23 Oktyabr 2023 13:32
786
Mədəniyyət
A- A+
Vaqif Mustafayev: Türk dünyasına aid festivalda ən yüksək mükafata layiq görüldüyüm üçün çox xoşbəxtəm

Vaqif Mustafayev: Türk dünyasına aid festivalda ən yüksək mükafata layiq görüldüyüm üçün çox xoşbəxtəm

 

“Fikrət Əmirov” filmimə görə festivalın əsas mükafatına məni layiq bildilər. Ötən il Bursa şəhərində keçirilən “Korkut Ata” Beynəlxalq Film Festivalında mən “Türk dünyasının ən yaxşı rejissoru” nominasiyasında mükafata layiq görülmüşdüm. Oradakı çıxışım zamanı münsiflər heyətinin qərarını ədalətli hesab etdiyimi dedim. İndi də bu fikirdəyəm.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində kinorejissor, Azərbaycanın Xalq artisti Vaqif Mustafayev “VIII Türk Dünyası Sənədli Film Festivalı”nın mükafatlandırma mərasimindən sonra deyib.

Rejissor deyib: “Bəzən insanın arzuları başqa biri tərəfindən həyata keçirilir. Burada bu üst-üstə düşdü. Mən arzuladım, onlar da məni bu ada layiq gördülər. Məhz Türk dünyasına aid festivalda ən yüksək mükafata layiq görüldüyüm üçün özümü çox xoşbəxt hesab edirəm. Fərqli ölkələrdə fərqli mükafatlar ala bilərik. Lakin Türk dünyasında, öz yurdunda qiymət görmək insana çox doğma gəlir.

“Festivala təqdim edilən filmlər arasında çox yaxşı və necə deyərlər, güclü ekran əsərləri var idi. Lakin, bizim film ən güclüsü oldu”, -deyə Vaqif Mustafayev bildirib.

Filmin ərsəyə gəlməsi haqqında danışan rejissor deyib: “Fikrət Əmirov çox milli bir şəxsiyyətdir. “Oskar” mükafatı laureatı, kinorejissor Nikita Mixalkov mənim yubiley tədbirimə bir videotəbrik göndərmişdi. Onun bu mesajda dediyi “Vaqif Mustafayev milli sənətkardır” sözləri mənim üçün ən böyük tərifdir. Fikrimcə yalnız milli mənsubiyyətini dərindən dərk edən bir sənətkar beynəlxalq səviyyəyə ucala bilər. Fikrət Əmirov da milli şəxsiyyət, milli sənətkar idi. Bizim milli musiqimiz də məhz Fikrət Əmirovun sayəsində çox yüksək səviyyəyə ucaldı. O, muğamlarımızı, mahnılarımızı əsas götürərək sinfonik musiqiyə çevirdi. Bundan əlavə, mən Fikrət Əmirov haqqında bilinməyən həqiqətləri də bu film vasitəsilə insanlara çatdırmaq istədim. Əvvəllər bioqrafik filmləri eyni üslubda, yəni insanın həyatı və yaradıcılığı şəklində çəkirdilər. Lakin, bu filmdə mən çalışdım Fikrət Əmirovun həyatını, ağır taleyini, sevgisini, yüksək istedadını, müharibə illərini və həyatının digər bilinməyən hissələrini insanlara göstərim. Bu filmə baxanlar bütün bunlardan xəbərsiz olduqlarını deyirlər. Filmin təqdimat mərasimində də insanların çox təsirləndiklərini, hətta ağladıqlarını görmək olardı. Bütün bunları gördükdə mən Fikrət Əmirovu insanlara tam tanıtmaq üçün çıxdığım bu yolda məqsədimə nail ola bildiyimi, rejissor kimi öz missiyamı yerinə yetirdiyimi anladım. Necə ki, Fikrət Əmirov öz musiqisi ilə insanların hisslərinə toxunub və indi də toxunur, bu filmin də eyni səviyyədə insanları təəsüratlandırması mənim üçün çox vacib idi”.

Fikrət Əmirovla bağlı xatirələrini bölüşən Xalq artisti dahi bəstəkarımızı ilk dəfə altı yaşı olanda gördüyünü deyib: “Valideynlərim mənim musiqiçi olmağımı istəyirdilər. O zamanlar Konservatoriyanın nəzdində Musiqi Məktəbi var idi və mən orada ritm üzrə imtahan verirdim. Qarşımda yaxasında medal olan iki nəfər oturmuşdu. Təbii ki, mən o zaman tanımasam da onlardan biri Fikrət Əmirov, digəri isə Azərbaycanın Əməkdar artisti, nağara ustası Çingiz Mehdiyev idi. Fikrət Əmirov orada mənim istedadlı olduğumu dedi. Çünki bütün ritmləri dəqiqliyi ilə təkrarlayırdım. Elə o zamandan Fikrət Əmirov yadımda qalmışdı. Mənim üçün Fikrət Əmirovun ailə üzvlərinin film ilə bağlı fikirləri çox vacib idi. Onlar ekran əsərinin əhəmiyyətini xüsusi qeyd etdilər və filmin gələcək nəsillərə ötürülməsi baxımından da vacibliyini bildirdilər. Bu sözləri eşitmək təbii ki, mənim üçün çox sevindirici idi, lakin işin məsuliyyətini daha da artırırdı. Hazırda Türk dünyasının sənədli filmlər üzrə ən yüksək mükafatını almaq mənim üçün əməyimin ən gözəl bəhrəsidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifdən

12:58
29 May

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

12:31
29 May

Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 1500 nəfəri işlə təmin edib

12:08
29 May

Rusiyadan Ermənistana Azərbaycan üzərindən yeni tranzit yük göndərildi

11:53
29 May

Azərbaycan neftinin qiyməti 100 dollar olub

11:34
29 May

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Litvaya səfər edib

11:17
29 May

Madridin məşhur “Cibeles” fəvvarəsi yenidən Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

11:09
29 May

Dəmiryol stansiyalarında sərhəd və gömrük nəzarətinin təşkili yoxlanılıb

10:47
29 May

Volqoqrad vilayətindəki kimya zavoduna dron hücumu: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

10:24
29 May

Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb

10:09
29 May

ABŞ-nin İrana qarşı əməliyyat xərcləri 92,5 milyard dolları ötüb

09:58
29 May

Tramp Ukrayna Prezidentinin məktubunu cavabsız qoyub

09:41
29 May

Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan

21:57
28 May

Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

21:40
28 May

Cevdet Yılmaz: Azərbaycan və Türkiyənin qardaşlığı sülhə, sabitliyə və regionun gələcəyinə töhfə verir

20:33
28 May

Azərbaycan Ordusunda Qurban bayramı və Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub

20:28
28 May

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

19:56
28 May

ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar

19:24
28 May

Mer Muriyel Bauzer 28 mayı Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib

19:23
28 May

Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik

19:21
28 May

“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər

19:19
28 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!