13 Avqust 2026 08:50
745
Mədəniyyət
A- A+
Alovlu satirik, tanınmış ədəbiyyatşünas və tərcüməçi

Alovlu satirik, tanınmış ədəbiyyatşünas və tərcüməçi


XX əsr Azərbaycan ədəbi fikrinin görkəmli müəlliflərindən biri də tanınmış şair, ədəbiyyatşünas və tərcüməçi Əli Nəzmidir. Mirzə Ələkbər Sabir ədəbi məktəbinin fəal davamçılarından olan şair  ömrünün 50 ilini bədii yaradıcılığa həsr edib. Sələfləri kimi xalqımızın azadlığı, Azərbaycanın milli müstəqilliyi və tərəqqisi, mədəniyyəti və maarifinin inkişafı yolunda mübarizə aparıb.

Əli Məhəmməd oğlu Məmmədzadə (Əli Nəzmi) 1878-ci ildə Gəncə yaxınlığındakı Sarov (Sərab) kəndində yoxsul bir ailədə dünyaya göz açıb. İbtidai təhsilini mollaxanada alan Əli sonra rus-tatar məktəbində oxuyur. Ancaq atasının vaxtsız vəfatı üzündən təhsilini davam etdirə bilmir. Ailəsinə kömək məqsədilə yaxın qohumu onu özü ilə Buxara və Səmərqəndə aparır. Orada 2 ilə yaxın dükanda şagird iləyən Əli mütaliə yolu ilə təhsilini və bilgisini artırır, klassik Şərq ədəbiyyatını dərindən öyrənir. Hətta "Bikəs" təxəllüsü ilə şeirlər yazır. 

Əli Vətənə qayıtdıqdan sonar tez-tez Tiflisə gedir, yenicə nəşrə başlayan "Şərqi-rus"un redaksiyasına gəlir və M.Şahtaxtinski ilə tanış olur. İlk mətbu əsəri "Kənddə ibtida" şeiri 1904-cü ildə "Şərqi-Rus" qəzetində dərc olunur. Bundan sonra qəzetdə ara-sıra şeir və məqalələri çap edilir. Növbəti gəlişlərindən birində elə həmin redaksiyada Mirzə Cəlil və Ömər Faiq Nemanzadə ilə tanış olur. Bu tanışlıq sonralar möhkəm dostluğa çevrilir. "Molla Nəsrəddin" jurnalı öz qayəsi ilə onun diqqətini çəkir. O, ilk dəfə bu jurnalla əməkdaşlığa 1906-cı ildə "Əlidəyənəkli" imzası ilə kiçik bir məktubla (bəzi tədqiqatçılar bunu felyeton da adlandırırdılar) başlayır. 

O zaman ölkədə baş verən inqilabi  hərəkat (1905-1907) ona böyük təsir edir, yaradıcılığında dönüş yaradır.  Satirik şeirləri "Məşədi Sijimqulu" və "Kefsiz" imzası ilə jurnalda işıq üzü görür. Qələmə aldığı "İstibdad", "Qorxuram", "Olacaqmı", "Sizə nə", "Ey füqarə", "Od tutub odlandı vətən" və başqa  şeirlərində mütləqiyyətə, müstəmləkəçilik siyasətinə, dini fanatizmə və geriliyə qarşı azadlıq ideyalarını təbliğ edir. Şeirləri cəmiyyətdə birmənalı qarşılanmayan şair doğma kəndində təqib olunduğuna görə ailəliklə Gəncəyə köçür. Əsərlərini "Ə.S.Əlidəyənəkli", "Həcamətverdi",  "Sərsəm",  "Qanacaqsız", "Şəmşir", "Şəmşirək", "Peşiman qoca", "Gəncə cavanları", "Müt-şair", "Şallax", "Kav-mahi", "Qoca zığ-zığ", "Papiros-çəkən" və s. gizli imzalarla dərc etdirir. Qələm yoldaşları arasında "Molla Nəsrəddin" ədəbi məktəbinin görkəmli nümayəndəsi kimi tanınır.

Çarizmin müstəbidliyi, millətlərə qarşı sonsuz zülmü Əli Nəzminin 1920-ci ilə qədərki yaradıcılığında kədərli bir dillə təsvir olunur. Şair "Bu da bir bahar" əsərində vətən yaralarını ümidsiz və qəmli notlarla qələmə alır. 


Qırmızı qan ilə əlvandır bu gün lövhi-vətən,

Çəngi-istibdaddə qəbz olmada ruhi-vətən.


Azadlıq ümidinin nəticəsi və irticanın qara əlləri ilə hər şeyin alt-üst edildiyini görən müəllif yazır:


Od tutub odlandı vətən sərbəsər

Olmadı övladi-vətən bəxtəvər.


Görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin"də Əli Nəzmi haqqında məqaləsində yazır: "O vaxt biz məcmuəmizin 12-ci nömrəsində "Quli-biyabani" sərlövhəli bir məqalə ilə varlılarımıza  tənəli bir xitab dərc etdik. Ta ki ondan bir neçə vaxt sonra Sabirin "Tömeyi-nahar"ı bizim səsimizə səs verdi. Bununla da Məşədi Sijimqulu Kefsiz də meydana çıxdı. M.Ə.Sabirin "Tömeyi-nahar"ına cavab olaraq "Çayda çapan qardaşım, ağlama, ağları gör" mətləli şeirini göndərdi. Məşədi Sijimqulunu  ilk dəfə məcmuəmizdə nəzm ilə danışdıran, onun təbii şeirini büruzə verən həmən "Tömeyi-nahar" oldu..." 

