01 Aprel 2026 01:59
171
Qanunlar
A- A+
“Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

“Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Patent haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 414 (Cild I); 2024, № 6 (I kitab), maddə 631) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin birinci hissəsi üzrə:

1.1. beşinci abzasda “qurum” sözü “orqan (qurum)” sözləri ilə əvəz edilsin;

1.2. doqquzuncu abzas aşağıdakı redaksiyada verilsin:

“iddia sənədi – ixtira, faydalı model və sənaye nümunəsinə patent alınması üçün tərtib olunan və özündə müəllifin (müəlliflərin) yaradıcı fəaliyyətinin nəticəsini obyektiv formada (kağız daşıyıcıda və ya elektron formatda) əks etdirən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilən sənədlər toplusu;”;

1.3. aşağıdakı məzmunda onuncu – on ikinci abzaslar əlavə edilsin:

“Avrasiya iddia sənədi – 1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasına (bundan sonra – Avrasiya Patent Konvensiyası) və Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair Protokoluna uyğun olaraq ixtiraya və sənaye nümunəsinə avrasiya patentinin alınması üçün iddia sənədi;

Beynəlxalq iddia sənədi – 1970-ci il 19 iyun tarixli Patent Əməkdaşlığı Müqaviləsinə uyğun olaraq verilmiş iddia sənədi;

ilkinlik iddiası – Sənaye mülkiyyətinin mühafizəsinə dair 1883-cü il 20 mart tarixli Paris Konvensiyasına (bundan sonra – Paris Konvensiyası) tərəfdar çıxan və ya Ümumdünya Ticarət Təşkilatına üzv olan dövlətlərin birində verilmiş bir və ya bir neçə əvvəlki iddia sənədi və ya daha əvvəl verilmiş iddia sənədi (bundan sonra – müvafiq olaraq “əvvəlki iddia sənədi” və ya “daha əvvəl verilmiş iddia sənədi”) əsasında ilkinliyin xahiş edildiyi müraciət.”.

2. 2.1-ci maddədə “bu Qanundan və bu Qanuna müvafiq qəbul edilən digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdən” sözləri “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və əqli mülkiyyət məsələlərini tənzimləyən digər normativ hüquqi aktlardan” sözləri ilə əvəz edilsin.

3. 3-cü maddə üzrə:

3.1. adında “ixtira” sözü “İxtira” sözü ilə əvəz edilsin;

3.2. birinci hissə 3.1-ci maddə hesab edilsin və həmin maddədə “ixtira” sözü ”İxtira” sözü ilə əvəz edilsin;

3.3. ikinci və üçüncü hissələr müvafiq olaraq 3.2-ci və 3.3-cü maddələr hesab edilsin və 3.3-cü maddədə “patentlə mühafizə edilmir və onun istifadəsi qadağandır” sözləri “onların istifadəsinə yol verilib-verilməməsindən asılı olmayaraq patentlə mühafizə edilmir” sözləri ilə əvəz edilsin;

3.4. aşağıdakı məzmunda 3.4-cü maddə əlavə edilsin:

“3.4. İnsanın klonlaşdırılması üsulları və onun klonu, insanın rüşeym xəttinin hüceyrələrinin genetik tamlığının modifikasiyası üsulları, insan embrionlarının sənaye məqsədləri üçün istifadə edilməsi patent obyektləri kimi qəbul edilmir.”.

4. 5-ci maddə üzrə:

4.1. adına “Apellyasiya” sözündən əvvəl “Əqli mülkiyyət mübahisələri üzrə” sözləri əlavə edilsin;

4.2. 1-ci hissənin birinci abzasında “ixtira” sözü “İxtira” sözü ilə, “apellyasiya şurasında” sözləri “əqli mülkiyyət mübahisələri üzrə Apellyasiya şurasında (bundan sonra – Apellyasiya şurası)” sözləri ilə əvəz edilsin;

4.3. 2-ci hissədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

5. 6-cı maddənin 2-ci hissəsində “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

6. 7-ci maddə üzrə:

6.1. 2-ci hissədən “(bəlli olmayan)” və “(faydalı)” sözləri çıxarılsın;

6.2. 3-cü hissə üzrə:

6.2.1. birinci abzasın ikinci cümləsində “verildiyi günə” sözləri “ilkinlik tarixinə” sözləri ilə əvəz edilsin;

6.2.2. ikinci abzasda “qurumuna” sözü “orqana (quruma)” sözləri ilə, “götürülməyən” sözü “çağırılmayan” sözü ilə, hər iki halda “və faydalı model” sözləri “, faydalı model və sənaye nümunəsi” sözləri ilə əvəz edilsin;

6.3. 4-cü hissədə “bəndi” sözü “hissəsi” sözü ilə əvəz edilsin;

6.4. 5-ci hissənin birinci cümləsində “qurumuna” sözü “orqana (quruma)” sözləri ilə əvəz edilsin;

6.5. 8-ci hissə üzrə:

6.5.1. birinci abzasda “Aşağıdakı obyektlər” sözləri “Aşağıdakılar” sözü ilə əvəz edilsin;

6.5.2. on dördüncü abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on beşinci abzas əlavə edilsin:

“ənənəvi biliklərə aid olan obyektlər (ənənəvi biliklərə əsaslanan ixtiralar istisna olmaqla).”.

7. 8-ci maddə üzrə:

7.1. 3-cü hissənin ikinci və üçüncü abzasları aşağıdakı redaksiyada verilsin:

“Faydalı modelə dair mövcud bilgilər məcmusuna faydalı modelin ilkinlik tarixinə qədər dünyada hamı üçün müyəssər olan istənilən məlumatlar daxildir.

Mövcud bilgilər məcmusuna həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) daha əvvəl ilkinlik tarixi ilə daxil olan və geri çağırılmayan ixtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədləri və Azərbaycan Respublikasında patentlə mühafizə edilən ixtira, faydalı model və sənaye nümunəsi də aid edilir.”;

7.2. 4-cü hissənin birinci cümləsində “qurumuna” sözü “orqana (quruma)” sözləri ilə əvəz edilsin;

7.3. 6-cı hissənin üçüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“ənənəvi biliklərə aid olan obyektlər (ənənəvi biliklərə əsaslanan faydalı modellər istisna olmaqla).”.

8. 9-cu maddə üzrə:

8.1. 2-ci hissədən “ya” sözü çıxarılsın;

8.2. 3-cü hissənin birinci abzasında “quraşması” sözü “, xətlərin quraşması, məmulatın konturları, məmulatın materialının tekstura və ya fakturası” sözləri ilə əvəz edilsin və həmin abzasa “qədər” sözündən sonra “dünyada” sözü əlavə edilsin;

8.3. 4-cü hissənin birinci cümləsində “qurumuna” sözü “orqana (quruma)” sözləri ilə əvəz edilsin;

8.4. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:

“5. Məmulatın zahiri görkəminin xüsusiyyətləri müəllifin (şərikli müəlliflərin) yaradıcı əməyi ilə şərtlənərsə, sənaye nümunəsi orijinal hesab edilir.”;

8.5. aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:

“5-1. Məmulatın istehlakçını yanılda bilən, o cümlədən məmulatın istehsalçısı və ya istehsal olunduğu yer, habelə məmulatın tara, qablaşdırma, etiket kimi xidmət etdiyi əmtəə barədə istehlakçıda yanlış təsəvvür yarada bilən bədii-konstruktiv həllərə yalnız onlara müstəsna hüququ olan şəxs müraciət etdiyi hallar istisna olmaqla, sənaye nümunəsi kimi hüquqi mühafizə verilmir.”;

8.6. 6-cı hissə üzrə:

8.6.1. birinci abzasda “Aşağıdakı obyektlər” sözləri “Aşağıdakılar” sözü ilə əvəz edilsin;

8.6.2. altıncı abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

“ənənəvi biliklərə aid olan obyektlər (ənənəvi biliklərə əsaslanan sənaye nümunələri istisna olmaqla).”;

8.7. aşağıdakı məzmunda 7-ci və 8-ci hissələr əlavə edilsin:

“7. Aşağıdakıları özündə saxlayan, əks etdirən və ya təqlid edən obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilmir:

a) dövlət rəmzləri (bayraq, gerb), pul nişanları, onların adları və tanınan hissələri;

b) beynəlxalq və hökumətlərarası təşkilatların qısaldılmış və ya tam adları, onların bayraqları, gerbləri, digər rəmz və nişanları, habelə həmin rəmz və nişanların adları və tanınan hissələri;

c) təltiflər, rəsmi nişanlar, nəzarət damğaları, rəsmi işarələr, möhürlər, fərqlənmə nişanları, onların adları və tanınan hissələri;

ç) istənilən dövlətin müvafiq səlahiyyətli orqanının (qurumunun) razılığı olmadan həmin dövlətə məxsus olan mədəni (o cümlədən etnik və dini) irs obyektlərinin rəsmi adları, təsviri və ya onların tanınan hissələri.

