20 Sentyabr 2026 15:10
1160
CƏMİYYƏT
A- A+
Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  


Bu gün Ümumdünya Təmizlik Günüdür.

AZƏRTAC xəbər verir ki, BMT Baş Assambleyasının 2023-cü il dekabrın 8-də qəbul etdiyi 78/122 saylı qətnaməyə əsasən, hər il sentyabrın 20-si Ümumdünya Təmizlik Günü kimi qeyd olunur.

Qeyd edək ki, artıq uzun illərdir dünyanın müxtəlif ölkələrində milli, regional və yerli hakimiyyət orqanları, eləcə də icmalar ərazilərin təmizlənməsi ilə bağlı tədbirlər keçirirlər. Belə ekoloji aksiyalardan biri olan Ümumdünya Təmizlik Günü də dünyanın bir çox ölkəsində hər il sentyabrın üçüncü şənbə günü keçirilirdi. Aksiyanın məqsədi ərazilərin tullantılardan təmizlənməsi və onların davamlı şəkildə təmiz saxlanılması üçün geniş ictimaiyyətin, medianın, dövlət və biznes strukturlarının səylərini birləşdirməkdir.

Həmin aksiyanın tarixi 2008-ci ildə Estoniyada yaranmış “Gəlin edək!” (Let’s Do It!) hərəkatından başlayır. Həmin il 50 min könüllü 5 saat ərzində ölkə ərazisini 10 min ton tullantıdan təmizləyərək onları utilizasiya və təkrar emala göndərib. Bir neçə il sonra aparılan monitorinq göstərib ki, kütləvi təmizlik aksiyasından sonra ərazilərin çirklənmə səviyyəsi 75 faiz azalıb.

Aksiya xammalın qəbulu məntəqələri barədə məlumat portalının yaradılmasına, paket və qablaşdırmadan istifadənin azaldılması ilə bağlı məlumatlandırma kampaniyasının keçirilməsinə, uşaqlar və böyüklər üçün ekoloji maarifləndirmə tədbirlərinin təşkilinə, eləcə də yaxşı vəziyyətdə olan əşyaların təhvil verilə biləcəyi mağazalar şəbəkəsinin yaradılmasına təkan verib. Aksiya əhalini ekoloji təşəbbüslərin həyata keçirilməsinə ruhlandırıb və insanlara necə yaşayacaqlarının məhz özlərindən asılı olduğunu göstərib.

Həmin uğurlu təcrübə digər ölkələri də ruhlandırıb. 2008-ci ildən etibarən 116 ölkədə bu cür aksiyalar keçirilib, 20 milyon insanın iştirakı ilə 560 min ton tullantı toplanıb. 2018-ci ildə aksiya ilk dəfə 158 ölkədə vahid gündə keçirilib və bundan sonra hər il sentyabrın üçüncü şənbə günü təşkil olunub. Lakin 2023-cü ilin dekabrında BMT bu aksiyanı beynəlxalq günlər siyahısına daxil edib və kampaniyanın tarixini sentyabrın 20-si olaraq müəyyənləşdirib.

Ənənəvi olaraq, bu könüllü vətəndaş aksiyası çərçivəsində kütləvi iməciliklərin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur və burada hər kəs iştirak edə bilər. Təmizlik işləri zamanı əsas diqqət təbii ərazilərə – meşələrə, talalara, su hövzələrinin sahillərinə yönəldilir. Tullantıların toplanması zamanı isə mümkün olduğu hallarda onların çeşidlənməsi təşkil edilir.

Bundan əlavə, aksiyanın yerli təşkilatçıları maarifləndirici tədbirlər keçirir, tullantıların idarə olunmasının müasir sistemini, tullantıların çeşidlənməsini və təkrar emalını, ekoloji həyat tərzini, fərdi və ictimai ekoloji izin azaldılmasını, eləcə də davamlı inkişafı təşviq edirlər.

Ümumilikdə, Ümumdünya Təmizlik Günü çərçivəsində keçirilən tədbirlərdə dünyanın 211 ölkəsindən 114 milyondan çox insan iştirak edir.

BMT, həmçinin bütün üzv dövlətləri, Birləşmiş Millətlər Təşkilatı sisteminə daxil olan təşkilatları, digər beynəlxalq və regional təşkilatları, eləcə də vətəndaş cəmiyyəti, özəl sektor və elmi dairələr də daxil olmaqla, digər aidiyyəti maraqlı tərəfləri davamlı inkişafın təmin olunması baxımından bu günün əhəmiyyəti barədə məlumatlılığın artırılmasına yönəlmiş tədbirlər təşkil etməklə tarixi fəal şəkildə qeyd etməyə çağırır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq.

Ümumdünya Təmizlik Günü təmiz və sağlam ətraf mühitin qorunması, eləcə də tullantıların və resursların davamlı idarə olunması istiqamətində kollektiv məsuliyyətimizi vurğulayır.

Bu il Ümumdünya Təmizlik Günü "Təmiz boşqablardan təmiz şəhərlərə” devizi altında qeyd olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İDMAN Premyer Liqa: "Sabah" - "Qarabağ" oyununda qalib müəyyənləşməyib

20:11
25 Oktyabr

Azərbaycanın daha bir yunan-Roma güləşçisi dünya çempionatında qızıl medal qazanıb

19:25
25 Oktyabr

Azərbaycanın yunan-Roma güləşçisi beşqat dünya çempionu olub

17:31
25 Oktyabr

Rusiya Ordusunun radar stansiyasına, komandanlıq-müşahidə məntəqələrinə hava zərbləri endirilib

14:57
25 Oktyabr

Zelenski: Ukraynanın 9 bölgəsinin enerji infrastrukturuna ziyan dəyib

14:43
25 Oktyabr

Dünya çempionatı: Azərbaycan millisindən növbəti qələbə

14:01
25 Oktyabr

“Euronews” Azərbaycanın AQEM-ə sədrliyi və təşkilatın regional əməkdaşlıqdakı rolu barədə videosüjet hazırlayıb

13:57
25 Oktyabr

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

12:51
25 Oktyabr

Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb  

12:13
25 Oktyabr

Brüsseldə azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası  

12:09
25 Oktyabr

Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb 

12:02
25 Oktyabr

Qubadlıda yaradılan müasir infrastruktur əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir  

11:56
25 Oktyabr

“Turandot” – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera

10:44
25 Oktyabr

Qubadlının azad edilməsi dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi

10:37
25 Oktyabr

Qubadlıya öz sahibləri qayıdıb

09:43
25 Oktyabr

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!