28 Noyabr 2025 18:39
543
CƏMİYYƏT
A- A+
Vəkilliyə qəbulla bağlı test imtahanında 224 nəfər uğur qazanıb - YENİLƏNİB 

Vəkilliyə qəbulla bağlı test imtahanında 224 nəfər uğur qazanıb - YENİLƏNİB 

Noyabrın 28-də Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və DİM ilə birgə VK-ya və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.

AZƏRTAC xəbər verir ki, sənəd qəbulu nəticəsində 423 vəkilliyə namizədin sənədləri qəbul edilib.

Namizədlərin 11,7 faizi xarici, 88,3 faizi isə yerli ali təhsil müəssisələrinin məzunlarıdır. Ən çox təmsil olunan ali məktəb 54 faiz göstərici ilə Bakı Dövlət Universitetidir. Yaş göstəricilərinə əsasən iştirakçıların 71 faizi 40 yaşadək namizədlərdir. Bundan başqa, namizədlərin 31 faizi qadın, 69 faizi isə kişilərdir. Naxçıvan Muxtar Respublikası VK üzrə müraciət edənlər isə ümumi sayın 0,2 faizini təşkil edir.

Bundan başqa, imtahanda iştirak edən 423 namizəddən 311-i (74faiz) özəl müəssisələrdə, 112-si isə (26 faiz) dövlət qurumlarında çalışır. Dövlət qurumlarında çalışanlardan 45-i məhkəmələrdə, 17-si ədliyyə orqanlarında, 15-i daxili işlər orqanlarında, 1-i prokurorluqda, 34-ü isə digər dövlət qurumlarında fəaliyyət göstərir.

Üç saat davam edən vəkilliyə qəbulla bağlı test imtahanında ümumilikdə 413 nəfər iştirak edib və onlardan 224-ü uğur qazanıb.

Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak edib.

Qeyd etmək istərdik ki, cari il üzrə keçirilən ixtisas imtahanlarının test mərhələlərində ümumilikdə 884 namizəd iştirak edib. Bu il 287 vəkil and içərək Kollegiyanın üzvlüyünə qəbul olunub. Hazırda 65 vəkilliyə namizədin Ədliyyə Akademiyasında icbari təlim prosesi davam edir, 130 namizəd isə şifahi müsahibə mərhələsində iştirak edir.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlər Sənəd Qəbulu Komissiyasına 15.12.2025-ci il tarixdən 15.01.2026-cı il tarixədək aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;

2. Yazılı test mərhələsinin yekun nəticəsinə dair məlumat vərəqəsi;

3. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;

4. Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;

5. Əmək kitabçasının notarial qaydada və ya iş yerində təsdiq edilmiş surəti;

6. Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında olub-olmaması barədə tibbi arayış;

7. Əqli cəhətdən sağlamlıq barədə tibbi rəy;

8. 3x4 sm və 4x6 sm ölçüdə hər ölçüdən 4 ədəd (cəmi 8 ədəd) rəngli fotoşəkil;

9. Vəkilin şəxsi məlumat vərəqəsi;

10. Tərcümeyi-hal.

Vəkilliyə qəbul üçün təqdim olunan sənədlərlə ilkin doldurulan ərizə-anket formasında qeyd edilən məlumatlar arasında ziddiyyət aşkar olunarsa və ya namizəd vəkilliyə qəbul üçün lazım olan tələblərə cavab verməzsə, növbəti mərhələyə buraxılmayacaqdır.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlərin siyahısı Kollegiyanın saytında (https://barassociation.az/news/1835) yerləşdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Abdulla Aripov: Qəbələdə əldə olunan razılaşmalar əməkdaşlığın genişləndirilməsinə təkandır  

12:35
02 Aprel

Özbəkistan Türk Dövlətlərinin Sənaye İttifaqının yaradılmasını dəstəkləyir  

12:27
02 Aprel

Cevdet Yılmaz: Türk Dövlətləri İnvestisiya Fondu yaxın gələcəkdə maliyyələşdirmə fəaliyyətinə başlayacaq  

11:58
02 Aprel

Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  

11:58
02 Aprel

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib YENİLƏNƏCƏK  

11:18
02 Aprel

BMT: 200 mindən çox insan Livandan Suriyaya qaçıb

09:40
02 Aprel

ABŞ yenidən Aya yollanır

09:35
02 Aprel

Autizm xəstəlik deyil, fərqlilikdir

09:30
02 Aprel

Miniatür sənətimizin yorulmaz tədqiqatçısı

09:25
02 Aprel

Hələ sağlığında məktəb idi

09:20
02 Aprel

Həyatlarına cəllad qılıncı ilə son qoyulurdu

09:15
02 Aprel

Sınmayan ömrün acı hekayəsi

09:10
02 Aprel

Qusarda Bənövşə gölü su anbarı bərpa olunur

09:05
02 Aprel

Yaz yağışları taxıl əkinlərinin muradını verdi

09:00
02 Aprel

Qədimliklə müasirliyin qol-boyun olduğu Gəncə

08:55
02 Aprel

Ağdamda və Mingəçevirdə Soyqırımı Günü qeyd olunub

08:50
02 Aprel

Zəfərə gedən yolun başlanğıcı 

08:47
02 Aprel

Apreldən Noyabra 54 ay qalırdı

08:45
02 Aprel

Kəlbəcər bizimdir!

08:40
02 Aprel

Humanizm dəyərlərinə bağlılığın nümunəsi

08:35
02 Aprel

Müharibə və mədəniyyət: görünən və görünməyən reallıqların dialektikası

08:30
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!