07 Avqust 2026 17:32
334
SİYASƏT
A- A+
Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları


Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfərinin və Vaşinqtonda Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə sülh prosesi üzrə mühüm sənədlərin imzalanmasının bir ili tamam olur. 2025-ci il avqustun 8-də Ağ Evdə keçirilən görüş Cənubi Qafqazda uzun illər davam edən münaqişənin arxada qalması istiqamətində ən əhəmiyyətli diplomatik hadisələrdən biri kimi qiymətləndirilir.

AZƏRTAC xəbər verir ki, səfərin əsas nəticəsi Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən dövlətlərarası münasibətlərin qurulmasına dair sülh sazişinin razılaşdırılmış mətninin paraflanması və liderlərin birgə bəyannamə imzalaması olub. Sənəddə tərəflər sülh sazişinin imzalanması və ratifikasiyası istiqamətində işi davam etdirmək, bir-birinin ərazi bütövlüyünü tanımaq və regionda uzunmüddətli sabitliyə sadiq olduqlarını bəyan etdilər.


Səfərin bir sıra məsələlər baxımdan tarixi əhəmiyyəti


Prezident İlham Əliyevin Vaşinqtona səfəri Azərbaycan-Ermənistan münasibətlərində hərbi qarşıdurmadan siyasi dialoqa keçidin simvolu oldu. Beləliklə, ABŞ Cənubi Qafqazda sülh prosesinin təşviqində daha fəal vasitəçi kimi çıxış etdi. Bununla da regional nəqliyyat və iqtisadi əməkdaşlıq perspektivləri yenidən gündəmə gəldi. Həmçinin münaqişədən sonrakı dövrdə diplomatik münasibətlərin normallaşdırılması üçün yeni beynəlxalq siyasi platforma formalaşdı.


Bir il ərzində proses müxtəlif mərhələlərdən keçsə də, Vaşinqton görüşü regionun siyasi tarixində dönüş nöqtəsi kimi qalır. Analitiklərin qiymətləndirməsinə görə, həmin görüş təkcə Azərbaycan-Ermənistan münasibətlərinə deyil, həm də Cənubi Qafqazın geosiyasi balansına, beynəlxalq nəqliyyat marşrutlarına və böyük güclərin regiondakı roluna təsir göstərən hadisə idi.

Avqustun 8-i artıq təkcə bir diplomatik səfərin ildönümü deyil, həm də regionda davamlı sülhün qurulması istiqamətində atılmış ən mühüm siyasi addımlardan birinin xatırlandığı tarix kimi dəyərləndirilir.


Prezident İlham Əliyevin diplomatik qələbəsi kimi


ABŞ səfəri Prezident İlham Əliyevin əldə etdiyi mühüm diplomatik qələbə kimi qiymətləndirilir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ölkə başçısının irəli sürdüyü Zəngəzur dəhlizi təşəbbüsü rəsmi Vaşinqton tərəfindən nəinki dəstəkləndi, həm də bu layihəyə sərmayə yatırılmasına nail oldu. Prezident İlham Əliyev Amerikanın diqqətini Cənubi Qafqaza cəlb etməklə qlobal ticarətə geniş yollar təqdim etdi. ABŞ Prezidenti bu layihənin qlobal xarakter daşıdığını düzgün qiymətləndirərək, onun reallaşması üçün hər cür köməklik göstərəcəyini bildirərək adının simvolik olaraq Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) adlandırılmasını istədi.

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi James O'Brien bildirib ki, Mərkəzi Asiya ölkələrinin Rusiya və Çindən kənar alternativ ixrac marşrutlarına ehtiyacı var və Azərbaycanın bu baxımdan strateji əhəmiyyəti böyükdür. Bu yanaşma Zəngəzur istiqamətinin də daha geniş Şərq–Qərb bağlantısının bir hissəsi kimi qiymətləndirildiyini göstərir. Bu dəhliz təkcə Asiya ilə Avropa arasında nəqliyyat əlaqəsi yaratmaqla kifayətlənmir, həmçinin geosiyasi əhəmiyyətə malikdir.



Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun çıxış edərək bu məsələyə dair belə fikir bildirdi: “Biz kifayət qədər uzun müddət ərzində bağlantılar üzərində işləmişik. Biz bəlkə də 10 ildən artıqdır çalışdıq, coğrafi mövqeyimizin üstünlüklərindən istifadə edərək, onları çoxtərəfli əməkdaşlıq üçün real platformaya çevirək. Müxtəlif meyarlar var idi ki, bizə beynəlxalq daşımalar məkanına çevrilmək imkanını yaradırdı və ya buna mane olurdular. İlk olaraq, bu, çatışmayan fiziki infrastrukturla bağlı idi və biz onu yaratmalı idik və yaratdıq. İkincisi, qonşularla qarşılıqlı əlaqələr olmadan, siz heç zaman tranzit ölkəyə çevrilməyəcəksiniz. Əgər qonşularınızla münasibətləriniz pisdirsə, bu o deməkdir ki, heç nə alınmayacaq...”.

