08 Fevral 2024 10:40
279
CƏMİYYƏT
A- A+
Xalq seçimində yanılmır

Xalq seçimində yanılmır

 

47 saylı Sumqayıt-Abşeron-Qaradağ Seçki Dairəsinin 26 saylı məntəqəsi Ceyranbatan qəsəbəsində yerləşən 1saylı tam orta məktəbdə təşkil edilib. 
Məntəqənin sədri Şahsuvar Mirzəyev  bildirdi ki, 1351 seçicinin qeydə alındığı məntəqədə seçki başlayandan qələbəlik olub. İstər gənclər olsun, istərsə də yaşlılar, hamı fəal idi. Səhər seçkiyə start veriləndən seçicilər məntəqəyə gəlir və  demokratik qaydada istədikləri namizədə səs verirlər. 
50 saylı Abşeron üçüncü Seçki Darəsinin 10 saylı seçki məntəqəsi isə Saray qəsəbəsindəki 2 saylı tam orta məktəbdə təşkil olunmuşdur. Məntəqənin sədri Nəzakət Məmmədovanın sözlərinə görə, 1140 seçicinin 20 nəfəri ilk dəfə səs verənlər olub. Nicat İsmayılov bizimlə söhbətində bildirdi ki, şəxsiyyət vəsiqəsini alanda çox sevinib: "Bu seçkidə də həmin hissləri yaşadım. Mənim səsim mənim gələcəyimdir.  Ona görə də gələcəyimi etibarlı əllərə etibar etdim". 
****
55 saylı Siyəzən-Quba-Xızı Seçki Dairəsinin 1 saylı seçki məntəqəsi Siyəzən şəhəri C.Cabbarlı adına 1 saylı tam orta məktəbdə təşkil edilmişdir. Məntəqə sədri Elxan Cabbarov bildirdi ki, 921 seçicinin səs verməsi üçün seçki qanunlarına uyğun bütün şərait yaradılıb. 
Məntəqədə səhər birinci səs verən gənc Nübar Əliyeva özü ilk dəfə idi ki, səs verirdi. Bildirdi ki, o da digər gənclər kimi səsini Zəfərin davamına verib. 
Məntəqədə seçkinin gedişatını 11 müşahidəçi izləyirdi və onlar heç bir qanun pozuntusuna yol verilmədiyini söylədilər.
 55 saylı Siyəzən-Quba-Xızı Seçki Dairəsinin10 saylı məntəqəsində də qələbəlik yaşanırdı. Məntəqənin sədri Seymur Ağayev bildirdi ki, 951 seçicinin səs verəcəyi məntəqədə normal seçki şəraiti var. Məntəqə üzrə 19 nəfər yaşlı nəslin nümayəndəsi səs verib. 2 nəfər xəstə olduğu üçün daşınan qutu ilə təmin edilib. 12 müşahidəçinin izlədiyi seçkidə heç bir qayda pozuntusu halı müşahidə olunmayıb. 
****
1993-cü ilin oktyabrından məcburi köçkün həyatı yaşayan zəngilanlılar respublikamızın 46 rayon və şəhərində yaşayırlar. 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin bir neçə məntəqəsi  Sumqayıt şəhərində yerləşir. 
Dairənin 19 saylı seçki məntəqəsi  Sumqayıtın 3-cü mikrorayon ərazisində yerləşən  23 saylı Zəngilan tam orta məktəbin binasında təşkil olunmuşdur. 1334 seçicinin qeydə alındığı məntəqədə seçkinin gedişini 14 nəfər müşahidəçi izləmişdir. Onlar məntəqədə qanun pozuntusuna yol verilmədiyini bildirmişlər. Məntəqənin sədri Ramiz Qulamov dedi ki, seçicilərin səs verməsində seçki qanunvericiliyinin tələbləri əsas götürülüb. 
Dairənin 18 saylı məntəqəsi Sumqayıtın İnşaatçılar qəsəbəsində yerləşən 18 saylı tam orta məktəbin  binasında təşkil olunmuşdur. Məntəqənin sədri Camal Zeynalov  bizimlə sohbətində bildirdi ki, məntəqədə 1435 seçicinin səsverməsi üçün təlimata uyğun iş aparılıb. Hər bir namizədin müşahidəçiləri sərbəst şəkildə seçkinin gedişini izləyiblər. 
Məntəqədə ilk dəfə səsverənlər 54 nəfər olub. Gənclər seçkidə yaxından iştirak ediblər. Onlardan biri - Aişə Yaqublu söylədi ki, artıq torpaqlarımız  tam şəkildə işğaldan azaddır: "Azərbaycanın müstəqillik tarixinin bu seçkisində bir gənc olaraq iştirakım mənə qürur verir. Mənə qürur verən həm də odur ki, artıq həmyerlilərim arasında doğma Zəngilanda səs verənlər də var". 
Məntəqədə səs verən ən yaşlı seçici 93 yaşlı Vəzifə Kəntər qızı Cabbarova olub. Səhhətində müəyyən problemlər olduğu üçün o, evində səs verib. Vəzifə nənə həm də təkcə səs verməyib, həm də yeni seçilən prezidentə xeyir-dua verib.

Akif ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb  

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!