Mirzə Cəlilin bu fikrini sonralar ədəbiyyatşünas alim Mir Cəlal təsdiq edərək yazırdı: "İmza atmasa Sabir ilə Əli Nəzminin şeirlərini bir-birindən ayırmaq çox çətindir".

Ə.Nəzmi satirik şeirdə məharət sahibi olduğunu göstərir. Müraciət etdiyi mövzular, demək olar ki, Sabir yaradıcılığı ilə eyniyyət təşkil edir. Onun xurafatçıları, xalqı aldadan falçıları və s. həcv edən şeirlərində Sabir ruhu duyulur. Sabirin vəfatından sonra "Molla Nəsrəddin"də, eləcə də "Məzəli", "Zənbur", "Tuti" və başqa mətbu orqanlarda ən yaxşı satirik şeirlər yazan Ə.Nəzmi olub.

Şair "İrsi xəbər" (Ata irsi), "Gülürəm", "Yorğun bir baxış" şeirlərində bir rəssam kimi cəhalət və  nadanlığın mənzərəsinin ibrətli  təsvirini verib. "Ədəbiyyat, yaxud minacat" satirasında qəzetlərdən qorxub küyə düşən köhnəpərəstləri, "Məzəli" şeirində İran hökmdarı Məhəmmədəli şahı tənqid atəşinə  tutub.

Ə.Nəzmi Gəncədə uzun müddət müəllim işləyib. 1924-1926-cı illərdə "Yeni Gəncə" qəzeti redaksiyasında, bir müddət sonra Bakıya köçərək "Kəndli" qəzeti və "Molla Nəsrəddin"də məsul katib kimi çalışıb. Ədib "Məlimat", "Tərəqqi", "Yeni irşad", "Günəş", "Qardaş köməyi" kimi qəzet və jurnallarla da əməkdaşlıq edib. Bu mətbu orqanlardandakı çıxışlarından məlum olur ki, Ə.Nəzmi təkcə satirik şeirlər deyil, eyni zamanda nəsrlə də maraqlanmış, publisistik məqalələr və felyetonlar da yazmışdır.

1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair İkinci Dünya müharibəsi dövründə  alman faşizminə qarşı kəskin satirik əsərlər qələmə alıb. O, həmçinin tərcüməçiliklə də məşğul olub, N.Gəncəvi, Ə.Firdovsi, İ.Krılov kimi sənətkarlardan tərcümələr edib. Eyni zamanda dəyərli ədəbi-tənqidi məqalələri  işıq üzü görüb. 

XX əsr Azərbaycan ədəbiyyatı və mətbuatından bəhs edən "Keçmiş günlər" (1944) adlı mənzum xatirə yazıb. 

Əli Nəzmi 4 yanvar 1946-cı ildə 68 yaşında vəfat edib.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

22:16
13 Sentyabr

İsveçdə seçki günü 500-ə yaxın insident qeydə alınıb

22:01
13 Sentyabr

"Turan Tovuz" xal itirib, "Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşməyib

21:23
13 Sentyabr

Tramp Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa çağırıb

20:51
13 Sentyabr

Rusiya-Ukrayna müharibəsindən sonra yaranan enerji böhranı Almaniyaya 50,4 milyard avroya başa gəlib

20:49
13 Sentyabr

Nazir: Çimərlik polosu üzrə beynəlxalq yarış ölkəmizdə çox uğurla təşkil olundu

20:17
13 Sentyabr

Macarıstanda dizel yanacağı bahalaşıb, hökumət sürücülərə dəstək göstərmək məcburiyyətində qalıb

19:49
13 Sentyabr

Türkdilli dövlətlərin Vəkillər kollegiyaları arasında əməkdaşlıq genişləndirilir

19:31
13 Sentyabr

TDT-yə üzv ölkələrin nümayəndələri Seyid Yəhya Bakuvinin türbəsini və Tolerantlıq Evini ziyarət ediblər

19:11
13 Sentyabr

Azərbaycan təmsilçisi "Sea Breeze 2026" turnirinin qalibi olub – YENİLƏNİB 2

18:59
13 Sentyabr

Hakan Fidan: Türkiyə Prezidenti yaxın vaxtlarda Suriyaya səfər edəcək YENİLƏNİB

18:19
13 Sentyabr

Nəcibə Arif: Pakistan Ədəbiyyat Akademiyasında Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tərcümə işləri davam etdirilir

14:52
13 Sentyabr

İstanbul aeroportunda yeni uçuş-enmə zolağı istifadəyə veriləcək

14:01
13 Sentyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

13:17
13 Sentyabr

Si Cinpin Qlobal Cənubu beynəlxalq hüququ birgə dəstəkləməyə çağırıb

11:34
13 Sentyabr

Hörmüz boğazında İrana məxsus mülki gəmi vurulub

10:07
13 Sentyabr

Vanuatuda gəminin batması nəticəsində 30 nəfər itkin düşüb

09:48
13 Sentyabr

Peskov: G20 sammitində Putin ilə Zelenski arasında görüş qeyri-mümkündür

07:01
13 Sentyabr

Azərbaycanın Qarsdakı baş konsulu diaspor nümayəndələri ilə görüşüb

22:06
12 Sentyabr

İDMAN Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçirilib

21:37
12 Sentyabr

Media: Azərbaycan-Mərakeş münasibətləri çoxşaxəli tərəfdaşlıq mərhələsinə qədəm qoyub

21:18
12 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!