8. Bu maddənin 7-ci hissəsində göstərilənlər istənilən dövlətin müvafiq səlahiyyətli orqanının (qurumunun), beynəlxalq və hökumətlərarası təşkilatın səlahiyyətli orqanının razılığı olduğu təqdirdə, qorunmayan element kimi sənaye nümunəsinə daxil edilə bilər.”.

9. 10-cu maddə üzrə:

9.1. 1-ci hissənin birinci abzasında “ixtira” sözü “İxtira” sözü ilə əvəz edilsin;

9.2. 2-ci hissənin birinci abzasında “qurumuna” sözü “orqana (quruma)” sözləri ilə əvəz edilsin;

9.3. 3-cü hissənin birinci cümləsinə “orqanının” sözündən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;

9.4. 5-ci hissədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

10. 11-ci maddənin 1-ci hissəsinin ikinci abzasının birinci cümləsində, 2-ci hissəsində birinci halda və 4-cü hissəsinin ikinci cümləsində “ixtira” sözü “İxtira” sözü ilə əvəz edilsin.

11. 12-ci maddənin birinci hissəsinin üçüncü abzasında “qurumuna” sözü “orqana (quruma)” sözləri ilə əvəz edilsin.

12. 13-cü maddə üzrə:

12.1. 1-ci hissəyə “müəssisələrin” sözündən sonra “, o cümlədən elmi müəssisə və təşkilatların və ya ali təhsil müəssisələrinin” sözləri əlavə edilsin;

12.2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Yaradılan ixtira, faydalı model və sənaye nümunəsi barəsində işəgötürənlə işçinin münasibətləri müqavilə ilə tənzimlənir.

Xidməti vəzifəsinin həyata keçirilməsi və ya işəgötürənin yazılı tapşırığı ilə əlaqədar işçinin (o cümlədən müəllim, elmi işçi, doktorant, magistr, tələbə və s.) apardığı fundamental və tətbiqi tədqiqatlar, təcrübi işləmələr və innovativ layihələr nəticəsində yaratdığı ixtira, faydalı model və sənaye nümunəsi üçün patent almaq hüququ, işəgötürənlə onun arasında bağlanılmış müqavilədə başqa şərtlər nəzərdə tutulmamışdırsa, işəgötürənə mənsubdur. Tərəflər arasında bağlanılmış müqavilədə royalti şəklində əldə edilən gəlirlərin bölüşdürülməsi qaydaları göstərilməlidir.

Royalti şəklində əldə edilən gəlirdən ixtiraya, faydalı modelə və sənaye nümunəsinə patentin alınması və qüvvədə saxlanılması üçün işəgötürən tərəfindən həmin gəlirin əldə edildiyi tarixədək çəkilmiş bu Qanunun 39-cu maddəsində göstərilən xərclər çıxıldıqdan sonra qalan vəsaitin azı 50 faizi müəllifə (və ya müəlliflərə) ödənilir, digər hissəsi isə ixtira, faydalı model və ya sənaye nümunəsinin yaradıldığı işəgötürənin müvafiq struktur bölmələri arasında bölüşdürülür, habelə innovativ fəaliyyətin inkişafına yönəldilir.

İşəgötürən ixtira, faydalı model və ya sənaye nümunəsi üçün alınmış patentin qüvvədə saxlanılmaması barədə qərar qəbul etdikdə müəllif (müəlliflər) hüquqlarının özgəninkiləşdirilməsi haqqında müqavilə üzrə müstəsna hüququn ona verilməsini tələb edə bilər. Əgər müstəsna hüquqların verilməsi işəgötürənin xarici hüquqi və fiziki şəxslərlə bağladığı müqavilələr üzrə öhdəliklərini pozarsa, bu halda işəgötürən hüquqların verilməsindən imtina edə bilər.”;

12.3. 3-cü və 5-ci hissələrdə “bəndinə” sözü “hissəsinə” sözü ilə əvəz edilsin;

12.4. 6-cı hissədə “bəndində” sözü “hissəsində” sözü ilə əvəz edilsin;

12.5. 7-ci hissə üzrə:

12.5.1. ikinci abzasına “verdikdə” sözündən sonra “, bu maddənin 2-ci hissəsi nəzərə alınmaqla,” sözləri əlavə edilsin;

12.5.2. üçüncü abzasda ixtira” sözü “İxtira” sözü ilə əvəz edilsin;

12.6. 8-ci hissədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

13. 14-cü maddə üzrə:

13.1. adında “ixtira” sözü “İxtira” sözü ilə əvəz edilsin;

13.2. 2-ci hissəsinin “b” bəndinin ikinci abzası üçüncü abzas hesab edilsin və həmin bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Patent sahibi həmçinin patentlə bağlı hüquqların vərəsəlik üzrə və ya digər şəxslərə verilməsi, eləcə də patentdən istifadəyə dair lisenziya müqaviləsinin bağlanması üçün müstəsna hüquqlara malikdir.”;

13.3. 4-cü hissənin birinci cümləsində “ixtira” sözü “İxtira” sözü ilə əvəz edilsin.

14. 15-ci maddə üzrə:

14.1. adında “ixtira” sözü “İxtira” sözü ilə əvəz edilsin;

14.2. 3-cü hissə üzrə:

14.2.1. birinci abzas üzrə:

14.2.1.1. birinci və ikinci cümlələrdə “ixtira” sözü “İxtira” sözü ilə əvəz edilsin;

14.2.1.2. üçüncü cümlədə “qurumunda” sözü “orqanda (qurumda)” sözləri ilə əvəz edilsin;

14.2.2. ikinci abzasda “ixtira” sözü “İxtira” sözü ilə əvəz edilsin;

14.3. 4-cü hissə ləğv edilsin.

15. 16-cı maddə üzrə:

15.1. 1-ci hissədə “Patentlə” sözü “İddia sənədinin verilmə tarixinə qədər və ya əgər ilkinlik xahiş edilmişdirsə, patentlə” sözləri ilə əvəz edilsin;

15.2. 2-ci hissənin birinci abzasının birinci cümləsində və ikinci abzasında “qurum” sözü “orqan (qurum)” sözləri ilə əvəz edilsin;

15.3. 3-cü hissənin ikinci cümləsində “bəndinə” sözü “hissəsinə” sözü ilə əvəz edilsin.

16. 17-ci maddə üzrə:

16.1. adında “ixtira” sözü “İxtira” sözü ilə əvəz edilsin;

16.2. 2-ci hissədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

16.3. 3-cü hissədə “ixtira” sözü “İxtira” sözü ilə, “qurumunda” sözü “orqanda (qurumda)” sözləri ilə əvəz edilsin.

17. 18-ci maddə üzrə:

17.1. adında “ixtira” sözü “İxtira” sözü ilə əvəz edilsin;

17.2. mətninin birinci cümləsinə “orqanının” sözündən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin.

18. 19-cu maddə üzrə:

18.1. adında “ixtira” sözü “İxtira” sözü ilə əvəz edilsin;

18.2. 1-ci hissənin ikinci abzasının və 2-ci hissənin üçüncü abzasının ikinci cümlələrində, 4-cü hissədə hər iki halda “qurumunda” sözü “orqanda (qurumda)” sözləri ilə əvəz edilsin.

19. 20-ci maddə üzrə:

19.1. 1-ci hissənin üçüncü abzasına “orqanının” sözündən sonra “müəyyən etdiyi orqanın (qurumun)” sözləri əlavə edilsin;

19.2. 2-ci hissənin 2.7-ci bəndinin ikinci abzasında və 2.10-cu bəndinin ikinci abzasının ikinci cümləsində “qurum” sözü “orqan (qurum)” sözləri ilə əvəz edilsin;

19.3. 3-cü hissənin “a” bəndində “ölkənin” sözü “dövlətin” sözü ilə əvəz edilsin.

20. 21-ci maddənin adında “ixtira” sözü “İxtira” sözü ilə əvəz edilsin.

21. 22-ci maddə üzrə:

21.1. 2-ci hissənin birinci abzasının birinci cümləsində “bəndində” sözü “hissəsində” sözü ilə əvəz edilsin;

21.2. 3-cü hissədə “bəndinin” sözü “hissəsinin” sözü ilə, “a) və ya b) yarımbəndlərində” sözləri “həmin hissənin “a” və ya “b” bəndlərində” sözləri ilə əvəz edilsin.

22. 23-cü maddənin birinci hissəsi üzrə:

22.1. beşinci abzas altıncı abzas hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:

“bu Qanunun, Avrasiya Patent Konvensiyasının və Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair Protokolunun müddəalarına xələl gətirmədən patent sahibi tərəfindən və ya patent sahibinin icazəsi ilə istənilən dövlətdə qanuni yolla təsərrüfat dövriyyəsinə daxil edilmiş vasitələrin istifadəsi, istifadə üçün təklif olunması, satışı və idxalı;”;

22.2. altıncı abzasda “ölkələrin hüquqi və ya fiziki şəxslərinə” sözləri “hüquqi və ya fiziki şəxslərə” sözləri ilə əvəz edilsin.

