12 Avqust 2026 18:10
925
İQTİSADİYYAT
A- A+
Heydər Əliyev Beynəlxalq Aeroportu karbon idarəçiliyində növbəti mərhələnin prioritetlərini müəyyənləşdirir

Heydər Əliyev Beynəlxalq Aeroportu karbon idarəçiliyində növbəti mərhələnin prioritetlərini müəyyənləşdirir


Heydər Əliyev Beynəlxalq Aeroportu, “Azərbaycan Hava Yolları” (AZAL) və QSI şirkətinin birgə təşkilatçılığı ilə Hava Limanı Karbon Akkreditasiyası (Airport Carbon Accreditation – ACA) proqramına həsr olunmuş seminar keçirilib.

Beynəlxalq Aeroportdan AZƏRTAC-a verilən məlumata görə, regionda ACA proqramının 3-cü səviyyəsinə yüksələn ilk hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən seminarda növbəti akkreditasiya səviyyələrinə keçid tələbləri, AZAL-ın ESG (Ətraf mühit, sosial və korporativ idarəetmə) strategiyası çərçivəsində dekarbonizasiya hədəfləri və gələcək fəaliyyət istiqamətləri müzakirə edilib.

QSI şirkətinin baş direktoru Okay Kayhanlının təlimçiliyi ilə keçirilən seminarda karbon emissiyalarının sistemli monitorinqi, etibarlı məlumat mübadiləsi və tərəfdaşlarla birgə dekarbonizasiya tədbirləri əsas prioritetlər kimi müəyyənləşdirilib.

Xüsusi diqqət “Scope 3” çərçivəsinə daxil olan dolayı emissiyaların idarə edilməsinə və aeroport ekosisteminin əsas iştirakçılarının prosesə daha fəal cəlb olunmasına yönəldilib. Bu istiqamətdə aviaşirkətlər, yerüstü xidmət operatorları, yanacaq və enerji təchizatçıları, nəqliyyat şirkətləri və digər xidmət təminatçıları ilə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda enerji səmərəliliyinin artırılması və emissiyaların azaldılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 4000-dən çox köhnə işıqlandırma qurğusunun enerji səmərəli alternativlərlə əvəz edilməsi və yeni işıqlandırma idarəetmə sistemlərinin tətbiqi nəticəsində ildə təxminən 1,2 GVt/saat elektrik enerjisinə qənaət olunur. Bu tədbirlər, eyni zamanda karbon emissiyalarının ildə təxminən 600 ton CO₂ azalmasına imkan verir.

2025-ci ildən “ISO 50001:2018” Enerji İdarəetmə Sisteminin tətbiqinə başlanılıb. Nəticədə 2025-ci ildə əvvəlki illə müqayisədə bir uçuşa düşən elektrik enerjisi istehlakı 2,3 faiz azalıb.

Bununla yanaşı, Terminal 1-də Bina İdarəetmə Sistemi (BMS) yenilənib, işıqlandırma və havalandırma sistemlərinin daha səmərəli idarə olunması təmin edilib. Növbəti mərhələdə digər sistemlərin BMS-ə inteqrasiyası və bərpa olunan enerji layihələrinin genişləndirilməsi nəzərdə tutulur.

Həyata keçirilən tədbirlər Heydər Əliyev Beynəlxalq Aeroportunun karbon emissiyalarının mərhələli şəkildə azaldılması, enerji səmərəliliyinin artırılması və daha dayanıqlı aeroport ekosisteminin formalaşdırılması üzrə uzunmüddətli fəaliyyətinin tərkib hissəsidir. Hava limanı bu istiqamətdə sistemli işini davam etdirərək, 2050-ci ilədək xalis sıfır emissiyaya nail olmaq üzrə uzunmüddətli hədəfinə doğru irəliləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

18:50
08 Sentyabr

Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Qordana Silyanovska-Davkovaya

18:39
08 Sentyabr

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:55
08 Sentyabr

“AzerGold”un təşkilatçılığı ilə keçirilən 7-ci səyyar tibbi müayinə aksiyasına yekun vurulub

17:40
08 Sentyabr

Xüsusi nümayəndə: Kəlbəcərdəki özəl investisiya layihələrinin əsas məqsədlərindən biri yeni iş yerlərinin yaradılmasıdır

17:35
08 Sentyabr

DİN: İntensiv yağıntılarla əlaqədar xidmətə əlavə polis naryadları cəlb olunub

17:30
08 Sentyabr

YAP və ÇKP arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

17:20
08 Sentyabr

YAP və ÇKP nümayəndələri Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

17:10
08 Sentyabr

Milli Məclisdə Azərbaycan-Koreya münasibətlərinin inkişaf perspektivləri diqqət mərkəzində olub

17:00
08 Sentyabr

Xaricdə iş vədi ilə çoxsaylı şəxsləri aldadan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

16:50
08 Sentyabr

Baş nazir Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü ilə görüşüb

16:40
08 Sentyabr

BCAW2026: "Öhdəliklərdən icraya: COP31-ə doğru" mövzusunda yüksəksəviyyəli dəyirmi masa təşkil olunub

16:35
08 Sentyabr

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşa şəhərində - YENİLƏNİB

16:30
08 Sentyabr

Biləsuvarda şəhidlərin xatirə turnirində 300-dən çox güləşçi mübarizə aparıb

16:25
08 Sentyabr

“Yaşıl Dünya üçün Rəqəmsal Fəaliyyət Yolu” - panel sessiya YENİLƏNİB 

16:20
08 Sentyabr

Cibə qayıdan milyonlar

16:17
08 Sentyabr

Britaniyanın texnologiya nəhənginin rəhbəri: Süni intellekt xərçəngin dərmanını tapacaq

16:15
08 Sentyabr

Mayami Beynəlxalq Hava Limanında qəzaya uğrayan "Amazon" yük təyyarəsinin qara qutuları tapılıb

16:10
08 Sentyabr

Cənubi Koreyada estetik cərrahiyyə platformasına kiberhücum nəticəsində 220 mindən çox istifadəçinin məlumatı oğurlanıb

16:05
08 Sentyabr

Rusiyada qar uçqunu nəticəsində 11 nəfər həlak olub  

16:00
08 Sentyabr

Türkiyədə qanunsuz nadir bitki yığan şəxslər rekord məbləğdə cərimələndi

15:50
08 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!