12 Avqust 2026 22:07
1161
CƏMİYYƏT
A- A+
Süni intellekt həllərinin təhlükəsizlik auditi artıq zərurətə çevrilir   

Süni intellekt həllərinin təhlükəsizlik auditi artıq zərurətə çevrilir   


Süni intellekt (Sİ) ilə bağlı zəifliklər hazırda dünyada mövcud olan təhdid və risklər arasında ən sürətlə artan kibertəhdidlərdən biridir. Bu səbəbdən süni intellekt alətlərinin təhlükəsizlik auditinin aparılması getdikcə daha böyük əhəmiyyət kəsb edir.

Bu barədə AZƏRTAC-a açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) İdarə rəisi Tural Məmmədov bildirib.

O qeyd edib ki, Dünya İqtisadi Forumunun “Kiberrisklər və Süni intellekt” hesabatında 2026-cı ildə təşkilatların 64 faizinin Sİ alətlərinin təhlükəsizlik auditini həyata keçirməyə başladığı vurğulanır.

T.Məmmədov diqqətə çatdırıb ki, Azərbaycanda süni intellekt həllərinin təhlükəsizliyi ilə bağlı müvafiq tənzimləmə istiqamətində də işlər aparılır. Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” təsdiq edilib.

“Dünya ölkələrinin 2026-cı ildə süni intellekt həllərinin auditi ilə bağlı gəldiyi qənaətə ölkəmizdə bir il əvvəl gəlinib. Strategiyada təhlükəsizlik auditlərinin keçirilməsi XRİTDX-nin üzərinə yeni vəzifə kimi qoyulub və süni intellekt həllərinə təhlükəsizlik üzrə rəyin verilməsi Xidmətə tapşırılıb”, - deyə o bildirib.

İdarə rəisinin sözlərinə görə, hazırda XRİTDX-də bu istiqamətdə işlər davam etdirilir və süni intellekt həllərinə dair təhlükəsizlik tələbləri artıq formalaşdırılıb. Yaxın vaxtlarda həmin tələblərin təsdiq üçün hökumətə təqdim edilməsi nəzərdə tutulur.

“Azərbaycanda süni intellekt həllərinin tətbiqinin sürətlə genişləndiyi bir vaxtda bu sahədə təhlükəsizlik tələblərinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, süni intellekt həlləri hazırlayan qurum və şirkətlərin də həmin tələblərə həssas yanaşması və onlara riayət etməsi vacibdir”, - deyən T.Məmmədov süni intellekt təhlükəsizliyi ilə bağlı yeni hücum vektorlarının da meydana çıxdığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, artıq yalnız süni intellekt həllərinin öz təhlükəsizliyi deyil, həmin sistemlərin hakerlərin birbaşa hədəfinə çevrilməsi də ciddi risklər yaradır. “Djinn Stealer” zərərvericisini buna nümunə göstərən ekspert bildirib ki, əvvəllər “stealer” tipli zərərvericilər əsasən istifadəçi kompüterlərini yoluxduraraq brauzerlərdə saxlanılan məlumatların, şifrələrin və hesabların ələ keçirilməsinə yönəlirdisə, yeni “stealerlər AI” kodlaşdırma köməkçilərinin konfiqurasiya fayllarını da hədəfə alır. Bu cür hücumlar hakerlərə süni intellektin inkişaf mühitinə sızmaq üçün yeni imkanlar yaradır.

İdarə rəisi süni intellekt agentlərinə qarşı “prompt injection” hücumlarının da yeni təhlükəsizlik vektoru kimi formalaşdığını bildirib. Onun sözlərinə görə, “Zscaler” tərəfindən aşkarlanan kampaniyalardan birində veb-saytlarda yerləşdirilən “prompt injection” vasitəsilə internetdə araşdırma aparan və investisiya qərarları verən avtonom süni intellekt agentləri manipulyasiya edilib. “Prompt injection” hücumuna məruz qalan agentlərin hakerlərin saxta platformalarına etibar etməsi və onların təqdim etdiyi investisiya tövsiyələri əsasında kriptovalyuta cüzdanlarına ödənişlər etməsi mümkün olub.

T.Məmmədov süni intellekt modellərinin hallüsinasiyalarından sui-istifadə edilməsini də yeni təhlükə kimi qeyd edib. Bildirib ki, süni intellekt köməkçilərinin mövcud olmayan kitabxanaları tövsiyə etməsi hallarında hakerlər həmin adlarla saxta kitabxanalar yaradaraq zərərli paketlər yaymağa çalışırlar. Bu yanaşma “AI HalluSquatting” hücumu kimi tanınır.