23. 25-ci maddənin mətnində “ixtira” sözü “İxtira” sözü ilə, “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

24. 26-cı maddə üzrə:

24.1. adı aşağıdakı redaksiyada verilsin:

“Maddə 26. Beynəlxalq və Avrasiya iddia sənədləri”;

24.2. 1-ci hissə ləğv edilsin;

24.3. 2-ci hissədə “beynəlxalq iddia sənədini” sözləri “Beynəlxalq və Avrasiya iddia sənədlərini” sözləri ilə, “iştirak etdiyi” sözləri “tərəfdar çıxdığı” sözləri ilə əvəz edilsin;

24.4. 3-cü hissədə hər iki halda “qurum” sözü “orqan (qurum)” sözləri ilə, “bəndinə” sözü “hissəsinə” sözü ilə, “beynəlxalq” sözü “Beynəlxalq və ya Avrasiya” sözləri ilə əvəz edilsin.

25. 27-ci maddə üzrə:

25.1. 1-ci hissə üzrə:

25.1.1. birinci cümlədə “ixtira” sözü “İxtira” sözü ilə, “qurumuna” sözü “orqana (quruma)” sözləri ilə əvəz edilsin;

25.1.2. ikinci cümlədə “qurumunun” sözü “orqanın (qurumun)” sözləri ilə əvəz edilsin və həmin cümləyə “orqanla” sözündən sonra “(qurumla)” sözü əlavə edilsin;

25.2. 2-ci hissə üzrə:

25.2.1. birinci abzasda “qurumuna” sözü “orqana (quruma)” sözləri ilə, “qurumunda” sözü “orqanda (qurumda)” sözləri ilə əvəz edilsin və həmin abzasa “müvəkkili” sözündən sonra “və ya nümayəndə” sözləri əlavə edilsin;

25.2.2. ikinci abzasda “Xarici” sözü “Bu Qanunun 27-2-ci maddəsi nəzərə alınmaqla, xarici” sözləri ilə, “qurumuna” sözü “orqana (quruma)” sözləri ilə, “iştirak etdiyi” sözləri “tərəfdar çıxdığı” sözləri ilə, “qurumunda” sözü “orqanda (qurumda)” sözləri ilə əvəz edilsin;

25.2.3. üçüncü abzasa “müvəkkillərinin” sözündən sonra “və nümayəndələrin” sözləri əlavə edilsin;

25.3. 3-cü hissə üzrə:

25.3.1. birinci abzas üzrə:

25.3.1.1. birinci cümlədə “vəhdət təşkil edən” sözləri “vahid ixtiraçılıq fikri ilə əlaqəli olan” sözləri ilə əvəz edilsin və həmin cümləyə “edilməlidir” sözündən sonra “(vəhdətlik tələbi)” sözləri əlavə edilsin;

25.3.1.2. ikinci cümlə üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İxtira və ya faydalı modelin vəhdətlik tələbi o zaman yerinə yetirilmiş hesab edilir ki, həmin ixtiralar və ya faydalı modellər arasında, məcmu şəklində baxılan iddia olunmuş ixtiraların və ya faydalı modellərin hər biri tərəfindən texnika səviyyəsinə verilən töhfəni (faydanı) müəyyən edən bir və ya bir neçə eyni və ya müvafiq texniki əlamətlərlə ifadə olunan qarşılıqlı əlaqə olsun.”;

25.4. aşağıdakı məzmunda 3-1-ci və 3-2-ci hissələr əlavə edilsin:

“3-1. İddia olunan ixtira genetik ehtiyatlara əsaslanarsa, iddiaçı genetik ehtiyatların mənşə ölkəsi haqqında məlumatı təqdim etməli, əgər bu məlumat iddiaçıya məlum deyilsə, genetik ehtiyatların mənbəyini açıqlamalıdır.

3-2. İddia sənədində iddia edilmiş ixtira genetik ehtiyatlarla əlaqəli olan ənənəvi biliklərə əsaslanarsa, iddiaçı hansının münasib olmasından asılı olaraq, genetik ehtiyatlarla əlaqəli olan ənənəvi bilikləri təqdim etmiş yerli xalqlar və ya yerli tayfa haqqında məlumatı və ya genetik ehtiyatlarla əlaqəli olan ənənəvi biliklərin mənbəyini açıqlamalıdır (təqdim edilmiş məlumatın doğruluğuna görə iddiaçı məsuliyyət daşıyır).”;

25.5. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. Sənaye nümunəsi barəsində iddia sənədi bir sənaye nümunəsinə və ya Sənaye Nümunələrinin Beynəlxalq Təsnifatının (Lokarno təsnifatı) bir sinfinə aid olan bir qrup sənaye nümunəsinə aid olmalıdır.

Sənaye nümunəsi barəsində iddia sənədinə aşağıdakılar daxil edilir:

a) müəllif (müəlliflər) və adına patent verilməsi xahiş edilən hüquqi və ya fiziki şəxs (şəxslər), həmçinin onların yerləşdiyi və ya yaşadığı yer göstərilməklə patent verilməsi barədə ərizə;

b) məmulatın zahiri görkəminin estetik xüsusiyyətlərini müəyyən edən sənaye nümunəsinin mühüm əlamətləri barədə aydın təsəvvür yaradan məmulatın şəkillərinin dəsti;

c) sənaye nümunəsinin mahiyyətini açıqlamaq üçün zəruri olduqda sənaye nümunəsinin mühüm əlamətlərini əks etdirən təsviri, məmulatın ümumi görkəminin çertyojları (o cümlədən, iddiaçının istəyinə görə onun elektron formada üçölçülü modeli), erqonomik sxemi, konfeksiya xəritəsi;

ç) sənaye nümunəsinin yaradılması zamanı istifadə edilmiş və ya onda təcəssüm etdirilmiş mədəniyyətin ənənəvi ifadələrinin, ənənəvi biliklərin və ya genetik ehtiyatlarla əlaqəli olan ənənəvi biliklərin mənbəyinin açıqlanması (iddiaçı təqdim edilmiş məlumatın doğruluğuna görə məsuliyyət daşıyır).”;

25.6. 6-cı hissədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

25.7. 7-ci hissənin birinci abzasının üçüncü cümləsində “iddia sənədinin verildiyi gündən” sözləri “iddiaçının bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göndərilən bildirişi aldığı tarixdən” sözləri ilə əvəz edilsin;

25.8. 8-ci hissə üzrə:

25.8.1. ikinci abzasda “qurum iddia sənədi materiallarının rəsmi bülletendə dərcinə dair qərar qəbul edənədək iddiaçı” sözləri “orqan (qurum) tərəfindən bu Qanunun 30-cu maddəsinə uyğun olaraq, iddia sənədi materiallarının rəsmi bülletendə dərcinə texniki hazırlıq başa çatanadək iddiaçı müvafiq haqqın ödənilməsi şərtilə” sözləri ilə əvəz edilsin;

25.8.2. üçüncü abzasın ikinci cümləsində “sənədində göstərilmiş” sözləri “edilən” sözü ilə, “əvvəlki” sözü “əvvəl verilən” sözləri ilə əvəz edilsin.

26. Aşağıdakı məzmunda 27-1-ci və 27-2-ci maddələr əlavə edilsin:

“Maddə 27-1. İddia sənədinin verilmə tarixinin müəyyən edilməsi

1. İddia sənədinin verilmə tarixi onun müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən alındığı tarix üzrə müəyyən edilir, bu şərtlə ki, iddia sənədində həmin tarixdə azı aşağıdakıların olduğu müəyyən edilmiş olsun:

а) iddia sənədi üzrə patent verilməsi barədə Azərbaycan dilində müraciət;

b) iddiaçının şəxsiyyətini müəyyən etməyə və ya onunla əlaqə yaratmağa imkan verən Azərbaycan dilində məlumat;

c) zahirən ixtiranın və ya faydalı modelin təsvirinə oxşayan istənilən dildə verilmiş mətn hissəsi, sənaye nümunəsi üçün isə sənaye nümunəsi və onun mühüm əlamətləri barədə kifayət qədər aydın vizual təsəvvür yaradan şəkillər dəsti.

2. Bu maddənin 1-ci hissəsinin “c” bəndində qeyd olunan iddia sənədinin zahirən təsvirə oxşayan hissəsinin yerinə iddiaçı və ya ondan əvvəl bu hüquqa malik olan şəxs iddia sənədinin verilmə tarixinin müəyyən edilməsi məqsədilə təsvir və ya istənilən çertyojların daha əvvəl verilmiş iddia sənədinə istinadla əvəz edilməsi barədə ərizə təqdim etmək imkanına malikdir.

