07 Mart 2023 01:13
693
İQTİSADİYYAT
A- A+
Xəzər qurumaqda davam edir

Xəzər qurumaqda davam edir

 

Qlobal iqlim dəyişikliyi dənizin səviyyəsinə təsirsiz ötüşmür

 

Qlobal problemlərdən biri olan su çatışmazlığı, dənizlərin, çayların suyunun enməsi, içməli su ehtiyatının ildən-ilə azalması əksər ölkələrdə olduğu kimi, 
Azərbaycanda da müşahidə olunur. Su ehtiyatlarının 
70 faizi kənarda formalaşan, ölkəmizdə ən böyük və əsas su mənbəyi Kürün ildən-ilə quruması problemlər yaradır. Təbii ki, problem yalnız içməli suya olan tələbatın ödənilməməsi ilə deyil, həmçinin kənd təsərrüfatı ilə bağlıdır. Yaz aylarında əkinə başlayan əhali öz sahələrini suvarmağa su tapmır. 
Nəticədə çəkdikləri əziyyət boşa gedir. Nəzərə alsaq ki, bölgələrdə əhalinin əsas gəlir mənbəyi kənd təsərrüfatı və maldarlıqdır, beləliklə, suyun olmamasının bu sahələrə zərərsiz ötüşmədiyini aydın təsəvvür etmək mümkündür. 
İqlim dəyişikliyi Xəzər dənizinin səviyyəsinə də təsirsiz ötüşmür. 

 

Dünya ölkələri bu problemlə üz-üzədir

 

Təbii ki, çaylarda, dənizlərdə suyun səviyyəsinin aşağı düşməsi tək ölkəmizin problemi deyil. Dünya da hazırda bu sıxıntı ilə üz-üzədir. Quraqlıq, yağıntıların az düşməsi ildən-ilə su çatışmazlığını artırır.
Məsələn, ABŞ-nin Milli Qar və Buzlaqlar Data Mərkəzinin son məlumatlarına əsasən, fevral ayında Antarktidada buz təbəqəsinin səviyyəsi son 45 illik tarixində minimuma enib. Mərkəzdən bildirilib ki, bununla 2022-ci ilin fevralındakı antirekord yenilənib. Fevralın 21-də buz təbəqəsinin sahəsi 1,79 milyon kvadrat kilometr olub. 
Məlumata görə, buzların əriməsinin təsiri dərhal hiss edilməyəcək. "Buz təbəqəsinin əriməsi hər yay baş verir, qışda isə bərpa olunur. Lakin son 2 ildə qışda bu bərpa prosesi müşahidə olunmur", - deyə mərkəzin məlumatında qeyd olunub.
Yağıntıların az olması, buzlaqların əmələ gələ bilməməsi, çaylarda suyun səviyyəsinin azalması nəticəsində içməli suya tələbat tam ödənmir. Məlumatlara görə, dünyada təxminən 2,1 milyard insanın təmiz və təhlükəsiz içməli suya çıxışı yoxdur. Onların da 40 faizi - 418 milyondan çoxu Cənub-Şərqi Afrikada yaşayır. 
ÜST və UNİCEF-in hesabatlarına görə, 2000-2020-ci illər arasında Afrika əhalisinin sayının artması nəticəsində onların suya əlçatanlıq səviyyəsi aşağı düşüb. Belə ki, hər üç afrikalıdan birinin su qıtlığından əziyyət çəkdiyi bildirilir. Mütəxəssislər afrikalıların bu probleminin əsas səbəblərini su strukturlarının düzgün idarə edilməməsində, əhalinin sürətli artımında və iqlim dəyişikliyində görürlər. 
Bundan əlavə, bəzi qıt su mənbələri də təhlükəli hesab olunur, çünki çirkli su hər il 3,4 milyondan çox insanın ölümünə səbəb olur. 

 

2050-ci ilə qədər Xəzər dənizinin səviyyəsi 3 metrə qədər enə bilər

 

