant dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru və elmlər doktoru alimlik dərəcəsini almışdır. Bu alimlərin hər biri M.Nağısoylu məktəbinin davamçılarıdır. 

Tanınmış şərqşünas, mətnşünas-dilçi alim, akademik Möhsün Nağısoylu 80 illik ömür yolunun yarım əsrini elmə, maarifə, milli-mənəvi sərvətimiz olan əlyazmaların tədqiqinə həsr etmişdir. Görkəmli əlyazmaşünas-mətnşünas, dilçi alim, yazılı abidələrimizin yorulmaz tədqiqatçısı, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylu ömrünün müdriklik dövrünü yaşayır.


Sayalı SADIQOVA,

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb  

22:34
22 Sentyabr

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib  

22:33
22 Sentyabr

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb  

22:32
22 Sentyabr

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib  

22:31
22 Sentyabr

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib  

22:31
22 Sentyabr

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb  

22:29
22 Sentyabr

Unikal dialoq məkanı  

21:15
22 Sentyabr

Sonuncu oyun: Messidən Argentina millisində vida mesajı  

21:13
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

20:35
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

20:13
22 Sentyabr

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

20:01
22 Sentyabr

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

19:58
22 Sentyabr

“Yeni qala” konsert kompleksinin açılışı olub

19:43
22 Sentyabr

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

19:32
22 Sentyabr

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

19:21
22 Sentyabr

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

19:12
22 Sentyabr

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

19:03
22 Sentyabr

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

18:58
22 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır

18:56
22 Sentyabr

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

18:49
22 Sentyabr

Dublində qədim qala tapılıb

18:47
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!