Ərizə Azərbaycan dilində tərtib olunmalı və olduğu halda daha əvvəl verilmiş iddia sənədinin nömrəsi, verilmə tarixi və bu iddia sənədinin ilk verildiyi ölkənin adı göstərilməlidir.

Daha əvvəl verilmiş iddia sənədi iddiaçının hüquqi varisi tərəfindən verildiyi halda, ərizəyə onun iddiaçının hüquqi varisi olduğunu təsdiq edən sənəd əlavə edilir.

Bu hissənin birinci abzasında qeyd edilən ərizə verildikdə bu maddənin 8-ci hissəsi nəzərə alınmaqla, iddiaçı bu cür istinad saxlayan iddia sənədi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) daxil olduğu tarixdən 2 ay ərzində daha əvvəl verilmiş iddia sənədinin təsdiqlənmiş surətini təqdim etməlidir. Daha əvvəl verilmiş iddia sənədi Azərbaycan dilində tərtib olunmadığı halda həmin müddət ərzində onun tərcüməsi də təqdim olunmalıdır.

3. İddia sənədinin alındığı tarixdə o, bu maddənin 1-ci hissəsində göstərilən tələblərə cavab vermədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 29-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulan müddətdə bu barədə iddiaçıya bildiriş verir, bildirişi aldığı tarixdən 2 ay ərzində ona bu tələbləri yerinə yetirməyə imkan yaradır və iddia sənədinin verilmə tarixi kimi bu tələblərin yerinə yetirildiyi tarixi müəyyən edir.

4. Bu maddənin 3-cü hissəsində qeyd olunan müddət bitənədək bu maddənin 1-ci hissəsində göstərilən tələblər yerinə yetirilməzsə, iddia sənədi verilməmiş sayılır. Bu halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müvafiq səbəblər göstərməklə bu barədə iddiaçını 5 iş günündən gec olmayaraq yazılı şəkildə məlumatlandırır.

5. Bu maddənin 3-cü hissəsində nəzərdə tutulan bildiriş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiaçı ilə əlaqə yaratmasına imkan verən məlumatların təqdim edilməməsi səbəbindən göndərilmədiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddənin 1-ci hissəsində qeyd olunan bir və ya bir neçə sənədi ilk dəfə aldığı tarixdən 2 ay müddətində həmin hissədə nəzərdə tutulan tələblər yerinə yetirilməmişdirsə, iddia sənədi verilməmiş sayılır.

6. Bu maddənin 2-ci hissəsinin tələbləri yerinə yetirilməmişdirsə, iddia sənədi verilməmiş sayılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) səbəbləri göstərməklə iddiaçıya bu barədə 5 iş günündən gec olmayaraq bildiriş göndərir.

7. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) iddia sənədinin verilmə tarixini müəyyən edərkən bu maddənin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq təqdim olunmuş təsvirin hissəsinin və ya iddia sənədində istinad edilən çertyojun olmadığını aşkar etdiyi halda, iddiaçının bildirişi aldığı tarixdən 2 ay müddətində çatışmayan materialların təqdim edilməsinin vacibliyi barədə ona dərhal bildiriş göndərir.

Bildirişdə göstərilən materiallar iddiaçı tərəfindən 2 ay müddətində təqdim edildiyi halda onlar iddia sənədinə daxil edilir. Bu zaman hansı tarixin daha gec olmasından asılı olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsvirin bu hissəsinin və ya bu çertyojun alındığı tarix və ya bu maddənin 1-ci hissəsinə uyğun olaraq bütün tələblərin yerinə yetirildiyi tarix iddia sənədinin verilmə tarixi hesab olunur.

Əvvəlki iddia sənədi üzrə ilkinlik xahiş edildiyi halda əvvəlki iddia sənədi çatışmayan hissəni bütövlüklə saxlayırsa, iddiaçının vəsatəti üzrə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan bütün tələblərin yerinə yetirildiyi tarix iddia sənədinin verilmə tarixi sayılır, bu şərtlə ki:

a) bu hissənin üçüncü abzasında qeyd olunan vəsatət iddiaçı tərəfindən ya iddia sənədi materiallarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verildiyi zaman, ya da iddiaçı bu hissənin birinci abzasında göstərilən bildirişi aldığı tarixdən 2 ay ərzində verilsin;

b) Paris konvensiyasına tərəfdar çıxan ölkələrin birində daha əvvəl verilmiş iddia sənədinin təsdiqlənmiş surəti, hansı müddətin daha tez bitməsindən asılı olaraq, ya əvvəlki iddia sənədinin verildiyi tarixdən 16 ay ərzində, yaxud onun surətinin təqdim edilməsinin vacibliyi barədə bildirişi iddiaçı aldığı tarixdən 4 ay ərzində təqdim edilsin;

c) başqa dildə tərtib olunduğu halda əvvəlki iddia sənədinin Azərbaycan dilinə tərcüməsi iddiaçı tərcümənin təqdim edilməsinin vacibliyi barədə bildirişi aldığı tarixdən 2 ay ərzində təqdim edilsin;

ç) vəsatətdə təsvirin çatışmayan hissəsinin və ya çatışmayan çertyojun əvvəlki iddia sənədində və ya onun tərcüməsində harada olması barədə qeyd olsun.

8. Əvvəlki iddia sənədi və ya daha əvvəl verilmiş iddia sənədi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verildiyi və ya Ümumdünya Əqli Mülkiyyət Təşkilatının İlkin Sənədlərə Rəqəmsal Giriş Xidməti vasitəsilə onun üçün əlçatan olduğu halda bu Qanunun 28-ci maddəsinin 4-cü hissəsində qeyd olunan əvvəlki iddia sənədinin və ya bu maddənin 2-ci hissəsində qeyd olunan daha əvvəl verilmiş iddia sənədinin təsdiqlənmiş surəti iddiaçıdan tələb olunmur.

Maddə 27-2. İddia sənədi üzrə bilavasitə təmsiletmə

Xarici hüquqi və fiziki şəxs olan iddiaçı, patent sahibi və ya digər maraqlı şəxslər iddia sənədinin verilmə tarixinin müəyyən edilməsi, patentin qüvvədə saxlanılması üçün ödənişlərin edilməsi, bu Qanunun 27-1-ci maddəsində qeyd olunan əvvəlki və daha əvvəl verilmiş iddia sənədlərinin surətlərinin təqdim edilməsi, habelə həmin maddədə sadalanan prosedurlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bildirişlərinin alınması ilə bağlı işləri bilavasitə həmin orqanla (qurumla) aparmaq hüququna malikdirlər. Bu halda iddiaçı, patent sahibi və ya digər maraqlı şəxslər Azərbaycan Respublikası ərazisində yazışma üçün və (və ya) hüquqi sənədlərin verilməsi üçün ünvan təqdim etməlidirlər.”.

27. 28-ci maddə üzrə:

27.1. adında “ixtira” sözü “İxtira” sözü ilə əvəz edilsin;

27.2. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. Paris Konvensiyasına tərəfdar çıxan və ya Ümumdünya Ticarət Təşkilatına üzv olan dövlətdə və ya bu dövlət üçün ixtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədini həmin dövlətin milli qanunvericiliyində müəyyən olunmuş qaydada vermiş şəxs və ya onun hüquqi varisi iddia sənədi verərkən bu maddənin 2-5-ci və 6-1-ci hissələri ilə müəyyən edilmiş müddətlər nəzərə alınmaqla müvafiq ilkinlik hüququna malikdirlər.

İlkinlik hüququ verildiyi dövlətin milli qanunvericiliyinə, yaxud beynəlxalq müqavilələrə uyğun olaraq düzgün tərtib edilmiş milli iddia sənədinin qüvvəsinə malik olan daha sonra verilmiş iddia sənədi barəsində qəbul edilir.

Bu hissəyə uyğun olaraq ilkinliyə dair istənilən iddianın şərtləri və nəticələri Paris Konvensiyasının Stokholm Aktının 4-cü maddəsində nəzərdə tutulduğu kimi olmalıdır.”;

27.3. 2-ci hissə üzrə:

27.3.1. birinci abzasda birinci halda “ixtira” sözü “İxtira” sözü ilə, “Sənaye mülkiyyətinin mühafizəsinə dair Paris konvensiyasının və ya Ümumdünya Ticarət Təşkilatının iştirakçısı” sözləri “Paris Konvensiyasına tərəfdar çıxan və ya Ümumdünya Ticarət Təşkilatına üzv” sözləri ilə, “müəyyənləşdirilə bilər” sözləri “müəyyənləşdirilir” sözü ilə, “qurumuna” sözü “orqana (quruma)” sözləri ilə əvəz edilsin və həmin abzasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İddia sənədinin verildiyi gün bu hissədə göstərilən ilkinlik tarixi ilə bağlı müddətə daxil edilmir.”;

27.3.2. ikinci abzasda “Paris konvensiyasının və ya Ümumdünya Ticarət Təşkilatının iştirakçısı” sözləri “Paris Konvensiyasına tərəfdar çıxan və ya Ümumdünya Ticarət Təşkilatına üzv” sözləri ilə əvəz edilsin;

27.4. 3-cü hissə üzrə:

27.4.1. birinci abzas üzrə:

27.4.1.1. birinci cümlədə “Faydalı model və ya sənaye” sözləri “Sənaye” sözü ilə, hər iki halda “qurumuna” sözü “orqana (quruma)” sözləri ilə əvəz edilsin;

27.4.1.2. ikinci cümlə çıxarılsın;

27.4.2. ikinci abzas ləğv edilsin;

27.5. 4 – 6-cı hissələr aşağıdakı redaksiyada verilsin:

“4. İxtira və ya faydalı model üçün konvensiya ilkinliyi hüququndan istifadə etmək istəyən iddiaçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) iddia sənədini verərkən bu istəyini bildirməli və bu Qanunun 27-1-ci maddəsinin 8-ci hissəsi nəzərə alınmaqla əvvəlki iddia sənədinin verildiyi tarixdən və ya daha əvvəl verilmiş bu cür bir neçə iddia sənədi olarsa həmin əvvəlki iddia sənədlərindən hər hansının daha əvvəl verildiyi tarixdən 16 ay ərzində əvvəlki iddia sənədinin təsdiqlənmiş surətini təqdim etməlidir.

