31 May 2025 09:30
723
SİYASƏT
A- A+
Vətənpərvər gəncliyimiz dünyada Azərbaycanın səsinə çevrilib

Vətənpərvər gəncliyimiz dünyada Azərbaycanın səsinə çevrilib


Azərbaycanda həyata keçirilən uğurlu dövlət gənclər siyasətinin, gənclərimizə göstərilən yüksək qayğı və diqqətin nəticəsidir ki, onlar ölkəmizdə ictimai həyatın bütün - istər siyasi, iqtisadi, humanitar, sosial, istərsə də hərbi sahə olsun, öndərlikləri ilə seçilirlər. 

Müasir, müstəqil Azərbaycanın dinamik inkişafında mühüm rol oynayan gənclərin potensiallarından səmərəli istifadə sayəsində respublikamız hərtərəfli və mühüm nailiyyətlər qazanır. 44 günlük Vətən müharibəsində gənclərimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək həm hərb meydanında, həm də informasiya müharibəsində igidliklə savaşaraq Zəfər tarixi yazmalarını dünya heyrətlə izlədi. Bilikli, istedadlı gənclərimiz hər zaman ölkəmizi beynəlxalq arenalarda qazandıqları parlaq qələbələri ilə sevindirir, eyni zamanda Azərbaycanı müxtəlif xarici platformalarda çox böyük uğurla təmsil edirlər, respublikamızın dünyada təbliği istiqamətində əhəmiyyətli işlər gerçəkləşdirirlər. 

Belə fəal gənclərimizdən biri də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) idarə heyətinin üzvü, Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Nicat Əliyevdir. 


Gənclərimizin Tacikistanda təqdimatı böyük marağa səbəb olub


Gənc fəal Nicat Əliyev ölkəmizi xarici ölkələrdə dəfələrlə layiqincə təmsil edib. 2024-cü il 26 noyabr 1 dekabr tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq Tarix Olimpiadasında qalib gələn gənclərdən biri olub. 

2024-cü il 1-7 mart tarixlərində Rusiyanın "Sirius" Federal Ərazisində (Soçi yaxınlığında) Ümumdünya Gənclər Festivalında Azərbaycanı layiqincə təmsil edib. O, fərqli ölkələrdən olan gənclərin bir araya gəldiyi "Dünya Gənclər Festivalı 2024"-də müxtəlif yüksəksəviyyəli silsilə tədbirlərdə fəal iştirak edib, ölkəmizlə bağlı həqiqətlərin dünyanın dörd bir tərəfindən gəlmiş gənclər vasitəsilə beynəlxalq arenaya çatdırılması üçün fəallıq göstərib.

O, bu günlərdə Azərbaycanı növbəti dəfə xarici ölkədə müvəffəqiyyətlə təmsil edib, Tacikistanda "Qələbənin Varisləri" Beynəlxalq Elmi Konfransında iştirak edib. Konfrans 18-25 may tarixlərində Tacikistanın Təhsil Nazirliyi, "Gənclər Evi" və IFESCCO-nun birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə Nicat Əliyevlə yanaşı, gənc fəallar Yusif Həsənov, Ruslan Sleptsov, Nigar Hüseynova, Nəzrin Süleymanova, Afaq Məmmədova iştirak ediblər.

Nicat Əliyev məlumat verdi ki, Konfransda MDB-yə üzv doqquz dövlətin - Azərbaycandan, Belarusdan, Rusiyadan, Tacikistandan, Özbəkistandan, Ermənistandan, Türkmənistandan, Qazaxıstandan, Qırğızıstandan olan fəal gənclər iştirak ediblər: "Konfransda gənclərə həm ölkələrin öz mədəniyyətlərini, həm də İkinci Dünya müharibəsində qazanılan qələbəyə verdikləri töhfələrini təqdim etmələri üçün şərait yaratmışdılar. "Azərbaycan Mədəniyyət Günü" konfransın ilk günündə, açılış tədbiri baş tutduqdan sonra keçirildi. Burada ölkəmizin milli mətbəxini, musiqisini və rəqslərini nümayiş etdirdik". 

