24 Yanvar 2024 09:35
550
SİYASƏT
A- A+
Xristian klubunun növbəti məkri

Xristian klubunun növbəti məkri

 

Avropa Azərbaycan kimi vacib tərəfdaşı itirməkdən çəkinməlidir

 

"Avropa Şurasının ölkəmizə münasibətdə qərəzli mövqeyi, əslində, Avropanın Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi faktını bu gün də qəbul edə bilmədiyini bir daha göstərir. Avropa ölkələrinə Cənubi Qafqaz regionunda öz mövcudluqlarını təmin etmək üçün münaqişə lazım idi".
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. O bildirib ki, Azərbaycan münaqişəni aradan qaldırmaqla vəziyyəti tamam dəyişib. Bu da müxtəlif Avropa platformalarında, eyni zamanda ABŞ-də ölkəmizə qarşı siyasi diplomatik hücumları intensivləşdirib. AŞ PA tərəfindən Azərbaycana münasibətdə obyektiv mövqe sərgilənmədiyi hər zaman müşahidə edilirdi. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra isə ölkəmizə qarşı qərəzli siyasi mövqelərin formalaşdırılması istiqamətində Avropa müstəvisində daha çox fəallaşma oldu. Bu gün Avropanın müxtəlif platformalarında xüsusilə Fransa və ona bənzər dövlətlərin təşəbbüsləri ilə Azərbaycana qarşı davamlı olaraq siyasi hücumlar edilir. Başlıca məqsəd isə yenə də Cənubi Qafqaz regionunda gərginliyin yaradılmasından ibarətdir. 
Deputat qeyd edib ki, Ermənistan bu məsələdə alət kimi istifadə olunur və bu, region üçün çox ciddi təhlükələr yarada bilər. Çünki Ermənistanın Avropa, ABŞ qarşısında bir alət rolunda xidmətləri qarşılığında onun olduqca təhlükəli iddialarına dəstək nümayiş etdirilir. Hazırda bunu görməkdəyik. "Azərbaycan öz suveren ərazilərində antiterror tədbirləri həyata keçirərək separatizm kimi bəşəriyyəti daim ciddi təhlükə qarşısında saxlayan bir halı aradan qaldırdı. Ölkəmizin bu addımı, əslində, Avropa tərəfindən alqışlanmalı idi, amma biz bunun əksini görürük. Avropanın özü daim separatizmdən əziyyət çəkir, təhlükəsizliyi üçün çox ciddi təhdid yaranır. Bütün bunlara baxmayaraq, antiterror tədbirlərindən sonra Azərbaycana qarşı  siyasi hücumların genişləndiyini görürük. Bu həm də onun göstəricisidir ki, nə Avropa, nə də ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində obyektiv vasitəçilik göstərə bilmirlər, çünki bu istəkdə deyillər", - deyə o əlavə edib.
E.Mirbəşiroğlu bildirib ki, keçmiş münaqişə vəziyyətinin mövcudluğu dövründə də nə Avropa strukturları, nə də ABŞ tərəfindən məsələyə obyektiv yanaşıldığı görünüb. Bu gün Avropa İttifaqının Azərbaycandan enerji asılılığı böyükdür, məhz bunu nəzərə alaraq o, hələ "sərhədli" davranır. 
Deputat hesab edir ki, enerji asılılığı olmasa, Avropa Azərbaycana qarşı daha aşkar qərəzli mövqe sərgiləyər. Avropa İttifaqının ali nümayəndəsi Cozef Borel heç bir əsas olmadan daim ölkəmizi ittiham edir. Onun sərgilədiyi mövqe isə təmsil etdiyi strukturun Azərbaycana qarşı aşkar qərəz mövqeyindən çıxış etdiyini göstərir. Borel və onun kimilərinin davranışları sübut edir ki, əgər Azərbaycanla əməkdaşlıq Avropa İttifaqı üçün həyati vacib əhəmiyyət kəsb etməsəydi, onda Avropa daha sərt, daha qərəzli mövqe sərgiləyərdi. 
Onun sözlərinə görə, AŞ PA Azərbaycan səsinin dondurulması təşəbbüsünü dəstəklədiyi təqdirdə, bu, ölkəmizə mahiyyətcə heç bir mənfi təsir göstərməyəcək: "Sadəcə olaraq, gələcəkdə Avropa strukturlarının Ermənistanın daha aşkar şəkildə bir alət kimi istifadəsinə zəmin yarada bilər. Yəni bununla Ermənistan üzərindən növbəti manipulyasiyalar etməyə çalışacaqlar. 
Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qərəz mövqeyi mahiyyət etibarilə bizi öz yolumuzdan heç bir halda döndərə bilməz. Biz öz maraqlarımızı daim qətiyyətlə müdafiə edəcəyik". 
E.Mirbəşiroğlu bildirib ki, Avropa Azərbaycan kimi etibarlı və vacib tərəfdaşı itirməkdən çəkinməlidir. Bizim olduqca səmimi tərəfdaşlarımız var və haqlı mövqelərimizə çox böyük hörmətlə yanaşılan platformalar mövcuddur. Bu çərçivədə Azərbaycanın rolu və mövqeyi kifayət qədər təsirli və qəbulolunandır. 
Bu baxımdan deputat hesab edir ki, Avropa strukturları heç bir işlərinə yaramayacaq Ermənistanı təhlükəli məqsədlər üçün dəstəkləməkdənsə, Azərbaycanla əməkdaşlığa üstünlük verməlidirlər. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

Azərbaycan romantizminin parlaq siması

10:00
07 Fevral

Tarixin yaddaşına çevrilən alim - Sara Aşurbəyli

10:00
07 Fevral

Revanşistlərin sülh qorxusu

09:55
07 Fevral

Kilsənin və müxaliflərin ideoloji məğlubiyyəti

09:50
07 Fevral

Dostluğa dayanan strateji tərəfdaşlar

09:45
07 Fevral

Tarixin hökmü, hüququn təntənəsi

09:40
07 Fevral

Cinayət cəzasız qalmadı

09:35
07 Fevral

Sülh güclü dövlətin, ədalət isə qalib xalqın haqqıdır...

09:30
07 Fevral

Heydər Əliyev ideyaları və Prezident İlham Əliyevin uğurlu siyasəti ilə yüksələn Naxçıvan

09:25
07 Fevral

Qlobal dəstək, yüksək qiymət

09:20
07 Fevral

Dövlətlərin nüfuzu həm də sülhə və dialoqa xidmət edən siyasətlə ölçülür

09:15
07 Fevral

Azərbaycanın Yaxın Şərq regionunda mövqeləri güclənir

09:10
07 Fevral

Azərbaycanın təqdim etdiyi sülh yolu

09:05
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!