10 Mart 2024 08:55
2711
Mədəniyyət
A- A+
Xalçaçı rəssam

Xalçaçı rəssam

 

Cəfər Müciri Azərbaycan xalça sənətinin inkişafında yaddaqalan işlər görüb. O həm Azərbaycan xalça sənətinin araşdırılması və tədqiqi, həm də yeni xalça çeşnilərinin və nümunələrinin yaradılması istiqamətində uğurlu fəaliyyət göstərib. 
Xalçaçı rəssam, ornament ustası və tədqiqatçı alim kimi C.Müciri Azərbaycan xalça sənəti tarixində bu gün ən məşhur imzalardan biri olaraq yaşamaqdadır. O, həmçinin ədəbiyyata bağlı adam olub, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın həyatından bəhs edən hekayələr kitabını nəşr etdirib. Eyni zamanda Cənubi Azərbaycanda azadlıq hərəkatına aid bir neçə kitabları işıq üzü görüb. Bu il xalçaçı rəssam və  xalçaşünas alim Cəfər Mücirinin (1919-2001) anadan olmasının 105 ili tamam olur.
C.Müciri Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olub. Uşaqlıq və yeniyetməlik illəri bu şəhərdə keçib. O, xalça sənətinin sirlərini 14 yaşından Təbrizdə xalça fabrikində öyrənib. 17 yaşında Təbriz İncəsənət Məktəbini bitirib. C.Müciri Azərbaycan Xalçaçılıq İdarəsinin "İncəsənət" fabrikində əvvəlcə toxucu, baş usta, sonra isə eksperimental laboratoriyanın rəhbəri vəzifəsində işləyib. Xalça texnologiyasının dərin bilicisi kimi fabrikdə çalışdığı dövrdə irəli sürdüyü səmərələşdirici təkliflər ağır əl əməyini xeyli asanlaşdırıb. Onun ilməni mütərəqqi üsulla vurmaq, mürəkkəb çeşnili xalçaların toxunmasında dəmir dəzgahlardan istifadə etmək və s. bu kimi təklifləri xalçaçılıq sənayesinin inkişafına böyük töhfələr verib. Vaxtilə ölkəmizdə Qazax rayonunda, Nardaran qəsəbəsində və başqa bölgələrdə xalçaçılıq sexlərinin və fabriklərinin yaradılmasında C.Mücirinin böyük əməyi olmuşdur. C.Müciri Azərbaycan xalçaçılıq sənəti tarixində xalçaçılıq texnologiyaları sahəsində ən məşhur mütəxəssislərdən biri olub. O, xalça sənayesi texnologiyası sahəsində bir sıra kitab və dərsliklər yazıb nəşr etdirib. Xalçaçı alimin belə kitablarından "Hafiz və incəsənət" (1971, ərəb qrafikasında), "Azərbaycan xalçaları" (1981), "Azərbaycan xalçaçılığının texnoloji üsulları" (1977, 1983 rusca, 1987), "Araz sahilində" (1987, hekayələr) və başqalarını qeyd etmək olar. Xalçaşünas alim "İran Azərbaycanının xalçaçılıq sənəti (XIX və XX əsrlər)" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. O, elmi işində Cənubi Azərbaycanda xalçaçılıq sənətinin yaranması, inkişaf yolları, toxuma sənəti və digər məsələləri elmi şəkildə araşdırıb tədqiq etmişdir. 
C.Müciri özünün əsərlərində Cənubi Azərbaycan xalçaçılıq ənənələrini davam etdirib. Onun müəllifi olduğu 40 xalça əsəri ərsəyə gəlib. Hansı ki, onlardan 19-nu müəllif şəxsən özü toxuyub. Bu xalça nümunələri orijinallığı, özünəməxsus ornament və rəng həlli ilə fərqlənirlər. C.Mücirinin müəllifi olduğu süjetli və ornamental xalçalardan "Fərhad və Şirin" (Nizami Gəncəvinin "Xosrov və Şirin" poeması əsasında), "Məhəmməd Füzuli", "Nəriman Nərimanov", "Ləçək-turunc", "Təbriz-buta", "Güldanlı", "Açma-yumma", "Əlixanlı", "Mərəzə", "Ödüc"  və başqalarının adlarını qeyd etmək olar. Xalçaçı rəssamın yaradıcılığının zirvəsini  "Saib Təbrizi" adlı xalçası təşkil edir. Ustad bu əsər üzərində səkkiz ilə yaxın işləmişdir. Respublikamızı kəndbəkənd gəzərək ən yaxşı qoyun, keçi, dəvə yun növlərini toplamışdır. Xalçaçılıq sənətində ilk dəfə olaraq boyanmamış saplardan  "Saib Təbrizi" adlı nadir xalça nümunəsini toxuyub ərsəyə gətirmişdir. 
C.Mücirinin bənzərsiz xalça əsərləri dəfələrlə İngiltərədə, İtaliyada, Almaniyada, Fransada müxtəlif sərgilərdə nümayiş olunmuş, ölkəmizin xalça sənətinin şöhrətini dünyada artırmışdır. O, kamil xalça ustası kimi müxtəlif xalçaçılıq məktəblərinin kanonlarını öyrənib bədii yaradıcılığında inkişaf etdirmişdir. Xalçaçı rəssam, ornament ustasının Bakıda xalçalarından ibarət yubiley sərgisi təşkil olunmuşdur.
C.Müciri haqqında araşdırmalar apararkən onun övladı Sevinc Müciri ilə əlaqə saxladıq. O, hazırda Avropada Budapeşt şəhərində yaşayır. Atası haqqında xoş xatirələrini danışdı. Həmçinin Xalq rəssamı, xalça ustası Eldar Mikayılzadə ilə C.Müciri haqqında söhbətləşəndə o, "Cəfər müəllim mənim müəllimim olub. Sonradan müəllim-tələbə münasibətləri möhkəm dostluğa çevrilib. O, əsl ziyalı idi"  deyə söylədi. 
C.Müciri özünün zəngin bədii, ictimai, elmi və pedaqoji yaradıcılıq fəaliyyəti ilə Azərbaycan xalçaçılıq sənəti tarixində və mədəniyyət aləmində əbədi yaşayacaqdır. Cümlələrimizi C.Mücirinin Azərbaycan xalçaçılıq sənəti haqqında dediyi müdirik fikirlərlə tamamlayırıq: "Azərbaycan xalqı nəsil-nəsil yaşadıb kamilləşdirdiyi ulu xalçaçılıq sənətini xalq tətbiqi sənət növlərinin ağsaqqalı adlandırır, onu çox sevir, özü də həmişə təkmilləşməsinə çalışır". 

