15 Fevral 2026 13:20
206
SİYASƏT
A- A+
“Sülh körpüsü” vətəndaş cəmiyyətlərini növbəti dəfə bir araya gətirdi

“Sülh körpüsü” vətəndaş cəmiyyətlərini növbəti dəfə bir araya gətirdi

Fevralın 13-14-də Ermənistanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib. Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş sammitdə təsdiqlənən sülh gündəliyindən irəli gələn məsələləri ətraflı şəkildə nəzərdən keçiriblər. Ayrı-ayrı sessiyalarda formalaşmaqda olan regional təhlükəsizlik arxitekturası, sülhün yaratdığı imkanlar, iki cəmiyyət arasında münasibətlərin inkişafına ictimai baxış, iqtisadi əməkdaşlıq perspektivləri, eləcə də qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin rolu müzakirə mövzusu olub. İnklüziv və davamlı dialoq platformasına sadiqlik bir daha təsdiqlənib.

Ayrı bir sessiya dialoq iştirakçıları arasında əməkdaşlığa, o cümlədən birgə layihələrə, ictimai kommunikasiya strategiyalarına və cəmiyyətlərarası qarşılıqlı əlaqə mexanizmlərinə həsr edilib. Etimadın möhkəmləndirilməsi, ictimai diplomatiya və cəmiyyət səviyyəsində yaxınlaşmanı dəstəkləyən praktik tövsiyələrin hazırlanmasına xüsusi diqqət yetirilib. Regional təhlükəsizlik, sərhədlər və bağlantılarla bağlı hər iki tərəfin baxışları və gözləntiləri təqdim edilib. Rəsmi sessiyalarla yanaşı təşkil olunan qeyri-rəsmi mədəni və sosial tədbirlər şəxslərarası əlaqələrin inkişafına və konstruktiv mühitin formalaşmasına töhfə verib.

İkinci gün iştirakçılar davamlı sülhün üstünlüklərini və cəmiyyətlərarası münasibətlərin qurulmasının mümkün sosial-iqtisadi faydalarını nəzərdən keçiriblər. Hər iki cəmiyyətdə ictimai gözləntilər və sülh prosesinin vətəndaşlar üçün real nəticələr verməsinin yolları müzakirə olunub.

Proqram çərçivəsində iştirakçılar Ermənistanın yüksək vəzifəli rəsmiləri, o cümlədən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər nazirinin müavini Vahan Kostanyan ilə görüşlər keçiriblər. Bu müzakirələr sülh gündəliyinin dəstəklənməsində vətəndaş cəmiyyətinin rolu və ictimai təşəbbüslərin rəsmi səyləri necə tamamlayacağı barədə fikir mübadiləsi üçün imkan yaradıb.

Xatırladaq ki, ötən il 22 oktyabrda İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib. Daha sonra Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup 2025-ci ilin 21 noyabr tarixində Azərbaycan paytaxtına səfər ediblər.

Vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlərin intensiv xarakter alması Azərbaycan və Ermənistan arasında “xalq diplomatiyası”nın rolunun artdığını göstərir. Bu cür təmaslar rəsmi sülh müqaviləsi imzalanmazdan əvvəl hər iki cəmiyyətdə barış mühiti yaratmaq və qarşılıqlı nifrət dilini azaltmaq üçün əhəmiyyətlidir. Qeyd edək ki, budəfəki görüşdə “Sülh Körpüsü” təşəbbüsünün əsas iştirakçıları ilə yanaşı, hər iki tərəfdən daha geniş iştirakçı qrupları da təmsil olunub.

Diqqətçəkən məqamlardan biri odur ki, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurları tamamlayaraq Azərbaycanın Aşağı Əskipara kəndi və Ermənistanın Voskepar kəndi yaxınlığında delimitasiya və demarkasiya edilmiş quru sərhəd hissəsindən keçməklə ölkəyə daxil olub. Bu keçid iştirakçılar tərəfindən etimadın möhkəmləndirilməsi istiqamətində mühüm praktik addım və iki ölkə arasında normallaşma prosesinin mərhələli şəkildə irəliləməsinin aydın göstəricisi kimi qiymətləndirilib. Azərbaycan nümayəndə heyəti eyni delimitasiya olunmuş sərhəd hissəsindən geri qayıdıb, bu da etimadın möhkəmləndirilməsi istiqamətində növbəti praktik addım olub.

 

İsmayıl QOCAYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü keçirilib 

16:49
15 Fevral

Suriya ordusu ABŞ-dən növbəti hərbi bazanı təhvil alıb  

16:39
15 Fevral

Prezident İlham Əliyev Belqradda Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib 

16:01
15 Fevral

Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub

15:53
15 Fevral

Moldovanın nüfuzlu portalı Azərbaycan Prezidentinin müsahibəsinə geniş yer ayırıb  

15:39
15 Fevral

Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib 

15:21
15 Fevral

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

15:09
15 Fevral

“Sülh körpüsü” vətəndaş cəmiyyətlərini növbəti dəfə bir araya gətirdi

13:20
15 Fevral

Politoloq Aleksandr Kovalenko: Azərbaycan-Ukrayna münasibətləri daim kifayət qədər yüksək səviyyədə olub 

12:53
15 Fevral

Sabah hava yağmursuz olacaq, temperatur 20 dərəcəyədək yüksələcək  

12:39
15 Fevral

Türkiyə və BƏƏ liderləri Fələstin, Suriya, Yəmən və Somalidəki vəziyyəti müzakirə edəcəklər  

12:21
15 Fevral

Prezident İlham Əliyevin Almaniyaya səfəri ilə bağlı paylaşım edilib VİDEO  

12:01
15 Fevral

WUF13-ə hazırlıqla bağlı suallar cavablandırılıb  

11:47
15 Fevral

Ukraynalı ekspert: Münxendə Azərbaycan ilə Ukrayna arasında yeni layihələrin hazırlanması müzakirə edilib

11:33
15 Fevral

Ukrayna mediası Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakına geniş yer ayırıb  

11:13
15 Fevral

Azərbaycan Prezidenti: Dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur  

11:03
15 Fevral

Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandar Vuçiçə

10:56
15 Fevral

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində görüşləri ilə bağlı paylaşım edilib

10:43
15 Fevral

İsveçrə gələn həftə Cenevrədə keçiriləcək ABŞ-İran danışıqlarını təsdiqləyib

10:29
15 Fevral

Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub  

10:01
15 Fevral

Mövlud Çavuşoğlu: Ermənistan konstitusiya dəyişikliyi ilə Türkiyə və Azərbaycanın torpaqlarında gözü olmadığını göstərməlidir

09:41
15 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!