03 Sentyabr 2025 17:05
549
SİYASƏT
A- A+
Vüqar Rəhimzadə: 3 sentyabr 1991-ci il Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsidir  

Vüqar Rəhimzadə: 3 sentyabr 1991-ci il Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsidir  


Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin  3 sentyabr 1991-ci ildə  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən 34 il ötür. İllər keçdikcə bu tarixin ölkəmizin həyatında xüsusi yeri daha aydın görünür. Dahi şəxsiyyətin Sədr seçildiyi bu gün bütövlükdə  Azərbaycanın xilası kimi tarixə yazılıb. Bu fikirlərin o dövrün reallıqlarını tamamilə əks etdirdiyinə əmin olmaq üçün həmin illərdə görülən işlərin, atılan addımların, qəbul edilən qərarların xronologiyasına diqqət yetirmək kifayətdir.  

1990-cı illərin əvvəli Azərbaycanın tarixinə dəhşətli faciələrin yaşandığı bir dövr kimi daxil olub. Ermənistan 1988-ci ildə yenidən Azərbaycana qarşı ərazi  iddiası ilə çıxış etməyə başladı. Ermənilərin təhriki və keçmiş SSRİ-nin ovaxtkı üzdəniraq rəhbəri Mixail Qorbaçovun göstərişi ilə 1990-cı ilin yanvarında sovet  ordusu Azərbaycanda misli görünməmiş qanlı qırğın törətdi. Faciənin səhəri günü, yəni yanvarın 21-də  Ulu Öndər Heydər Əliyev “qırmızı ordu”nun törətdiyi qanlı qətliama qarşı etiraz səsini ucaldaraq  ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi və   baş verən hadisəyə görə SSRİ-nin siyasi rəhbərliyini, şəxsən Qorbaçovu kəskin ittiham  etdi. Dövlət başçısı İlham Əliyev həmin dövrü belə xarakterizə edir ki, bu, daim təqibə məruz qalan insan üçün çox təhlükəli addım idi: “Lakin atam həmişə prinsipial idi və əsla tərəddüd etmədən baş verənlərə qarşı etiraz etdi. Onun ailə üzvləri heç bir şübhə və qorxu hissi keçirmədi. Həmin ağır günlərdə bircə arzumuz vardı: öz xalqımızla birlikdə  olmaq, onu dəstəkləmək. Bir il sonra bu arzu da baş tutdu. Doqquz illik fasilədən sonra atam öz Vətəninə, Naxçıvana qayıtdı. Onu buraya iki arzu gətirmişdi. Birincisi, şəxsi arzusu, ona rahatlıq verməyən vətəndaşlıq şərəfi. Azərbaycan özünün ən ağır dövrünü yaşayırdı. İkincisi, atam Azərbaycana xalqın istəyi ilə gəlmişdi.”


Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.


Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin 1990-cı il iyulun 22-də  Naxçıvana möhtəşəm qayıdışı dözülməz vəziyyətdə olan naxçıvanlıların sabaha inamını özlərinə qaytardı. Azərbaycan o illərdə çox çətin günlərini yaşayırdı. Müstəqilliyini yenidən bərpa edən Azərbaycanın ilk illərdə yaşadıqları tariximizin qara səhifəsi kimi xarakterizə olunur. O vaxt Azərbaycanda hakimiyyəti silah gücünə zəbt edən AXC-Müsavat cütlüyü xalqın inamını tamamilə itirmişdi. Bu qaragüruhun antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq, hakimiyyət hərisliyi nəticəsində ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi xaos, anarxiya bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı. Belə olan halda əlbəttə ki, xalq ümidini özünün əbədi lideri Ulu Öndər Heydər Əliyevə bağlamışdı.


Ulu Öndər Heydər Əliyev Naxçıvana gəldikdən sonra qədim diyarın xilası üçün lazım olan bütün addımları atmağa başladı. Eyni zamanda, yalnız muxtar respublika deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail oldu. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən 12-ci çağırış birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi. Ulu Öndərin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Həmçinin Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanı olan Ali Sovetin adının dəyişdirilərək Ali Məclis adlandırılması muxtar respublikanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynadı.

Millət vəkili qeyd edib ki, 3 sentyabr 1991-ci il Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsidir. Həmin tarixi gündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında Ümummilli Lider Heydər Əliyev  yekdilliklə Ali Məclisin Sədri seçildi. Bu mühüm tarixi addım Naxçıvanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Həmin tarixi gündən başlayaraq Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi Ona hər bir çətinliyi uğurla aradan qaldırmaqda yardımçı oldu. Bütün bunları zəngin idarəetmə qabiliyyəti və təcrübəsi, beynəlxalq arenada şəxsi nüfuzu, özünün Vətəninə, xalqına sonsuz bağlılığı, sevgisi hesabına həyata keçirən Heydər Əliyev Naxçıvanı sözün həqiqi mənasında fəlakətdən xilas etdi.

