05 Dekabr 2021 00:53
1575
CƏMİYYƏT
A- A+
Xüsusi təyinatlı əfsanəvi döyüşçü

Xüsusi təyinatlı əfsanəvi döyüşçü

 

Düşməni öz dilində pusquya salıb, generalı tərksilah edən şəhid gizir Elyar Vəliyevin şərəfli döyüş yolunun bəzi məqamları

 

Vətən müharibəsində canını fəda edərək xalqımıza Qələbə yaşadan cəsarətli oğullarımızdan biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri Elyar Vəliyev olub. O, Cəbrayıl, Hadrut, Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarla yaddaşlarda qalıb.

2020-ci il oktyabrın 17-də səngərdə olan hərbçilərimiz qəfildən bir erməni əsgərinin qaçdığını görürlər. Elyar ayağa qalxaraq onun ardınca düşür. Bir az keçdikdən sonra görürlər ki, üstü-başı toz içində, əlində bıçaq və “ratsiya” geri qayıdır.

Hələ bu harasıdır. Onun cəngavərliyini təsdiqləyən o qədər hadisələr olub ki... İgid döyüşçü Cəbrayıl uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən qənimət kimi ələ keçirdiyi 40 tapançanı komandirə təhvil verəndə hər kəs çaş-baş qalır. Axı sıravi əsgərdə tapança olmur. Bu o deməkdir ki, düşmənin 40 zabiti  “tərksilah” edilib.

Sonuncu döyüşü oktyabrın 19-da Şuşadan 14 kilometr aralıda, Qırmızı Bazarda olub. Güllələri qurtarana qədər döyüşüblər. Elyarı müxtəlif istiqamətlərdə yaxın məsafələrə qumbara atanda ürəyindən vurublar. O, “Allahu-Əkbər” deyərək yerə yıxılıb.

Vətən müharibəsində Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 19-da Elyar Vəliyevin də tərkibində olduğu 40 nəfərlik qrup Qubadlı döyüşləri zamanı, Laçın dəhlizinə nəzarəti ələ keçirmək üçün strateji əhəmiyyətə malik mövqelər uğrunda ölüm-dirim savaşına qalxıb. Döyüşlər qeyri-bərabər şəraitdə keçib. Ermənistan tərəfdən 150-200 nəfərdən ibarət heyət döyüşüb. 7 saatdan çox davam edən ağır döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrdən ibarət qrupdan dörd nəfər - baş gizir Sübhan Cəbrayılov, baş gizir Camal İsmayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyev şəhid olub.

Beləliklə, “Vətəni sevmək imandandır” deyiminin ən parlaq nümunələrindən biri də 44 günlük Vətən müharibəsinin xüsusi təyinatlı şəhidi Elyar Vəliyevdir.

Elyar Arif oğlu Vəliyev 1991-ci il oktyabrın 17-də Qobustan rayonunun Sədəfli kəndində anadan olub. Məhz doğma Vətəninə olan bağlılığı, yurd sevgisi gənc Elyarı Xocalının və digər faciələrdə amansızlıqla qətlə yetirilən həmvətənlərinin qisasını almağa çalışan cəsur döyüşçü kimi tanıdıb.

Tale elə gətirdi ki, ömrünün 29-cu payızında gizir Elyar Vəliyevin doğum gününə edəcəyi hədiyyə də qeyri-adi oldu: iki gün sonra ən uca zirvəni - şəhidlik məqamını fəth etdi...

Atası Arif Vəliyev onu xaraktercə sərt bir övlad kimi xatırlayır: “Elyar 2016-cı və 2020-ci illərdə 3 döyüşdə iştirak edib. Çoxlu yaralanmış döyüş dostlarının xilası üçün ölümün gözünə dik baxıb. Onlar Vətən müharibəsi zamanı düşmənin 12 tankını, 200-ə yaxın canlı qüvvəsini məhv edib, bir yaralı erməni əsgərini əsir götürüblər. Cəbrayılın azad edilməsi zamanı bir hərbi avtomobili partladıblar, yüksək rütbəli erməni zabitlərini, eləcə də “KamAZ” dolu quldur silahlıları məhv ediblər. Elyar düşmən qərargahını ələ keçirib və erməni polkovniki ilə əlbəyaxa olub. Ondan qisasını alıb. Hə, deyirlər ki, gülləsi qurtaranadək döyüşüblər...”

Anası Səmayə xanım deyir ki, Elyarın qardaşı da hərbçidir: “İki oğlum var. Hər ikisi hərbçidir, müharibədə iştirak ediblər. Sonuncu dəfə oktyabrın 18-də Elyarla telefonla danışmışdıq. Ayın 19-da şəhid olub...”

Elyarın dəfələrlə həyatlarını xilas etdiyi hərbçi yoldaşları bu gün onu ehtiramla yad edirlər. Şəhidimizlə çiyin-çiyinə döyüşən Səxavət Salmanov bildirir ki, Elyar Vəliyevin əhatəsində olan 50 nəfərlik dəstə 600 nəfərlik erməni ordusunu tamamilə məhv edib.

Şəhidin idman müəllimi Sərhad Quliyev də onunla fəxr edir: “Mən ona əlbəyaxa döyüşün sirlərini öyrətmişəm. O, idman sahəsində əldə etdiyi, qazandığı nə vardısa, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə göstərdi. O, əsl qəhrəman idi”.

Döyüşçü dostları arasında “Canavar” ləqəbi ilə çağırılan cəsur döyüşçü ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görüldü.

Şəhid Elyar Vəliyev ailəli idi. Həyatındakı qeyri-adiliklərdən biri də övladlarının üçəm olması idi. Beş övlad atası bunu da Yaradanın onun ailəsinə sovqatı hesab edirdi.

Xatirəsinin əbədiləşdirilməsi məqsədilə onun adı Qobustan rayonunun mərkəzi küçələrindən birinə verilib.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub YENİLƏNƏCƏK  

11:45
17 Dekabr

Azərbaycan Prezidentinin BƏƏ-yə işgüzar səfəri: Strateji tərəfdaşlıqda yeni mərhələ TƏHLİL 

11:43
17 Dekabr

Cozef Bayden: Əgər ABŞ dünya lideri olmasa, onun yerini Rusiya və ya Çin tutacaq  

11:10
17 Dekabr

SOCAR “ENOC Group” ilə enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlığı müzakirə edib  

11:08
17 Dekabr

Muxtar Babayev: COP29-un uğuru Azərbaycanın iqlim diplomatiyasına gətirdiyi vizyonla bağlıdır  

11:07
17 Dekabr

Naxçıvan Ali Məhkəməsinə sədr təyinatı ilə bağlı tədbir keçirilib  

10:39
17 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!