22 May 2026 08:45
128
CƏMİYYƏT
A- A+
Şükürbəyli kəndinin sakinlərinin sayı 1000 nəfəri ötdü

Şükürbəyli kəndinin sakinlərinin sayı 1000 nəfəri ötdü


İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və məskunlaşma prosesi Azərbaycanın son illərdə həyata keçirdiyi ən mühüm dövlət proqramlarından biridir. Bu prosesin ünvanlarından biri də Cəbrayıl rayonunun Şükürbəyli kəndidir. Uzun illər işğal altında qalan, tamamilə dağıdılan kənd bu gün müasir yaşayış məntəqəsinə çevrilərək keçmiş məcburi köçkünlərin həyatlarında yeni mərhələnin başlanğıcı olur.

Dünən Cəbrayıl rayonunun Şükürbəyli kəndi növbəti sakinlərinə qovuşub. Bu mərhələdə kəndə 39 ailə olmaqla daha 165 nəfər qayıdıb. Bununla da Şükürbəyli kəndinin sakinlərinin sayı 1080 nəfərə (253 ailə) çatıb. Bu kəndin timsalında dövlətimizin işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi quruculuq siyasətinin miqyası aydın görünür. Qürurla deyə bilərik ki, "Böyük qayıdış" proqramı çərçivəsində artıq 35 mindən çox keçmiş məcburi köçkün əzəli torpaqlarında yaşayır və bu proses mərhələli şəkildə davam edir.

Düşmən əsarətində olduğu müddətdə Şükürbəyli kəndində bir dənə də salamat bina qalmamışdı. Vaxtilə yaşayışın, kənd təsərrüfatının və sosial həyatın mərkəzlərindən biri olan kənd xarabalığa çevrilmişdi. Bu gün isə Şükürbəyli tamamilə yenidən qurulub. Müasir memarlıq prinsipləri əsasında salınan yaşayış məntəqəsi sakinlərin rahat və təhlükəsiz həyat sürmələri üçün bütün zəruri imkanlarla təmin edilir. Cəbrayıl rayonunun mərkəzindən 18 kilometr məsafədə yerləşən Şükürbəyli kəndi strateji və sosial baxımdan mühüm yaşayış məntəqələrindən hesab olunur. Burada həyata keçirilən tikinti və abadlıq işləri kəndin müasir standartlara uyğun şəkildə formalaşdırılmasına imkan yaradıb. İnşa edilən fərdi yaşayış evləri, sosial ob-yektlər, kommunikasiya xətləri və yol infrastrukturu onu göstərir ki, Azərbaycan azad olunmuş ərazilərdə, sadəcə, əvvəlki vəziyyəti bərpa etmir, eyni zamanda yeni inkişaf modeli yaradır.

Şükürbəyli kəndində təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirilməsi dövlətin insan kapitalına verdiyi önəmin göstəricisidir. Burada inşa edilən 360 şagird yerlik məktəb binası kəndin gələcəyində mühüm rol oynayacaq. Müasir standartlara uyğun tikilmiş məktəbdə şagirdlərin keyfiyyətli təhsil almaları üçün bütün zəruri şərait yaradılıb. Tədris otaqları, laboratoriyalar, texnoloji avadanlıqlar və digər dərs ləvazimatları gələcək nəslin müasir biliklərə yiyələnməsinə xidmət edir.

Kənddə sosial həyatın tam şəkildə bərpası üçün digər mühüm layihələr də həyata keçirilib. İki uşaq bağçası, həkim məntəqəsi, musiqi məktəbi, icma mərkəzi və inzibati bina tikilib. Bu obyektlər sakinlərin gündəlik ehtiyaclarının qarşılanması və sosial rifahın təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Uşaq bağçalarının fəaliyyət göstərməsi gənc ailələrin sosial təminatına xidmət edir, həkim məntəqəsi ilkin tibbi xidmətin əlçatanlığını təmin edir, musiqi məktəbi isə uşaqların və yeniyetmələrin mədəni inkişafına imkan yaradır. İcma mərkəzləri yeni məskunlaşan sakinlərin sosial inteqrasiyası və ictimai fəallığının artırılmasında mühüm rol oynayır. Burada müxtəlif tədbirlərin, görüşlərin və maarifləndirici proqramların təşkili nəzərdə tutulur. İnzibati binanın tikilməsi isə kəndin idarəçilik sisteminin effektiv təşkilinə imkan verir.

Şükürbəylidə kommunal xidmətlərin qurulması da diqqət mərkəzində saxlanılıb. Elektrik yarımstansiyasının istifadəyə verilməsi enerji təminatını tam şəkildə həll edib. Qaz, içməli su, rabitə, internet və “İP TV” şəbəkələrinin qurulması sakinlərin müasir həyat standartlarına uyğun yaşamalarını təmin edir. Kənddaxili yolların asfaltlanması nəqliyyata əlçatanlığı artırır və kəndin digər yaşayış məntəqələri ilə əlaqəsini gücləndirir. Bu infrastruktur layihələri uzunmüddətli və dayanıqlı yaşayışın təmin olunmasına hesablanıb.