Milli Məclisin deputatı bildirib ki, Ulu Öndərin Naxçıvanda çalışarkən xalq və dövlət qarşısında ən böyük xidmətlərindən biri insanlarda milli təfəkkür və milli məfkurənin formalaşdırılması idi. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malik hadisə oldu. Ulu Öndər daim bu çağırışı edirdi ki, Azərbaycan bütün dünya azərbaycanlılarının Vətənidir. Harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımız bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidir. Diaspor quruculuğu prosesi Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Blokada şəraitində yaşayan muxtar respublikanın inkişafının və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də bu bölgənin gələcək tərəqqisi istiqamətində mühüm addımlar atıldı. Türkiyə ilə əlaqələrin möhkəmləndirilməsi üçün “Ümid” körpüsü salındı. Həmin illərin ən mühüm tarixi hadisələrindən biri bu gün milyonların partiyasına çevrilən, sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılması oldu. Xalqın böyük əksəriyyətinin istəyini özündə ifadə edən 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə yeni partiyanın yaradılması ilə bağlı ünvanladıqları “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin bu müraciətə “Yeni müstəqil  Azərbaycan uğrunda” cavabı həmin dövrün aydın mənzərəsini əks etdirir. Məhz yaranması Azərbaycanın ən çətin və mürəkkəb tarixi dövrünə təsadüf edən Yeni Azərbaycan Partiyası ötən bu illər ərzində tutduğu yola sadiqlik nümayiş etdirərək Heydər Əliyev ideyalarının fəal təbliğatçısı funksiyasını şərəflə yerinə yetirir.

Vüqar Rəhimzadə qeyd edib ki, 1993-cü ildə Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn Ümummilli Lider bu addımı ilə bir daha təsdiqlədi ki, hər zaman xalqının, dövlətinin yanındadır, Onun üçün Azərbaycanın müstəqilliyinin qorunması əsasdır. Azərbaycanı qüdrətli, zəngin, qalib ölkə kimi görmək dahi liderin ən böyük arzusu idi. O, bu arzusunun xeyli hissəsini 1993-2003-cü illərdə müstəqil Azərbaycan dövlətinə rəhbərlik edərkən atdığı addımlar, düşünülmüş və məqsədyönlü siyasəti ilə reallığa çevirdi, bugünümüz üçün möhkəm təməl yaratdı.  2003-cü ildə xalqa tarixi  müraciətində etimadın, inamın  növbəti ünvanını göstərdi. Bildirdi ki, cənab İlham Əliyevə  Özü qədər inanır. Dahi rəhbərin  axıra çatdıra bilmədiyi işləri cənab İlham Əliyev uğurla reallaşdırdı. Təbii ki, söhbət Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından gedirdi. Prezident İlham Əliyev Ümummilli Liderin hər bir arzusunu gerçəkləşdirdi. Tarixi Zəfərimiz, bütün ərazilərimizdə suverenliyin tam təmin edilməsi, güclü Azərbaycan, abadlaşan Qarabağ və Şərqi Zəngəzur Heydər Əliyev yolunun təqdimatıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Oman münasibətlərinin inkişafı diqqət mərkəzində olub

19:06
10 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:04
10 Mart

Bob Blekmen: Azərbaycan Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağına çevrilir  

18:47
10 Mart

Gürcüstanın Apellyasiya Məhkəməsi Mixeil Saakaşvili barədə qərarı qüvvədə saxlayıb

18:17
10 Mart

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

18:05
10 Mart

ABŞ-Azərbaycan Ticarət Palatası 30 yaşını qeyd edir

17:56
10 Mart

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

17:46
10 Mart

DSMF: Müavinətlərin proaktiv təyini sosial xidmətlərin daha sürətli, şəffaf və rahat göstərilməsinə kömək edəcək  

17:42
10 Mart

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb  

17:35
10 Mart

“ƏDV geri al” çərçivəsində 35 milyon manatadək vəsait istehlakçılara qaytarılıb

17:29
10 Mart

Energetik içkilərdə orqanizm üçün təhlükəli maddə aşkarlanıb

17:21
10 Mart

Kolumbiyanın ölkəmizdəki yeni səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib  

17:12
10 Mart

Kənd təsərrüfatı nazirinin müavini Salyanda vətəndaşların müraciətlərini dinləyib

16:58
10 Mart

Çinin idxalının kəskin artması 120 günlük neft ehtiyatını təmin edəcək

16:50
10 Mart

Keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

16:49
10 Mart

MEDİA: Avropa Şurası Platformasının hesabatı qərəzli və spekulyativdir

16:47
10 Mart

Qlobal neft tələbatının təxminən 70%-i strateji dəniz boğazları vasitəsilə nəql olunur. Rəqəmlər və faktlar 

16:46
10 Mart

İrandan xarici vətəndaşların təxliyəsi davam edir: Daha 3 Hindistan vətəndaşı Azərbaycan ərazisinə keçib  

16:44
10 Mart

Xankəndi və Xocalının bir sıra təhsil müəssisələrində tədris prosesi izlənilib

16:43
10 Mart

Qətər XİN: İranın enerji obyektlərinə hücumları təhlükəli presedent yaradır

16:41
10 Mart

Kreml Ukrayna üzrə danışıqların davam etdirilməsini istəyir

16:33
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!