18 Oktyabr 2023 09:40
14773
SİYASƏT
A- A+
Xudafərin əməliyyatı

Xudafərin əməliyyatı

 

Strateji əhəmiyyətli tarixi körpü necə azad edildi? 

 

18 oktyabr 2020-ci il. Vətən müharibəsinin 22-ci günüdür. 
Qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmrlərini uğurla yerinə yetirir. Cəbhədə şiddətli döyüşlər gedir və düşmən silahını, döyüş bayrağını atıb şərəfsizcəsinə qaçır. 
Bu gün həm də xalqımız Müstəqilliyinin Bərpası Gününün ildönümünü qeyd edir. Ali Baş Komandan bu bayram sevincini ikiqat artırır. Müzəffər Sərkərdənin rəsmi "X" hesabında "Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdı. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" paylaşımı hər kəsin ürəyini dağa döndərir. 
Bir qədər sonra qəhrəman hərbçilərimiz Xudafərin körpüsünün işğaldan azad edilməsi ilə bağlı Ali Baş Komandana raport verirlər. Bu xəbər hər bir azərbaycanlıya sevinc və qürur bəxş edir. 
2020-ci il noyabrın 16-da isə Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş torpaqlarımıza ilk səfərləri zamanı tarxi hadisə yaşanır. Müzəffər Sərkərdə Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırır və 1993-cü ildə işğal edilən Xudafərin 27 ildən sonra azadlığına qovuşur.

 

Tarixin sərt sınaqlarından keçərək çox hadisələrə şahidlik edən unikal abidə

 

Xudafərin körpüləri Orta əsr Azərbaycan memarlığının dövrümüzə qədər gəlib çatan ən unikal abidələrindəndir. Bu abidələr Yaxın və Orta Şərq regionunun ən əzəmətli, ən məşhur körpülərindən hesab olunur. Araz çayının şimal və cənub sahillərini birləşdirən 11 tağlı körpü XI-XII əsrlərdə, 15 tağlı körpü isə XIII əsrdə inşa olunub. Xudafərin körpüləri Böyük İpək yolunun inkişafında mühüm rol oynayıb və hərbi-strateji cəhətdən də müstəsna əhəmiyyətə malik olub.
Xudafərin körpüləri tarixin sərt sınaqlarından keçərək çox hadisələrə şahidlik edib. Bu hadisələrdən ən önəmlisi isə xalqımız üçün mənəvi əhəmiyyəti böyük olan abidələrin azadlığına qovuşmasıdır.
Vətən müharibəsindən sonra inşasına başlanılan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti Xudafərin körpülərinin yaxınlığından keçir. Xudafərin-Qubadlı-Laçın avtomobil yolu başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürür. 
Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 4-də təməlini qoyduğu "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı da Şərqi Zəngəzurun İrana çıxış nöqtəsində - Xudafərin körpülərinə yaxın ərazidə yerləşir. Bütün bunlar onu deməyə əsas verir ki, tarixi İpək yolunun üzərində yerləşən, əsrlər boyu Araz çayının şimalı ilə cənubunu birləşdirən Xudafərin körpülərinin strateji əhəmiyyəti bundan sonra daha da artacaq.

 

Xudafərinin azadlığına aparan yol

 

