20 Mart 2025 08:05
410
SİYASƏT
A- A+
USAID ABŞ ilə etibarsız əməkdaşlıq imici formalaşdırırdı 

USAID ABŞ ilə etibarsız əməkdaşlıq imici formalaşdırırdı 


"Bir müddən əvvəl ABŞ Prezidenti Donald Trampın USAID-in bağlanmasına dair çağırışları fonunda ölkənin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini icra etmiş Riçard Qrenelin, ardınca isə Tramp hakimiyyətinin mühüm fiqurlarından və həlledici qərar sahiblərindən biri olan milyarder İlon Maskın "Amerikanın səsi" və "Azadlıq radiosu"nun fəaliyyətinin dayandırılmasına dair bəyanatları, əslində, Vaşinqtonun xarici siyasət kursunda köklü dəyişiklik planlarından xəbər verirdi. Hər iki radio soyuq müharibənin əsas alətlərindən biri kimi uzun illər ərzində Qərb qütbünün, daha konkret desək, ABŞ-nin maraqlarının informasiya mühitində əsas təminatçılarından biri kimi çıxış edib". 

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O bildirib ki, "soyuq müharibə" başa çatdıqdan sonra isə hər iki media resursunun əsas potensialı insan hüquqları və azadlıqları, o cümlədən demokratiya və digər ümumbəşəri dəyərlər pərdəsi altında ayrı-ayrı dövlətlərin, xüsusən müstəqilliklərini yeni əldə etmiş ölkələrin daxili işlərinə müdaxilə etmək üçün zəmin hazırlamaq olub. Üstəlik, bu proseslərdə adıçəkilən media resursları beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsipləri bir qayda olaraq ikinci plana keçirib, daha çox Qərb imperializminin maraqlarında ehtiva olunan ikili standartlara əsaslanıb. Məsələn, Azərbaycana münasibətdə istər qərbi azərbaycanlıların ötən əsrin 80-ci illərinin sonundan etibarən Ermənistanda dövlət səviyyəsində həyata keçirilən etnik təmizləmə siyasəti çərçivəsində öz ata-baba yurdlarından qovulması, istərsə də Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı törədilən soyqırımı və ölkəmizin ərazilərinin 20 faizindən çoxunun işğala məruz qalması hər iki radio tərəfindən yalnız və yalnız Qərbin, həmçinin xristian təəssübkeşliyinin maraqları çərçivəsində şərh edilib. "Ermənistanın dövlət siyasəti çərçivəsində yurdlarından didərgin salınmış bir milyondan artıq insanın məruz qaldığı məhrumiyyətlərə və ağır həyat şəraitinə birmənalı şəkildə göz yuman hər iki media resursunun Azərbaycanda Qərbin "5-ci kolonu" funksiyasını yerinə yetirən ayrı-ayrı şəxslərin "müdafiəsi"nə qalxması və onları qətiyyətlə dünyaya "siyasi məhbus" kimi tanıtmağa cəhd etməsi, o cümlədən Gürcüstanda Qərbin təsirlərini azaltmağa çalışan qanunvericilik layihələrinin qəbulu zamanı, habelə xalqın iradəsinin ifadəsi olan parlament seçkilərində pozucu və təxribatçı çağırışlara yer verməsi hər iki radionun əsl simasını ən azı Cənubi Qafqaz regionu üçün bir daha ifşa etmiş oldu. Sirr deyil ki, hər iki radio, xüsusən ABŞ-də demokratların iqtidarı dövründə çiçəklənmə dövrü yaşayıb və Soros bağlantısı olan digər qurumlarla, eyni zamanda ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi olan USAID ilə oxşar tezislər əsasında analoji məqsədlər uğrunda vahid "iş planı"na malik olub. Lakin əvvəllər bu və ya digər formada ABŞ-nin maraqları ilə üst-üstə düşən bu fəaliyyət metodunun son zamanlar effekt verməməsi, əksinə, Birləşmiş Ştatların dünyanın ayrı-ayrı coğrafiyalarında mövqeyinin qəti formada zəifləməsinə gətirib çıxarması Vaşinqtondan proseslərə yeni baxış zərurəti meydana çıxarıb", - deyə o əlavə edib. 

Deputat qeyd edib ki, bu mənada, kifayət qədər qlobal ambisiyalara malik dünyada Amerikanın hakim mövqeyinin tam bərqərar olunmasına çalışan Tramp kimi siyasətçinin USAID ilə yanaşı, "Amerikanın səsi" və "Azadlıq radiosu"ndan imtina etməsi təsadüf sayıla bilməz. İlon Maskın da açıqladığı kimi, hər il milyard dollardan artıq vəsaitin xərcləndiyi hər iki resurs nəinki ABŞ-nin milli maraqlarının daha effektiv təmininə səbəb olur, əksinə, Vaşinqtonla tərəfdaşlığın etibarsız və güvənli olmayan əməkdaşlıq kimi imicin formalaşmasına gətirib çıxarıb. Təbii ki, proseslərin müşahidə olunan gedişatı Azərbaycan üçün sürpriz olmadı, çünki hələ 2023-cü ilin yayında Prezident İlham Əliyev "China Media Group" şirkətinə müsahibəsində, əslində, bu kimi media orqanlarının əsl mahiyyətini ifşa edib, onların, həmçinin "beynəlxalq insan haqları təsisatları"nın fəaliyyətlərinin təməlində ümumbəşəri dəyərlərin yox, hansısa amillərin dayandığını açıq şəkildə bildirib, onlar kimdən sifariş alırlarsa, həmin sifarişə uyğun fəaliyyət göstərdiklərini bəyan etmişdi. Həqiqətən də, Azərbaycanın Vətən müharibəsində beynəlxalq hüquqla tanınan ərazilərini işğaldan azad etməsi fonunda ölkəmizə qarşı həyata keçirilən böhtan və qarayaxma kampaniyası çərçivəsində adıçəkilən resurslar xüsusi fəallıq göstərib, neytral mövqedə qərarlaşdığını iddia edərək işğalçı və işğala məruz qalan arasında paritet yaratmağa çalışıb. Sonrakı dövrdə isə Azərbaycanın separatizmlə mübarizəsi, ələlxüsus bu mübarizənin şanlı və həlledici səhifəsi olan antiterror tədbirlərində qələbəsinin ardınca "Qarabağdan olan qaçqınlar", "qovulan ermənilər", "məhrumiyyətə məruz qalan Qarabağ erməniləri" kimi çoxsaylı humanizm çalarları ilə pərdələnmiş ifadələr işlətməklə, habelə USAID-in rəhbəri Samanta Pauer, o cümlədən Fransanın ayrı-ayrı rəsmilərinin işğal, təcavüz və separatizmi müdafiə edən bəyanatlarını xüsusi həvəslə tirajlamaqla hər iki media resursu açıq münaqişə tərəfi kimi davranıb. 

