21 Avqust 2024 18:18
399
SİYASƏT
A- A+

YAP Mərkəzi Aparatında MDB müşahidə missiyası qərargahının rəhbəri ilə görüş keçirilib

 

Avqustun 21-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla Müstəqil Dövlətlər Birliyi (MDB) müşahidə missiyası qərargahının rəhbəri Oleq Kuleba arasında görüş keçirilib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş imkanının yaradılmasına görə təşəkkürünü bildirən Oleq Kuleba MDB müşahidə missiyasının 2003-cü ildən etibarən Azərbaycanda seçkiləri müşahidə etdiyini söyləyib. O bildirib ki, sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilər MDB missiyası tərəfindən Azərbaycanda müşahidə edilən 12-ci seçki olacaq.

MDB müşahidə missiyasının tərkibi və fəaliyyəti haqqında məlumat verən qərargah rəhbəri hazırda heyətdə 132 nəfərin yer aldığını, onlardan 10 nəfərin uzunmüddətli müşahidə apardıqlarını qeyd edib. Onun sözlərinə görə, ilkin müşahidələr namizədlər üçün bərabər imkanların yaradıldığını, Mərkəzi Seçki Komissiyasının və onun yerlərdəki qurumlarının seçkilərə yüksək səviyyədə hazırlaşdığını göstərir. O.Kuleba, həmçinin missiya üzvlərinin fəaliyyətinə heç bir maneə yaradılmadığını və lazımi məlumatların əldə edilməsinə aidiyyəti qurumlar tərəfindən dəstək göstərildiyini bildirib.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov MDB müşahidə missiyasının Azərbaycandakı fəaliyyətinin seçki təcrübəsinin mübadiləsi və seçki institutunun daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıqla bağlı gördüyü işlər və seçkiqabağı təşviqat kampaniyasının gedişatı haqqında məlumat verən YAP Sədrinin müavini Azərbaycanın zəngin və daim təkmilləşən seçki təcrübəsinə malik olduğunu, qarşıdan gələn parlament seçkilərinin də rəqabətli mühitdə - azad, ədalətli, şəffaf və demokratik keçirilməsi üçün bütün şəraitin təmin edildiyini bildirib.

YAP Sədrinin müavini MDB müşahidə missiyasını maraqlandıran sualları cavablandırıb, seçkilərin gedişatına dair kənar qiymətləndirmənin önəminə diqqət çəkərək missiyaya fəaliyyətində uğurlar arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video