15 Mart 2024 09:05
4090
Səhiyyə
A- A+
Xərçəngi əbədi məğlub etmək üçün yeni müalicə üsulu axtarılır

Xərçəngi əbədi məğlub etmək üçün yeni müalicə üsulu axtarılır

 

Xərçəng dünyanın ən təhlükəli xəstəliklərindən hesab edilir. İnsan orqanizmində anormal hüceyrələrin böyüməsi ilə başlayıb sürətlə digər orqanlara yayılan xərçəng ürək-damar xəstəliklərindən sonra dünyada ən çox insan ölümünə səbəb olan xəstəlikdir. Genetik meyil, tütün və spirtli içkilərdən istifadə, radiasiya, kanserogen və kimyəvi maddələr, müxtəlif viruslar, pis qidalanma vərdişləri və havanın çirkliliyi xərçəng xəstələrinin artmasının əsas səbəblərindəndir.
Kimyaterapiya, radiasiya və cərrahiyyə əməliyyatları xərçənglə mübarizənin standart müalicə formalarıdır. Lakin kimyaterapiya və radiasiyanın yan təsirlərindən biri də zədələnmiş hüceyrələrlə yanaşı, sağlam hüceyrələri də məhv etməsidir. Elm adamları uzun illərdir xərçəngi əbədi olaraq məğlub etmək üçün onun təsirli müalicə üsulunu tapmağa çalışırlar. Mütəxəssislər xərçənglə mübarizədə peyvəndin böyük vədlər verdiyini bildirirlər. Bu problemin mümkün həlli sağlam hüceyrələrin bədxassəli hüceyrələrə çevrilməsinin qarşısını ala biləcək xərçəng əleyhinə peyvəndin yaradılmasıdır.

 

2030-cu ilə qədər 30 xərçəng növünə qarşı peyvənd istehsal ediləcək

 

Xərçəng peyvəndlərinin digər müalicə üsullarının təsir etmədiyi bədxassəli hüceyrələri potensial olaraq məhv edə, şişin böyüməsini və ya yayılmasını dayandıra biləcəyi təxmin edilir. Peyvəndlərin əsas məqsədi immunitet sisteminin xəstəliyə səbəb olan faktorları tanımasına imkan vermək və orqanizmin onlara qarşı adekvat müdafiəsini təmin etməkdir. Xərçəng peyvəndi immun hüceyrələrinə şiş hüceyrəsinin necə göründüyünü "öyrədir", onların aşkarlanmasına və zərərsizləşdirilməsinə şərait yaradır.
Koronaya qarşı inkişaf etdirdikləri "mRNA" əsaslı peyvəndi xərçəngə qarşı da inkişaf etdirməyə çalışan "BioNTech" şirkəti dəri, bağırsaq, uşaqlıq yolu, prostat və ağciyər xərçəngi də daxil olmaqla 30 xərçəng növünə qarşı klinik araşdırmalarını davam etdirir. Mütəxəssislər "mRNA" texnologiyasının koronavirusları məhdudlaşdırdığı kimi, xərçəng hüceyrələrinə hücum etmək üçün necə yenidən proqramlaşdırıla biləcəyini izah ediblər. Vaksin virusları müəyyən edən kodu daşımaq əvəzinə xərçəng antigenləri, yəni şiş hüceyrələrinin səthini deşən zülallar üçün genetik təlimatları ehtiva edir və bu şəkildə xərçənglə mübarizə aparır. Lakin şişləri meydana gətirən xərçəng hüceyrələri müxtəlif zülallarla örtülə bilir, bu da sağlam toxuma deyil, bütün xərçəng hüceyrələrini hədəf alan bir peyvəndin hazırlanmasını olduqca çətinləşdirir.
Sınaq testləri zamanı peyvənd III və IV mərhələdə olan dəri xərçəngi xəstələrində terapevtik dərmanlarla birlikdə istifadə edilib. Nəticədə dəri xərçənginin təkrarlanma və ölüm riskini 44 faiz azaltdığı müşahidə edilib. Məlumata görə, vaksin 4 dozada 44 pasiyentə vurulub. Nəticələrə əsasən, pasiyentlərin 59 faizində şişlərin həcminin 30 faiz kiçilməsi müşahidə edilib. Xəstələrin 95 faizində isə şişlərin böyüməsi dayanıb.
Şirkət qurucuları 2030-cu ilə qədər xərçəngin müalicəsi üçün peyvənd istehsalının mümkün olacağını deyirlər. Onlar hər bir xəstədə xərçəng hüceyrəsi lokalizasiyasının fərqli olduğu üçün fərdi müalicə sayəsində yaxın illərdə kimyaterapiyaya da ehtiyac olmayacağını iddia edirlər. Bundan əlavə, "BioNTech" rəsmiləri 2026-cı ilə qədər ilk xərçəng peyvəndlərinin təsdiqlənərək bazara çıxarılmasına böyük ümid bəslədiklərini bildirirlər.

