05 Dekabr 2025 17:28
4902
Elm və texnika
A- A+
Xəzərin səviyyəsi 21 metrədək aşağı düşə bilər - alimlərdən ciddi xəbərdarlıq  

Xəzərin səviyyəsi 21 metrədək aşağı düşə bilər - alimlərdən ciddi xəbərdarlıq  


Son onilliklərdə Xəzər dənizinin səviyyəsində müşahidə olunan sürətli enmə region ölkələrini ciddi narahat edən ekoloji problemlərdən birinə çevrilib. Dəniz səviyyəsinin davamlı şəkildə aşağı düşməsi onun su balansında baş verən dəyişikliklərlə, qlobal iqlim istiləşməsi və antropogen təsirlərin artması ilə sıx bağlıdır. Hazırda Xəzər hövzəsinin hidrologiyası dünya elmi ictimaiyyətinin diqqət mərkəzindədir və aparılan son tədqiqatlar bu proseslərin dinamikasını daha dərindən anlamağa imkan verir. Məhz bu səbəbdən Xəzərin səviyyə dəyişmələrinin səbəbləri, onların coğrafi və iqlim amilləri ilə əlaqəsi xüsusi aktuallıq kəsb edir.

Bu mövzu ilə bağlı fikirlərini Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov AZƏRTAC-ın müxbiri ilə bölüşüb.

O, qeyd edib ki, şöbənin əsas tədqiqatı Xəzər dənizinin səviyyə dəyişmələrinə həsr olunub. Xəzərin səviyyəsi ilk növbədə onun su balansı ilə müəyyən olunur. Su balansının gəlir hissəsini çayların gətirdiyi su, həmçinin dəniz səthinə düşən yağıntılar təşkil edir. Su balansının çıxar hissəsinə isə əsasən su səthindən buxarlanma daxildir. Çay axınları içərisində ən böyük paya malik olan Volqa çayı Xəzərə tökülən suyun təxminən 80 faizdən çoxunu təmin etdiyi üçün biz məhz onun hidroloji rejimində baş verən dəyişiklikləri araşdırdıq və onların Xəzər dənizinin səviyyəsinə təsirini öyrəndik : “Tədqiqat nəticəsində müəyyən olundu ki, temperaturun artması və antropogen təsirlərin güclənməsi səbəbindən 1977–2022-ci illər ərzində Volqa çayının su axımı 460–470 kub kilometr azalıb. Bu isə Xəzərin səviyyəsinin təxminən 1 metr 30 santimetr aşağı düşməsi deməkdir. Bu nəticələr müxtəlif elmi riyazi-statistik metodlarla əsaslandırılıb və bu barədə hazırlanmış məqalə İsveçrənin “Water” jurnalında dərc olunub. Lakin həmin dövrə nəzər salsaq görərik ki, 1995–ci ildən indiyədək Xəzər dənizinin səviyyəsi 2,5 metrdən artıq azalıb. Volqanın suyundakı azalmanın Xəzərin səviyyəsinə təsiri təxminən 1,3 metr olduğuna görə, səviyyənin qalan hissədə niyə düşdüyünü müəyyən etmək üçün bu il Xəzər dənizi üzərində külək rejimini araşdırmışıq”.

