11 Sentyabr 2026 15:11
228
SİYASƏT
A- A+
Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir

Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir


Qazaxıstanlı həmkarının dəvəti əsasında Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 10-da Qazaxıstanın Türküstan şəhərinə rəsmi səfərə gəlib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Qazaxıstanın Baş prokuroru Berik Asılovla ikitərəfli görüşdə ev sahibi dövlətlərimiz arasında müxtəlif istiqamətlər üzrə ardıcıl şəkildə genişlənən əməkdaşlığın, xüsusilə prokurorluq orqanları arasında formalaşmış sıx və səmərəli əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib.

Baş prokuror Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını bildirərək, təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan-Qazaxıstan münasibətlərinin siyasi, iqtisadi, ticari, nəqliyyat, mədəni və digər sahələrdə ardıcıl şəkildə inkişaf etdiyini vurğulayıb.

Baş prokuror bildirib ki, iki ölkə rəhbərinin siyasi iradəsi və qarşılıqlı etimada əsaslanan münasibətləri dövlətlərimiz arasında strateji tərəfdaşlığın və müttəfiqlik əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə verir. Bu baxımdan, avqustun 24-də 2022-ci ildə Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olduğunu qeyd edib. Bu prosesin Prokurorluq orqanları arasında əməkdaşlığa da münbit zəmin yaratdığını qeyd edən Kamran Əliyev həm ikitərəfli münasibətlər, həm də çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulamış, iki ölkənin prokurorluq orqanları arasında mövcud əməkdaşlığın gələcəkdə də davamlı şəkildə inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Baş prokuror, həmçinin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərinə qardaş Qazaxıstanın verdiyi dəstəyi xüsusi vurğulayıb. O, Qazaxıstan xalqının Azərbaycan xalqına hədiyyəsi olaraq Füzuli şəhərində inşa edilmiş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin martın 12-si 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə açılışını ölkələrimiz və xalqlarımız arasında möhkəm dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi qeyd edib.

Eyni zamanda, həmin tarixdə dövlət başçılarının Füzulidə inşa olunacaq Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olmalarını və bu layihənin icrasında Qazaxıstan şirkətinin də iştirakını iki ölkə arasında əməkdaşlığın işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində də uğurla davam etdirilməsinin göstəricisi kimi dəyərləndirib.

Görüş zamanı əməkdaşlığın perspektiv istiqamətləri və gələcək fəaliyyətin prioritetləri barədə fikir mübadiləsi aparılıb.

Daha sonra Baş prokuror Kamran Əliyev sentyabrın 11-də Türküstan şəhərində Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərin Baş Prokurorları Şurasının 5-ci iclasında iştirak edib.

Baş prokuror çıxışında mühüm tədbirin yüksək səviyyədə təşkilinə görə Baş prokuror Berik Asılova minnətdarlığını bildirib. O, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi şəhərsalma və memarlıq sahəsində qanunçuluğun təmin edilməsində prokurorluq orqanlarının rolu mövzusunda çıxış edib.

