07 Avqust 2026 16:27
194
SİYASƏT
A- A+
Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər 

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər 


Azərbaycan və Ermənistan arasında sülhün təmin olunması yalnız iki ölkə arasında münasibətlərin normallaşması baxımından deyil, bütövlükdə Cənubi Qafqazda uzunmüddətli sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün mühüm əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk siyasi ekspert Mehmet Seven bildirib.

Onun sözlərinə görə, Azərbaycan postmünaqişə dövründə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan davamlı sülhün bərqərar olması istiqamətində ardıcıl siyasət həyata keçirir. Ekspert qeyd edib ki, sülh sazişinin imzalanması qarşılıqlı etimadın möhkəmlənməsinə, dövlətlər arasında normal münasibətlərin qurulmasına və regionun yeni əməkdaşlıq platformasına çevrilməsinə şərait yaradacaq.

“Uzun illər davam edən qarşıdurmanın aradan qalxması iqtisadi əməkdaşlıq üçün geniş imkanlar açacaq. Nəqliyyat və logistika marşrutlarının inkişafı, ticarət dövriyyəsinin artması, yeni investisiya layihələrinin həyata keçirilməsi və regional kommunikasiyaların genişlənməsi həm Azərbaycan, həm Ermənistan, həm də qonşu ölkələr üçün mühüm iqtisadi dividendlər vəd edir. Sülhün bərqərar olması Cənubi Qafqazı qarşıdurma məkanından əməkdaşlıq və tərəfdaşlıq məkanına çevirə bilər. Bu proses regionun beynəlxalq nəqliyyat dəhlizlərində rolunu daha da artıracaq, Avropa ilə Asiyanı birləşdirən marşrutların təhlükəsizliyini və səmərəliliyini gücləndirəcək”, – deyə ekspert vurğulayıb.

Onun fikrincə, sülh mühiti xarici investorların regiona marağını artıracaq, enerji, sənaye, kənd təsərrüfatı, turizm və xidmət sektorlarında yeni layihələrin reallaşdırılmasına təkan verəcək. Bu isə məşğulluğun artmasına, insanların rifahının yüksəlməsinə və region ölkələrinin iqtisadi inteqrasiyasının dərinləşməsinə xidmət edəcək.

M.Seven qeyd edib ki, sabitliyin möhkəmlənməsi humanitar əlaqələrin genişlənməsinə də müsbət təsir göstərəcək: “Xalqlar arasında dialoqun inkişafı, mədəni və akademik əməkdaşlığın genişlənməsi, qarşılıqlı etimadın formalaşması uzunmüddətli sülhün ən vacib təminatlarından biridir. Türkiyə Cənubi Qafqazda davamlı sülhün və əməkdaşlığın tərəfdarı olaraq regionda iqtisadi inteqrasiya, nəqliyyat bağlantıları və çoxtərəfli tərəfdaşlığın inkişafını dəstəkləyir. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması yalnız iki ölkənin deyil, bütövlükdə regionun gələcək inkişafına, təhlükəsizliyinə və beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

16:34
07 Avqust

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

16:30
07 Avqust

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

16:29
07 Avqust

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

16:28
07 Avqust

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər 

16:27
07 Avqust

ATƏT-in Minsk qrupunun ləğvi – tarixi zərurətdən yeni reallığa

16:24
07 Avqust

Qarşılıqlı etimada söykənən strateji tərəfdaşlıq 

16:15
07 Avqust

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi 

16:05
07 Avqust

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb 

16:03
07 Avqust

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

16:00
07 Avqust

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır 

15:57
07 Avqust

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

15:54
07 Avqust

Regionun siyasi tarixində mühüm dönüş nöqtəsi

15:40
07 Avqust

Tarixi zəfərdən mütləq sülhə 

15:24
07 Avqust

Vaşinqtondan başlayan yeni siyasi mərhələ

15:05
07 Avqust

Cənubi Qafqazda uzunmüddətli sülh və iqtisadi inteqrasiyanın başlanğıcı

14:48
07 Avqust

Tailandda 14 yaşlı şagird 8 adamı qətlə yetirəndən sonra intihar edib

13:39
07 Avqust

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb  

13:26
07 Avqust

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

13:24
07 Avqust

“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində

13:23
07 Avqust

ABŞ-də çip istehsalında istifadə olunan əsas xammala gömrük rüsumu tətbiq edilib

13:22
07 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!