S.Səfərova bu istiqamətdə də çox vacib nəticələr əldə olunduğunu vurğulayıb: “Məlum olub ki, son dövrlərdə Xəzərdə küləyin orta sürəti ciddi dəyişməsə də, onun istiqamətində kəskin dəyişiklik baş verib. Belə ki, Şərq küləklərinin payı artıb. Orta Asiya və İran ərazilərindən əsən bu küləklər Xəzər hövzəsinə isti və quru hava gətirir ki, bu da səth buxarlanmasını sürətləndirir. Buxarlanmanın artması Xəzərin səviyyəsinin aşağı düşməsinin əsas səbəblərindən biri kimi müəyyən edilib. Bu tədqiqatın nəticələri müasir riyazi-statistik metodlarla təsdiqini tapıb və “Springer Nature” nəşriyyatının nüfuzlu “Scientific Reports” jurnalında dərc olunub. Tədqiqatlarımız davam etdirilir. Müxtəlif mənbələrə görə, 1995-ci ildən başlayaraq indiyədək Xəzərin səviyyəsi artıq 2 metr 70 santimetr, bəzi ərazilərdə isə — xüsusilə Qazaxıstan və Türkmənistan sahillərində — təxminən 3 metr aşağı düşərək, artıq mənfi 29,50 səviyyəsinə çatıb ki, bu da 1977-ci ildə qeydə alınan minimal səviyyədən 50 santimetr aşağıdır”.

“Xəzərin səviyyəsi ilə bağlı verilən proqnozlar isə kifayət qədər bədbindir. Bəzi elmi mərkəzlərin hesablamalarına görə, əgər qlobal istiləşmə indiki templə davam edərsə və antropogen təsirlər azaldılmazsa, əsrin sonunadək Xəzərin səviyyəsi 9–18 metr, bəzi ssenarilərə əsasən isə 21 metrə qədər aşağı düşə bilər. Bu isə Xəzəryanı ölkələr üçün böyük ekoloji, iqtisadi və sosial fəlakət deməkdir. Lakin qeyd olunmalıdır ki, bu proqnozlar müxtəlif iqlim ssenarilərinə əsaslanır. Qlobal istiləşmənin qarşısı tam və ya qismən alınarsa, antropogen təsirlər azaldılarsa və digər qabaqlayıcı tədbirlər həyata keçirilərsə, bu mənfi ssenarilər təsdiqini tapmaya bilər. Bununla belə, hazırkı tendensiya vəziyyətin getdikcə ağırlaşdığını göstərir”, - deyə alim bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı enerji qiymətlərinin artmasından narahatdır

11:43
10 Mart

Yaxın Şərqdəki vəziyyətlə bağlı BƏƏ-dən azərbaycanlıların təxliyəsi davam edir

11:31
10 Mart

Yanvarda paytaxt əhalisi ödənişli xidmətlər üçün 740 milyon manat xərcləyib  

11:30
10 Mart

İran: Hücumlar başa çatanadək neft blokadası davam edəcək

11:29
10 Mart

Dünya bazarında qızıl və gümüş bahalaşıb

11:28
10 Mart

Dünya birjalarında neft ucuzlaşıb

11:14
10 Mart

Ötən ay Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 4 faizdən çox artıb

11:13
10 Mart

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb  

11:08
10 Mart

Ötən gün 49 cinayətin açılması təmin edilib

11:07
10 Mart

Daha 200 Azərbaycan vətəndaşı Yaxın Şərqdən təxliyə edilir

10:45
10 Mart

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək

10:44
10 Mart

Media: Şimali Kiprdə F-16-ların dislokasiyası Afina və Parisə cavabdır

10:24
10 Mart

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə ombudsmanın ictimai sorğusu 

10:23
10 Mart

Qlobal silah ixracı artıb

10:10
10 Mart

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana humanitar yardım yola salınıb

10:03
10 Mart

Küləklə gələn yazın müjdəsi - Yel çərşənbəsi 

10:01
10 Mart

Azərbaycan neftinin qiyməti 103 dolları ötüb

09:58
10 Mart

Abbas Əraqçi: İran ABŞ ilə danışıqları davam etdirməyi düşünmür

09:41
10 Mart

CNN: Neft qiymətlərinin artması ABŞ administrasiyasında narahatlıq yaradıb

09:33
10 Mart

ABŞ Prezidenti: Biz İrandakı bütün qüvvələri tamamilə məhv etdik

09:24
10 Mart

NYT: İran ABŞ-nin gözlədiyindən daha çox hərbi əməliyyata hazırdır

09:22
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!