21 Noyabr 2025 08:20
369
CƏMİYYƏT
A- A+
YAP dövlətçilik düşüncəsinə və milli məfkurəyə söykənən böyük siyasi məktəbdir

YAP dövlətçilik düşüncəsinə və milli məfkurəyə söykənən böyük siyasi məktəbdir


Salyanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə konfrans keçirilib


Salyan rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə "Yeni Azərbaycan Partiyası - müstəqil, müasir və bütöv Azərbaycan reallığı" mövzusunda konfrans keçirilib. Konfransda rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP rayon təşkilatının sədri Elmar Əhmədov, Milli Məclisin deputatı Sadiq Qurbanov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov, ərazi partiya təşkilat sədrləri və sədr müavinləri, ziyalılar, partiya fəalları və gənclər iştirak ediblər. 

Konfrans iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar. YAP Salyan rayon təşkilatının inzibati binasında davam etdirilən konfransda Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub. Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr edilmiş videoçarx nümayiş olunub. 

Konfransı giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyəti müasir Azərbaycanın siyasi tarixində xüsusi mərhələ kimi dəyərləndirilir. Ümummilli Lider Heydər Əliyevin yaratdığı bu siyasi məktəb Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə yüksəlib. YAP dövlətçilik prinsiplərinin qorunması, milli maraqların təmin edilməsi və ölkədə dayanıqlı siyasi sabitliyin möhkəmləndirilməsi sahəsində böyük xidmətlər göstərib: "Bu illər ərzində partiya cəmiyyətin bütün təbəqələri ilə açıq dialoq aparan, yeniliklərə açıq, milli dəyərlərə sadiq bir siyasi qüvvə kimi formalaşıb". 

Təşkilat sədri çıxışının sonunda Yeni Azərbaycan Partiyasının bundan sonra da dövlətimizin inkişafına, xalqımızın rifahına layiqincə xidmət edəcəyinə əminliyini bildirib. 

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin inkişaf yolunda etibarlı siyasi dayağa çevrildiyini vurğulayıb. Qeyd edib ki, partiyanın 33 illik tarixi müasir Azərbaycan dövlətinin möhkəmlənməsi, sabitliyin təmin olunması və regionların inkişafı ilə sıx bağlıdır. Rayon rəhbəri bildirib ki, YAP lokal səviyyədə də cəmiyyətlə sıx təmasda çalışan, ictimai təşəbbüsləri dəstəkləyən və dövlət siyasətinin bölgələrdə həyata keçirilməsinə əhəmiyyətli töhfə verən siyasi qüvvədir. O, tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının 33-cü ildönümü münasibətilə təbrik edərək, partiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Yeni Azərbaycan Partiyasının ölkənin siyasi sistemində aparıcı rol oynadığını, qəbul etdiyi qərarların, irəli sürdüyü təşəbbüslərin Azərbaycanda dayanıqlı inkişaf modelinin əsasını təşkil etdiyini bildirib. Qeyd edib ki, son illərdə həyata keçirilən enerji layihələri, ekoloji proqramlar, iqtisadi islahatlar və regional inkişaf təşəbbüsləri partiyanın müəyyən etdiyi strateji xəttin konkret nəticələridir. Bu siyasətin mərkəzində vətəndaş amili, inkişaf, təhlükəsizlik və modernləşmə dayandığını vurğulayan deputat partiyanın cəmiyyətdə geniş sosial dayağa malik olduğunu, bunun ölkə üzrə davamlı uğurların əsasını təşkil etdiyini diqqətə çatdırıb.

YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyasının təşkilati modeli illər ərzində daha da təkmilləşib, ölkənin bütün regionlarında sosial-siyasi fəallığın artmasına səbəb olub. Bildirib ki, partiyanın ideoloji xətti yalnız siyasi proseslərlə məhdudlaşmır, eyni zamanda ictimai həyatın müxtəlif sahələrində yenilənmə, inkişaf və milli həmrəyliyin güclənməsi kimi hədəfləri özündə birləşdirir. Vurğulayıb ki, bu gün YAP-ın gücü onun intellektual potensialı, gənclərin partiya sıralarında artan təmsilçiliyi və ümumi məqsəd ətrafında birləşən ziyalılar ordusudur. O, YAP-ın bundan sonra da ölkənin inkişaf strategiyasının həyata keçirilməsində etibarlı siyasi platforma olaraq fəaliyyət göstərəcəyini bildirib.             

Digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən və həmin dövrün siyasi reallıqlarından söz açıblar. Bildiriblər ki, partiyanın yaradılması Azərbaycan dövlətçiliyini böhranlı vəziyyətdən çıxaran, xalqın milli birlik və həmrəylik duyğusunu bərpa edən tarixi qərar idi. Çıxışlarda həmçinin vurğulanıb ki, YAP bu gün yalnız siyasi təşkilat deyil, dövlətçilik düşüncəsini, ictimai məsuliyyəti və milli məfkurəni cəmiyyətə aşılayan böyük bir məktəbdir. 

Konfransda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərman, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib. 

Tədbirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.


Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:59
01 Aprel

"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:58
01 Aprel

"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 375-VIIQD nömrəli Qanununun tətbiqi haqqında

01:57
01 Aprel

Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında

01:57
01 Aprel

"Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 fevral tarixli 351-VIIQD nömrəli Qanununun tətbiqi və "Patent haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:56
01 Aprel

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Məşğulluğa Dəstək Layihəsi AZ-MLSPP-497385-CS-QCBS Müqavilə barədə bildiriş

01:54
01 Aprel

Ministry of Labor and Social Protection of Population / Employment Support Project AZ-MLSPP-497385-CS-QCBS AWARD NOTICE

01:53
01 Aprel

ELAN

01:52
01 Aprel

Netanyahu: İran hərbi proqramlara təxminən bir trilyon dollar xərcləyib  

23:33
31 Mart

Əraqçi: İran sadə atəşkəslə razı deyil

23:01
31 Mart

Səudiyyə Ərəbistanında gün ərzində 12 PUA və 4 ballistik raket zərərsizləşdirilib  

22:37
31 Mart

Tramp: ABŞ İranın nüvə materiallarını ələ keçirməyi hələlik nəzərdən keçirmir

22:36
31 Mart

SOCAR və Misirin Dövlət Neft Korporasiyası arasında çərçivə sazişi imzalanıb

21:37
31 Mart

Azərbaycan və İpək Yolu Fondu arasında yeni investisiya fondu yaradıla bilər

20:47
31 Mart

Nazir: Ölkəmizdə aparılan islahatlar xarici investisiyaların təşviqinə geniş imkanlar açır  

20:41
31 Mart

Sabahdan Azərbaycanda elektron siqaretlərin istifadəsi və satışı qadağan olunur

20:01
31 Mart

Belçika Baş nazirinin müavini İran ərazisindən Naxçıvana dron hücumu ilə əlaqədar ölkəmizlə həmrəyliyini ifadə edib

19:36
31 Mart

Prezident Rəcəb Tayyib Ərdoğan: Regionda baş verən proseslər kibertəhlükəsizliyin əhəmiyyətini göstərdi  

19:33
31 Mart

Azərbaycan Ordusunda soyqırımı qurbanlarının xatirəsi anılıb

19:21
31 Mart

“Susmayan həqiqətlər” sərgisinə yekun vurulub

19:13
31 Mart

Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb

18:24
31 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!