25 Fevral 2023 13:35
1126
SİYASƏT
A- A+
Xocalı faciəsi heç zaman unudulmayacaq

Xocalı faciəsi heç zaman unudulmayacaq


Dövlətçiliyin, dövlətin, xalqın tarixi ilə əlaqəli hadisələr heç zaman unudulmur. Bu, xalqı daha da mətinləşdirir, mübarizləşdirir. Rus imperiyası 1920-ci ilin 28 mayında Azərbaycan Demokratik Cümhuriyyətini ilhaq etdi, ancaq xalqın mübarizə ruhunu sarsıda bilmədi. Xalq müstəqillik mübarizəsini mətinliklə davam etdirdi.


İmperiya 1990-cı ilin 20 yanvarında Bakıda qırğın törətdi, ancaq milli-azadlıq hərəkatını məhv etməyə gücü çatmadı...
Azərbaycanla elan etmədən müharibə aparan Ermənistan 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dislokasiya yeri Xankəndi olan 366-cı alayın iştirakı ilə Xocalıda qətliam törətdi. Üç istiqamətdən mühasirəyə aldığı şəhəri odlara qaladı, camaatı öldürdü, qaça bilməyənləri əsir götürdü. Yüzlərlə xocalılı qarda-sazaqda çöllərə səpələndi, qurtuluş üçün Ağdama üz tutdu. Ermənilər təqib etdiyi xocalıları onlara çatanda əsir götürürdü, uzaqlaşmağa çalışanları güllələyirdi. Qırğının sayı ona görə belə çox olmuşdu...
Xocalı soyqırımında 613 nəfər qətlə yetirildi, bunların 106-sı qadın, 63-ü uşaq, 70-i qoca idi. Qaça bilməyən 1275 sakin girov götürüldü, onlardan 150 nəfərinin taleyi indiyə kimi məlum deyil. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirdi. Faciə gecəsi şəhər tamamilə məhv edildi...
56 nəfəri diri-diri yandırılıb, başının dərisi soyulub, boynu vurulub, gözləri çıxarılıb, hamilə qadınların qarın boşluğuna süngü ilə vurularaq öldürülüb. Bu faktlar erməniliyin nə olduğunun təsdiqidir.
Xocalı faciəsində insanlar da qətlə yetirildi, sosial tikililər də. Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi, bir tarix-diyarşünaslıq muzeyi dağıdıldı. Şəhərdə XIV-XV əsrə aid türbələr, gün-bəzlər, məzarlar yerlə-yeksan edildi, qəbiristanlıq müqayisə olunmayacaq qəddarlıqla dağıdıldı.
“Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Ümummilli Lider Heydər Əliyev bu faciəni dünya ictimaiyyətinə belə tanıdır-dı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı faciəsi haqqında deyib: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” ...
Xocalı faciəsindən sonra faciənin dəhşətlərini lentə alan Livanlı kinooperatorun dedikləri də tarixi gerçəkiyi ifadə edir: Mənim ölkəmin varlı daşnak icması Qarabağa silah və adam göndərir. Bu etiraf vicdanın səsidir və nə vaxtsa beynəlxalq məhkəmədə etibarlı şahid ifadəsi olacaq.
Xocalı soyqırımından az sonra dünyanın neçə-neçə jurnalisti faciə törədilən ərazidə olub, törədilənləri görüb, gördüklərini yazıb:
“Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu” (“Krua l'Eveneman” jurnalı (Paris), 25 fevral 1992-ci il); “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər” (“Sandi Tayms” qəzeti (London), 1 mart 1992-ci il); “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar” (“Faynenşl Tayms” qəzeti (London), 9 mart 1992-ci il); “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır” (“Tayms” qəzeti (London), 4 mart 1992-ci il; “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.” (R.Patrik, İngiltərənin “Fant men nyus” teleşir-kətinin jurnalisti). Sonuncu fikir əvvəlki fikirləri istər hüquqi baxımdan, istərsə də bəşəri baxımdan ümumiləşdirir, gerçəkliyin ifadəsi kimi oxunur, belə də dərk edilir...
Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir.
Xocalı faciəsi beynəlxalq hüququn da subyekti oldu. Bəşəri dövlətlər bu faciəni ciddi şəkildə pislədi. Onun dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Su-dan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanındı. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müha-ribə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə fəaliyyətə başlayan “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası bir çox ölkələrdə missiyasını uğurla yerinə yetirir. Başlıca fəaliyyəti Xocalı soyqırımını dünya ictimaiyyətinə tanıtmaq, ona hüquqi və siyasi qiymət verilməsini gerçəkləşdirmək, Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsinin, müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasının, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinin, sağ qalmış ailələrə dəstək göstərilməsinin soyqırımın yaddaşlarda yaşamasının cəfakeşi olmaq kimi müəy-yənləşdirilən bu kampaniyanın fəaliyyətini 100 minlərlə şəxs, 115 təşkilat dəstəkləyir.
Xocalı faciəsinin şahidi olmuş Süsən Cabbarova xatırlayır: Mən tibb bacısıyam. Həkimlə birlikdə yaralıları xərəklərdə daşıyırdıq. Kənd sakinləri ilə birgə dəmir yolunun keçərək Qarqar ça-yına yaxın gəldik. Buzlu suda ayaqqabımı itirdim. Hər tərəfdən erməni döyüşçüləri ilə mühasirə olumuş meşədə uzun müddət gizləndik. Qadınlardan birinin əlində 9 aylıq körpəsi vardı. Körpə bərkdən ağlayırdı. Onun səsindən bizi aşkar edə bilərdilər. Ana qorxudan uşağın ağzını tutdu. Ağdama çatanda uşaq nəfəs almırdı...Biz Naxçıvanikdəki sahəyə çıxdıq. Bu zaman erməni səsləri eşitdik. Mən yerə yıxıldım və özümü ölülüyüə vurdum. Onlar ətrafda gəzirdilər və tərpənən kəslərə işgəncə verirdilər. Qalan bütün yolu mən iməklədim, belə ki, artıq ayağa qalxa bilmirdim...”...
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi.
Hər il Xocalı soyqırımının ildönümündə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilir. Yürüşdə ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların, əksər xarici diplomatik korpusların nümayəndələri də iştirak edir. Bu, Xocalı faciəsinin ümumxalq qəhəri olduğunun təsdiqidir...
Beynəlxalq konfliktoloqlar Xocalı faciəsini Holokost soyqırımı ilə müqayisə edirlər. Onda cinayətin indiyə kimi cəzasız qalmasının səbəbi nədir? Bu səbəb də bilinəcək, etiraf ediləcək, onun da günahkarları beynəlxalq məhkəmənin mühakiməsinə veriləcək, şübhəsiz...
Xocalı faciəsi xalqın yaddaşında da, tarixdə də yaşadılacaq...



Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!