 

Onkoloji xəstəlik həyatın sonu deyil

 

Mövzu ilə bağlı qəzetimizə fikirlərini bildirən Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli deyir ki, son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstələrin sayında artım müşahidə edilir: "Bunun səbəbi həm də əhalinin artmasıdır. Demoqrafik göstəricilərə əsasən, əhalimizin sayı 10 milyon 300 mini ötüb. Buna görə də yalnız onkoloji deyil, ümumiyyətlə, bütün xəstəliklərə yaxalananların sayı artıb. 2022-ci ilin statistikasına əsasən, həmin il 62 min 385 onkoloji xəstə qeydiyyata alınıb. 2021-ci ildə isə bu göstərici 58 min 948 nəfər olub. Onu da qeyd etmək lazımdır ki, 62 min 385 xəstədən 22 min 349 nəfəri 5 ildən artıqdır yaşayanlardır".
A.Kərimli qeyd edir ki, kişilər arasında daha çox ağciyər traxeya və prostat vəzisinin, qadınlar arasında isə uşaqlıq boynu və süd vəzisinin xərçənginə rast gəlinir: "Süd vəzisi xərçənginə vaxtında diaqnoz qoymaq üçün 40 yaşdan yuxarı qadınlar hər il mamoqrafiyadan keçməlidirlər. 45-50 yaşdan yuxarı kişilər isə hər il rentgen müayinəsindən keçməli, uroloqa müraciət etməli və qan testləri verməlidirlər. Ən kiçik şübhə yaranarsa belə müayinədən keçmək və hər şeyin qaydasında olduğundan əmin olmaq lazımdır".
Əhali arasında bu xəstəliklə bağlı ciddi qorxu və təşvişin olduğunu söyləyən onkoloq bildirir ki, xərçəng də digər xəstəliklər kimi sağalmaq qabiliyyətinə malikdir: "Bu xəstəlik bir çox onkoloji xəstənin düşündüyü kimi həyatın sonu deyil. Əgər xəstəlik erkən mərhələdə aşkar edilsə, düzgün diaqnoz qoyulsa və müvafiq müalicə taktikası seçilsə, bunun digər xəstəliklərdən demək olar ki, fərqi yoxdur və tam müalicəsi mümkündür. Xüsusən onkoloji xəstəliklərdə ən önəmli faktor xəstənin motivasiyasının və əhvali-ruhiyyəsinin yüksək olmasıdır".
A.Kərimlinin sözlərinə görə, dünyada və ölkəmizdə əsasən uşaqlıq boynu xərçəngi üçün peyvəndləmə aparılır: "Yaxşı nəticə əldə etmək üçün peyvəndləmənin  9-13 yaşlarda oğlan və qızlarda aparılması tövsiyə olunur. Profilaktik məqsədlə digər yaşlarda da peyvənd olunmaq olar. Yüksək vəsait tələb etdiyi üçün xərçəngə qarşı peyvəndləməni səhiyyə müəssisələri həyata keçirə bilmir. Kütləvi hal alması üçün dövlət proqramı qəbul edilməlidir. Hazırda isə HPV peyvəndini hər bir şəxs könüllü şəkildə əldə edərək dövlət və özəl xəstəxanalarda vurdura bilər".
İnsanların maarifləndirilməsi və düzgün həyat tərzinin təbliği bir çox xəstəlikdə olduğu kimi, xərçənglə mübarizədə də önəmlidir. Bunun üçün mütəxəssislərin tövsiyələrini dinləmək, vaxtlı-vaxtında müayinə olunmaq, xəstəliyə tutulduqda isə psixoloji sağlamlığı qorumaq lazımdır.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!