Kənddə ilkin mərhələdə 635 fərdi yaşayış evi istifadəyə verilib. Bu evlərin böyük hissəsi sakinlərə təqdim olunub, bir qismi isə xidməti məqsədlər üçün ayrılıb. Evlərin müasir standartlara uyğun şəkildə tikilməsi insanların uzun illərdən sonra doğma torpaqlarında rahat yaşayışına imkan yaradır. Hər bir evdə zəruri kommunikasiya xətləri çəkilib, həyətlər abadlaşdırılıb və yaşayış üçün bütün şərait təmin olunub. Gələcək mərhələlərdə Şükürbəyliyə daha çox ailənin köçürülməsi nəzərdə tutulur. Buraya yalnız kəndin əvvəlki sakinləri deyil, həmçinin Şıxalıağalı, Dəjəl və Mahmudlu yaşayış məntəqələrinin sakinləri də daxil ediləcək. Ümumilikdə 615 ailənin, yəni 2522 nəfərin bu əraziyə köçürülməsi planlaşdırılır. Bu isə Şükürbəyli kəndinin gələcəkdə bölgənin ən iri və inkişaf etmiş yaşayış məntəqələrindən birinə çevriləcəyini göstərir.

Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni infrastruktur regionun iqtisadi potensialının reallaşdırılması üçün mühüm baza formalaşdırır. Cəbrayıl rayonunun da gələcəkdə həm kənd təsərrüfatı, həm logistika, həm də enerji sahəsində ölkə iqtisadiyyatına böyük töhfə verəcəyi gözlənilir. Xüsusilə “yaşıl enerji” layihələri Cəbrayılın gələcək inkişaf perspektivlərini daha da artırır. Hazırda rayonda üç böyük günəş-elektrik stansiyasının tikintisi həyata keçirilir. Həmin stansiyaların ümumi gücü 340 meqavat olacaq. Bu göstərici regionun enerji təminatı baxımından mühüm əhəmiy-yət daşıyır. Müqayisə üçün qeyd edilir ki, 340 meqavat enerji ilə bütün Qarabağı təmin etmək mümkündür. Enerji layihələrinin reallaşdırılması yeni iş yerlərinin açılmasına, investisiya imkanlarının genişlənməsinə və regionda iqtisadi fəallığın artmasına səbəb olacaq. Bu proses həm yerli əhalinin məşğulluğunun təmin olunmasına, həm də bölgəyə yeni biznes və sahibkarlıq təşəbbüslərinin cəlb edilməsinə şərait yaradacaq. Eyni zamanda müasir enerji infrastrukturu sənaye və kənd təsər-rüfatı layihələrinin inkişafına da ciddi təkan verəcək.

Şükürbəyli kəndində həyata keçirilən layihələr bir daha göstərir ki, Azərbaycan azad olunmuş ərazilərdə planlı və sistemli şəkildə inkişaf strategiyası həyata keçirir. Burada əsas məqsəd yalnız insanların doğma yurdlarına geri qaytarılmaları deyil, eyni zamanda onların təhlükəsiz, rahat və uzunmüddətli yaşayışının təmin edilməsidir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr göstərir ki, "Böyük qayıdış" proqramı yalnız bugünkü nəslin deyil, gələcək nəsillərin də rifahına hesablanmış uzunmüddətli dövlət strategiyasıdır.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şükürbəyli kəndinin sakinlərinin sayı 1000 nəfəri ötdü

08:45
22 May

"Azərişıq" ASC-nin nümayəndələri Naxçıvanda fermer və sahibkarlarla görüşüblər

08:40
22 May

"Azərenerji", "TotalEnergies" və SOCAR arasında görüş

08:35
22 May

"Azərenerji" və "Azərişıq" energetika və şəhərsalma mövzusunda təqdimat keçirib

08:30
22 May

WUF13 Azərbaycanın çoxşaxəli inkişaf modelinin uğurlu təqdimatıdır

08:25
22 May

WUF13 könüllüləri - peşəkar, mehriban və məsuliyyətli

08:20
22 May

Şərq ruhlu müasirlik: Mehriban xanım Əliyevanın şəhərsalma missiyası

08:15
22 May

Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub

08:10
22 May

Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar

08:05
22 May

Ortaq strategiya və baxış bucağı

08:00
22 May

Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub

00:29
22 May

Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar

00:13
22 May

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb

23:46
21 May

Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında çıxış edib  

23:29
21 May

ABŞ-İran danışıqları iyunun əvvəlində Pakistanda keçirilə bilər

22:51
21 May

Azərbaycan ilə BMT arasında dayanıqlı inkişaf, şəhərsalma, iqlim gündəliyi üzrə əməkdaşlığın vacibliyi qeyd edilib  

22:43
21 May

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik dialoqu keçirilib

22:40
21 May

Azərbaycan çayı yenidən FAO-nun Baş qərargahında təqdim edilib

22:31
21 May

Ukraynalı uşaqlar türk dilinə böyük maraq göstərirlər

22:01
21 May

Azərbaycan və Qırğızıstan parlamentlərinin sədrləri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər  

21:39
21 May

Çernobıl AES ətrafındakı heyvanlar aləmi alimləri təəccübləndirib

21:34
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!