11 Sentyabr 2026 17:49
177
SİYASƏT
A- A+
Ermənistanın mina xəritələrini təqdim etməməsi müharibə fəsadlarının aradan qaldırılmasını çətinləşdirir 

Ermənistanın mina xəritələrini təqdim etməməsi müharibə fəsadlarının aradan qaldırılmasını çətinləşdirir 


Müharibə bitsə də, onun ağır fəsadları və acıları hələ də davam edir. Azərbaycan xalqı bu gün də müharibənin ağır nəticələri ilə üz-üzədir və mina təhlükəsi insanların həyat və sağlamlığı üçün ciddi təhdid olaraq qalır.

Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov AZƏRTAC-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, müharibənin başa çatmasından sonra Azərbaycanda 400-dən artıq insan mina qurbanına çevrilib. Bu isə Azərbaycan vətəndaşlarının həyatını ciddi təhlükə altında qoyan və narahatlıq doğuran mühüm məsələlərdəndir.

“Müharibənin nəticələrinin aradan qaldırılması istiqamətində mühüm işlər görülsə də, mina təhlükəsi bu proses qarşısında ciddi problemlər yaradır. Məsələnin əsas ağır tərəflərindən biri Ermənistanın bu günədək Azərbaycana mina xəritələrini təqdim etməməsidir. Bu isə Azərbaycanda mina təhlükəsinin aradan qaldırılması prosesində əlavə problemlər yaradır. 400-dən artıq insanın mina qurbanı olması kifayət qədər böyük bir rəqəmdir və ciddi narahatlıq üçün əsas yaradan məsələdir. Təəssüf ki, Ermənistan bu məsələdə də öz üzərinə düşən addımları atmır və biz bu ağrı-acını yaşamağa davam edirik”, - deyə deputat bildirib.

O qeyd edib ki, Ermənistan mina xəritələrini Azərbaycana təqdim etsəydi, hazırda tamamilə fərqli vəziyyətin şahidi olmaq mümkün idi. Lakin xəritələrin təqdim olunmaması müharibənin nəticələrinin tam şəkildə aradan qaldırılmasını çətinləşdirir.

C.Məmmədov hesab edir ki, bu məsələdə beynəlxalq qurumların üzərinə də böyük məsuliyyət düşür: “Beynəlxalq qurumlar birmənalı şəkildə Ermənistandan mina xəritələrini Azərbaycana təqdim etməyi tələb etməlidirlər. Ermənistana qarşı bu istiqamətdə əsaslı addımlar atılmalı, mina xəritələrinin Azərbaycana təqdim edilməsi təmin olunmalıdır. Bu xəritələr bizim üçün strateji əhəmiyyət daşıyır. Burada iki əsas istiqamətə diqqət yetirmək lazımdır. Birincisi, Ermənistana təzyiqin artırılması, ikinci isə beynəlxalq əməkdaşlığın gücləndirilməsidir. Məqsəd mina probleminə beynəlxalq diqqətin daha da artırılması və bu məsələnin dünya birliyinin gündəmində saxlanılmasıdır”.

Deputat, eyni zamanda, davamlı maarifləndirmə və məlumatlandırma işlərinin aparılmasının vacibliyinə toxunub. O bildirib ki, əhalinin mina təhlükəsi barədə məlumatlandırılması, insanların zəruri təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə həm insanların təhlükəsizliyinin təmin olunması, həm də dünya birliyinin mina probleminə diqqətinin artırılması üçün ardıcıl və məqsədyönlü iş aparılmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanın mina xəritələrini təqdim etməməsi müharibə fəsadlarının aradan qaldırılmasını çətinləşdirir 

17:49
11 Sentyabr

Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir

15:11
11 Sentyabr

Xankəndidə “Regional məşğulluq ekosisteminin qurulması: İşəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa keçirilir

14:45
11 Sentyabr

“BBC”: Yaxın Şərqdəki gərginlik səbəbindən neft, qaz və borclanma xərcləri artıb

14:30
11 Sentyabr

Almaniyada inflyasiya son 2,5 ilin ən yüksək həddinə çatıb

14:23
11 Sentyabr

Süni intellekt modellərinin bioloji silahlar üçün istifadə olunduğu hallar aşkarlanıb

14:17
11 Sentyabr

Filippində yanğın baş verən gəmidə xilasetmə işləri davam edir

14:13
11 Sentyabr

İqlim dəyişikliyi Afrikada malyariya xəstəliyinin yayılma xəritəsini dəyişir

14:05
11 Sentyabr

“AzərEnerji”: Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan şəhəri istiqamətində elektrik verilişi xəttinin layihələndirilməsi üzrə işlər görülüb

14:00
11 Sentyabr

Türkiyə-Azərbaycan V Enerji Forumunun Protokolu imzalanıb

13:55
11 Sentyabr

Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olundu

13:48
11 Sentyabr

BƏƏ Almaniya iqtisadiyyatına 46 milyard dollar investisiya qoyacaq

13:40
11 Sentyabr

Cəmiyyətdə təşvişi və özünü uğursuz hiss etmə duyğusunu artıran səbəb 

13:33
11 Sentyabr

Xroniki stress ürək tutmasına səbəb ola bilər: kardioloqdan mühüm xəbərdarlıq

13:27
11 Sentyabr

Elçin Yusubov: "Xankəndidə yeni tikililərin inşası üçün layihələndirmə işlərinə başlanılıb"

13:22
11 Sentyabr

Hava əsasən yağmursuz keçəcək

13:17
11 Sentyabr

Hikmət Hacıyev: "Terrordan müdafiə və terrora qarşı mübarizə üzrə beynəlxalq alyansa qoşulan ilk ölkələrdənik"

13:10
11 Sentyabr

Hikmət Hacıyev: "2020-ci ildən etibarən 45-dən çox yaşayış məntəqəsi yenidən qurularaq keçmiş məcburi köçkünlərin istifadəsinə verilib"

13:03
11 Sentyabr

Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

13:00
11 Sentyabr

Hikmət Hacıyev: Mədəni irsin bərpası, tikintisi və qorunması üçün əlavə səylər göstərməyə davam edilir

12:47
11 Sentyabr

Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu işə başlayıb

12:45
11 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!