Azərbaycanda da son illər həm çaylarda, həm Xəzər dənizində suyun səviyyəsinin azalması müşahidə edilir. Xəzərin geri çəkilməsinin dövri olduğu və təxminən 2050-ci ildən sonra yenidən geri qayıdacağı, yəni suyun səviyyəsində artım müşahidə olunacağı proqnozlaşdırılır. Ümumiyyətlə, Xəzər qapalı su hövzəsi olduğundan və dünya okeanı ilə əlaqəsi olmadığına görə onun səviyyəsi dənizə daxil olan və gedən sularla əlaqədar dəyişilə bilir. Dənizin səviyyəsinin azalması onun flora və faunasına da mənfi təsir edir. Belə ki, müəyyən balıqların sayı azalır, onlar kürü qoya bilmir və kürüləmək üçün başqa yer axtarırlar. Bu isə ümumilikdə balıq sənayesinə təsirsiz ötüşmür. Xəzərin səviyyəsindəki enmələr Dənizkənarı Milli Parkda da açıq-aydın müşahidə edilir. Araşdırmalara görə, Volqa çayının axıdılması müvafiq olaraq qlobal və regional miqyasda Xəzər dənizinin səviyyəsinin dəyişməsinə əhəmiyyətli təsir göstərir. 
Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Əmir Əliyev bildirib ki, Xəzər dənizində suyun səviyyəsində 2022-ci ildə 20-25 santimetr enmə müşahidə olunub. Onun sözlərinə görə, ölçülər müxtəlif yerlərdə bir-birindən fərqlənir. 2021-ci ildə bu göstəricinin 19 sm olduğunu deyən alim qeyd edib ki, enmə sürəti artıb. Bu templə gedərsə, 2023-cü ildə enmə daha çox olacaq. Beləliklə, səviyyənin 2050-ci ilə qədər təxminən 2-3 metr aşağı düşəcəyi proqnozlaşdırılır.
Xəzərin üç hissədən ibarət olduğunu deyən şöbə müdiri bildirib ki, Şimali Xəzər dayazdır, təxminən 4-5 metr dərinlikdədir: "Orta Xəzərlə Cənubi Xəzərdə ən dərin yerlər dolandan sonra su şərqə doğru hərəkət edir. Şərqdə də istilik çox olduğuna görə su tez buxarlanır. Ona görə dənizə nə qədər su gələrsə, bir o qədər şərqə gedir və buxarlanma  çoxalır.  Bu səbəbdən Xəzərin səviyyəsi həddən artıq yuxarı qalxa, ya da çox aşağı düşə bilməz. Bu, buxarlanmanın səviyyəsindən asılıdır. Son 200 ildə Xəzərin amplitudu 3.5  metrə qədər olub, yəni bundan yuxarı qalxa və enə bilməz". 
Ə.Əliyev deyir ki, Xəzərin səviyyəsinə təsir edən əsas amil iqlim faktorlarıdır. O bildirib ki, son illərdə iqlimdəki proseslər, istiləşmə, yağıntıların azalması səbəbindən dənizə çaylardan az su gəlməsi səviyyəyə təsir edir. 
Alim deyir ki, 2050-ci ildən sonra Xəzərdə suyun səviyyəsində ilbəil artım müşahidə olunacaq. Dənizdə suyun səviyyəsi periodik olaraq 250 il enir, növbəti 250 illik dövrdə isə qalxır. 
Xəzərin səviyyəsinin 1978-ci ildən 1995-ci ilə qədər 2.5 metr qalxdığını deyən Əmir Əliyev bildirir ki, bu dövrdə Azərbaycan ərazisinin 50 min hektarı su altında qalıb. "1995-ci ildən bu günə qədər Xəzərin səviyyəsi təxminən 190 sm azalıb və təxminən 38 min hektar sahə su altından çıxıb. Artıq əvvəlki vəziyyətinə gəlir. 1977-ci ildə Xəzərdə suyun səviyyəsi ən aşağı həddə olub, bu gün isə ondan da 70-80 sm aşağıdır. Ümumilikdə, 2050-ci ilə qədər Xəzərin səviyyəsi 3 metrə qədər enə bilər". 

 

