01 Oktyabr 2023 09:10
24630
SİYASƏT
A- A+
Ümummilli savaş

Ümummilli savaş

 

Ədalətlə bitdi

 

"Biz 28 il ərzində ədalətin bərpa edilməsini gözlədik. Nəticədə isə bunu özümüz etməli olduq. Biz 44 gün ərzində bunu etdik. 44 günlük müharibə qaçılmaz idi. İlk olaraq artıq sadaladığım səbəblərdən, ikincisi isə Ermənistan bu məsələni dondurmaq istəyirdi. Hesab edirdi ki, Azərbaycanda yeni yetişən nəsil Qarabağı unudacaq. Amma onlar böyük səhvə yol verdilər. Bu gün Füzulidə, Laçında, Zabuxda, Ağalıda, Talışda təhsil alan yüzlərlə məktəbli bu torpaqları görməyib. Çünki Azərbaycan xalqının yaddaşından bu tarixi, bu torpaqları heç kim silə bilməz. Aydın idi ki, Ermənistan vəziyyəti məhz bu şəkildə öz nəzarəti altında saxlamaq istəyirdi. Düşünürdülər ki, nə sülh, nə müharibə - davamlı danışıqlar məhz belə də sürəcək. Eyni zamanda yeni Ermənistan hakimiyyəti ilə bağlı ümidlər də tədricən boşa çıxdı".
Zəngilanda keçirilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda II Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev 53 ölkədən gələn 200-ə yaxın xarici qonağın, ümumilikdə 400 iştirakçının qarşısında Azərbaycanın apardığı ümummilli savaşın səbəbləri və nəticələri barədə konkret faktlarla çıxış etdi. İşğalçı Ermənistanın uzun illər həyata keçirdiyi məkrli siyasət, azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti, terror aktları barədə geniş məlumat verən dövlət başçısı bütün bunların fonunda Azərbaycanın humanist siyasət yürütdüyünü, hər zaman sülhün tərəfdarı olduğunu vurğuladı.
Bütün bunlar tarixi faktlardır ki, Azərbaycan 1992-ci ildən 2020-ci ilə qədər Ermənistanla danışıqlar apardı. İlham Əliyevin dediyi kimi, sonsuz, mənasız danışıqlar aparılırdı və onların nəticəsi sıfır idi. Əgər danışıqlara vasitəçilik edən ölkələr münaqişənin sülh yolu ilə həllini istəsəydilər, heç bir savaş olmayacaqdı. Ancaq ATƏT-in çətiri altında yaradılan keçmiş Minsk qrupu yalnız Ermənistanın xeyrinə işlədi və bu cəzasıqlıq mühitindən yararlanan Hayastan daha da "şirnikləşdi". BMT Təhlükəsizlik Şurasının 1993-cü ildən qəbul etdiyi 4 qətnamə yalnız arxivlərdə tozlandı.
Əlbəttə ki, bunun sonu olmalı idi və 2020-ci ildə həmin məqam yetişdi. Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu cəmi 44 günə BMT-nin qətnamələrinin icrasını həyata keçirdi. Ermənistan təslim oldu və üzərinə öhdəliklər götürdü. Qalib ölkə olmasına baxmayaraq, Azərbaycan yenə də sülh istədi və məğluba vaxt verdi. Müharibədən ötən 3 ildə yenə də Ermənistanın siyasi rəhbərliyi və Qarabağdakı keçmiş qondarma qurum bu vəziyyətdən istifadə edərək siyasi oyunlar oynamağa başladılar. Məqsəd bəlli idi - Azərbaycanın suveren ərazilərində "ikinci Ermənistan" yaratmaq.
İlham Əliyev isə dəfələrlə bəyan etdi ki, heç vaxt Azərbaycan ərazisində "ikinci Ermənistan dövlətinin" yaradılmasına icazə verilməyəcək. Çünki Azərbaycan müstəqil, suveren, öz hüquq və haqlarını bilən qüdrətli dövlətdir.
Bu il sentyabrın 19-da isə qətiyyətli lider kimi İlham Əliyev verdiyi bəyanatı həyata keçirdi. Ölkəmizin ərazisində mövcudluğunu göstərməyə can atan qondarma qurumun fəaliyyətinə xitam verildi. Bu gün artıq Azərbaycan ərazilərində "boz" zona mövcud deyil. 