Oktyabrın 17-də Füzuli şəhəri düşməndən azad edilmişdi. Azərbaycanın qəhrəman oğulları Zəfərə gedən yolda daha da ruhlanmışdılar. Bu qələbə ilə "keçilməz Ohanyan" mifi də məhv edilmişdi və qorxudan düşmənin bağrı yarılmışdı. 
Hər kəsə bəllidir ki, Azərbaycan Silahlı Qüvvələri Vətən savaşında indiyədək heç bir ordu tərəfindən həyata keçirilməyən çətin relyefdə xüsusi döyüş tapşırıqları yerinə yetirib. Məhz bu müasir döyüş taktikası nəticəsində 30 il torpaqlarımızda möhkəmlənən, "keçilməz" istehkamlar quran düşmən yalnız qaçmaqla canını qurtara bilib. 
Bu da onu sübut edir ki, Ali Baş Komandanın "Dəmir yumruq" əməliyyatını yerinə yetirən bütün silahlı birləşmələr tapşırıqlarının icrasını uğurla reallaşdırıblar. Arazboyu ərazilərin, o cümlədən Xudafərin, Zəngilan şəhəri, eləcə də rayonun Ağbənd qəsəbəsi və "Şükrataz", həmçinin dəniz səviyyəsindən 2269 metr hündürlükdə olan "Bartaz" yüksəkliyinin düşmən tapdağından azad olunması tapşırığı Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Qüvvələrinə tapşırılmışdı. Azərbaycanın qəhrəman oğulları bu tapşırıqları layiqincə yerinə yetirərək Vətən qarşısında borclarını canları, qanları bahasına həyata keçirmişdilər. 
Bəs Xudafərinin azadlığı necə baş verdi?!
Bu əməliyyatların haradan başlaması, hansı taktikalardan istifadə edilməsi, yəni əsl reallıqları bilmək üçün DSX-nin Çevik Hərəkat Qüvvələrinin döyüş yoluna nəzər yetirmək kifayətdir. 
Öncə onu qeyd edək ki, Xudafərinin azad olunmasına gedən yol Cəbrayıl rayonunun Əmirvarlı-Soltanlı istiqamətində olan yüksəkliyin düşməndən təmizlənməsindən keçirdi. Həmin yüksəklikdə düşmənin ən güclü dayaq nöqtəsi hesab etdiyi 3-cü eşalon yerləşirdi. Bura o yüksəklik idi ki, düşmən Cəbrayıl istiqamətindən Zəngilana və Hadruta, Qubadlıya tərəf hərəkət edən bütün canlı qüvvə və texnikanı gündüz və gecə rahat müşahidə edə bilirdi. Yəni düşmən həmin istiqamətdə hər tərəfi nəzarətdə saxlayırdı. Amma Çevik Hərəkat Qüvvələri taktiki gedişlərlə bu yüksəkliyi çox məharətlə düşməndən təmizləyə bildi. 
Keçirilən əməliyyatların iştirakçısı, DSX-nin Çevik Hərəkat Qüvvələrinin "Zəfər" ordenli zabiti Nəsib Mirzəyev danışır: "Cəbrayıl şəhərinin azad olunmasından sonra komandanlıq tərəfindən bizə döyüş tapşırıqları verildi ki, Arazboyu cənub-qərb istiqamətindəki bütün ərazilərin düşməndən tamamən təmizlənməsi əməliyyatlarını Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Qüvvələri həyata keçirməli idi. Bu tapşırığı aldıqdan sonra əməliyyatlara başladıq. Ərazi düzəngahlıq olduğu üçün düşmən hər tərəfi azı 10 kilometrlik məsafədən aydın müşahidə edə bilirdi. Gecə vaxtı isə hərəkət qeyri-mümkün idi. Termal gecəgörmə cihazlardan istifadə etməklə hərəkətimizi aydın görürdülər. Yəni nə gündüz, nə də gecə hərəkət etmək olmurdu. Düşmənin üzərinə canlı hədəf kimi yeriyə bilməzdik. Bu səbəbdən də taktiki gedişi dəyişdik. PUA-ları, xüsusən "Harop"ları havaya qaldırdıq. Düşmənin bütün diqqəti havadan hücuma yönəldi və biz də bundan istifadə edərək Zəngilan istiqamətinə doğru hərəkət etməyə başladıq. Bir gecədə xeyli məsafə gedib manevr etdik. Düşmənin heç zaman gözləmədiyi sağ cinahında onların səngərlərinə daxil olduq. Səhər açılanda onlar gördülər ki, başlarının üstünü kəsmişik. Belə olan halda qaçmağa başladılar. Xeyli canlı qüvvəsini məhv etdik. Bununla Zəngilan və Qubadlı istiqamətindən düşmənə gələn dəstək və silah-sursat təminatının da qarşısını aldıq və Xudafərin istiqamətinə doğru irəliləməyimiz üçün əlverişli şərait yarandı". 

 

Dəlidağ yüksəkliyinin və tarixi abidənin xilası

 