Volqa çayındakı proseslərdən asılı olaraq Xəzərdə səviyyə tərəddüdləri baş verir

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov qəzetimizə açıqlamasında bildirib ki, Xəzərsahili zonalarda suyun səviyyəsinin bir növ sahildən uzaqlaşması Xəzər hövzəsinin daxili tərəddüdləridir. Onun sözlərinə görə, bu hallar  yalnız Azərbaycan sahillərində deyil, İran, Qazaxıstan və digər ölkələrin dəniz sahillərində də müşahidə oluna bilər. Bu, hövzənin ümumi dinamikası ilə əlaqədar proseslərdir. 
Amin Məmmədov bildirir ki, 2000-ci illərin əvvəllərindən Xəzər dənizində suyun səviyyəsinin enməsi qeydə alınıb: "1990-cı illərin ortalarında suyun səviyyəsində bir az qalxma var idisə, sonradan səviyyə enməyə doğru gedib. Qərb alimləri bəzən reallıqdan uzaq olsa da, Xəzərin səviyyəsinin 2050-2100-cü illərə 10-15 metrə qədər düşməsi ilə bağlı proqnozlar verirlər. Onlar bunu Xəzər dənizinin əsas qida mənbəyi olan Volqa çayı ilə bağlayırlar. Bunu iqlim dəyişiklikləri, Rusiyanın gələcəkdə sugötürmə həcmini çoxaltması ehtimalları ilə əlaqələndirirlər". 
A.Məmmədov qeyd edir ki, iqlim faktorları nəzərə alınaraq, suyun səviyyəsinin enmə ehtimalı var, amma o dərəcədə deyil. O bildirir ki, Xəzərdə suyun səviyyəsi ən pis halda 1.5-3 metr arası aşağı düşə bilər. 
Azərbaycanda Xəzər hövzəsinə tökülən əsas Kür çayıdır. Kür çayında da son zamanlar, xüsusən 2020-ci ildəki proseslər zamanı suyun hətta deltaya çatmaması kimi hallar müşahidə olunmuşdu. İndi Kürdəki su tənzimlənir, həmçinin yuxarı axında - Gürcüstan və Türkiyədə suyun idarə olunması, eyni zamanda ölkələrarası koordinasiya aparılır. Amma Xəzərin qidalanmasının 80 faizini Volqa çayı təmin etdiyinə görə, bu çayda baş verən proseslərdən asılı olaraq dənizdə səviyyə tərəddüdləri olur. Rusiya alimləri də Xəzərin səviyyəsinin düşəcəyini istisna etmirlər. Amma onlar avropalılar kimi, bu səviyyənin böyük inteqralda deyil, 1.5-2 metr aralığında enəcəyini deyirlər.  

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Qarabağ"ın müdafiəçisi ağır zədə alıb

19:52
21 Noyabr

COP29 iştirakçısı: Fikrimcə, danışıqlardan sonra müsbət qərarlar qəbul olunacaq

19:47
21 Noyabr

Fransada yağan qar nəqliyyatı iflic edib  

19:41
21 Noyabr

İndoneziyalı direktor: Bakı COP29-u əsrarəngiz təşkil edib

19:34
21 Noyabr

Sabiq nazir Novi Sadda vağzalın damının uçması ilə bağlı saxlanılıb

19:28
21 Noyabr

Milli Məclisdə 2025-ci il üçün DSMF-in, İSF-in büdcə layihələri və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə edilib  

18:57
21 Noyabr

ANAMA-da İraqın Kürdüstan Regional Hökumətinin Minatəmizləmə Agentliyinin nümayəndəsi ilə görüş keçirilib  

18:56
21 Noyabr

Qazaxıstan Azərbaycana taxıl ixracına subsidiya verməyə başlaya bilər

18:54
21 Noyabr

Litva Seymi Gintautas Palutskası baş nazir postuna təsdiqləyib  

18:50
21 Noyabr

Azərbaycan Güləş Federasiyasının rəsmisi beynəlxalq komitənin prezidenti seçilib  

18:49
21 Noyabr

DSX Akademiyasının yeni yeməkxana kompleksi və əsaslı təmir olunan tədris korpusları istifadəyə verilib  

18:49
21 Noyabr

Azərbaycan və Rusiya parlamentarilərinin beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri nəzərdən keçirilib  

18:47
21 Noyabr

Monqolustan prezidenti 2025-ci il üçün dövlət büdcəsi qanununa veto qoyub  

18:47
21 Noyabr

İ. Kobaxidze yenidən Gürcüstanın baş naziri postuna namizəd olacaq  

18:20
21 Noyabr

Aleksandr Sayer: COP29-dakı işimizi bitirdikdən sonra qiymətləndirmə aparacağıq

18:20
21 Noyabr

Pakistanın yeganə sanitar salfet istehsalçısı: COP29-un qüsursuz keçirilməsi çox təsiredicidir  

18:18
21 Noyabr

Çin şirkəti ilə bərpaolunan enerji sahəsində ixtisaslaşan müəssisələrin qurulması müzakirə edilib  

18:17
21 Noyabr

Azərbaycan və Belarus parlamentləri arasında əlaqələr müzakirə olunub  

18:17
21 Noyabr

Afrikanın Səhiyyə Təşkilatları Assosiasiyasının rəhbəri: Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə nümunəvi addımlar atır 

18:16
21 Noyabr

Məcnun Məmmədov: Aqrar sahədə tədqiqat və innovasiyalar dayanıqlı aqroərzaq sistemlərinə keçidin təməl daşlarıdır  

18:14
21 Noyabr

“Azərbaycan Dəmir Yolları” “Rhenus Group” şirkəti ilə əməkdaşlığı müzakirə edib  

18:14
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!