Verilmiş iddia sənədi ixtira, faydalı model və ya sənaye nümunəsi üçün ilkinliyə dair iddia saxlamadığı halda iddiaçı bu istəyini daha sonra bu Qanunun 28-1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müddət ərzində və tələblərə uyğun olaraq bildirə bilər.

İxtira, faydalı model və ya sənaye nümunəsi barəsində əvvəlki iddia sənədi Azərbaycan dilində verilmədiyi və ilkinlik iddiasının həqiqiliyi baxılan ixtira, faydalı model və ya sənaye nümunəsinin patent qabiliyyətliyinin təyin olunmasına aid olduğu halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 10 iş günü müddətində bu barədə verdiyi bildiriş əsasında əvvəlki iddia sənədinin tərcüməsi, tarixlərdən hansının daha gec bitməsindən asılı olaraq, iddiaçının bildirişi aldığı tarixdən 2 ay ərzində və ya bu Qanunun 28-1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müddət ərzində təqdim edilir.

Məlumatda iddiaçı əvvəlki iddia sənədi obyektinə dair biblioqrafiya göstəricilərini təqdim edir.

5. İlkinlik daha əvvəl verilən bir neçə iddia sənədi üzrə müəyyən edilə bilər.

İlkinlik bundan əvvəl ilkinliyi istənilmiş iddia sənədinin daxil olduğu tarixdən müəyyənləşdirilə bilməz.

6. Patent üçün bir iddia sənədində bir neçə ilkinlik iddiası ola bilər. Həmçinin bir və ya bir neçə ilkinliyin iddia olunduğu iddia sənədi ilkinliyin xahiş olunduğu iddia sənədinə və ya iddia sənədlərinə daxil edilməyən bir və ya bir neçə element saxlaya bilər, bu şərtlə ki, hər iki halda ixtira, faydalı model və ya sənaye nümunəsinin vəhdəti gözlənilmiş olsun.”;

27.6. aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilsin:

“6-1. Bu Qanunun 29-cu maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla, ayrılmış iddia sənədi üzrə ilkinlik ilk iddia sənədinin ilkinlik tarixindən müəyyən edilir.”;

27.7. 7-ci hissə ləğv edilsin;

27.8. 9-cu hissə aşağıdakı redaksiyada verilsin:

“9. Bu maddənin 4-cü hissəsinin birinci və üçüncü abzaslarında nəzərdə tutulan tələblər müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədiyi halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) iddiaçıya bu barədə bildiriş göndərir və ona bildirişi aldığı tarixdən 2 ay ərzində həmin tələbləri yerinə yetirmək imkanı verir. Qeyd edilən müddət ərzində bu tələblər yerinə yetirilmədiyi halda bu Qanunun 28-2-ci maddəsinin 2-ci hissəsi nəzərə alınmaqla ilkinliyə dair vəsatət verilməmiş sayılır.”;

27.9. 10-cu hissə üzrə:

27.9.1. birinci cümlədə “qurumuna” sözü “orqana (quruma)” sözləri ilə əvəz edilsin;

27.9.2. ikinci cümlədə “qurumunda” sözü “orqanda (qurumda)” sözləri ilə əvəz edilsin.

28. Aşağıdakı məzmunda 28-1 – 28-3-cü maddələr əlavə edilsin:

“Maddə 28-1. İlkinlik iddiasında düzəlişlər və ya əlavələr

1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) iddiaçı tərəfindən iddia sənədi barəsində ilkinlik iddiasına düzəlişlər və əlavələr edilməsinə imkan yaradır, bu şərtlə ki:

a) bu barədə vəsatət, ixtira və ya faydalı modelin ilkinlik tarixindən 16 ay ərzində və ya edilmiş düzəliş və ya əlavə ilkinlik tarixinin dəyişməsinə səbəb olduğu halda həmin dəyişdirilmiş ilkinlik tarixindən 16 ay ərzində bu müddətlərdən hansının birinci bitməsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilsin və belə vəsatət patent üçün iddia sənədinin verilmə tarixindən 4 ay keçənədək verilmiş olsun;

b) bu barədə vəsatət, sənaye nümunəsinin ilkinlik tarixindən 6 aydan gec olmayaraq və ya edilmiş düzəliş və ya əlavə ilkinlik tarixinin dəyişməsinə səbəb olduğu halda həmin dəyişdirilmiş ilkinlik tarixindən 6 ay ərzində bu müddətlərdən hansının birinci bitməsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilsin və belə vəsatət patent üçün iddia sənədinin verilmə tarixindən 2 ay keçənədək verilmiş olsun;

c) iddia sənədi əsasında ilkinlik xahiş edilən ən erkən iddia sənədinin verilmə tarixindən hesablanan ilkinlik müddəti bitənədək verilsin;

ç) bu hissənin “a”, “b” və “c” bəndlərinə uyğun olaraq verilmiş vəsatətə baxılması üçün müəyyən edilmiş haqq ödənilsin.

2. Bu maddənin 1-ci hissəsində göstərilmiş vəsatət iddiaçı tərəfindən bu Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə uyğun olaraq iddia sənədinin müəyyən olunmuş müddətdən tez dərc olunması haqqında vəsatətdən sonra verildiyi halda (dərcə texniki hazırlıq başa çatana qədər iddia sənədinin müəyyən olunmuş müddətdən tez dərc olunması haqqında vəsatətin geri çağırıldığı hallar istisna olunmaqla) verilməmiş sayılır.

Maddə 28-2. İlkinlik hüququnun bərpa edilməsi

1. Əvvəlki iddia sənədinin ilkinliyinin xahiş olunduğu və ya xahiş oluna biləcəyi iddia sənədi bu Qanunun 28-ci maddəsinin 2-ci hissəsində göstərilən ilkinlik müddəti bitdikdən sonra, lakin bu müddətin bitdiyi tarixdən 2 aydan gec olmayaraq verildiyi halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilkinlik hüququnu bərpa edir, bu şərtlə ki:

a) hüququn bərpa edilməsi haqqında vəsatət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müddətlərdən hansının daha tez bitməsindən asılı olaraq bu Qanunun 28-ci maddəsinin 2-ci hissəsində göstərilən ilkinlik müddəti bitdiyi tarixdən 2 ay ərzində və ya iddia sənədinin dərci üçün texniki hazırlıq bitənə qədər verilsin;

vəsatətdə ilkinlik müddətinin gözlənilməməsinin səbəbləri göstərilsin və iddia sənədinin ilkinlik müddətinin bərpası barədə bu Qanunun 28-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan müddətdə vəsatətin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilməməsinin iddiaçıdan asılı olmadığını sübut edə bilsin;

b) ilkinlik hüququnun bərpa edilməsi barədə vəsatətə baxılması üçün müəyyən edilmiş haqq ödənilsin.

2. Əvvəlki iddia sənədinin təsdiqlənmiş surəti bu Qanunun 28-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulan müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmadığı halda həmin orqan (qurum) ilkinlik hüququnu o şərtlə bərpa edə bilər ki:

a) bu barədə vəsatət əvvəlki iddia sənədinin təsdiqlənmiş surətinin verilməsi üçün bu Qanunun 28-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulan müddət ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilmiş olsun;

b) iddiaçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), əvvəlki iddia sənədini qeydiyyata almış Paris Konvensiyasına tərəfdar çıxan ölkələrdən birinin patent idarəsinə verilən əvvəlki iddia sənədinin təsdiqlənmiş surətinin təqdim edilməsi üçün bu Qanunun 28-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulan müddət bitənədək bu iddia sənədinin təsdiqlənmiş surətinin 2 aydan gec olmayan müddətdə tələb edildiyini sübut edən vəsatətin təsdiqini təqdim etmiş olsun;

c) əvvəlki iddia sənədinin təsdiqlənmiş surəti əvvəlki iddia sənədinin verildiyi Paris Konvensiyasına tərəfdar çıxan ölkələrdən birinin patent idarəsi tərəfindən iddiaçıya bu surətin təqdim edildiyi tarixdən 1 ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilmiş olsun;

ç) bu hissəyə uyğun olaraq verilmiş vəsatətə baxılması üçün müəyyən edilmiş haqq ödənilmiş olsun.

