13 Avqust 2026 08:20
189
İQTİSADİYYAT
A- A+
"Villa Petrolea" - Nobel qardaşlarının yadigarı

"Villa Petrolea" - Nobel qardaşlarının yadigarı


Əsaslı təmir olunan bu ev Bakının tarixi ünvanlarından biridir


Bu binanın divarlarında tarixin əks-sədası yaşayır. Paytaxtımızın istər möhtəşəm qədim binaları, istərsə də yeni göydələnləri fonunda  o, bəlkə də kiçik görünür. Amma həcminə görə mənası böyük,  yaşatdığı yaddaş silinməzdir.   

Bu bina "Villa Petrolea"dır, neftimizin, neft sənayemizin, ümumən iqtisadiyyatımızın inkişafının mühüm bir mərhələsindən "söhbət açır". Bu, Nobel qardaşlarının evidir.

Əvvəla Nobel qardaşları kimdir? Bu sualın cavabı üçün Azərbaycanın neft sənayesinin tarixini vərəqləyək.  Nobel qardaşları  -  Lüdviq, Robert və Alfred  XIX əsrin sonlarında Bakıda neft sənayesinin inkişafında mühüm rol oynamış məşhur İsveç mühəndis, ixtiraçı və sahibkar ailəsinin üzvləridir. Onlar 1875-ci ildə Azərbaycanda "Nobel Qardaşları Şirkəti"ni ("Branobel") təsis edərək qabaqcıl neftçıxarma və neftin nəqli üsullarını tətbiq etmişlər. 

Nobel  qardaşları vaxtilə Bakıda böyük neft mədənləri işlədib, zavodlar və kerosin anbarları qurublar. Onlar eləcə də bir sıra ixtiralar edib və ilklərə imza atıblar. Məsələn, dünyada ilk dəfə neftdaşıyan tankerin ("Zoroaster" gəmisi) inşa edilməsi və Azərbaycanda ilk neft kəmərinin çəkilməsi məhz Nobel qardaşlarının adı ilə bağlıdır.

Dünyada ən prestijli beynəlxalq mükafatlardan biri hesab edilən Nobel mükafatı da  isveçli ixtiraçı, mühəndis və sənayeçi Alfred Nobel tərəfindən təsis edilib. Bu mükafatın əsası onun vəsiyyəti əsasında qoyulub. 

Alfred Nobel dinamitin ixtiraçısı kimi tanınırdı, lakin bu ixtira silahlanma yarışına səbəb olduğuna görə o, öz irsini fərqli bir istiqamətə yönəltmək qərarına gəldi. Onun arzusu elmin, mədəniyyətin və sülhün inkişafına kömək edəcək bir fond yaratmaq idi. Bu fond hər il ən dəyərli töhfə verən fərdləri mükafatlandırır. 

Mövzuya qayıdaraq qeyd edək ki, Nobel qardaşları Bakıda  sosial layihələr də gerçəkləşdirmişlər. Onlar işçiləri üçün evlər, məktəblər və xəstəxanalar - "Villa Petrolea" yaşayış yeri inşa etdirmişdilər. Belə ki, XIX əsrin sonlarında  "Branobel"  şirkəti tərəfindən öz işçiləri üçün Bakı ətrafında Qara şəhərin sərhədində yaşayış qəsəbəsi salınmışdır. Nobel qardaşlarının burada yerləşən şəxsi iqamətgahı da belə adlanır  - "Villa Petrolia". Hazırda həmin yerdə Nobel Qardaşları Muzeyi və bir neçə təşkilatın ofisi fəaliyyət göstərir.

"Villa Petrolia" Xətai rayonunda, 8 Noyabr prospektində (keçmiş Nobel prospekti), Ağ Şəhər ərazisində, Nizami parkının (keçmiş Luna park) yaxınlığında yerləşir. 

Nobel qardaşlarının iqamətgahı 1882-1884-cü illərdə tikilmişdir. Binanın inşası 1882-ci ildə başlanmış, 1884-cü ildə başa çatmışdır. Bu tarixi iqamətgah isveçli memar  İohan Fredrik (Fyodor) Lidvalın layihəsi əsasında Bizans üslubunda inşa edilmişdir.