Onun sözlərinə görə, Azərbaycan milli mədəniyyətinin təqdimatı digər ölkələrin təmsilçiləri tərəfindən böyük marağa səbəb olub: "Hətta bəzi ölkələrlə oxşarlıq təşkil edən musiqilər, yaxud xörəklər olsun, Azərbaycan özünəməxsusluğu, fərqliliyi ilə dərhal diqqət çəkirdi. Nümayəndə heyətimiz tərəfindən ölkəmiz haqqında təşkil edilən müsabiqələrdə aktivlik göstərən xarici ölkələrdən olan iştirakçılar hədiyyələr qazandılar. Qalibləri mədəni irsimizi əks etdirən kiçik xatirə hədiyyələri ilə mükafatlandırırdıq ki, bütün bunlar ölkəmizin təbliğatı qayəsini daşıyırdı". 


Azərbaycan töhfəsi 


"Qələbənin varisləri" beynəlxalq elmi konfransın çərçivəsində keçirilən rəsmi tədbirdə isə hər bir ölkənin ayrılıqda İkinci Dünya müharibəsindəki rolundan bəhs olunub. Nicat Əliyev hazırladığı videoçarx vasitəsilə Azərbaycanın İkinci Dünya müharibəsində həm ön, həm arxa cəbhədə göstərdiyi misilsiz  qəhrəmanlıqlar barədə ətraflı məlumat verib: "İkinci Dünya müharibəsində 600 min oğul və qızını ön cəbhəyə yola salan Azərbaycanın diviziyaları Qafqazdan Berlinədək qəhrəmanlıqlarla dolu döyüş yolu keçiblər. Eyni zamanda yüzlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində faşizmə qarşı uğurlu mübarizə aparıb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə və digər qəhrəmanlarımız adlarını tarixə qızıl hərflərlə həkk ediblər. İkinci Dünya müharibəsində Azərbaycan xalqı həm də arxa cəbhədə gecə-gündüz çalışaraq düşmənlə mübarizəyə mühüm töhfələr verib. Bu qələbədə Azərbaycan nefti həlledici rol oynayıb və həmin vaxt respublikamız sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təmin edilib. Tam əminliklə deyə bilərik ki, əgər Azərbaycan nefti olmasaydı, müharibənin necə nəticələnəcəyi, SSR-nin qalib gəlməsi sual altına düşə bilərdi. Bütün bu gerçəkləri ətraflı şəkildə konfrans iştirakçılarının da diqqətinə çatdırdım".

Nicat Əliyev söylədi ki, Tacikistanda keçirilən adıçəkilən konfrans həm də o baxımdan əhəmiyyətli olub ki, onlar burada müxtəlif ölkələrdən gələn gənclərlə əlaqələr qurublar, gələcəkdə birgə tədbirlərin, layihələrin həyata keçirilməsi üçün fikir mübadiləsi aparıblar: "MDB məkanında beynəlxalq əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi məsələləri, strateji istiqamətlərin işlənib hazırlanması və həyata keçirilməsi prosesində gənc mütəxəssislərin aktiv iştirakı, yeni layihə təşəbbüsləri barədə müzakirələr apardıq". 

Nicat Əliyev həm də dövlətimizin milli hədəfi olan Qərbi Azərbaycana qayıdışın gerçəkləşdirilməsi üçün bu istiqamətdə də fəal iş həyata keçirir: "Bu, ölkəmizin prioritet mövzusudur. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında da əks olunduğu kimi, tarixi yurdlarımıza sülh yolu ilə ləyaqətli və dinc şəkildə qayıtmaq planlaşdırılır. Əminik ki, necə ki Qarabağ və Şərqi Zəngəzura qayıdış həyata keçirilib, vaxtilə indiki Ermənistan ərazisindən deportasiya edilən soydaşlarımız da tezliklə dədə-baba torpaqlarına qayıdacaqlar". 

Göründüyü kimi, vətənpərvər gəncliyimiz Azərbaycan adını dünyada tanıtdırmaq, həqiqətlərimizi təbliğ etmək, milli maraqlarımızı müdafiə etmək üçün beynəlxalq platformalarda fəallıq nümayiş etdirir, böyük əzm və səylə çalışırlar. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!