Əsəd QULİYEV,
sənətşünas, Rəssamlar İttifaqının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DÇ-2026: Seneqal İraqı darmadağın edib

02:21
27 İyun

Futbol üzrə dünya çempionatı: Fransa Norveçi məğlub edib

01:44
27 İyun

Silahı Qüvvələr Günü Azərbaycan və Türkiyə hərbi orkestrlərinin bayram konserti ilə qeyd olunub

22:53
26 İyun

Zelenski: Ukrayna Rusiyaya müharibənin sona çatması ilə bağlı təkliflər verib

22:17
26 İyun

Vitse-qubernator: Qarabağda uşaq bağçasının tikintisi Azərbaycanla dostluğun rəmzidir  

21:57
26 İyun

Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb

21:46
26 İyun

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

21:30
26 İyun

Tramp: İranın dron hücumu atəşkəs sazişinin pozulmasıdır

20:41
26 İyun

Peskov Rusiyanın ABŞ-nin gələcək vasitəçilik səylərinə açıq olduğunu bildirib  

19:37
26 İyun

Bakı AQEM Gənclər Şurasının 9-cu iclasına ev sahibliyi edib

19:17
26 İyun

Venesuelada baş verən zəlzələnin qurbanlarının sayı artır

18:26
26 İyun

Hərbi qulluqçuların sağlamlığı daim diqqət mərkəzindədir  

17:47
26 İyun

MDB İqtisadi Şurası 2030-cu ilədək əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

17:33
26 İyun

Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərinin vəziyyəti müzakirə olunub

16:57
26 İyun

Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi baş tutub

16:53
26 İyun

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edilib

16:34
26 İyun

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib  

16:08
26 İyun

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin gücünün və müstəqilliyimizin etibarlı təminatçısıdır

15:48
26 İyun

Silahlı Qüvvələr Günü Bərdədə hərbçilərin yürüşü ilə qeyd edilib

15:47
26 İyun

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıda tikilən uşaq bağçasında görülən işlərlə tanış olub

15:41
26 İyun

Türkiyə hökuməti və iqtidar partiyası Azərbaycan Silahlı Qüvvələrini təbrik edib

15:28
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!