05 İyul 2025 14:49
650
SİYASƏT
A- A+
Xankəndi toplantısı ECO çərçivəsində əməkdaşlığı yeni səviyyəyə qaldırdı

Xankəndi toplantısı ECO çərçivəsində əməkdaşlığı yeni səviyyəyə qaldırdı


İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə görüşü Azərbaycanın sədrliyi ilə uğurla keçirildi. Yüksək səviyyəli toplantının Xankəndidə keçirilməsi Azərbaycanın postmünaqişə dövründə yaratdığı reallıqların növbəti dəfə dünyaya təqdimatı idi. Azad olunmuş ərazilərin bərpası, regionun ən inkişaf etmiş bölgələrindən birinə çevrilməsi burada təşkil olunan beynəlxalq tədbirlər vasitəsilə daha effektiv təqdim olunur. 

Azərbaycan 1992-ci ildən ECO-nun üzvüdür. 2020-ci ilə qədər ölkəmiz bu platformadan işğala məruz qalan tərəf kimi reallıqları dünya ictimaiyyətinə çatdırırdı. Lakin son 5 ildə bütün beynəlxalq tədbirlərdə olduğu kimi ECO toplantılarında da Azərbaycan qalib ölkə kimi təmsil olunur. Cənab Prezident 17-ci zirvə toplantısındakı çıxışında da əsas diqqəti işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə yönəltdi. Bir daha bəyan olundu ki, 

işğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silib. İslam dəyərləri məqsədli şəkildə təhqir olunub.

İşğal nəticəsində Azərbaycana 150 milyard ABŞ dolları məbləğində zərər dəyib. Lakin son 5 ildir regionda yeni inkişaf dövrü başlayıb.

Mina problemi, Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdış hüququ ECO zirvəsində də gündəmə gəldi. 

Azərbaycanın sədrliyi və ev sahibliyi ilə keçirilən sammitdə 

iqtisadi, sosial və siyasi məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Üzv ölkələr bir daha regional maraqlara uyğun, çoxtərəfli əməkdaşlığın gələcək inkişaf perspektivlərini nəzərdən keçirdilər, aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparıldı. Yaşıl dəhlizlər, enerji və iqlim təhlükəsizliyi, rəqəmsal transformasiya,  mövcud geosiyasi şəraitdə nəqliyyat sahəsində əməkdaşlıq perspektivləri geniş müzakirə olundu. İnvestisiya əməkdaşlığının yeni səviyyəyə çatdırılması, daha şəffaf və cəlbedici investisiya mühitinin yaradılmasının vacibliyi vurğulandı. Dövlət başçımız həmçinin ölkəmizdə əlverişli investisiya mühitinin mövcud olduğunu diqqətə çatdırdı.

Xankəndi toplantısında ECO-ya üzv ölkələr arasında əməkdaşlıq yeni səviyyəyə qaldırıldı. Bu zirvə görüşü təşkilatın beynəlxalq aləmdə nüfuzunun daha da artmasına təkan oldu.


Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Venesueladakı zəlzələlərdə ölənlərin sayı 1400-ü ötüb

23:21
27 İyun

Almaniyada yeni temperatur rekordu qeydə alınıb

22:49
27 İyun

Aleksandar Vuçiç: Serbiya Prezidenti kimi son günlərimdir

22:29
27 İyun

Pakistanda terrorçuların hücumu nəticəsində azı 3 əsgər həlak olub

22:17
27 İyun

Vuçiç Serbiyanın enerji müstəqilliyindən danışıb

22:03
27 İyun

İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb

21:58
27 İyun

Rusiya və Çin Hərbi Hava Qüvvələri birgə patrul həyata keçirib

20:41
27 İyun

Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon danışığı olub

19:09
27 İyun

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası elan edilib

18:59
27 İyun

Azərbaycan–Peru dostluğunun 30 ili: Limada yubiley sərgisi və xüsusi poçt buraxılışı təqdim olunub

17:19
27 İyun

Britaniyada istilik rekordları qırılıb, hökumət “sarı” səviyyədə xəbərdarlığın müddətini uzadıb

16:26
27 İyun

İran və BƏƏ arasında ticarət əməliyyatları bərpa edilir

16:07
27 İyun

Özbəkistan Prezidenti kölgə iqtisadiyyatının azaldılması barədə prokurorluq orqanlarına göstəriş verib  

15:41
27 İyun

Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşıb

15:27
27 İyun

Hörmüz boğazında neft tankeri zədələnib

15:09
27 İyun

Hava şəraitinə görə Bakı–Naxçıvan aviareysləri ləğv edilib

14:27
27 İyun

Dünya çempionatı: İngiltərə, Portuqaliya və Argentina meydana çıxır

13:37
27 İyun

Sabah yağıntılı və küləkli hava şəraiti davam edəcək

13:16
27 İyun

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” qeyd olunub  

12:36
27 İyun

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər  

11:56
27 İyun

Gürcüstan DTX rəisi Ermənistana rəsmi səfər edib

11:37
27 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!