22 May 2026 08:20
144
CƏMİYYƏT
A- A+
WUF13 könüllüləri - peşəkar, mehriban və məsuliyyətli

WUF13 könüllüləri - peşəkar, mehriban və məsuliyyətli


BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dünyanın müxtəlif ölkələrindən olan dövlət nümayəndələrini, şəhərsalma üzrə mütəxəssisləri, beynəlxalq təşkilatların təmsilçilərini və qonaqları bir araya gətirərək Azərbaycan paytaxtını yenidən mühüm qlobal dialoq məkanına çevirib. "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusu altında keçirilən forum şəhərlərin gələcəyi, urbanizasiya prosesləri, ekoloji dayanıqlılıq və müasir yaşayış mühitinin formalaşdırılması ilə bağlı strateji məsələlərin müzakirəsinə geniş imkan yaradıb.

WUF13 yalnız mühüm beynəlxalq platforma deyil, eyni zamanda Azərbaycanın təşkilatçılıq imkanlarının növbəti uğurlu təqdimatıdır. Təsadüfi deyil ki, forum iştirakçılarının xüsusi vurğuladığı məqamlardan biri tədbirin yüksək səviyyədə təşkili, koordinasiya işlərinin peşəkar şəkildə qurulması və qonaqlara göstərilən diqqətdir. Bu uğurda WUF13 könüllülərinin də rolu təqdirəlayiqdir.

WUF13 Könüllülük Proqramı gənclərin liderlik bacarıqlarını inkişaf etdirməyə, innovativ düşüncələrini təşviq etməyə və beynəlxalq təcrübə qazanmaq imkanları yaratmağa xidmət edən platforma kimi əhəmiyyətlidir. Söz düşmüşkən onu da vurğulayaq ki, könüllülər bu möhtəbər tədbirə ötən il foruma hazırlıq prosesində, WUF13 Könüllülük Proqramı çərçivəsində seçiliblər. WUF13 Könüllülük Proqramına marağın böyük olması gənclərin beynəlxalq tədbirlərdə iştirak etməyə yüksək həvəs göstərdiyini bir daha təsdiqləyib. Proqram üzrə qeydiyyat mərhələsinə ümumilikdə 16 min namizəd müraciət edib. Seçim mərhələsində namizədlərin bilik və bacarıqları, ünsiyyət qabiliyyəti, komanda ilə işləmək vərdişləri və motivasiyaları qiymətləndirilib. 

Müsahibələri uğurla başa vuran namizədlər üçün bu ilin yanvar-aprel aylarında geniş təlim proqramları təşkil olunub. Bu proqramlar ümumi məlumatlandırma, funksional vəzifələrin bölgüsü və forum məkanlarına hazırlıq mərhələlərini əhatə edib. Mayın 10-11-də isə 2100-dən çox könüllünün iştirak etdiyi təlimlərə yekun vurulub. Gənc könüllülər təlimlər zamanı tədbir məkanı, əməliyyat prosesləri, təhlükəsizlik prosedurları, departamentlər üzrə fəaliyyət istiqamətləri, həmçinin forumun keçirildiyi günlərdə tətbiq olunan əsas qayda və təlimatlarla tanış olublar. 

Bu günlər forum məkanında, qeydiyyat zonalarında, sərgi pavilyonlarında, metro stansiyalarında və şəhərin müxtəlif ərazilərində fəaliyyət göstərən yüzlərlə gənc könüllü ilə rastlaşmaq olar. Könüllülər qonaqların qarşılanması, qeydiyyat prosesinin təşkili, istiqamətləndirmə, məlumatlandırma kimi mühüm vəzifələri yerinə yetirirlər. Onların tədbirin rahat və operativ fəaliyyəti sayəsində forum iştirakçıları özlərini rahat hiss edir, tədbirin proqramında nəzərdə tutulan sessiya və görüşlərə maneəsiz və vaxtında qoşula bilirlər.

Onlar ünsiyyət zamanı nümayiş etdirdikləri nəzakət, peşəkarlıq, gülərüz münasibət, məsuliyyətli yanaşma və yüksək kommunikasiya bacarıqları ilə diqqət çəkirlər. Bu baxımdan WUF13 könüllüləri təkcə təşkilati prosesin iştirakçısı deyil, həm də Azərbaycanın qonaqpərvərlik ənənələrinin təmsilçiləridir. Müxtəlif dillərdə ünsiyyət quran, yaranan suallara çevik cavab verən könüllülər ölkəmizin müasir, açıq və fəal gəncliyini layiqli şəkildə təqdim edirlər. 

WUF13 könüllüləri bu gün yalnız beynəlxalq tədbirin təşkilati işlərinə dəstək göstərmirlər. Onlar  həm də Azərbaycanın müasir simasını, yüksək təşkilatçılıq mədəniyyətini və gənclərin potensialını nümayiş etdirirlər. Gənc könüllülərin məsuliyyətli fəaliyyəti forumun uğurla keçirilməsinə mühüm töhfə verməklə yanaşı, ölkəmizin qlobal tədbirlərə evsahibliyi etmək bacarığını bir daha nümayiş etdirir. Bu isə göstərir ki, Azərbaycan gəncliyi beynəlxalq platformalarda üzərinə düşən missiyanı layiqincə yerinə yetirməyə hər zaman hazırdır.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şükürbəyli kəndinin sakinlərinin sayı 1000 nəfəri ötdü

08:45
22 May

"Azərişıq" ASC-nin nümayəndələri Naxçıvanda fermer və sahibkarlarla görüşüblər

08:40
22 May

"Azərenerji", "TotalEnergies" və SOCAR arasında görüş

08:35
22 May

"Azərenerji" və "Azərişıq" energetika və şəhərsalma mövzusunda təqdimat keçirib

08:30
22 May

WUF13 Azərbaycanın çoxşaxəli inkişaf modelinin uğurlu təqdimatıdır

08:25
22 May

WUF13 könüllüləri - peşəkar, mehriban və məsuliyyətli

08:20
22 May

Şərq ruhlu müasirlik: Mehriban xanım Əliyevanın şəhərsalma missiyası

08:15
22 May

Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub

08:10
22 May

Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar

08:05
22 May

Ortaq strategiya və baxış bucağı

08:00
22 May

Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub

00:29
22 May

Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar

00:13
22 May

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb

23:46
21 May

Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında çıxış edib  

23:29
21 May

ABŞ-İran danışıqları iyunun əvvəlində Pakistanda keçirilə bilər

22:51
21 May

Azərbaycan ilə BMT arasında dayanıqlı inkişaf, şəhərsalma, iqlim gündəliyi üzrə əməkdaşlığın vacibliyi qeyd edilib  

22:43
21 May

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik dialoqu keçirilib

22:40
21 May

Azərbaycan çayı yenidən FAO-nun Baş qərargahında təqdim edilib

22:31
21 May

Ukraynalı uşaqlar türk dilinə böyük maraq göstərirlər

22:01
21 May

Azərbaycan və Qırğızıstan parlamentlərinin sədrləri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər  

21:39
21 May

Çernobıl AES ətrafındakı heyvanlar aləmi alimləri təəccübləndirib

21:34
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!