07 Avqust 2026 17:39
306
SİYASƏT
A- A+
Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi


2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin paraflanması, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Birgə Bəyannamənin imzalanması uzun illər davam etmiş münaqişədən sonra regionda sülh gündəliyinin rəsmiləşdirilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

Onun sözlərinə görə, əldə olunan nəticələrin fundamental əsasını məhz Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş beş baza prinsipi təşkil edir. “Dövlətlərin qarşılıqlı şəkildə suverenliyinin və ərazi bütövlüyünün tanınması, ərazi iddialarından imtina olunması, gücdən istifadə edilməməsi, dövlət sərhədlərinin delimitasiyası, eləcə də nəqliyyat-kommunikasiya əlaqələrinin açılması ilə bağlı prinsiplər Azərbaycanın postmünaqişə dövrünün ilk mərhələsində təqdim etdiyi sülh konsepsiyasının əsas elementləri idi. Vaşinqtonda əldə olunan razılaşmalar rəsmi Bakı tərəfindən irəli sürülmüş bu yanaşmanın beynəlxalq səviyyədə qəbul edilən və dəstəklənən sülh çərçivəsinə çevrildiyini nümayiş etdirir. Bu, eyni zamanda, Azərbaycanın münaqişədən sonra Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi arxitekturanın beynəlxalq müstəvidə qəbul olunmasının mühüm göstəricisidir. ABŞ-nin prosesə yüksək siyasi səviyyədə qoşulması xüsusi əhəmiyyət daşıyır. Dünyanın aparıcı siyasi güclərindən biri olan ABŞ-nin vasitəçiliyi və Vaşinqtonun sülh gündəliyinə verdiyi siyasi dəstək Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesini daha geniş beynəlxalq müstəviyə çıxarmaqla yanaşı, Azərbaycanın təşəbbüsü ilə formalaşmış sülh modelinə beynəlxalq dəstəyin mövcudluğunu da nümayiş etdirib”,- deyə siyasi şərhçi bildirib.

Ülviyyə Zülfiqarın fikrincə, Vaşinqton razılaşmaları regionda münaqişədən sonrakı mərhələnin konkret siyasi, hüquqi və iqtisadi addımlarla davamlı sülhə transformasiya edilməsinin zəruriliyini ön plana çıxarıb: “Bu baxımdan ötən bir il ərzində baş verən əsas dəyişikliklərdən biri də sülhün artıq yalnız siyasi bəyanatlar deyil, konkret öhdəliklər, regional layihələr və qarşılıqlı maraqlar üzərində qurulan praktik proses kimi qəbul edilməsidir. TRIPP layihəsi Vaşinqtonda formalaşmış yeni siyasi reallığın iqtisadi və geostrateji komponentini təşkil edir. Bu layihənin əhəmiyyəti yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin olunması ilə məhdudlaşmır. Burada söhbət daha geniş mənada Cənubi Qafqazın nəqliyyat xəritəsinin dəyişməsindən, Şərq-Qərb bağlantılarının gücləndirilməsindən və regionun beynəlxalq tranzit-logistika sistemində rolunun artırılmasından gedir”.

Siyasi şərhçi diqqətə çatdırıb ki, Azərbaycanın hərbi-siyasi müstəvidə yaratdığı yeni reallıq diplomatik müstəvidə sülh gündəliyi, beynəlxalq siyasi dəstək və regional əməkdaşlıq təşəbbüsləri ilə tamamlanır. “Prezident İlham Əliyevin irəli sürdüyü yanaşmanın mahiyyəti də ondan ibarətdir ki, münaqişənin başa çatması yalnız keçmiş qarşıdurmanın aradan qaldırılması ilə yekunlaşmamalı, region üçün yeni inkişaf və əməkdaşlıq mərhələsinin başlanğıcına çevrilməlidir. Bu baxımdan Vaşinqton razılaşmaları Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə yanaşı, bütövlükdə Cənubi Qafqazda uzunmüddətli təhlükəsizlik, bağlantı və iqtisadi əməkdaşlıq arxitekturasının formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır", – deyə Ülviyyə Zülfiqar vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

18:53
07 Avqust

Vaşinqton razılaşması Azərbaycan diplomatiyasının növbəti zəfəri idi

18:23
07 Avqust

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ 

18:22
07 Avqust

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

18:20
07 Avqust

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

18:18
07 Avqust

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər

18:00
07 Avqust

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir 

17:55
07 Avqust

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir 

17:50
07 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:47
07 Avqust

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

17:45
07 Avqust

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

17:42
07 Avqust

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

17:40
07 Avqust

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi

17:39
07 Avqust

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

17:36
07 Avqust

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları

17:32
07 Avqust

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir 

17:30
07 Avqust

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

16:34
07 Avqust

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

16:30
07 Avqust

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

16:29
07 Avqust

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

16:28
07 Avqust

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər 

16:27
07 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!