26 Noyabr 2025 12:52
407
CƏMİYYƏT
A- A+
Xəzərdə azalmanın ən çox müşahidə edildiyi zona dənizin şimalıdır

Xəzərdə azalmanın ən çox müşahidə edildiyi zona dənizin şimalıdır


Xəzər dənizinin müxtəlif hissələrində baş verən dəyişikliklər eyni xarakter daşımır. Ən təhlükəli zona isə Xəzərin şimalıdır, çünki dayaz sahələr və geniş şelf zonası səviyyə azalmasına qarşı çox həssasdır. Bu bölgədə quruma və ekosistem itkisi baş verir, nərə balıqları üçün kürüləmə əraziləri daralır və Volqa ilə Ural çaylarının axınının zəifləməsinin təsiri artır. Mərkəzi Xəzər nisbətən dərindir və burada səviyyə azalmasının təsiri daha yumşaqdır, lakin hidrodinamik rejim və su stratifikasiyası pozulur, balıq və plankton sistemlərinə təsir göstərir. Xəzərin cənubu isə dərin olmasına baxmayaraq, burada buxarlanma intensivdir, temperatur yüksəkdir. Həmçinin sənaye fəaliyyətinin sıxlığı hidroloji, iqlim və texnogen riskləri artırır. Beləliklə, ekoloji baxımdan şimal, hidroloji və texnogen baxımdan isə cənub daha risklidir, mərkəz isə aralıq keçid rolunu oynayır.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində ekologiya üzrə mütəxəssis Gülşən Axundova deyib.

O qeyd edib ki, ən son aparılan tədqiqatlar növbəti 20-30 ildə Xəzər dənizində səviyyə azalmasının davam edəcəyini göstərib. “Qazaxıstan alimlərinin Kazhidromet çərçivəsində apardıqları tədqiqatlar su balansının mədaxil hissəsinin nisbətən stabil olduğunu, lakin buxarlanma və digər itkilərin artacağını, bunun isə sahil xəttinin geri çəkilməsinə və dəniz sahəsinin daralmasına səbəb olacağını aşkarlayıblar. Yeni preprint-tədqiqat (2025) “The Impact of Climate on the Caspian Sea Level: Fluctuations in the Past, Present and Future” məqaləsində 2024-2055-ci illər üçün proqnozlar təqdim olunur və göstərilir ki, yüksək emissiya ssenarilərində səviyyə azalması daha kəskin olacaq və su səviyyəsi tarixi aşağı fazalara yaxınlaşa bilər. Lənkəran Dövlət Universiteti tərəfindən dərc olunan milli elmi tədqiqatlarda isə regionda temperaturun yüksəlməsi və antropogen amillərin Xəzərin su balansına mənfi təsiri qeyd olunur. Həmçinin sərbəst su balansının mənfi fazaya keçəcəyi, buxarlanma və itkilərin artacağı proqnozlaşdırılır”, - deyə mütəxəssis əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Abdulla Aripov: Qəbələdə əldə olunan razılaşmalar əməkdaşlığın genişləndirilməsinə təkandır  

12:35
02 Aprel

Özbəkistan Türk Dövlətlərinin Sənaye İttifaqının yaradılmasını dəstəkləyir  

12:27
02 Aprel

Cevdet Yılmaz: Türk Dövlətləri İnvestisiya Fondu yaxın gələcəkdə maliyyələşdirmə fəaliyyətinə başlayacaq  

11:58
02 Aprel

Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  

11:58
02 Aprel

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib YENİLƏNƏCƏK  

11:18
02 Aprel

BMT: 200 mindən çox insan Livandan Suriyaya qaçıb

09:40
02 Aprel

ABŞ yenidən Aya yollanır

09:35
02 Aprel

Autizm xəstəlik deyil, fərqlilikdir

09:30
02 Aprel

Miniatür sənətimizin yorulmaz tədqiqatçısı

09:25
02 Aprel

Hələ sağlığında məktəb idi

09:20
02 Aprel

Həyatlarına cəllad qılıncı ilə son qoyulurdu

09:15
02 Aprel

Sınmayan ömrün acı hekayəsi

09:10
02 Aprel

Qusarda Bənövşə gölü su anbarı bərpa olunur

09:05
02 Aprel

Yaz yağışları taxıl əkinlərinin muradını verdi

09:00
02 Aprel

Qədimliklə müasirliyin qol-boyun olduğu Gəncə

08:55
02 Aprel

Ağdamda və Mingəçevirdə Soyqırımı Günü qeyd olunub

08:50
02 Aprel

Zəfərə gedən yolun başlanğıcı 

08:47
02 Aprel

Apreldən Noyabra 54 ay qalırdı

08:45
02 Aprel

Kəlbəcər bizimdir!

08:40
02 Aprel

Humanizm dəyərlərinə bağlılığın nümunəsi

08:35
02 Aprel

Müharibə və mədəniyyət: görünən və görünməyən reallıqların dialektikası

08:30
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!