Prezident Zəngilanda bir daha bu məsələyə də toxunaraq dedi ki, "sentyabrın 20-də biz öz suverenliyimizi bərpa etdik. Yəni artıq "boz" zonalar yoxdur, qeyri-qanuni strukturlar yoxdur və torpaqlarımızda separatçılığa son qoyulubdur. Bu bizim güclü siyasi iradəmizin göstəricisidir. Bu, Azərbaycan hökumətinin Ermənistanla sülhə hazır olduğunu göstərir və bu, yaxşı siqnaldır, - bəziləri hələ də qisasçılıq, revanşist ideyalarla yaşayırlar, - bu onlara güclü siqnaldır ki, bu fikirlərdən daşınsınlar".
Qalib Sərkərdə kimi İlham Əliyev bir daha Qarabağın erməniəsilli sakinlərinə mesaj göndərərək bildirdi ki, Azərbaycan Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcək. Artıq onlara reinteqrasiya ilə bağlı, hüquqlarına dair öz baxışını təqdim edib. Erməni sakinlərin dini, təhsil, mədəni, bələdiyyə hüquqları, yəni bütün bu məsələlər beynəlxalq konvensiyalara uyğun olaraq həll ediləcək. Bunlar Azərbaycanın iştirakçısı olduğu bütün konvensiyalara, Konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun həyata keçiriləcək.
Bu, Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə bağlı sərsəm fikirlər səsləndirən, Azərbaycanın əleyhinə hansısa qətnamələrin qəbul edilməsinə can atan bəzi xarici "diplomatlar"a, erməni lobbisinin buyruq qullarına həm də bir xəbərdarlıq idi. Çünki həmin şəxslər və bəzi ölkələr Azərbaycanın ədalətli siyasəti ilə bağlı dünya ictimaiyyətində yanlış fikirlər formalaşdırmağa çalışırlar. 
İlham Əliyev bu gün Azərbaycana qarşı qəbuledilməz planları olan tərəflərə Zəngilandan mesaj da yolladı: "Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir". 
Əgər Azərbaycan həqiqətən "etnik təmizləmə" siyasəti aparsaydı, Qarabağın erməni sakinləri üçün heç bir humanitar yardım göndərməz, yaşadıqları ərazilərdə qalıb yeni həyata başlamaları üçün humanist təkliflər irəli sürməzdi. Amma dünya İlham Əliyevin necə dahi siyasətçi olduğunu bilir və bütün proseslərə aydın şəkildə şahidlik edir. 
Dünya ictimaiyyətinə artıq o da bəllidir ki, İlham Əliyev deyir və edir. Azərbaycan Prezidentinin sözü imzası qədər keçərlidir. Onun elə bir sözü yoxdur ki, yerinə yetirilməsin. Məhz bu siyasəti İlham Əliyevi dünyada ən etibarlı lider kimi tanıdıb.
Bu gün isə İlham Əliyev Ermənistana yenə sülh müqaviləsi təklif edir: "20 sentyabrda biz suverenliyimizi artıq bərpa etmişik. Bundan sonra da sülh sazişinin tezliklə imzalanması daha asan olacaqdır. Bununla yanaşı, təbii ki, gərək sərhədlərin delimitasiyası üzərində fəal surətdə çalışaq və uzun müddət sürən bu qarşıdurmaya son qoyaq. Azərbaycanda biz sülh istəyirik. Zəngilanda bu gün gördükləriniz onu sübut edir ki, biz sülh istəyirik, biz bu əraziləri bərpa etmək istəyirik, soydaşlarımızı vətəninə qaytarmaq istəyirik. Biz Qafqazda sülh və sabitlik istəyirik. Bu, mümkündür və seçim Ermənistanındır".
İnanmaq istərdik ki, məğlub ölkənin rəhbərliyi özündə cəsarət tapıb İlham Əliyevin bu fikirlərindən sonra sülh müqaviləsinin tezliklə imzalanması, regionda sabitliyin bərqərar olması istiqamətində konkret addımlar atacaq. 

 Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!