Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 78-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 29-1-ci maddəsində və 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. iki ay müddətində:
2.1.1. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun
29-1-ci maddəsinə uyğun olaraq, dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.1.2. həmin Qanunun 43-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 78-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 24 avqust tarixli 761 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 511 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. ikinci-beşinci abzaslar müvafiq olaraq üçüncü-altıncı abzaslar hesab olunsun və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 29-1-ci maddəsində və 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;";
3.2. üçüncü abzasda "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun" sözləri "həmin Qanunun" sözləri ilə əvəz edilsin;
3.3. altıncı abzasda "maddəsində" sözü "maddəsinin birinci hissəsində" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 dekabr 2024-cü il