Dövrü üçün çox müasir olan tikilidə Bakıda ilk dəfə telefon xətti və xüsusi ventilyasiya - havasoyutma sistemi məhz bu binada tətbiq olunmuşdu. Binanın iç tərtibatı da xüsusi düşünülmüşdü. Otaqlar bahalı yerli xalçalarla bəzədilmiş, Sankt-Peterburqdan gətirilən əşyalar və tablolarla təchiz edilmişdi.

 "Villa Petrolea" həm  Nobel ailəsinin yaşayış evi, həm də "Branobel" şirkətinin rəhbərliyi üçün iqamətgah idi. 

2000-ci illərin əvvəlinə qədər "Villa Petrolea" ərazisində olan binalar baxımsız vəziyyətdə idilər. Nobellərin iqamətgahı və yaşayış evləri dağılmış vəziyyətdə idi və onların yenidən qurulmasına ehtiyac yaranmışdı. Digər binalar isə çoxdan sökülmüş, teatr və klub yanğın nəticəsində məhv olmuşdu. 

2004-cü ildə Nobel mirasının bərpası üçün Bakıda "Bakı Nobel İrsi Fondu" adlı ictimai təşkilat yaradılmışdır. 2007-ci ildə təşkilata Nobellərin iqamətgahını rekonstruksiya və restovrasiya etməyə icazə verilmişdir. 2008-ci il aprelin 25-də isə yenidən bərpa olunmuş iqamətgahın açılışı olmuşdur.

Bu həm də Nobel ailəsinə həsr edilmiş İsveçdən kənar ilk muzeydir. Muzey tarixidir və neft mövzusuna həsr edilib. Muzeydə Nobel ailəsinin istifadə etdiyi məişət və interyer əşyaları yığılıb. İqamətgahın interyeri əvvəlki sahiblərinin dövrünə nisbətən dəyişikliyə məruz qalıb, lakin bəzi hissələr (məsələn, kaminlər) dəqiqliyi ilə yenidən düzəldilib. Ümumilikdə evin interyeri sadə Avropa üslubundadır, ancaq bir otaq xüsusilə şərq üslubunda dizayn edilib. Eksponatların əksəriyyəti İsveç və Sankt-Peterburqdakı Nobel arxivləri və muzeylərinin materialları əsasında bərpa olunub.


Flora SADIQLI,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Lənkəranda kanalizasiya sisteminin yenilənməsi işlərinə başlanılıb

09:10
13 Avqust

Bir dənizin taleyi, beş ölkənin məsuliyyəti

09:00
13 Avqust

Alovlu satirik, tanınmış ədəbiyyatşünas və tərcüməçi

08:50
13 Avqust

Tükənməz maraq, sonsuz sevgi, bənzərsiz istedad 

08:40
13 Avqust

Muğamımızın Xanı

08:30
13 Avqust

"Villa Petrolea" - Nobel qardaşlarının yadigarı

08:20
13 Avqust

Milli dəyərlərimiz əvəzsiz mənəvi sərvətimizdir

08:10
13 Avqust

Hərbi zəfərdən geoiqtisadi üstünlüyə

08:00
13 Avqust

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

01:17
13 Avqust

E.İ.Sultanovun Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:16
13 Avqust

E.İ.Sultanovun Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:15
13 Avqust

Z.R.Əhmədovun Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:14
13 Avqust

N.E.Mustafayevanın Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:13
13 Avqust

Naxçıvan Muxtar Respublikası ərazisində əsaslı təmir olunacaq kəndlərarası, şəhər və kəndlər ərazilərindəki avtomobil yollarının SİYAHISI

01:12
13 Avqust

Aktau şəhərindəki logistika kompleksi şəbəkəsi Azərbaycanı da əhatə edəcək  

22:09
12 Avqust

Süni intellekt həllərinin təhlükəsizlik auditi artıq zərurətə çevrilir   

22:07
12 Avqust

Naxçıvanın yeni dövrü: logistika qovşağı, sənaye və regional inkişaf 

22:05
12 Avqust

“Azərkosmos” şəhər təsərrüfatının idarə edilməsində “WebGIS” platformasını tətbiq edir  

20:30
12 Avqust

Bu ilin ikinci Günəş tutulması başlayıb  

20:25
12 Avqust

Parlamentlərdə gənclərin təmsilçiliyi diqqət mərkəzindədir  

20:20
12 Avqust

Prezident İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub  

20:15
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!