19 İyun 2024 22:12
475
SİYASƏT
A- A+
XİN: Ermənistan təxribatlar və manipulyasiya dolu fikirlər əvəzinə, sülh prosesinə töhfə verməlidir

XİN: Ermənistan təxribatlar və manipulyasiya dolu fikirlər əvəzinə, sülh prosesinə töhfə verməlidir

 

Ermənistan Xarici İşlər Nazirliyinin bu ölkənin silahlanması səylərinə bəraət qazandıran 19 iyun 2024-cü il tarixli bəyanatını qətiyyətlə rədd edirik. Kütləvi silahlanma siyasətinin Ermənistanın suveren hüququ olması barədə iddia ilə əlaqədar qeyd edək ki, məhz nəyə görə Ermənistan tərəfindən bu addımların atılmasının qeyri-legitim olduğu və ölkəmizə qarşı təhlükə yaratdığı hər kəsə məlum olmalıdır.

AZƏRTAC xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bu sözləri Ermənistanın Xarici İşlər Nazirliyinin 19 iyun tarixli bəyanatına dair şərhində bildirib.

O deyib: “30 il ərzində məhz beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, bu gün dəfələrlə istinad etdiyi Alma-Ata bəyannaməsinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüz törədən, qonşularına qarşı ərazi iddialarını davam etdirən, öz təcavüzkar əməllərini məhz Azərbaycan tərəfindən atılmış addımlar nəticəsində dayandıran Ermənistanın sülhpərvər ölkə imici yaratması siyasi manipulyasiyadır.

1991-ci ilin sərhədləri və Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünə istinad edən Ermənistan tərəfinin son 30 ildən artıq müddətdə nəyə görə bu razılıqlara əməl etmədiyinə, Sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə, Azərbaycan ərazilərini işğal etdiyinə izahat verməsi daha yaxşı olardı.

Heç bir sərhəd tanımayan Ermənistanın Azərbaycan hərbçilərinin 30 ildən sonra yerləşdiyi mövqeləri delimitasiya olmadan öz kəndlərinin əraziləri kimi təqdim etməsi və Azərbaycanı işğalda təqsirləndirməsi absurddur.

Guya sülhü dəstəkləyən və Ermənistanın məhz müdafiə qabiliyyətini artırmağa yönəlmiş bəyanatlarına zidd olaraq, Ermənistanın ölümcül hücum silahları ilə təchiz edilməsində yarışan Fransa kimi ölkələrin Ermənistanın yeni gərginlik və təhdid mənbəyinə çevrilməsinə xidmət etdiyi bəllidir. Bu siyasətin Ermənistanın növbəti mümkün təcavüzünə töhfə verdiyini nəzərə alaraq, nə qədər ki gec deyil, bu addımlardan çəkinilməsi əhəmiyyət kəsb edir.

Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.

Ermənistan Xarici İşlər Nazirliyinin bu problemin göz ardı edilə biləcəyi ilə bağlı məntiqi, bu ölkənin dayanıqlı sülhdə maraqlı olmadığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir.

Qeyd edilənləri nəzərə alaraq, bu ölkənin Azərbaycan tərəfinin sülh prosesində səmimiliyini şübhə altına almağa heç bir mənəvi əsası yoxdur.

Ermənistanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik.

Ermənistan tərəfi bu kimi təxribatlar və Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər əvəzinə, sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:10
09 Fevral

Könül dünyamıza açılan qapılar

09:05
09 Fevral

Yeni transfer rekordu

09:00
09 Fevral

Dünya reytinqində ikincidir

08:55
09 Fevral

Yankoviç də gedir?

08:50
09 Fevral

FIFA agenti legioner limiti ilə bağlı qərarı dəstəklədi

08:45
09 Fevral

"Qapılar bağlanır, növbəti stansiya..."

08:40
09 Fevral

Rusiya indi də şantaj yolunu tutub

08:35
09 Fevral

"Rusiyanın təyyarə qəzası ilə bağlı mövqeyi təəssüf doğurur"

08:30
09 Fevral

Ermənistan Avropa İttifaqının "müşahidə missiyası"ndan çəkinməlidir

08:25
09 Fevral

Paşinyanın manipulyasiya cəhdləri

08:20
09 Fevral

Ermənistan hakimiyyəti narahatdır

08:15
09 Fevral

Siyasi riyakarlığın mərkəzinə çevrilmiş qurumun sonu

08:10
09 Fevral

"Yaşıl məqsəd"ə doğru

08:05
09 Fevral

"Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük"

08:00
09 Fevral

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 6 fevral tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:46
09 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 fevral 2025-ci il tarixli 38 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:45
09 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 fevral 2025-ci il tarixli 39 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:44
09 Fevral

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 32 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:43
09 Fevral

Azərbaycan güləşçiləri reytinq turnirində daha 2 medal qazanıblar

23:38
08 Fevral

Qəbələ festivalında Bakı Xoreoqrafiya Akademiyasının konsert proqramı maraqla qarşılanıb  

22:58
08 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!