Bu yüksəkliyin düşməndən təmizlənməsi silahlı qüvvələrimizin Zəfər yürüşünü bir qədər də sürətləndirir. Düşmənin Əmirvarlı-Soltanlı istiqamətindəki güclü müdafiə xətti yarıldıqdan sonra Çevik Hərəkat Qüvvələrinin Araz çayı sahili ilə cənub-qərb istiqamətində irəliləmək tapşırığı alır. Bu əməliyyata DSX-nin zabiti, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov rəhbərlik edir. 
Tarixi abidənin azadlığı istiqamətində həyata keçirilən döyüş tapşırığının icrasını Babək Ələkbərov belə şərh edir: "Komandanlıq tərəfindən yeni döyüş tapşırığı aldıq ki, Xudafərin körpüsü düşməndən azad edilməlidir. Bu da Çevik Hərəkat Qüvvələrinin ən geniş döyüş tapşırıqlarından biri oldu. Biz Araz boyunca irəliləyərək Dəlidağ yüksəkliyini düşməndən təmizləməklə Xudafərinə yetişməli idik. Əməliyyatlara başladıq və qarşımıza çıxan düşmənin bütün canlı qüvvəsini məhv etdik. 11 kilometrlik yolu qısa zamanda qət etdik. Bir sutkadan az bir vaxtda Dəlidağ silsiləsinə yetişdik. Burada düşmənin cəmləşmiş qrupu var idi. Amma onlar bizim xüsusi təyinatlı qüvvələrin peşəkarlığı, qəhrəmanlığı qarşısında çox da duruş gətirə bilməzdilər. Elə belə də oldu və çox sevincliyəm ki, biz bu əməliyyatı heç bir itki vermədən yerinə yetirdik. Dəlidağ yüksəkliyini düşməndən azad edib Xudafərin körpüsünə yetişdik". 
Bu ərazilər düşməndən təmizləndikdən sonra qədim abidəmizdə bayrağımızın dalğalandırılması və Ali Baş Komandan İlham Əliyevə Xudafərinin azadlığı raportunun verilməsi xoşbəxtliyi Babək Ələkbərova qismət olur. Özünün söylədiyinə görə, zabitimiz ömründə belə sevinc hissi yaşamamışdır.    
Babək Ələkbərov deyir ki, DSX-nin Çevik Hərəkat Qüvvələrinin İkinci Qarabağ müharibəsi dövründə ən sürətli əməliyyat kimi yadda qalmış hücumda 24 saat ərzində 105 kilometr ərazini işğaldan azad edərək düşmənə ağır zərbələr endirib. 
Ümumiyyətlə isə Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin "Harop", "Quzğun" və "Hermes" kimi pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin 290 zirehli texnikası məhv edilib. 
Xudafərin körpüsü siyasi və iqtisadi cəhətdən mühüm önəm daşıyır. Eyni zamanda bu, Azərbaycanın İranla olan sərhədinin bir çox hissəsinin bərpa olunması demək idi. DSX-nin Çevik Hərəkat Qüvvələrinin dəqiq silahlarla hədəfləri məhv edərkən İranla dövlət sərhdində tikilən strateji obyektlərə - su anbarlarına ziyan vurmaması ilk növbədə onların peşəkarlığından xəbər verirdi.
Beləliklə, 18 oktyabr 2020-ci il heç zaman unutmayacağımız şərəfli və möhtəşəm bir gün kimi tariximizə yazıldı. Artıq 3 ildir ki, Cəbrayılın başucunda xan Arazın sinəsi üstə məğrur dayağa dönmüş, əsrlər şahidi olan tarixi Xudafərin körpüsündə üçrəngli bayrağımız dalğalanır. Azərbaycan səhrədçiləri dövlət sərhədimizi göz bəbəyi kimi qoruyurlar. Əsrlərlə yaşı olan Xudafərin körpüsünün erməni işğalından azad edilməsi həm də şərəf məsələsiydi ki, Azərbaycan Silahlı Qüvvələri bunu bacardı. 

 

Yenidən qurulan Xudafərin qəsəbəsi 

 

Mənfur düşmənin 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında daşı-daş üstündə qoymadığı faktı artıq dünyaya bəllidir. İşğaldan sonra bütün bəşəriyyət erməni barbarlığına şahidlik etdi. 
Urəkdağlayan ərazilərdən biri də Xudafərin qəsəbəsi idi. Ermənilər bu qəsəbəni yerlə yeksan etmişdilər. İndi Qarabağ və Şərqi Zəngəzuru yenidən quran Azərbaycan dövləti heç kimdən maliyyə vəsaiti almadan, işğaldan azad edilən ərazilərimizdə yalnız öz iqtisadi qüdrəti hesabına misli görünməyən quruculuq işləri həyata keçirir. Həmin ərazilərdən biri də Xudafərin qəsəbəsidir. Bu il mayın 4-də Prezident İlham Əliyev Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin də təməlini qoyub. 
Qeyd edək ki, bu qəsəbə Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan Xudafərin körpüsünün yaxınlığında, yeni dəmir yolu xəttindən və avtomobil yolundan 7 kilometr məsafədə salınır. Qəsəbənin layihələndirilən ümumi ərazisi 25 hektardır. Baş plana əsasən, gələcəkdə burada 149 ev tikiləcək. Qəsəbədə birinci mərhələdə 20 evin inşası nəzərdə tutulur. Burada iki, üç, dörd və beşotaqlı fərdi evlər tikiləcək. Hər evin həyətyanı sahəsi 600 kvadratmetr təşkil edəcək. Qəsəbəyə birinci növbədə 77 sakin köçürüləcək.
Xudafərin qəsəbəsində məktəb, uşaq bağçası, inzibati bina, məscid, bazar, çoxfunksiyalı bina (ticarət müəssisələri, tikinti materiallarının satış zonası, ictimai qida müəssisələri və s.), mədəniyyət evi, "Karvansara" hotel və icma evi də yaradılacaq. Bundan başqa, Araz çayının sahilində və Xudafərin körpüsünün yaxınlığında parkın salınması da nəzərdə tutulub.
Bu gün bütün Qarabağ və Şərqi Zəngəzurdakı misli görünməyən quruculuq işləri bir daha təsdiq edir ki, tezliklə bütün keçmiş məcburi köçkünlərimizin yurd nisgilinə son qoyulacaq və tarixi torpaqlarımızda həyat yenidən qaynayacaq. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!