Maddə 28-3. Nəzərdə tutulan rəddetmə halında iradların təqdim olunması imkanı

Bu Qanunun 28-1-ci və 28-2-ci maddələrinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilmiş vəsatətin təmin olunması tam və ya qismən rədd edilənədək vəsatət verən tərəf bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 5 iş günü müddətində ona göndərilən bildirişi aldığı tarixdən 2 ay müddətində nəzərdə tutulan rəddetmə ilə əlaqədar öz iradlarını təqdim edə bilər. İddiaçının iradı alındıqdan sonra 5 iş günündən gec olmayaraq vəsatətə yenidən baxılaraq müvafiq qərar qəbul edilir.”.

29. 29-cu maddə üzrə:

29.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ixtira, faydalı model və sənaye nümunəsi barədə iddia sənədinin ekspertizasının (ilkin ekspertiza daxil olmaqla) həyata keçirilməsi üçün müəyyən edilmiş haqqın ödənildiyi tarixdən etibarən 1 ay ərzində bu Qanunun 27-ci maddəsinin 3-cü və 4-cü hissələrinin tələblərinə, eləcə də bu Qanunun 27-1-ci maddəsinə uyğun ilkin ekspertizasının aparılmasını təmin edir. Ekspertizanın aparılması üçün müəyyən edilmiş haqqın ödənişi iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) daxil olduğu tarixdən 1 aydan gec olmayaraq həyata keçirilməlidir. İlkin ekspertiza zamanı tələb olunan sənədlərin mövcudluğu və düzgün tərtib olunması onların iddia sənədinin verilmə tarixinin müəyyən edilməsinə dair tələblərə uyğun olaraq yoxlanılır. Göstərilən sənədlər bu Qanunun 27-1-ci maddəsinin 3-cü hissəsinə və bu maddənin 2-ci hissəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində təqdim edilmədiyi halda iddiaçıya ixtira, faydalı model və sənaye nümunəsi barədə iddia sənədini baxılmağa qəbul edilməkdən imtina haqqında bildiriş göndərilir.”;

29.2. 2-ci hissə üzrə:

29.2.1. birinci abzas üzrə:

29.2.1.1. birinci cümlədə “, 5-ci və 6-cı bəndlərinin” sözləri “və 6-cı hissələrinin” sözləri ilə əvəz edilsin;

29.2.1.2. ikinci cümlədə “qaytarılmayan” sözü “çatışmayan” sözü ilə əvəz edilsin;

29.2.1.3. aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“İddia sənədi bu Qanunun 27-1-ci maddəsinin bir və ya bir neçə tələbinə cavab vermədiyi halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) iddiaçıya həmin maddədə nəzərdə tutulan müddətlərdə bu tələbləri yerinə yetirmək imkanı verir.”;

29.3. 3-cü hissə üzrə:

29.3.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

“İxtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədi bu maddənin 1-ci hissəsində nəzərdə tutulan tələblərə cavab verdiyi halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onun aşağıdakılara uyğunluğu baxımından ekspertizasını keçirir:”;

29.3.2. ikinci və üçüncü abzaslarda “3-cü maddəsinin üçüncü abzasının” sözləri “3.3-cü və 3.4-cü maddələrinin” sözləri ilə, “bəndlərinin” sözü “hissələrinin” sözü ilə əvəz edilsin;

29.3.3. dördüncü abzasda “3-cü maddəsinin üçüncü abzasının” sözləri “3.3-cü və 3.4-cü maddələrinin” sözləri ilə, “, 6-cı və 7-ci bəndlərinin” sözləri “və 6-cı hissələrinin” sözləri ilə əvəz edilsin;

29.3.4. beşinci abzasda ismin müvafiq hallarında “bənd” sözü ismin müvafiq hallarında “hissə” sözü ilə, “abzası” sözü “abzasına” sözü ilə əvəz edilsin;

29.3.5. altıncı abzasda “qurumunun” sözü “orqanın (qurumun)” sözləri ilə əvəz edilsin və həmin abzasa “edilir və” sözlərindən sonra “iddiaçı müəyyən edilmiş haqqı ödədikdən sonra bu Qanunun 30-cu maddəsinə uyğun olaraq” sözləri əlavə edilsin;

29.4. 5-ci hissə üzrə:

29.4.1. birinci abzasa “olan və” sözlərindən sonra “ixtira və ya faydalı modelin” sözləri və “müddətində” sözündən sonra “bu” sözü əlavə edilsin;

29.4.2. ikinci abzasa “müddətdə” sözündən sonra “ixtiranın və ya faydalı modelin vəhdətinin pozulması barədə” sözləri əlavə edilsin, həmin abzasda “qurum” sözü “orqan (qurum)” sözləri ilə, “düsturunun birinci bəndində göstərilən iddia obyektinə” sözləri “düsturunda birinci göstərilən obyektə və ixtiranın və ya faydalı modelin vəhdət tələbi ilə əlaqələnən digər obyektlərinə” sözləri ilə əvəz edilsin və həmin abzasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Sənaye nümunəsi barəsində iddia sənədi birdən çox sənaye nümunəsinə aid olduğu halda və bu Qanunun 27-ci maddəsinin 4-cü hissəsinin tələbinin pozulması ilə verildikdə iddiaçıya təklif edilir ki, ona müvafiq bildirişin göndərildiyi tarixdən 2 ay müddətində tətbiq olunan tələblərə cavab verməyən sənaye nümunələrinin çıxarılması yolu ilə iddia sənədi materiallarında düzəlişlər etsin.”;

29.4.3. üçüncü abzas aşağıdakı redaksiyada verilsin:

“İxtira, faydalı model və ya sənaye nümunəsi barəsində iddia sənədində göstərilən digər obyektlər ayrılmış iddia sənədi kimi müstəqil şəkildə verilə bilər.”;

29.4.4. dördüncü abzasın ikinci cümləsində “qurumuna” sözü “orqana (quruma)” sözləri ilə əvəz edilsin;

29.5. 8-ci hissədə “götürsün” sözü “çağırsın” sözü ilə əvəz edilsin;

29.6. 9-cu və 10-cu hissələr aşağıdakı redaksiyada verilsin:

“9. İxtiraya patent verilməsi haqqında qərarın qəbul edildiyi tarixə qədər, patent verilməsindən imtina haqqında qərar qəbul edildiyi halda isə belə qərara qarşı etirazın verilmə müddəti bitənədək iddiaçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) vəsatət verməklə, ixtira barəsində iddia sənədini faydalı model və ya sənaye nümunəsi barəsində iddia sənədinə çevirə bilər.

Faydalı model barəsində iddia sənədinin ixtira və ya sənaye nümunəsi barəsində iddia sənədinə çevrilməsi faydalı modelə patent verilməsi haqqında qərarın qəbul edildiyi tarixədək, patent verilməsindən imtina haqqında qərar qəbul edildiyi halda isə belə qərara qarşı etirazın verilmə müddəti bitənədək mümkündür.

Göstərilən hallarda əvvəlki iddia sənədi üzrə ilkinlik saxlanılır.

10. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ixtira və faydalı model barədə iddia sənədinin daxil olduğu tarixdən 12 ay, sənaye nümunəsi barədə iddia sənədinin daxil olduğu tarixdən isə 3 ay ərzində iddiaçının və ya digər maraqlı şəxsin vəsatəti əsasında obyektin patent qabiliyyətini müəyyənləşdirmək üçün məlumat axtarışı aparır.

İddia sənədinin mahiyyətcə ekspertizasının aparılması üçün iddiaçı və ya digər maraqlı şəxs müəyyən edilmiş haqqın ödənilməsi şərtilə ixtira və faydalı model barədə iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) daxil olduğu tarixdən 18 ay və sənaye nümunəsi barədə iddia sənədinin daxil olduğu tarixdən 12 ay ərzində vəsatətlə müraciət edə bilər. İddia sənədinin mahiyyətcə ekspertizası iddia sənədi üzrə ilkin ekspertiza başa çatdıqdan və mahiyyətcə ekspertizanın aparılması barədə iddiaçı və ya digər maraqlı şəxs tərəfindən vəsatət daxil olduqdan sonra 2 ay ərzində aparılır. Bu müddətə bu maddənin 2-ci hissəsində nəzərdə tutulan düzəliş aparılmış sənədlərin təqdim edildiyi müddət, habelə iddiaçının vəsatəti əsasında onun uzadılma müddəti daxil deyildir.

