11 Dekabr 2025 20:19
277
SİYASƏT
A- A+
YAP Mərkəzi Aparatında görüş keçirilib  

YAP Mərkəzi Aparatında görüş keçirilib  

Dekabrın 11-də Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu Meyin təşəbbüsü ilə Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin 4-cü plenumu və Çinin 15-ci beşillik inkişaf proqramına dair məlumatları bölüşmək məqsədilə Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında görüş keçirilib.

YAP-dan AZƏRTAC-a bildirilib ki, görüşdə partiyanın İdarə Heyətinin, Veteranlar Şurasının və Gənclər Birliyinin üzvləri, Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar, YAP Mərkəzi Aparatının əməkdaşları və yerli təşkilat sədrləri iştirak ediblər.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyev və Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının (ÇKP) Baş katibi Si Cinpinin rəhbərlikləri ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Çin münasibətlərinin hər iki ölkənin milli maraqlarına və müasir qlobal çağırışlara cavab verdiyini qeyd edib. O, Prezident İlham Əliyevin cari ilin aprel ayında Çinə dövlət səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”dan irəli gələrək iqtisadi-ticari, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, elm və texnologiya, təhsil, mədəniyyət, humanitar və digər sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ardıcıl fəaliyyətin həyata keçirildiyini və yüksəksəviyyəli dialoqun uğurla davam etdirildiyini vurğulayıb.

YAP Sədrinin müavini Azərbaycan-Çin münasibətlərinin inkişafında iki ölkənin hakim partiyalarının əməkdaşlıq əlaqələrinin müstəsna rolunu qeyd edib. O, 2024-cü ilin noyabr ayında YAP ilə ÇKP-nin Əməkdaşlıq memorandumu imzalamasının önəmini diqqətə çatdıraraq, dövlətlərarası münasibətlərin mühüm tərkib hissəsi kimi hakim partiyalar arasında fəal siyasi dialoq şəraitində təmasların intensiv xarakter daşıdığını vurğulayıb, qarşılıqlı səfərlərin münasibətlərin mövcud durumunun dəyərləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

YAP ilə ÇKP-nin Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlığı əsas götürərək birgə fəaliyyəti müvəffəqiyyətlə davam etdirmək və yeni uğurlara imza atmaq əzmində olduqlarını bildirən Tahir Budaqov səfir Lu Meyin təşəbbüsü ilə keçirilən görüşün qarşılıqlı fikir və təcrübə mübadiləsinin gücləndirilməsi baxımından son dərəcədə əhəmiyyətli olduğunu qeyd edib.

Səfir Lu Mey Azərbaycanla Çin arasında əlaqələrin bütün sahələr üzrə yüksələn xətt üzrə inkişafının məmnunluq doğurduğunu bildirib. O, hakim partiyalar arasında imzalanan Əməkdaşlıq memorandumu çərçivəsində görülən işlərin həm partiyalarımız, həm də ölkələrimiz üçün faydalı olmaqla, müştərək maraqları təmin etdiyini bildirib.

Daha sonra Lu Mey ÇKP Mərkəzi Komitəsinin 4-cü plenumu və Çinin 15-ci beşillik inkişaf proqramına dair geniş məlumat verib. Bildirib ki, 2026-2030-cu illəri əhatə edəcək strateji plan bərabərlik, sosial ədalət, ictimai rifah, kollektiv inkişaf və güclü dövlətçilik prinsiplərinə əsaslanan Çin xüsusiyyətli sosializm konsepsiyasının mühüm tərkib hissəsi olmaqla, ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafına hədəflənib.

Səfir, həmçinin Çinin dövlət idarəetməsinin təkmilləşdirilməsi sahəsində yeniliklərdən və partiya quruculuğu təcrübəsindən bəhs edib.

İnteraktiv formada davam edən görüşdə tədbir iştirakçılarının qarşılıqlı maraq doğuran məsələlərə dair sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib  

13:29
18 Yanvar

Şimal bölgəsi: 16 santimetr qar, 11 dərəcə şaxta

13:12
18 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb  

13:01
18 Yanvar

Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu Azərbaycan məktəbi açılıb  

12:39
18 Yanvar

Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur  

12:07
18 Yanvar

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb  

10:43
18 Yanvar

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fövqəladə iclası çağırılıb  

10:37
18 Yanvar

Ağsuda zəlzələ olub 

10:34
18 Yanvar

BMT-nin okeanla bağlı sazişi qüvvəyə minib

10:03
18 Yanvar

Kir Starmer: ABŞ-ın tarif tətbiqi tamamilə yanlışdır

09:41
18 Yanvar

Kosmonavtları Aya aparacaq raketin sınaqları başlayıb

09:03
18 Yanvar

Avropa İttifaqı ilə MERCOSUR arasında azad ticarət sazişi imzalanıb  

23:41
17 Yanvar

Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub  

23:03
17 Yanvar

Ukrayna Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub  

20:16
17 Yanvar

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!