Prezident İlham Əliyev Azərbaycanın logistika mərkəzinə çevrilməsi üçün Vaşinqton deklarasiyasına uyğun addımlar ataraq rəsmi Bakının siyasi niyyətinin yalnız sülh və iqtisadi inkişafdan ibarət olduğunu bütün dünyaya göstərdi. Məhz Azərbaycan Prezidentinin icazəsi ilə Ermənistana ölkəmiz üzərindən yükdaşımalara icazə verildi. Artıq Ermənistan Rusiya və Qazaxıstan ilə yanacaq, taxıl, kimyəvi gübrələrin ticarətini aparır. Digər tərəfdən Azərbaycanda geniş infrastruktur layihələr həyata keçirilir ki, Zəngəzur dəhlizi tam gücü ilə fəaliyyət göstərsin.


Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) və ya Zəngəzur dəhlizi


Dəhliz ilk növbədə, Naxçıvan Muxtar Respublikasının Azərbaycan ilə nəqliyyat əlaqəsini təmin edəcək ki, bunun da mühüm geosiyasi əhəmiyyəti var. Naxçıvan uzun illərin blokadasından çıxaraq nəinki Azərbaycana, eləcə də dünya iqtisadiyyatına inteqrasiya olunmaq imkanı qazanacaq. Azərbaycanın iqtisadi imkanları öz ərazisində nəzərdə tutulan işləri yekunlaşdırmaq imkanı verir. Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, Araz çayı üzərində Ağbənd-Kəlalə körpüsünün inşası yekunlaşmaq üzrədir. Bu istiqamətdə həyata keçirilən işlərin 95 faizi tamamlanıb. Bakı limanının yükaşırma imkanı yaxın zamanlarda 25 milyon tona çatdırılacaq. Bütün bunlar təsadüfən baş verməyib.

ABŞ-nin Mərkəzi Asiya respublikaları ilə son illər müşahidə olunan yaxın iqtisadi əməkdaşlıq əlaqələri də təsadüfi xarakter daşımır. Bu əlaqələrin arxasında ABŞ-nin iqtisadi maraqları dayanır. Bildiyimiz kimi, dünya təmiz enerjiyə transformasiya olunur. Yeni texnologiyaların inkişafı üçün nadir yer metalların istifadəsi zəruridir. Bunlardan elektrik nəqliyyat vasitələrinin, smartfonların, külək turbinlərinin, Günəş batareyalarının, hərbi texnikanın və müxtəlif texniki avadanlıqların istehsalında istifadə olunur. Mərkəzi Asiya respublikalarında uran, litium, tulium, serium və digər nadir yer metallarının qaynaqları var. Texnoloji cəhətdən inkişaf etmiş ABŞ gələcəkdə də hegemonluğunu qoruyub saxlamaq üçün bunlara ehtiyac duyur. Bu baxımdan ABŞ Zəngəzur dəhlizinin fəaliyyəti üçün həm sərmayə yatıracaq, həm də dəhlizin təhlükəsizliyini təmin edəcək.




ABŞ Dövlət departamentinin 402 milyon dollardan ibarət “TRIPP+ Enterprise” Fondu yaratması və Zəngəzur dəhlizinin 42 kilometrlik məsafəsinin iqtisadi-texniki əsaslandırmasını aparması da təsadüfi xarakter daşıyan məsələ deyil.

Hazırda Avrasiya məkanında davam edən müharibələr Çin ilə Avropa arasındakı ticarət əlaqələrinin məhz Orta Dəhliz üzərindən aparılmasını zərurətə çevirib. Rusiya-Ukrayna müharibəsi şimaldan, İran-ABŞ müharibəsi isə cənubdan Avropaya gedən yolları təhlükəli vəziyyətə salıb. Orta Dəhlizdə iştirak edən Mərkəzi Asiya respublikaları və Azərbaycanın yükdaşıma həcminin 2030-cu ilə kimi 11 milyon tona çatdırmaq planları təsadüfi xarakter daşımır. Prezident İlham Əliyevin Zəngəzur dəhlizi təşəbbüsü təkcə ABŞ yox, Avropa İttifaqının “Global Gateway” təşəbbüsü çərçivəsində də dəstəklənir.

“Fransanın “Expertise France” və Almaniyanın GIZ şirkətləri Orta Dəhlizin inkişafına fəal şəkildə kömək edir, logistikanın rəqəmsallaşdırılmasına və yüklərin tranzit müddətinin azaldılmasına xüsusi diqqət yetirir.

Ötən ilin avqustunda Vaşinqtonda keçirilən görüşdə Prezident İlham Əliyevin əldə etdiyi diplomatik qələbə Azərbaycana yalnız iqtisadi divident deyil, həmçinin siyasi zəmanət də qazandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

18:53
07 Avqust

Vaşinqton razılaşması Azərbaycan diplomatiyasının növbəti zəfəri idi

18:23
07 Avqust

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ 

18:22
07 Avqust

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

18:20
07 Avqust

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

18:18
07 Avqust

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər

18:00
07 Avqust

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir 

17:55
07 Avqust

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir 

17:50
07 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:47
07 Avqust

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

17:45
07 Avqust

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

17:42
07 Avqust

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

17:40
07 Avqust

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi

17:39
07 Avqust

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

17:36
07 Avqust

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları

17:32
07 Avqust

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir 

17:30
07 Avqust

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

16:34
07 Avqust

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

16:30
07 Avqust

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

16:29
07 Avqust

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

16:28
07 Avqust

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər 

16:27
07 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!