30 Mart 2026 15:59
238
SİYASƏT
A- A+
Bakı Təşəbbüs Qrupu: Transatlantik qul ticarətinə dair qətnaməni tam dəstəkləyirik  

Bakı Təşəbbüs Qrupu: Transatlantik qul ticarətinə dair qətnaməni tam dəstəkləyirik  


Bakı Təşəbbüs Qrupunun (BTQ) BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 25 Mart 2026- cı il tarixli “Transatlantik qul ticarətinə dair qətnaməyə” dair açıqlama yayıb.

AZƏRTAC bəyanatı təqdim edir:

“Bakı Təşəbbüs Qrupu BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş transatlantik qul ticarətini "bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət" kimi tanıyan qətnaməni tam dəstəklədiyini bəyan edir.

Müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda mübarizəsinə dəstək verməyi özünün əsas missiyalarından biri hesab edən Bakı Təşəbbüs Qrupu qəbul olunmuş bu qətnaməni Afrika mənşəli xalqlara qarşı yüz illərdir davam edən müstəmləkəçi ayrı-seçkiliyin və tarixi ədalətsizliyin aradan qaldırılması istiqamətində irəliyə doğru atılmış mühüm addım hesab edir.

Transatlantik qul ticarəti müstəmləkəçilik sisteminin ən amansız ifadəsi olmaqla milyonlarla insanı zorla kölə halına salmış, eyni zamanda bu xalqları iqtisadi, mədəni və sosial inkişafdan məhrum etmişdir. Həmin ağır mirasın nəticələri bu gün də davam etməkdədir.

BTQ reparasiya məsələsini maliyyə kompensasiyası olmaqla yanaşı, daha geniş ədalət anlayışının ayrılmaz hissəsi kimi dəyərləndirir, rəsmi üzrxahlıq, müstəmləkə dövründə talan edilmiş mədəni irs nümunələrinin geri qaytarılması, təhsil və ianə fondlarının yaradılması və bu cür cinayətlərin bir daha təkrarlanmamasına zəmanət verən beynəlxalq mexanizmlərin formalaşdırılması məsələsini dəfələrlə qaldırıb.

Təşkilatımız Afrika mənşəli xalqların üzləşdiyi ədalətsizlikləri beynəlxalq platformalarda ardıcıl olaraq gündəmə gətirib və bu xüsusda 2024-cü ilin dekabrında və 2025-ci ilin aprelində BMT-nin Baş Qərargahında “Afrika əsilli xalqların hüquqları üzrə işçi qrupunun 35-ci sessiyası”nda və “Afrika əsilli şəxslərin Daimi Forumunun 4-cü sessiyası”nda fəal iştirak edib. BTQ həmin sessiyalarda neokolonializmin aradan qaldırılması və müstəmləkəçiliyə məruz qalmış ərazilərdə Afrika əsilli xalqların hüquqlarının müdafiəsi məsələlərini bir daha gündəmə gətirib.

Həmçinin, müstəmləkə altında hələ də yaşayan afrika mənşəli xalqlarla bağlı çoxsaylı hesabatlar dərc edilmiş, görülən işlər barədə hesabat BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına təqdim edilmişdir. BMT Baş Katibinin hesabatında Bakı Təşəbbüs Qrupuna istinad edilməsi isə təşkilatın beynəlxalq etimada malik tərəfdaş kimi tanındığını və müstəmləkəçiliyə məruz qalan xalqların səsini dünyaya çatdırmaqda mühüm platforma rolunu oynadığını təsdiq edir.

Bakı Təşəbbüs Qrupu BMT-yə üzv dövlətlərdən bu qətnamədən irəli gələn müddəaları praktiki addımlarla həyata keçirməyə, reparasiya üzrə dialoqu dərinləşdirməyə və tarixi ədalətin bərqərar edilməsi istiqamətində konkret öhdəliklər götürməyə çağırır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov iranlı həmkarı ilə telefon danışığında regional vəziyyətdən narahatlığını ifadə edib  

23:32
30 Mart

Yaddaşımızdan silinməyən qanlı tarix

20:52
30 Mart

Azərbaycan Müdafiə Nazirliyi: İrandan Türkiyə ərazisinə ballistik raketin buraxılmasını qətiyyətlə pisləyirik  

19:51
30 Mart

Azərbaycan Qahirədə 9-cu Beynəlxalq Enerji Konfransı və Sərgisində təmsil olunur

18:58
30 Mart

Bu gün paytaxtın 555 küçəsi yuyulub

18:17
30 Mart

Azərbaycan nümayəndələri Türkiyədə dezinformasiya ilə mübarizə sahəsində həyata keçirilən işlərlə tanış olublar  

17:56
30 Mart

Qazaxıstanda pensiyaların azaldılması ilə bağlı xəbərin doğru olmadığı açıqlanıb

16:57
30 Mart

Azərbaycanın U-17 millisi seçmə mərhələdə mübarizəni dayandırıb  

16:21
30 Mart

Bakı Təşəbbüs Qrupu: Transatlantik qul ticarətinə dair qətnaməni tam dəstəkləyirik  

15:59
30 Mart

Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb

14:59
30 Mart

Xalq artisti Rasim Balayev son mənzilə yola salınıb YENİLƏNİB

14:59
30 Mart

Yanacaq qiymətlərinin kəskin artımı: Parisdə yükdaşıyanlar əlavə dəstək tələbi ilə etiraz aksiyasına başlayıblar  

14:56
30 Mart

Suriya Prezidentinin Almaniyaya səfəri başlayıb

14:55
30 Mart

58 saylı MKİS-nin kollektivi ümumşəhər iməciliyində fəal iştirak edib 

14:52
30 Mart

Rasim Əhməd oğlu Balayev

14:48
30 Mart

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb  

13:21
30 Mart

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq - PROQNOZ

13:18
30 Mart

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

13:17
30 Mart

Güclü yağışdan sonra paytaxtda genişmiqyaslı daxili iməclik keçirilib  

13:03
30 Mart

Baba Vəziroğlu: O, yaratdığı bənzərsiz obrazlarla mənsub olduğu xalqın qəlbində əbədi yaşayacaq  

12:51
30 Mart

Xalq şairi: Rasim Balayev yalnız böyük aktyor deyildi, o, Azərbaycan kinosunun siması idi

12:39
30 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!