Baş prokuror qeyd edib ki, ölkəmiz iqtisadi cəhətdən inkişaf etdikcə şəhərlərimizin siması da dəyişərək modernləşib. Bununla paralel olaraq, Azərbaycan öz tarixi memarlıq mirasının və ənənələrinin qorunmasına da xüsusi həssaslıqla yanaşır. Bunun bariz nümunəsi kimi işğaldan azad edilmiş torpaqlarımızda mədəni tarixi abidələrimizin bərpası, eləcə də inşa edilən yeni infrastrukturun memarlıq irsimizin tələblərini rəhbər tutmaqla həyata keçirilməsini göstərmək olar. Qarabağın şəhərləri qardaş türk dövlətlərinin də yaxından iştirakı ilə müasir standartlar səviyyəsində yenidən qurulur. Bundan əlavə, ölkəmiz bu təcrübəni beynəlxalq miqyasa da daşıyır. Belə ki, cari ildə paytaxtımızda keçirilmiş BMT Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına ev sahibliyi edib və digər sahələrdə olduğu kimi, bu sferada da qlobal səylərin dəstəklənməsinə öz sadiqliyini göstərib. Şəhərsalma sahəsində qəbul edilən qərarların uzunmüddətli və çox tərəfli təsirlərindən bəhs edən Baş prokuror bu prosesdə prokurorluq orqanları tərəfindən həyata keçirilən kompleks tədbirlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbir çərçivəsində, həmçinin Türkiyə Respublikasının Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi heyətlə ikitərəfli görüş keçirilib. Görüşdə ölkələrimiz arasında tarixi qardaşlıq münasibətlərinin, xüsusilə dövlət başçılarımız İlham Əliyev və Rəcəb Tayyib Erdoğan arasındakı dostluq əlaqələrinin Türk dünyasının birliyinin möhkəmlənməsinin təməlində durması vurğulanıb. Daha sonra prokurorluq arasında əməkdaşlıqla bağlı qarşılıqlı maraq kəsb edən məsələlər, eyni zamanda, birgə beynəlxalq tədbirlərin təşkili ətrafında fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin səfəri davam edir. Tədbir çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanın mina xəritələrini təqdim etməməsi müharibə fəsadlarının aradan qaldırılmasını çətinləşdirir 

17:49
11 Sentyabr

Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir

15:11
11 Sentyabr

Xankəndidə “Regional məşğulluq ekosisteminin qurulması: İşəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa keçirilir

14:45
11 Sentyabr

“BBC”: Yaxın Şərqdəki gərginlik səbəbindən neft, qaz və borclanma xərcləri artıb

14:30
11 Sentyabr

Almaniyada inflyasiya son 2,5 ilin ən yüksək həddinə çatıb

14:23
11 Sentyabr

Süni intellekt modellərinin bioloji silahlar üçün istifadə olunduğu hallar aşkarlanıb

14:17
11 Sentyabr

Filippində yanğın baş verən gəmidə xilasetmə işləri davam edir

14:13
11 Sentyabr

İqlim dəyişikliyi Afrikada malyariya xəstəliyinin yayılma xəritəsini dəyişir

14:05
11 Sentyabr

“AzərEnerji”: Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan şəhəri istiqamətində elektrik verilişi xəttinin layihələndirilməsi üzrə işlər görülüb

14:00
11 Sentyabr

Türkiyə-Azərbaycan V Enerji Forumunun Protokolu imzalanıb

13:55
11 Sentyabr

Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olundu

13:48
11 Sentyabr

BƏƏ Almaniya iqtisadiyyatına 46 milyard dollar investisiya qoyacaq

13:40
11 Sentyabr

Cəmiyyətdə təşvişi və özünü uğursuz hiss etmə duyğusunu artıran səbəb 

13:33
11 Sentyabr

Xroniki stress ürək tutmasına səbəb ola bilər: kardioloqdan mühüm xəbərdarlıq

13:27
11 Sentyabr

Elçin Yusubov: "Xankəndidə yeni tikililərin inşası üçün layihələndirmə işlərinə başlanılıb"

13:22
11 Sentyabr

Hava əsasən yağmursuz keçəcək

13:17
11 Sentyabr

Hikmət Hacıyev: "Terrordan müdafiə və terrora qarşı mübarizə üzrə beynəlxalq alyansa qoşulan ilk ölkələrdənik"

13:10
11 Sentyabr

Hikmət Hacıyev: "2020-ci ildən etibarən 45-dən çox yaşayış məntəqəsi yenidən qurularaq keçmiş məcburi köçkünlərin istifadəsinə verilib"

13:03
11 Sentyabr

Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

13:00
11 Sentyabr

Hikmət Hacıyev: Mədəni irsin bərpası, tikintisi və qorunması üçün əlavə səylər göstərməyə davam edilir

12:47
11 Sentyabr

Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu işə başlayıb

12:45
11 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!