Mahiyyətcə ekspertizanın aparılması haqqında vəsatət digər maraqlı şəxslər tərəfindən daxil olduğu halda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu barədə iddiaçını 5 iş günü müddətində məlumatlandırır.

Bu maddənin 3-cü hissəsində göstərilən tələblər gözlənilməklə ixtira, faydalı model və sənaye nümunəsi barədə iddia sənədinin mahiyyətcə ekspertizası müsbət nəticə ilə başa çatdıqdan sonra 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) patent verilməsi haqqında qərar qəbul edir.

Mahiyyətcə ekspertiza məqsədilə məlumat axtarışının və ixtira, faydalı model və ya sənaye nümunəsi barədə iddia sənədi üzrə mahiyyətcə ekspertizanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.

30. 30-cu maddə üzrə:

30.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilkin ekspertizanın nəticəsi üzrə müsbət qərar qəbul etdikdə ixtira və faydalı model barəsində iddia sənədinin verildiyi tarixdən, ilkinlik istənildiyi halda isə ilkinlik tarixindən 18 ay keçən kimi sənaye nümunəsi barəsində iddia sənədinin verildiyi tarixdən isə 6 ay keçən kimi iddia sənədlərinə dair məlumatların özünün rəsmi bülletenində dərc edilməsini təmin edir. İddiaçının vəsatəti üzrə müəyyən edilmiş haqq ödənilməsi şərtilə iddia sənədinə dair məlumatlar yuxarıda göstərilən tarixdən tez də dərc edilə bilər.”;

30.2. 2-ci hissədə “ixtira” sözü “İxtira” sözü ilə, “qurumunun” sözü “orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;

30.3. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:

“3. İxtira və faydalı model barəsində iddia sənədinə dair məlumatlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi biblioqrafik göstəricilər və referat daxil olmalıdır.

Sənaye nümunəsi barəsində iddia sənədinə dair məlumatlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi biblioqrafik göstəricilər və iddia sənədində verilmiş hər bir nümunənin şəkilləri daxil olmalıdır.”;

30.4. 4-cü hissədə hər üç halda “bəndinin” sözü “hissəsinin” sözü ilə əvəz edilsin;

30.5. 5-ci hissə üzrə:

30.5.1. birinci abzasda “qurumunda” sözü “orqanda (qurumda)” sözləri ilə əvəz edilsin;

30.5.2. ikinci abzasda “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

30.6. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:

“6. Dərc üçün texniki hazırlıq başa çatana qədər iddia sənədi geri çağırılarsa və ya geri çağırılmış hesab edilərsə ona dair məlumatlar dərc olunmur.”;

30.7. aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilsin:

“6-1. Bu maddənin 1-ci hissəsində nəzərdə tutulan müddət başa çatanadək ixtiralar, faydalı modellər və ya sənaye nümunələri müvafiq Dövlət reyestrində qeydə alındığı halda ixtira, faydalı model və ya sənaye nümunəsi barəsində iddia sənədinin dərci patentin dərci ilə eyni vaxtda həyata keçirilir.”;

30.8. 7-ci hissə üzrə:

30.8.1. birinci abzas üzrə:

30.8.1.1. birinci cümlədə “və ya faydalı model” sözləri “, faydalı model və ya sənaye nümunəsi” sözləri ilə, “qurum” sözü “orqan (qurum)” sözləri ilə əvəz edilsin;

30.8.1.2. ikinci cümlədə “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

30.8.2. ikinci abzas üzrə:

30.8.2.1. birinci cümlədə “qurum” sözü “orqan (qurum)” sözləri ilə, “(faydalı modelin)” sözləri “, faydalı modelin və ya sənaye nümunəsinin” sözləri ilə əvəz edilsin;

30.8.2.2. ikinci cümlədə “(faydalı modelin)” sözləri “, faydalı modelin və ya sənaye nümunəsinin” sözləri ilə əvəz edilsin;

30.9. 8-ci hissə üzrə:

30.9.1. birinci abzasa “və” sözündən sonra “ya” sözü əlavə edilsin;

30.9.2. üçüncü abzasda hər iki halda “götürülmüş” sözü “çağırılmış” sözü ilə əvəz edilsin.

31. 31-ci maddənin 2-ci hissəsində “3-cü maddəsinin 3-cü abzasında” sözləri “3.3-cü və 3.4-cü maddələrində” sözləri ilə əvəz edilsin və həmin hissəyə “27” rəqəmlərindən sonra “, 27-1, 27-2” rəqəmləri əlavə edilsin.

32. 32-ci maddə üzrə:

32.1. adında “ixtira” sözü “İxtira” sözü ilə əvəz edilsin;

32.2. 1-ci hissə üzrə:

32.2.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə uyğun olaraq dərc olunmuş iddia sənədinə etirazın verilməsi müddəti qurtardıqdan və ya ixtira, faydalı model və ya sənaye nümunəsinə patentin verilməsinə dair qərar qəbul etdiyi tarixdən etibarən 2 ay ərzində ixtira, faydalı model və ya sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi və dərc olunması üçün dövlət rüsumu ödənilməsi şərtilə ixtira, faydalı model və ya sənaye nümunəsini müvafiq Dövlət reyestrində qeydə alır və iddiaçıya patent verir.”;

32.2.2. ikinci abzasda “ixtira” sözü “İxtira” sözü ilə, “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

32.3. 2-ci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Patentin qüvvədə saxlanılması üçün haqqın ödənilməsi patentin qüvvədə olduğu il başa çatanadək həyata keçirilmədikdə müəyyən edilmiş əlavə haqq ödənilməsi şərtilə patentin qüvvədə olduğu müddətin bitdiyi tarixdən haqqın ödənilməsi üçün 6 ay əlavə möhlət verilir.”;

32.4. 3-cü hissədə “qurumunda” sözü “orqanda (qurumda)” sözləri ilə əvəz edilsin.

33. 33-cü maddə üzrə:

33.1. 1-ci hissə üzrə:

33.1.1. birinci abzasın birinci cümləsində “qurum” sözü “orqan (qurum)” sözləri ilə əvəz edilsin və həmin abzasdan ikinci cümlə çıxarılsın;

33.1.2. ikinci və üçüncü abzaslar aşağıdakı redaksiyada verilsin:

“İxtira və faydalı model üçün patentə dair məlumatlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi biblioqrafik göstəricilər və ixtira və ya faydalı modelin düsturu daxil olmalıdır.

Sənaye nümunəsi üçün patentə dair məlumatlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi biblioqrafik göstəricilər və qeydiyyata alınan hər bir nümunənin şəkilləri daxil olmalıdır.”;

33.1.3. dördüncü – yeddinci abzaslar ləğv edilsin;

33.2. 2-ci hissədə “ixtira” sözü “İxtira” sözü ilə, “bəndində” sözü “hissəsində” sözü ilə, “bəndinin 1-ci və 2-ci” sözləri “hissəsinin birinci və ikinci” sözləri ilə, “bəndinin 1-ci” sözləri “hissəsinin birinci” sözləri ilə əvəz edilsin.

34. 34-cü maddənin 1-ci hissəsində “3-cü maddəsinin 3-cü abzasının, 7-ci maddəsinin 1, 6, 7, 8-ci bəndlərinin, 8-ci maddəsinin 1, 5, 6-cı bəndlərinin, 9-cu maddəsinin 1, 5, 6-cı bəndlərinin” sözləri “3.3-cü və 3.4-cü maddələrinin, 7-ci maddəsinin 1-ci və 6 – 8-ci hissələrinin, 8-ci və 9-cu maddələrinin 1, 5 və 6-cı hissələrinin” sözləri ilə əvəz edilsin.

35. 35-ci maddə üzrə:

35.1. 1-ci hissədə “qurum” sözü “orqan (qurum)” sözləri ilə əvəz edilsin;

35.2. 2-ci hissə üzrə:

35.2.1. birinci abzasda “qurumuna” sözü “orqana (quruma)” sözləri ilə əvəz edilsin;

35.2.2. ikinci abzasda “qurum” sözü “orqan (qurum)” sözləri ilə əvəz edilsin.

36. 36-cı maddə üzrə:

36.1. 1-ci hissə üzrə:

36.1.1. ikinci abzasda “qurumuna” sözü “orqana (quruma)” sözləri ilə əvəz edilsin;

36.1.2. üçüncü abzas aşağıdakı redaksiyada verilsin:

“bu Qanunun 37-2-ci maddəsinin 1-ci hissəsinin “a” bəndi nəzərə alınmaqla, bu Qanunun 32-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan möhlət müddəti bitənədək patentin qüvvədə saxlanması üçün haqq ödənilmədiyi halda;”;

36.2. 2-ci hissədə “qurum” sözü “orqan (qurum)” sözləri ilə əvəz edilsin.

37. 37-ci maddənin 2-ci hissəsində “bəndində” sözü “hissəsində” sözü ilə əvəz edilsin.