“Bu hücum növünün olduqca yeni və unikal olması süni intellekt təhlükəsizliyi sahəsində indiyədək geniş müzakirə olunmayan yeni təhlükəsizlik vektorlarının meydana çıxdığını göstərir”, - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, süni intellekt avtomatlaşdırılmış biznes alətlərində və qərar qəbuletmə proseslərində tətbiqi genişləndikcə yeni təhlükəsizlik mühitlərinin yaradılması və yeni risk matrislərinin nəzərə alınması zəruridir.

T.Məmmədov beynəlxalq sorğuların nəticələrinin də bu tendensiyanı təsdiqlədiyini bildirib. Onun sözlərinə görə, “Infosecurity Europe 2026” çərçivəsində keçirilmiş sorğuda iştirak edən mütəxəssislərin 87 faizi süni intellektin məhsuldarlığı artırdığını təsdiqləsə də, onların dörddəbiri süni intellekt agentlərini təşkilatlar üçün ən böyük təhdidlərdən biri hesab edir.

“Şirkətlər artıq yalnız insanları və onların kibergigiyena davranışlarını deyil, biznes qərarları qəbul edən etibarlı süni intellekt identifikasiyalarını da qorumaq məcburiyyətindədirlər”, - deyə o qeyd edib.

İdarə rəisi “Secureframe” tərəfindən yayımlanan hesabata da diqqət çəkib. Bildirib ki, hesabatda müdafiə sənayesi şirkətlərinin 85 faizinin yaxın iki ildə süni intellekt əsaslı kiberhücumlar və “deepfake” sosial mühəndisliyi ilə qarşılaşacağından narahat olduğu göstərilir.

“Daha narahatedici məqam isə şirkətlərin 72 faizinin bu tip milli səviyyəli təhdidləri aşkar edə biləcəyinə əmin olmamasıdır. Süni intellekt həllərinin tətbiqi sürətlə genişləndikcə onların yaratdığı yeni risklərin əvvəlcədən müəyyənləşdirilməsi, təhlükəsizlik auditlərinin aparılması və müvafiq müdafiə mexanizmlərinin formalaşdırılması həm dövlət, həm də özəl sektor üçün əsas prioritetlərdən birinə çevrilməlidir”, - deyə T.Məmmədov əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

F.R.Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilməsi haqqında

00:30
12 Sentyabr

"Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında

00:28
12 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi" publik hüquqi şəxsin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

00:27
12 Sentyabr

Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı  

00:25
12 Sentyabr

“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 609 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:24
12 Sentyabr

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 375-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:22
12 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 14 mart tarixli 58 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nda dəyişiklik edilməsi haqqında

00:20
12 Sentyabr

Əhali kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına xərcləri 33,4 faiz artırıb

19:43
11 Sentyabr

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 faizədək artıb

19:30
11 Sentyabr

İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib

19:13
11 Sentyabr

Qafqaz romantizminin nakam şairi: Nikoloz Barataşvili və Azərbaycan

19:10
11 Sentyabr

ABŞ-də 11 sentyabr terror aktlarının 25-ci ildönümü qeyd olunur

19:07
11 Sentyabr

Diplomatik korpusun nümayəndələri Şuşada YENİLƏNİB 

19:00
11 Sentyabr

Azərbaycan komandası çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirinə qələbə ilə başlayıb

18:55
11 Sentyabr

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib

18:47
11 Sentyabr

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

18:30
11 Sentyabr

SOCAR Bakı İqlim Fəaliyyəti Həftəsində metan emissiyalarının azaldılması strategiyasını təqdim edib

18:23
11 Sentyabr

Azərbaycan muzeylərinin nadir eksponatları: Devis kvadrantı – əsrlər əvvəl dənizçilər Günəşə əsasən yolu necə tapırdılar?

18:15
11 Sentyabr

Ermənistanın mina xəritələrini təqdim etməməsi müharibə fəsadlarının aradan qaldırılmasını çətinləşdirir 

17:49
11 Sentyabr

Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir

15:11
11 Sentyabr

Xankəndidə “Regional məşğulluq ekosisteminin qurulması: İşəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa keçirilir

14:45
11 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!