17 May 2025 18:57
523
SİYASƏT
A- A+
Vüqar Rəhimzadə: Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı Avropada dialoq və əməkdaşlığa verdiyi önəmi bir daha təsdiqləyir    

Vüqar Rəhimzadə: Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı Avropada dialoq və əməkdaşlığa verdiyi önəmi bir daha təsdiqləyir    


Prezident İlham Əliyevin  Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli əməkdaşlıqda qazandığı uğurlara işıq salır. Nəzərə alsaq ki,“Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda ölkələr arasında siyasi, iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır, bu halda dövlət başçısı İlham Əliyevin qurumun Zirvə görüşündə iştirakına verilən önəmi şərtləndirən amillər bəlli olur.  Prezident İlham Əliyevin  milli maraqların qorunmasına əsaslanan xarici siyasəti Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və mövqeyini daha da möhkəmləndirir. Ölkəmizin  sülh, təhlükəsizlik, yeni körpülərin qurulması üçün əməkdaşlıq çağırışları beynəlxalq səviyyədə təqdir edilir. Azərbaycan birləşdirici, sabitləşdirici aktor kimi dünyanın diqqətindədir. Etibarlı və arzuolunan tərəfdaş kimi nüfuz qazanması da özündə mühüm məqamları ehtiva edir.

Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu  “Əsrin müqaviləsi”nin imzalanmasından öncə etdiyi çağırış hazırkı dövrdə də öz aktuallığını qoruyur. Ulu Öndər dünya təcrübəsinə istinad edərək bildirirdi ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkə  təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Regional çərçivədə başlanan əməkdaşlığın coğrafiyasını bu gün daha da genişləndirilməsi,  Azərbaycanın bütün qitələrdə dost, tərəfdaş qazanması da bunun bariz nümunəsidir. Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələrin reallaşdırılması Avropa üçün enerji təchizatının şaxələndirilməsinə və bu qitənin ölkələri ilə strateji tərəfdaşlığın dərinləşməsinə mühüm töhfə verir. Azərbaycanın Albaniyada keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı Avropa qitəsində dialoq və əməkdaşlığa verdiyi önəmi,  təşəbbüskar mövqeyini bir daha nümayiş etdirir. Ölkəmiz 2022-ci ildə Praqada keçirilən ilk toplantıdan etibarən “Avropa Siyasi Birliyi”nin sammitlərində fəal iştirak edir. Bu isə Azərbaycanın qarşılıqlı siyasi fəaliyyət və regional inteqrasiya üçün yeni platformalarda maraqlı tərəf olduğunu göstərir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili vurğulayıb ki,  mayın 16-da  Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirildi.  Builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirlər. Üç gün davam edəcək tədbirdə innovasiya, enerji və sənaye davamlılığına keçid yolu ilə rəqabətqabiliyyətli və iqtisadi təhlükəsizlik, miqrasiya, Avropanın yeni dünya kontekstində lider mövqe tutması kimi mövzular müzakirə olunur. Zirvə toplantısında müzakirəyə çıxarılan məsələlərin hər birinə ayrı-ayrılıqda diqət yetirdikdə Azərbaycanın böyük uğurlara imza atmasının, zəngin təcrübəyə malik olmasının şahidi olarıq. Azərbaycan innovasiyalar ölkəsi kimi tanınır. Dünyada tətbiq olunan hər bir mütərəqqi yeniliyin, təcrübənin Azərbaycanda tətbiqi qarşıya qoyulan əsas hədəflərdəndir. İqtisadi müstəqilliyimizin daha da möhkəmləndirilməsi ölkəmizin regionda və dünya siyasətində rolunu daha da artırır. Tarixi Zəfərimizdən sonrakı dövrə nəzər salsaq görərik ki, Azərbaycan yaratdığı yeni reallıqlarla yeni dünya nizamının formalaşdırılmasına davamlı töhfələr verir.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan son illərdə həm Şərq, həm də Qərb istiqamətində uğurlu diplomatik fəaliyyət həyata keçirərək çoxvektorlu xarici siyasət modelini uğurla reallaşdırır. Hər bir səfərdə, beynəlxalq tədbirlərdə diqqət göstərilən əsas məsələrdən biri Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olmasını təsdiqləyən COP29 iqlim konfransına ev sahibliyi etməsidir. Ötən il Azərbaycanın enerji diplomatiyasının növbəti uğuru olan COP29 Azərbaycanın söz sahibliyini, ən uğurlu nəticələri qazanmaq imkanına malik olduğunu təsdiqlədi. Ölkəmizin bərpaolunan enerji sahəsində böyük imkanlara malik olduğu və yeni əməkdaşlıq formatlarının yaradılmasına böyük stimul verdiyi xüsusi vurğulanır.  Dövlət başçısı İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı şərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşdü. Antonio Koşta və Ursula Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdilər. Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu, həmçinin  regionda,  onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı  məmnunluqla qeyd edildi. Prezident İlham Əliyev  ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu, bu gün Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında Azərbaycanın rolunu qeyd etdi.

Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə etmək məqsədilə reallaşdırdığı enerji layihələri regional əməkdaşlığın inkişafında, dünya birliyində mövqelərini möhkəmləndirməsində əhəmiyyətli rol oynayır. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan illər keçdikcə qaz ixracatçısına çevrildi, bu gün isə dövrün çağırışına uyğun olaraq  bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasına verdiyi töhfələri ilə diqqətdədir. Ölkəmizin iştirakçısı olduğu enerji və nəqliyyat layihələri ölkələri, xalqları daha sıx birləşdirir.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycan çoxqütblü dünya nizamında regional və orta güc modelini təqdim edir. Tarixi Zəfərə imza atan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan Cənubi Qafqaz regionunun ən güclü dövlətidir. Ölkəmiz qlobal ədalət prinsipinin müdafiəsində fəal mövqe nümayiş etdirən dövlətlərdən biri kimi nüfuz qazanıb. Azərbaycanın neokolonializmə qarşı mübarizədə və Qlobal Cənub ölkələrinin maraqlarının müdafiəsində tutduğu prinsipial mövqe, BMT platformasında bu istiqamətdə qaldırdığı təşəbbüslərlə yanaşı, müxtəlif bölgələrdəki ədalətsizliklər əleyhinə sərgilədiyi qətiyyətli yanaşma ölkəmizin beynəlxalq məsuliyyət daşıyan aktor olduğunu göstərir.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, qeyd etdiklərimiz Azərbaycanın “Avropa Siyasi Burliyi”nin Zirvə toplantılarında iştirakına böyük önəm verildiyinin aydın mənzərəsini təqdim edir. Artıq Avropa İttifaqı da anlayır ki, Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə siyasətinin həyata keçirilməsində Azərbaycan nüfuzlu, güclü və etibarlı tərəfdaşdır. Qarşılıqlı etimad mühitinin qorunması, hər bir addımında ədalətin, beynəlxalq hüququn yanında olması Azərbaycanın bundan sonra da söz sahibliyini təmin edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb

20:34
22 İyun

İstanbulda Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər müzakirə edilib

20:33
22 İyun

Abbas Əraqçi: BMT üzvü olaraq İranın öz haqqını qorumaq hüququ var

20:29
22 İyun

Azərbaycanın XİN başçısı əlcəzairli həmkarı ilə İsrail-İran qarşıdurması nəticəsində yaranmış vəziyyəti müzakirə edib

20:27
22 İyun

Türkiyə XİN: Rəsmi Ankara İranın nüvə obyektlərinə hücumun mümkün nəticələrindən narahatdır

19:31
22 İyun

Şəhid əsgər Nail Mahmudovun xatirəsi anılıb

18:29
22 İyun

AEBA: İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra radiasiya səviyyəsində artım yoxdur

17:16
22 İyun

Azərbaycan ilə Somali arasında əlaqələr müzakirə olunub

17:15
22 İyun

Azərbaycanın XİN başçısı Azərbaycanın Cammu və Kəşmirlə bağlı mövqeyini bir daha açıqlayıb

13:41
22 İyun

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:39
22 İyun

Almaniyada COP29 Sədrliyi iqlim şəffaflığı sahəsində qlobal təşəbbüsləri müzakirə edib

13:37
22 İyun

ABŞ İranın üç nüvə obyektini vurub

13:35
22 İyun

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

13:34
22 İyun

Respublika üzrə iyun ayının pensiya ödənişi yekunlaşıb

13:31
22 İyun

Rəsmi Tehran AEBA-nın Rəhbərlər Şurasının təcili iclasının keçirilməsini istəyib

13:29
22 İyun

İran BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib

10:20
22 İyun

İran XİN: Nüvə obyektlərinə hücumun uzunmüddətli nəticələri olacaq

10:17
22 İyun

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

10:10
22 İyun

Bilmək istəyirəm

09:45
22 İyun

Baxışlar, baxışlar...

09:40
22 İyun

İsrail-İran qarşıdurması: gərginlik səngimir

09:35
22 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!