15 Sentyabr 2026 16:26
340
CƏMİYYƏT
A- A+
YAP Masallı rayon təşkilatının XI konfransı keçirilib  

YAP Masallı rayon təşkilatının XI konfransı keçirilib  


Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının XI konfransı keçirilib.

Əvvəlcə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Masallı şəhərində ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev hesabat məruzəsi ilə çıxış edib. O, hesabat dövründə təşkilat tərəfindən həyata keçirilən işlər, rayonda keçirilən ictimai-siyasi tədbirlər və partiya üzvlərinin ictimai proseslərdə fəal iştirakı barədə məlumat verib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətdən, sosial-iqtisadi inkişafdan, genişmiqyaslı islahatlardan və sosial layihələrdən danışıb. Qeyd edib ki, son illərdə görülən işlər ölkənin hərtərəfli inkişafına, əhalinin sosial rifahının yüksəldilməsinə və regionların inkişafına mühüm töhfələr verib.

Milli Məclisin deputatı Məşhur Məmmədov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov və digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rolundan, partiyanın dövlətçilik maraqlarına və xalqın iradəsinə əsaslanan fəaliyyətindən bəhs ediblər.

Konfransda Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri, şəhid anası Mehriban Sultanova, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatının sədri Seymur Nuriyev, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı filialının sədri Nahid Rəhimov, Mahmudavar ərazi partiya təşkilatının sədri Kinəxanım Əliyeva da çıxış ediblər. Çıxışlarda Azərbaycanın müstəqillik dövründə qazandığı mühüm nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının rolundan bəhs olunub.

Konfransda YAP Masallı rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib. Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.  


Seyran CAVADOV,

 “Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək  

09:49
12 Oktyabr

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub  

21:55
11 Oktyabr

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

19:39
11 Oktyabr

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

19:37
11 Oktyabr

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

18:51
11 Oktyabr

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

18:13
11 Oktyabr

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

17:38
11 Oktyabr

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

16:57
11 Oktyabr

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

16:46
11 Oktyabr

Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırıb

16:30
11 Oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb  

15:53
11 Oktyabr

Müəllimlərdən dünyəvi məktəb mühitinə dəstək

15:00
11 Oktyabr

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb  

14:54
11 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:07
11 Oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

12:05
11 Oktyabr

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb

11:33
11 Oktyabr

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub  

09:46
11 Oktyabr

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb  

09:43
11 Oktyabr

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib  

09:38
11 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya: Strateji tərəfdaşlıqdan ortaq inkişafa doğru  

09:35
11 Oktyabr

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib  

08:42
11 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!