03 Noyabr 2022 01:21
1198
CƏMİYYƏT
A- A+
"Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru"

"Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru"

 

44 günlük Vətən müharibəsində tarixi Zəfərimizin ildönümünə həsr olunmuş "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının elmi müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilib. Kitab Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə nəşridir.
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov 44 günlük Vətən müharibəsinin tarixinə həsr olunmuş kitabda hadisələrin elə hadisə iştirakçılarının dilindən nəql olunduğunu, kitabın dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycan dili ilə yanaşı, rus və türk dillərində nəşr edildiyini, həmçinin digər xarici dillərdə də çap edilməsinin qərara alındığını söyləyib. Natiq kitabın ərsəyə gəlməsinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkür edib, il ərzində Mədəniyyət Nazirliyi ilə birgə beynəlxalq sərgilərdə təbliğat məqsədilə bu kitabın da nümayiş etdiriləcəyini, kitabxananın ehtiyat fondu vasitəsilə, həmçinin elektron versiyasının isə tam mətninin sayt vasitəsilə dünya oxucusuna çatdırılacağını diqqətə çatdırıb.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, layihənin rəhbəri Eldar Əzizov bildirib ki, bu kitab müharibə tarixinin ilk ümumiləşdirilməsi cəhdlərindən biridir. Kitab müharibənin əvvəlindən bu günədək olan bütün mərhələləri əhatə edir. Birinci Qarabağ müharibəsindəki məğlubiyyət, onun səbəbləri, Vətən müharibəsindəki qələbə kitabın hazırlanması prosesində iştirakçılar tərəfindən ətraflı araşdırılıb.
Eldar Əzizov proses iştirakçılarının özləri tərəfindən birbaşa yazılan bu kitabın şüarsız, emosiyasız reallığı oxuculara çatdırdığını, elmi-populyar xarakterli əsərin ingilis dili versiyasının da artıq hazır olduğunu söyləyib.
Natiq Vətən müharibəsində qazanılan şanlı Qələbənin dövlət başçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti sayəsində əldə olunduğunu qeyd edib.
"Biz bu dövrün müasirləri olaraq müharibə həqiqətlərini təhlil etməli və gələcək nəsillərə düzgün çatdırmalıyıq. Bu baxımdan "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının hazırlanması ideyası meydana gəldi və bu gün həmin kitab geniş ictimaiyyətə təqdim olunur", - deyə o bildirib.
O deyib ki, geniş auditoriya üçün nəzərdə tutulan kitab dövlət qurumları, ali və orta təhsil müəssisələrinə, kitabxanalara, Azərbaycanın aparıcı informasiya vasitələrinə təqdim olunub. Yəqin ki, bu ölkələrdə yaşayan ermənilər də bu kitab vasitəsilə İkinci Qarabağ müharibəsi həqiqətlərini öyrənəcəklər.
AMEA-nın prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli çıxışında Qarabağ Zəfərinin analoqunun olmadığını, Prezidentin bu tarixi Zəfərlə Azərbaycan tarixinə adını yazdırdığını söyləyib, zəfərin xalqımız üçün milli qürur mənbəyi olduğunu bildirib, qələbənin tam qiymətini verən bu kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib. O, kitabı 44 günlük müharibəni əks etdirən birinci monoqrafik tədqiqat əsəri adlandıraraq nəşrdə müharibəyə, sadəcə, müharibə kimi baxılmadığını, həmçinin müharibənin ermənilərin ərazi iddiaları fonunda qiymətləndirildiyini vurğulayıb. Natiq qeyd edib ki, Qarabağ zəfəri haqqında birinci elmi salnamə olan bu kitabda Ulu Öndərin Qarabağ probleminin həlli üçün qurduğu strategiya, ordu quruculuğu qiymətləndirilib, kitabın müəlliflərinin dövlət başçısının fəaliyyətinə analitik yanaşması, şəkillər və sənədlərlə hadisə və proseslər elmi şəkildə mükəmməl açılıb, xalqın birliyi sayəsində müharibənin qələbə ilə nəticələnməsi məsələsi əsaslandırılaraq verilib. O, A.A.Bakıxanov adına Tarix İnstitutunun tədqiqatçı alimlərinə böyük minnətdarlığını bildirib, kitabın gələcəkdə yaranacaq yeni əsərlər üçün əsaslı mənbə rolu oynayacağını vurğulayıb.
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli nazirlik tərəfindən vətənpərvərlik mövzusunda müsabiqələrin təşkil edildiyini, yeni əsərlərin meydana gəldiyini, habelə müzakirəsi keçirilən bu kitabın çoxdilli nəşrinin onun təbliği baxımından əhəmiyyətli olduğunu söyləyib, ilin sonunda Türkiyədə keçiriləcək beynəlxalq sərgidə və digər beynəlxalq sərgilərdə nümayiş olunacağını bildirib, əməyi keçənlərə qiymətli əsərə görə təşəkkür edib.
AMEA-nın Qafqazşünaslıq İnstitutunun baş direktoru, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü Musa Qasımlı dövlət başçımızın uzaqgörənliyi sayəsində qazanılan qələbəni əks etdirən kitabı təkcə bu günün deyil, gələcəyin kitabı adlandırıb, layihənin təşəbbüskarlarına və müəlliflərinə minnətdarlığını bildirib.
Kitabın elmi redaktoru, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov layihə rəhbərinin öz çıxışında kitabın konsepsiyasını obyektiv şəkildə şərh etdiyini söyləyib, 44 günlük müharibəni Azərbaycan hərb sənətinin təntənəsi adlandırıb, fundamental konsepsiya əsasında qurulan əsərin baş qəhrəmanı və əsas müəllifinin həm dövlət başçısı, həm də baş komandanımız Prezident İlham Əliyev olduğunu bildirib.
Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov kitabın ərsəyə gəlməsi, plan-prospektin hazırlanması zamanı bitkin bir konseptual yanaşmanın ortaya qoyulduğunu, kitabın geniş oxucu kütləsinə və gənclərə ünvanlanmasının nəzərə alındığını, habelə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün yeni əsərlərin yazılmasının vacibliyini vurğulayıb.
UNEC-in rektoru professor Ədalət Muradov bu kitabın tələbələr və gənclər üçün xüsusi əhəmiyyətini qeyd edərək, nəşrin gələcək nəsillər üçün bir örnək kimi qiymətli olmasına diqqəti çəkib, universitet tələbələri arasında onun daha geniş təbliği məqsədilə tədbirlərin görülməsini vacib hesab edib.
Tədbir zamanı Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan "Zəfər Günü Şanlı Tariximizdir" (http://anl.az/el/emb/Zefer_gunu/index.html) adlı elektron məlumat bazası iştirakçılara təqdim olunub. Bildirilib ki, elektron məlumat bazası "Rəsmi sənədlər", "İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir", "Düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısı", "II Qarabağ müharibəsi şəhidləri", "Nəşrlər", "Xatirəsinin əbədiləşdirilməsi", "Müharibə iştirakçılarına verilən orden və medallar", "Fotoqalereya" və "Videoqalereya" bölmələrindən ibarətdir.
Tədbirin davamında Milli Məclisin deputatı Aydın Mirzəzadə, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekanı professor Elçin Əhmədov, BDU-nun Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov və digərləri çıxış ediblər.
Çıxışlarda kitabın Vətən savaşında qazanılan şanlı Qələbənin geniş təbliğində mühüm rol oynayacağı vurğulanıb. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!