B.Məhərrəmov bildirib ki, hər iki radionun Cənubi Qafqazda vətəndaş cəmiyyəti institutları üzərində təsir rıçaqlarına sahib olmaq istiqamətində planlı fəaliyyəti, xüsusən Qərblə bağlı və oradan maliyyələşən qeyri-hökumət təşkilatlarının informasiya ruporuna çevrilməsi hər iki radionun Qərb imperializminin xalqın iradə ifadəsini həyata keçirən müstəqil hakimiyyətlərin əvəzinə marionetlərin iqtidara daşınması planında önəmli rol üstləndiklərini göstərirdi: "Lakin dünyanın bir çox coğrafiyalarında olduğu kimi, Cənubi Qafqazda da bu strategiyanın uğur qazanmaması, o cümlədən yalnız öz coğrafiyamıza münasibətdə götürsək, Azərbaycanın hərbi-siyasi qələbələri ilə informasiya hücumlarını tam şəkildə neytrallaşdıra bilməsi, habelə Gürcüstanın proseslərin ilkin mərhələsində qalib ayrılması reallıqları bir daha gün üzünə çıxartdı. Lakin Sorosun ciddi dayaqlarının mövcud olduğu demokratlar iqtidarı, xüsusən Bayden administrasiyası ötən dövr ərzində bu mexanizmin ayrılmaz tərkib hissəsi və korrupsiya ortağı kimi çıxış etdiyi üçün prosesləri görməzdən gəldi. Tramp hakimiyyəti isə sələflərindən fərqli olaraq məsələyə göz yummaq niyyətində deyil".

Deputat vurğulayıb ki, proseslərin gedişi, adıçəkilən media resurslarının, əslində, "müstəqil media" adı altında fəaliyyət göstərən muzdlu qruplaşma olmasının ifşa edilməsi beynəlxalq cameədə, eyni zamanda hər kəsə məlum olan, lakin etiraf edilməyən daha bir reallığı gün işığına çıxarıb. Hər kəs bir daha şahidlik etdi ki, həmin media qurumlarının uzun illər ərzində Azərbaycanda insan haqları uğrunda apardığı "mübarizə", əslində, heç bir bəşəri dəyərə malik olmayan imperialist niyyətlərə xidmət edən cəhdlərdən başqa bir şey deyil.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

00:51
22 Mart

Türkiyənin ən böyük neft yatağında hasilat həcmi sutkada 80 min barrelə çatır

22:51
21 Mart

ADSEA: Xırdalan şəhərinin su təchizatı dayandırılıb

22:38
21 Mart

Gürcüstanın Baş naziri: Ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür

22:23
21 Mart

Özbəkistan Prezidenti: İkitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir

22:11
21 Mart

İran Prezidenti: Ümid edirəm ki, yeni il ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək, xalqlarımızın rifah və firavanlığına xidmət edəcək

22:01
21 Mart

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

21:54
21 Mart

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

21:49
21 Mart

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

21:46
21 Mart

ABŞ altıncı nəsil döyüş təyyarəsinin istehsalına başlayır

21:27
21 Mart

Lionel Messi "Barselona"ya qayıda bilər

20:49
21 Mart

Si Cinpin: Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir  

19:59
21 Mart

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

19:53
21 Mart

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün Novruz şənlikləri keçirir  

18:45
21 Mart

Qar uçqununa düşən hərbi qulluqçuların nəşləri tapılıb – Birgə məlumat

18:00
21 Mart

Martın 21-i Türkiyədə Baharın və Qardaşlığın Bayramı Günü elan edilib 

17:51
21 Mart

Fernandu Santuş: Haiti ilə oyunda qalib gəlmək istəyirik

16:48
21 Mart

Hərbi Prokurorluq işçiləri Novruz bayramı ilə əlaqədar Müdafiə Nazirliyinin hərbi hissələrində olublar  

15:29
21 Mart

Vladimir Putin: Əminəm ki, birgə səylərlə gələcəkdə də dost xalqlarımızın rifahı naminə ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik  

15:23
21 Mart

Antarktikada dəniz buzunun sahəsi müşahidələr tarixində ən aşağı səviyyəyə çatıb  

15:14
21 Mart

Şimali Kipr Türk Respublikasının XİN rəhbəri: Lefkoşa Türk dünyasının birliyinə inanır

15:03
21 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!