20 May 2026 12:40
123
CƏMİYYƏT
A- A+
WUF13: Vətəndaş iştirakı dayanıqlı şəhərlərin əsas şərti kimi dəyərləndirilib  

WUF13: Vətəndaş iştirakı dayanıqlı şəhərlərin əsas şərti kimi dəyərləndirilib  


Bakıda davam edən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Vətəndaşların iştirakı və strateji ünsiyyət vasitəsilə şəhər davamlılığının gücləndirilməsi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin müəllimi Törəxanım Nəsrullayevanın təqdimatı əsasında keçirilən tədbirdə kommunikasiya və vətəndaş iştirakının dayanıqlı şəhərlərin formalaşmasındakı rolu müzakirə olunub.

Çıxış edən T.Nəsrullayeva bildirib ki, kommunikasiya yalnız təhsil və institusional fəaliyyət üçün deyil, həm də etimadın, ictimai iştirakçılığın və dayanıqlı şəhər icmalarının qurulması baxımından mühüm əhəmiyyət daşıyır. O vurğulayıb ki, kommunikasiya olmadan əməkdaşlıq və qarşılıqlı etimadın inkişafı mümkün deyil.

Tədbirdə “Bakı Ağ Şəhər” layihəsinə dair videoçarx nümayiş olunub. Bildirilib ki, layihə təkcə şəhərlərin fiziki yenilənməsini deyil, eyni zamanda, onların insanyönümlü, dayanıqlı və gələcəyə davamlı prinsiplər əsasında planlaşdırılmasının vacibliyini ortaya qoyur. Diqqətə çatdırılıb ki, hazırda dünyada 1,1 milyarddan çox insan qeyri-adekvat yaşayış şəraitində yaşayır və urbanizasiya iştirakçı idarəetmə mexanizmlərindən daha sürətlə inkişaf edir. Bu baxımdan kommunikasiya və vətəndaş iştirakının əhəmiyyəti xüsusi vurğulanıb.

T.Nəsrullayeva qeyd edib ki, vətəndaşların qərarvermə prosesində iştirakı şəhər siyasətlərinin keyfiyyətini artırır və daha inklüziv idarəetməyə şərait yaradır. Onun sözlərinə görə, rəqəmsal kommunikasiya alətləri, icma iştirakçılığı modelləri və məlumatlara əsaslanan qərarvermə mexanizmləri hökumətlərlə vətəndaşlar arasında daha şəffaf və operativ əlaqələrin qurulmasına imkan verir.

Çıxış zamanı Sinqapur və Estoniya nümunələrinə toxunularaq, rəqəmsal idarəetmə sistemlərinin vətəndaş iştirakını və ictimai etimadı gücləndirdiyi bildirilib.

Tədbirdə iştirakçılarla interaktiv müzakirələr aparılıb, mənzil siyasəti və şəhərsalma qərarlarında rəqəmsal kommunikasiya vasitələrinin rolu ətrafında fikir mübadiləsi həyata keçirilib.

Sonda vurğulanıb ki, dayanıqlı şəhərlərin qurulması üçün vətəndaşların qərarvermə prosesində fəal iştirakı və kommunikasiya sistemlərinə investisiyaların artırılması vacibdir.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Platforma direktoru: Məqsədimiz yeni binalarda karbon emissiyasını azaltmaqdır

15:37
20 May

WUF13 Azərbaycanın qlobal gündəmdə artan rolunu nümayiş etdirir

15:30
20 May

UN-Habitat rəsmisi: SPECA Şəhərlər Forumu vasitəsilə əlaqə və şəhər inkişafının gündəmini birləşdirəcəyimizə ümidvarıq  

14:51
20 May

AİB rəsmisi: Dövlət-özəl tərəfdaşlığı Azərbaycanda şəhər infrastrukturunun inkişafında mühüm rol oynaya bilər  

14:44
20 May

UNOSSC direktoru: WUF13-də ASAN xidmət təcrübəsinə beynəlxalq maraq var

14:43
20 May

Nigar Arpadarai: Şəhərlər innovasiya laboratoriyalarına çevrilməlidir 

14:39
20 May

WUF13-də Azərbaycan xalçaları və milli mahnılarımız

14:39
20 May

WUF13-də biznes dəyirmi masa: “İnvestisiya əsasları: Bazarı investisiya üçün cəlbedici edən nədir?”

14:33
20 May

Edqar Piters: Tikinti şirkətlərinə qarşı ciddi sanksiyalar tətbiq etmədən iqlimə dayanıqlı mənzillərin əlçatanlığı mümkün deyil  

14:32
20 May

WUF13-də Braziliya nümayəndəsi: Urbanizasiya modeli inklüziv, dayanıqlı və firavan olmalıdır

14:32
20 May

Aleksey Lavrinenko: Dağlıq ərazilərin inkişafı üçün davamlı dövlət dəstəyi mexanizmləri formalaşdırılmalıdır  

14:31
20 May

Azərbaycan şəhərsalma sahəsində regionun aparıcı dövlətidir  

14:29
20 May

Şalva Papuaşvili: Böyük İpək Yolu və Orta Dəhliz Cənubi Qafqaz üçün xüsusi əhəmiyyət kəsb edir  

14:28
20 May

Asiya İnkişaf Bankı son beş ildə mənzil sektoru üçün 1,7 milyard dollar vəsait ayırıb  

14:23
20 May

BMT rəsmisi: Resursların dayanıqlı idarə edilməsi olmadan şəhərlərin dayanıqlı gələcəyi qeyri-mümkündür  

14:16
20 May

Ştefan Prisner: Dayanıqlı şəhər inkişafı üçün geniş əməkdaşlıq imkanları mövcuddur

14:13
20 May

WUF13-də Səudiyyə Ərəbistanı pavilyonunun qarşısında Qarabağ mahnısı səsləndirilib 

14:08
20 May

Panamalı nazir: Bakı WUF13-ün təşkilində bütün gözləntiləri aşıb

14:01
20 May

Azərbaycan və D-8 arasında media savadlılığı və informasiya təhlükəsizliyi üzrə əməkdaşlıq genişlənir

13:52
20 May

Ukraynada prezident seçkilərinin mümkün tarixi açıqlanıb

13:46
20 May

Azərbaycanda il ərzində adambaşına 24-25 kiloqram plastik tullantı yaranır   

13:41
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!