38. Aşağıdakı məzmunda 37-1-ci və 37-2-ci maddələr əlavə edilsin:

“Maddə 37-1. Müddətlərin uzadılması

1. İxtira, faydalı model və ya sənaye nümunəsinə dair iddia sənədi və ya patentlə bağlı hər hansı prosedur hərəkətinin həyata keçirilməsi üçün bu maddənin 2-ci hissəsi nəzərə alınmaqla bu Qanunla müəyyən edilmiş müddətlərin onların bitdiyi tarixdən 2 ay müddətinə uzadılması üçün iddiaçıya və ya patent sahibinə imkan verilir bu şərtlə ki:

a) bu müddət ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müvafiq vəsatət verilsin və müvafiq hərəkət üçün müddət tətbiq edilmiş bütün tələblər vəsatətin verilməsi ilə eyni vaxtda yerinə yetirilsin;

b) bu hissəyə uyğun olaraq verilmiş vəsatətə baxılması üçün müəyyən edilmiş haqq ödənilsin.

2. Bu maddənin müddəaları bu maddənin 1-ci hissəsinə uyğun olaraq müddətin uzadılması haqqında vəsatətin verilməsi üçün, bu Qanunun 28-1-ci və 28-2-ci maddələrində, 32-ci maddəsinin 2-ci hissəsində, 37-2-ci maddəsində nəzərdə tutulmuş müddətlər üçün, həmçinin bu Qanunun 38-ci maddəsinin 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, Apellyasiya Şurasında prosedurların həyata keçirilməsi üçün nəzərdə tutulan müddətlər barəsində tətbiq edilmir.

3. Bu maddənin 1-ci hissəsinə uyğun olaraq verilmiş vəsatətin rədd edilməsinə qədər iddiaçı və ya patent sahibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəzərdə tutulan rədd ilə bağlı 5 iş günü müddətində göndərilən bildirişi aldığı tarixdən 2 ay müddətində iradlarını təqdim edə bilər. İddiaçının iradı alındıqdan sonra 5 iş günündən gec olmayaraq vəsatətə yenidən baxılaraq müvafiq qərar qəbul edilir.

Maddə 37-2. Müddətin qəsdən buraxılmadığı müəyyən edildikdə hüquqların bərpası

1. İddiaçı və ya ixtira, faydalı model və ya sənaye nümunəsinin patent sahibi hər hansı prosedur hərəkətinin həyata keçirilməsi üçün bu Qanunda nəzərdə tutulmuş müddətlərə riayət etmədikdə və bu pozuntu bilavasitə iddia sənədi və ya patent ilə bağlı hüquqların itirilməsinə gətirib çıxarırsa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müvafiq iddia sənədi və ya patent üzrə iddiaçı və ya patent sahibinin hüquqlarını bərpa edir, bu şərtlə ki:

a) iddia sənədi üçün hüququn bərpası haqqında vəsatət müvafiq prosedur hərəkətinin həyata keçirilməsi üçün müəyyən edilmiş müddətə riayət edilməməsi səbəbinin aradan qaldırılması tarixindən 2 aydan gec olmayaraq, lakin buraxılmış müddətin bitdiyi tarixdən 12 aydan gec olmayaraq verilsin. Bu zaman yerinə yetirilməmiş hərəkət vəsatətin verildiyi tarix üçün yerinə yetirilmiş olmalıdır. Əgər belə vəsatət patentin qüvvədə saxlanılması üçün illik haqqın ödənilməməsi ilə əlaqədar patentin bərpasına aiddirsə, 12 aylıq müddət bu Qanunun 32-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş möhlət müddətinin bitməsi tarixindən hesablanır;

b) vəsatətdə göstərilən səbəblərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müddətə riayət edilməməsinin qəsdən baş vermədiyi qənaətinə gəlsin;

c) bu hissəyə uyğun olaraq verilmiş vəsatətə baxılması üçün müəyyən edilmiş haqq ödənilsin.

2. Bu maddənin 1-ci hissəsinin müddəaları bu Qanunun 28-1-ci və 28-2-ci maddələrində, habelə bu maddədə nəzərdə tutulmuş müddətlərə, eləcə də 38-ci maddənin 1-ci və 2-ci hissələri nəzərə alınmaqla Apellyasiya Şurasında prosedurların həyata keçirilməsi üçün son müddətlərə şamil edilmir.

3. Bu maddənin 1-ci hissəsinə uyğun olaraq verilmiş vəsatətin tam və ya qismən rədd edilməsinə qədər onu verən tərəf müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 5 iş günü müddətində göndərilən bildirişi aldığı tarixdən 2 ay müddətində nəzərdə tutulan imtina ilə bağlı iradlarını təqdim edə bilər. İddiaçının iradı alındıqdan sonra 5 iş günündən gec olmayaraq vəsatətə yenidən baxılaraq müvafiq qərar qəbul edilir.”.

39. 38-ci maddə üzrə:

39.1. adında “Ötürülmüş müddətlərin” sözləri “Müddətlərin” sözü ilə əvəz edilsin;

39.2. 1-ci hissədə hər üç halda “bəndində” sözü “hissəsində” sözü ilə əvəz edilsin;

39.3. 3-cü hissə üzrə:

39.3.1. birinci cümlədə “5 il” sözləri “18 ay” sözləri ilə əvəz edilsin;

39.3.2. ikinci cümlədə “illər” sözü “müddət” sözü ilə əvəz edilsin.

40. 39.2-ci maddədə “qurumun” sözü “orqanın (qurumun)” sözləri ilə, “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

41. 41-ci maddə üzrə:

41.1. adında “ixtira” sözü “İxtira” sözü ilə əvəz edilsin;

41.2. birinci hissədə “ixtira” sözü “İxtira” sözü ilə, “qurumuna” sözü “orqana (quruma)” sözləri ilə əvəz edilsin;

41.3. ikinci hissədə “ixtira” sözü “İxtira” sözü ilə, “qurumuna” sözü “orqana (quruma)” sözləri ilə, “qurum” sözü “orqan (qurum)” sözləri ilə əvəz edilsin;

41.4. üçüncü hissədə “qurumunun” sözü “orqanın (qurumun)” sözləri ilə əvəz edilsin.

42. 42-ci maddənin mətnində “iştirak etdiyi” sözləri “tərəfdar çıxdığı” sözləri ilə, “qarşılıqlı” sözü “qarşılıqlılıq” sözü ilə əvəz edilsin.

43. 43-cü maddənin mətnində “iştirak etdiyi” sözləri “tərəfdar çıxdığı” sözləri ilə əvəz edilsin.



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 10 fevral 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:59
01 Aprel

"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:58
01 Aprel

"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 375-VIIQD nömrəli Qanununun tətbiqi haqqında

01:57
01 Aprel

Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında

01:57
01 Aprel

"Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 fevral tarixli 351-VIIQD nömrəli Qanununun tətbiqi və "Patent haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:56
01 Aprel

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Məşğulluğa Dəstək Layihəsi AZ-MLSPP-497385-CS-QCBS Müqavilə barədə bildiriş

01:54
01 Aprel

Ministry of Labor and Social Protection of Population / Employment Support Project AZ-MLSPP-497385-CS-QCBS AWARD NOTICE

01:53
01 Aprel

ELAN

01:52
01 Aprel

Netanyahu: İran hərbi proqramlara təxminən bir trilyon dollar xərcləyib  

23:33
31 Mart

Əraqçi: İran sadə atəşkəslə razı deyil

23:01
31 Mart

Səudiyyə Ərəbistanında gün ərzində 12 PUA və 4 ballistik raket zərərsizləşdirilib  

22:37
31 Mart

Tramp: ABŞ İranın nüvə materiallarını ələ keçirməyi hələlik nəzərdən keçirmir

22:36
31 Mart

SOCAR və Misirin Dövlət Neft Korporasiyası arasında çərçivə sazişi imzalanıb

21:37
31 Mart

Azərbaycan və İpək Yolu Fondu arasında yeni investisiya fondu yaradıla bilər

20:47
31 Mart

Nazir: Ölkəmizdə aparılan islahatlar xarici investisiyaların təşviqinə geniş imkanlar açır  

20:41
31 Mart

Sabahdan Azərbaycanda elektron siqaretlərin istifadəsi və satışı qadağan olunur

20:01
31 Mart

Belçika Baş nazirinin müavini İran ərazisindən Naxçıvana dron hücumu ilə əlaqədar ölkəmizlə həmrəyliyini ifadə edib

19:36
31 Mart

Prezident Rəcəb Tayyib Ərdoğan: Regionda baş verən proseslər kibertəhlükəsizliyin əhəmiyyətini göstərdi  

19:33
31 Mart

Azərbaycan Ordusunda soyqırımı qurbanlarının xatirəsi anılıb

19:21
31 Mart

“Susmayan həqiqətlər” sərgisinə yekun vurulub

19:13
31 Mart

Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb

18:24
31 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!