04 Dekabr 2021 01:08
795
Elm və texnika
A- A+
Uzaqlara ismarış

Uzaqlara ismarış

 

Günümüzdə informasiyanın saniyələr içərisində ötürülməsinin əsas səbəblərindən biri texnologiyadır. Telefonsuz, internetsiz dünyanın olduğu bir dövrdə bunun üçün yeni üsullara ehtiyac  var idi.

Həmin vaxtda insanlar uzaq məsafələrdən ünsiyyəti yaratmaq üçün işıq, səs siqnallarını ötürmək kimi üsullardan istifadə edərək xəbərləri yayırdılar. 1792-ci ildə fransız ixtiraçılar olan Şapp qardaşları Klod və İqnas yeni bir sistem yaratdılar. Onlar təpələrin üzərində semafor qüllələri quraşdırdılar. Qüllələr 5-10 kilometrlik məsafədə yerləşdirilirdi. Burada olan lövhələr 49 istiqamətdə firlana bilirdi və dəqiqədə 3 simvol göndərirdi. Hər bir istiqamət bir hərfə və ya işarəyə uyğun idi. Operatorlar da bir qüllədən əldə etdikləri məlumatı digərlərinə göndərirdilər.

Teleqraf sözü yunanca “uzaq” mənasını verən “tele” və “yazmaq” sözünü ifadə edən “qrafein”in birləşməsindən yaranıb. İlk elektrikli teleqraf 1827-ci ildə Vilyam Kuk və Çarlz Uitson tərəfindən quraşdırılıb. Bu zaman qəbuledici cihaza naqillər vasitəsilə elektrik cərəyanı göndərilib. Cərəyanların göndərildiyi lazımi naqillərdən ox lövhəsində xüsusi hərf və rəqəmlər əks olunub.

Bu ixtira ilə maraqlanan Samuel Morze belə bir proses üçün yeni ideyanı irəli sürür. O, hərfləri və rəqəmləri ifadə edən nöqtə, tirelərdən ibarət sistem hazırlayır. Bu sistem Morze əlifbası adlanır. Əlifbanın ən qısa kod ardıcıllığı tez-tez rast gəlinən hərflərə, uzunları isə nadir istifadə olunanlara təyin edilmişdi. Morze sistemin ilk nümayişini iş yerində dostları üçün etmişdi. 1843-cü ildə isə o, Vaşinqtonla Baltimor arasında 60 km uzunluğunda teleqraf sistemi qurmaq üçün ABŞ hökumətindən maliyyə dəstəyi alır. Bu zaman teleqrafın naqilləri şüşə izolyatorlarla dəmir yolunun yanındakı dirəklərə bərkidilir. İlk nümayiş 24 may 1844-cü ildə “Allah nə etdi!” mesajının göndərilməsi ilə yekunlaşır və ictimai istifadəyə verilir. Bu hadisə ABŞ-da 100 ildən çox davam edən teleqraf erasının açılışını etmiş, eyni zamanda bütün dünyaya yayılmışdı.

Teleqrafdan istifadə informasiyanın daha sürətli və asan qəbul edilməsinə yol açdı. Daha sonralar telefon, faks və internetin kəşfi teleqrafdan istifadəni kölgədə qoysa da, bu ixtira dünya tarixində dönüş nöqtəsi kimi sayılır. Hazırda Morze əlifbasından da istifadə edilir.

 

Aydan XƏLİLOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb  

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!