15 Fevral 2026 11:13
167
SİYASƏT
A- A+
Ukrayna mediası Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakına geniş yer ayırıb  

Ukrayna mediası Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakına geniş yer ayırıb  


Ukraynanın aparıcı media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakına, keçirdiyi görüşlərə və səsləndirdiyi fikirlərə geniş yer ayırıb.

AZƏRTAC xəbər verir ki, “Ukrinform” dövlət informasiya agentliyi, “İnterfaks-Ukrayna”, “RBK-Ukrayna”, “UNİAN”, “Cenzor”, “Gordon”, “Ukrainska Pravda”, “24tv.ua”, “Korrespondent” və digər informasiya agentlikləri, xəbər portallarında dərc edilən məqalələrdə Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinə, Rusiya tərəfindən Azərbaycanın Ukraynadakı enerji infrastrukturlarına, səfirliyinə hücumlarına dair fikirlərinə, Azərbaycan və Ukrayna prezidentləri arasında keçirilən görüş yer alıb.

Prezident İlham Əliyevin fikirlərinə istinadla qeyd edilib ki, Azərbaycan bu il Ermənistanla ikitərəfli sülh müqaviləsi imzalamağa ümid edir. Lakin bu, Ermənistan konstitusiyasına edilən dəyişikliklərdən asılıdır. Ötən ilin avqust ayında ABŞ-ın vasitəçiliyi ilə sülh əldə edilməsindən sonra ölkələr iqtisadi əməkdaşlığı bərpa etməyə başladılar və heç bir insident yaşamadılar.

Məqalələrdə, həmçinin dövlətimizin başçısının açıqlamasına istinada yazılır ki, Ukraynada təkcə Azərbaycanın enerji infrastrukturuna hücumlar olmayıb. Eyni zamanda, Azərbaycanın Ukraynadakı səfirliyi üç dəfə hücuma məruz qalıb.

“Birinci hücumdan sonra biz düşündük ki, bu, təsadüfən baş verib və rusiyalı həmkarlarımıza Azərbaycanın diplomatik nümayəndəliklərinin, o cümlədən konsulluq idarəsinin, mədəniyyət mərkəzlərinin və səfirliyimizin bütün koordinatlarını təqdim etdik. Bütün bunlara baxmayaraq, iki əlavə hücum oldu. Beləliklə, bu, Azərbaycanın diplomatik nümayəndəliyinə qəsdən edilmiş bir hücum idi və biz xüsusi bəyanat yaydıq, Rusiya səfiri dəvət olundu və ona diplomatik nota verildi”, - deyə məqalələrdə Prezident İlham Əliyevin fikirləri qeyd edilib.

Ukrayna mediasında, həmçinin Azərbaycan və Ukrayna prezidentlərinin görüşünün əhəmiyyəti də qeyd edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır  

19:34
15 Fevral

Azərbaycan Prezidenti: Bizim Serbiya ilə gələcək üçün də açıq-aydın planlarımız var

18:50
15 Fevral

Prezident: Serbiya iqtisadi cəhətdən uğurla inkişaf edir

18:49
15 Fevral

Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK  

18:49
15 Fevral

Prezident İlham Əliyev: Serbiya və Azərbaycan - iki dost ölkə daim bir-birinin yanındadır

18:47
15 Fevral

Vuçiç: Serbiyada və Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədədir

18:45
15 Fevral

Aleksandar Vuçiç: Serbiya ilə Azərbaycanın bir çox ortaq dəyərləri var

18:45
15 Fevral

Azərbaycan-Serbiya sənədləri mübadilə olunub YENİLƏNİB

17:59
15 Fevral

Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilib YENİLƏNƏCƏK

17:38
15 Fevral

Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü keçirilib

16:49
15 Fevral

Suriya ordusu ABŞ-dən növbəti hərbi bazanı təhvil alıb  

16:39
15 Fevral

Prezident İlham Əliyev Belqradda Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib 

16:01
15 Fevral

Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub

15:53
15 Fevral

Moldovanın nüfuzlu portalı Azərbaycan Prezidentinin müsahibəsinə geniş yer ayırıb  

15:39
15 Fevral

Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib 

15:21
15 Fevral

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

15:09
15 Fevral

“Sülh körpüsü” vətəndaş cəmiyyətlərini növbəti dəfə bir araya gətirdi

13:20
15 Fevral

Politoloq Aleksandr Kovalenko: Azərbaycan-Ukrayna münasibətləri daim kifayət qədər yüksək səviyyədə olub 

12:53
15 Fevral

Sabah hava yağmursuz olacaq, temperatur 20 dərəcəyədək yüksələcək  

12:39
15 Fevral

Türkiyə və BƏƏ liderləri Fələstin, Suriya, Yəmən və Somalidəki vəziyyəti müzakirə edəcəklər  

12:21
15 Fevral

Prezident İlham Əliyevin Almaniyaya səfəri ilə bağlı paylaşım edilib VİDEO  

12:01
15 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!