22 May 2026 08:25
132
CƏMİYYƏT
A- A+
WUF13 Azərbaycanın çoxşaxəli inkişaf modelinin uğurlu təqdimatıdır

WUF13 Azərbaycanın çoxşaxəli inkişaf modelinin uğurlu təqdimatıdır


Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın çoxşaxəli inkişaf modelinin dünyaya növbəti təqdimatıdır. Bu dəfə Bakı şəhərsalma mədəniyyətinin, memarlıq irsinin mühüm platformalarından biri kimi qlobal diqqət mərkəzinə çevrildi. 

182 ölkədən gələn  minlərlə nümayəndə, dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbər və təmsilçiləri, ekspertlər şəhərsalmanın aktual çağırışlarını müzakirə edir, təcrübə mübadiləsi aparır və gələcək perspektivlərinə dair nəticələr formalaşdırırlar.

Ölkəmizin bu mövzuda dünyaya sərgilədiyi zəngin təcrübəsi var. Müasir dövrdə bir çox şəhər sürətli urbanizasiya prosesində öz tarixi simasını və mədəni ruhunu itirmək təhlükəsi ilə üz-üzə qalır. Bizim şəhərlərimiz isə inkişafla tarixi yaddaş arasında incə tarazlığı qoruyaraq, modernləşməni milli-mədəni irsin davamı ilə uzlaşdırmağı bacaran nadir şəhərlər sırasında yer alır.

Forumun açılışındakı çıxışında cənab Prezident İlham Əliyevin vurğuladığı kimi: “Əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz”.

Və əslində, bu fikirlər dövlətimizin nəinki, memarlığa yanaşmasını, həm də ümumilikdə siyasətinin fəlsəfəsini əks etdirir: yəni köklərimizə, dövlətçilik ənənələrimizə bağlı qalaraq müasir dünyaya açılmaq.

Azərbaycan Prezidenti çıxışı boyunca mədəniyyətdən, şəhərsalma və memarlıqdan danışsa da, əslində, eyni zamanda milli kimliyimizdən, tariximizdən bəhs etdi. Dövlət başçısı çoxəsrlik şəhərlərimizi, o cümlədən Şamaxını, Naxçıvanı, Gəncəni, Şəkini, Şuşanı dahi şəxsiyyətlərimizin doğulduğu, mədəni ənənələrimizin formalaşdığı mərkəzlər kimi böyük ustalıqla tanıtdı, təbliğ etdi. Bu isə Azərbaycanın maddi-mənəvi dəyərlərinin, qədim dövlətçilik irsinin qlobal auditoriyaya çatdırılması baxımından çox dərin siyasi məna daşıyır.

Çünki şəhər həm də yaddaşdır. Şəhər  siyasətdir. Şəhər kimlikdir. Şəhər tarix qarşısında məsuliyyət, gələcək qarşısında öhdəlikdir. Uzun illər erməni işğalı altında qalan, dağıdılan, yerlə yeksan edilən Qarabağın şəhərləri bu gün dövlətimizin iradəsi ilə, gücü ilə yenidən qurulur, dirçəldilir. Şəhərlərimizin əvvəlki siması bərpa edilir. 

Bu, ölkəmizin yenidənqurma əzminin fövqündə dayanan, Qarabağın tarixi kimliyini və onun əzəli sakinlərinin bu torpaqlarla bağlılığını aydın şəkildə ifadə edən bir gerçəklikdir. Prezident İlham Əliyevin dediyi kimi: “Məhz torpağın yiyələri bu cür davranırlar”. 

Bu yanaşma şəhərsalmanı milli dəyərlərin davamı kimi daha geniş kontekstdə dərk etməyə imkan yaradır. Ona görə də forumun Bakıda keçirilməsi beynəlxalq ictimaiyyətə şəhərsalma sahəsində Azərbaycanın nümunəsində daha dərin məzmun qazandırır.


Günay ƏFƏNDİYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şükürbəyli kəndinin sakinlərinin sayı 1000 nəfəri ötdü

08:45
22 May

"Azərişıq" ASC-nin nümayəndələri Naxçıvanda fermer və sahibkarlarla görüşüblər

08:40
22 May

"Azərenerji", "TotalEnergies" və SOCAR arasında görüş

08:35
22 May

"Azərenerji" və "Azərişıq" energetika və şəhərsalma mövzusunda təqdimat keçirib

08:30
22 May

WUF13 Azərbaycanın çoxşaxəli inkişaf modelinin uğurlu təqdimatıdır

08:25
22 May

WUF13 könüllüləri - peşəkar, mehriban və məsuliyyətli

08:20
22 May

Şərq ruhlu müasirlik: Mehriban xanım Əliyevanın şəhərsalma missiyası

08:15
22 May

Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub

08:10
22 May

Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar

08:05
22 May

Ortaq strategiya və baxış bucağı

08:00
22 May

Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub

00:29
22 May

Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar

00:13
22 May

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb

23:46
21 May

Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında çıxış edib  

23:29
21 May

ABŞ-İran danışıqları iyunun əvvəlində Pakistanda keçirilə bilər

22:51
21 May

Azərbaycan ilə BMT arasında dayanıqlı inkişaf, şəhərsalma, iqlim gündəliyi üzrə əməkdaşlığın vacibliyi qeyd edilib  

22:43
21 May

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik dialoqu keçirilib

22:40
21 May

Azərbaycan çayı yenidən FAO-nun Baş qərargahında təqdim edilib

22:31
21 May

Ukraynalı uşaqlar türk dilinə böyük maraq göstərirlər

22:01
21 May

Azərbaycan və Qırğızıstan parlamentlərinin sədrləri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər  

21:39
21 May

Çernobıl AES ətrafındakı heyvanlar aləmi alimləri təəccübləndirib

21:34
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!